SƏCDƏYƏ GƏLDİM!.. Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 8 апреля 2024 1529 0 1 2 3 4 5 (Dahi alimimiz, el ağsaqqalımız, əzizimiz, akademik Dədə Mədəd Çobanovun əziz xatirəsinə həsr edirəm)Üzündən öpdüyüm, ay Dədə Mədəd,İndi baş daşından öpməyə gəldim.Adında həkk olub, şərəf, şan, mədəd,Sənin Şərəfinə səcdəyə gəldim!Cismin torpaqdadır, ruhun bizimlə,İzinlə yoldayam, cəsur izimlə.Müqəddəs məbədi dizim-dizimlə,Qəbrinə ziyarət etməyə gəldim!Elində, elminlə ucalan başın,Bir şerə sığmayır bir qəbir daşın.Sevin, yanaşıdır həyat yoldaşın,Şöhrət məkanını süzməyə gəldim!Möhtəşəm Avropa tribunasından,Seçildin alimlər say arasından.Dünya xəbər tutdu Azərbaycandan,Sənin təziminə, mən özüm gəldim!Gözümdə gülüşün yaşa dönübdür,Şirin söhbətlərin daşa dönübdür.Sənsiz, sanki Dünya yasa dönübdür,Yasını tutmağa, bil, özüm gəldim!Bilmirəm ağlayım, bilmirəm gülüm,Ay Dədə! Yaşayım, bilmirəm ölüm!Bir kimsə qalmadı dərdimi bölüm,Sirrimi, Sərimi deməyə gəldim!Dərdimi səninlə bölməyə gəldim! RAMAZAN RZAZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.