Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb Yeni nəşrlər, Humanitar elmlər 1 декабря 2024 67 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb. Tədqiqat Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi pasportu - 52” seriyası çərçivəsində çap olunub.Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlı olan monoqrafiya - 204 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.Dörd fəsildən ibarət monoqrafiya bu mövzuya həsr edilmiş ilk elmi-tədqiqat işidir. Ədibin şeirləri, dram əsərləri və nəsri öz dövrünün ilk mənbələri əsasında tədqiqata cəlb olunub. Cəmo bəy Cəbrayılbəyliyə məxsus “Vətən marşı”nın nəşr tarixi və “Azərbaycan marşı”na çevrilmə səbəbləri, bu şeirin yanlış olaraq Əhməd Cavada aid edilməsi incələnərək faktlar əsasında obyektiv dəyərləndirilib.Biz də dəyərli alimimiz, çox hörmətli professor Asif Rüstəmlini ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.