CAMAL LƏLƏZOƏ (1952) ŞƏHİDLƏRİMİZ, Poeziya 17 сентября 2024 974 0 1 2 3 4 5 Camal Lələzoə (Ağayev Camal Şirəli oğlu) - 1952-ci ildə Masallı rayonunun Qızılavar kəndində doğulmuşdur. 1974-cü ildə BDU (keçmiş ADU)-nun filologiya fakültəsini bitirmişdir. Ötən əsrin 70-ci illərindən yaradıçılığa başlayan şairin indiyə kimi 16 şeir və nəsr kitabları Azərbaycan və talış dillərində nəşr olunmuşdur. 50 il Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən yazıçı hazırda təqaüddədir. Biz də Camal Lələzoəyə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir poemasını dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az İGİD TANKÇIPoemaƏsər Masallı rayonunun Qızılavar kəndinin qəhrəman oğlu Şəhid Mirzəyev Əfqan Tərlan oğluna həsr olunur. Əfqanımız(Başlanğıc)Əsr-əsr bülənd oldu səmalara əfqanımız,Qara torpaq oldu əlvan hey axdıqca al qanımız.Aramlığın, sakitliyin görəmmədi üzünü yurd,Zaman-zaman qəlbimizi boğdu, sıxdı həycanımız.Öz yurdunda qərib oldu, qaçqın oldu, görmədi gün,Kasıb- kusub qalsın yana,nökər oldu bəy-xanımız.Torpaq bizim ,sular bizim, işlək əllər,qollar bizim,Bir dilənçi payl aldıq,bol olduqca xırmanımız.Xain,xəbis qonşulardan ancaq bəla gəldi bizə,Xoş xəbərlər yayanmadı yaylağımız,aranımız.Arzuların vayı oldu ürək - istəklərin yurdu,Dəvə-dəvə özgələrə var daşıdı karvanımız.Öləmmədi yenə ruhu azadlığın sinələrdə,Azadlığın dəyərini uca tutdu dastanımız.Mərə kafir ləkələdi adın- sanın comərdlərin,Qaldı küllər,torpaq altda şöhrətimiz, ad-sanımız Fəqət tarix - müdrik qoca dedi müdrik, son sözünü:Axıb gedən qanlar ilə qızaracaq sübh danımız.Qəhrəmanlar çevriləndə bir anaya yurdu üçün,Azadlığı dadızdırar hər övlada qalxanımız.Əfqan! Mənim doğma kəndin qəhrəmanı, ey ağ üzü!Əfqanı yox,ey xalqımın vuran əli, topxanamız!Şığıdıqca tankın ilə şahin kimi düşmən üstə,Hünərinlə ucaldı yurd, dağıldi sis-dumanımız.Halal çörəyini yeyən xilaf çıxmaz dağ-daşına,İyirmi illik ömürlə təsdiq oldu gümanımız.İllər keçib... əzbər oldun dodaqlarda nəğmə kimi,Min-min igid arasında var, olacaq Əfqanımız!***Babaların fəhmi elmdən üstün...Bəs demədi övladın üç-dördünə,Bu dünyada on-on beşin yaşatdı.Dözüb ömrün, gərdişin hər dərdinə,Düşmənlərin yuvasına daş atdı.Bir sevdanın qüdsuyyəti and olubZaman-zaman ağızlarda dolaşdı.Ömrü boyu bir peymana bənd olub,Saf eşqlər nə yandı, nə bulaşdı.Babaların fəhmi elmdən üstün,Gələcəyi öncədən hiss etdilər.Ağıl ilə yaşadılar ömür-gün,Varmı bir iş deyəsən pis etdilər?!Arxasıdlr torpaq, bir də övladı,Kəndçi yurdun dirəyidir, dirəyi.Arxalının hiç vaxt çıxmaz fəryadı,Bir torpaqdır, bir övladdır ürəyi...Tərlan kişi bir nəsilin qoluydu,Ancaq torpaq mənim atam, deyərdi.Ömür yolum zəhmətim yoludu,Onsuz qalsam,gərək batam, - deyərdi.Xanımgüllə böyütdüyü on oğulHəyatının mənasıydı,özüydü.Ana eşqi ömrü boyu qaravul,Bu dünyanı əks eləyən gözüydü.Hər bəladan qorudular onları,Allah verən balaya bal dedilər.Onlar yurdun işıqladan odları,Hər birinə göz üstdə qal, dedilər.Nə dincəlmək, istirahət, nə yatmaq,İş üstündə, çöldə ömür sürdülər.Sənətləri oldu günü oyatmaq,Nə gördülər, iş başında gördülər.Giley-güzar, ya ağlamaq, yalvarmaq Ömür boyu gəlmədi əllərindən.Çörək payı olmadı ömrə qarmaq,Yapışdılar zəhmət təməllərindən...Ata maldar,çoban oldu çöllərdə,Vətənin saf havasıyla yaşadı…Tanındı o , zəhmətiylə ellərdə,Hər çiynində bir dağ yükü daşıdı.Xanımgülün sağıcılıq hünəri Döndü hər il neçə-neçə təltifə.Həyatında udsa da yüz qəhəri,Baş əymədi heç bir saxta tərifə.Təltif idi ona dolu sufrələr,Təktif idi ona isti ev-eşik.Təltif idi ona mehriban dillərTəltif idi ona gülümsər beşik...On oğul, on övlad - bir böyük ordu...Babalar , atalar,nənələr nərdi.Azsaylı bir xalqı,azsaylı yurduDüşmən pərən-pərən salıb didərdi...Rəhmət oxuyuruq biz babalara Nənələr, haq- sayı halal edin siz!Hər gün baş endirib sizin məzaraDeyirik, məktəbdir bizə türbəniz!***İlk addımlar, ilk dərdi-sərlər...Doğulmur hər zaman igidlik, ərlik,Doğulur vaxtında, məqamında o.Ən çətin zamanda doğulan mərdlikYaşar böyük qəlbin məramında o.Kim bilir nə doğar zülmət gecələr?Kim bilir bətnində nə var dənizin?!O gənc ki kitabı bu gün höccələr,Bəlkə həll edəcək taleyimizi?!Olmuruq fərqində biz illər boyuBu gün dinc,farağat duran cavanın.Çox vaxt axtarırıq nəslini, soyu,Görmürük qəlbində keçən həycanın....Əfqan allah tala verən bəxşişinYeddinci qardaşdı qardaşlar içrə.Məxsusi taleyin olan bı naxşınYaşadı yurdunda dağ-daşlar içrə.Əvvəldən həvəsin saldı maşına,Gah sürdü lapeti, gah traktoru.Baxmadı çətinə, uşaq yaşına,Yandırdı hər yerdə uğurun qorun,Traktorçu oğlan öz sənətiniSevdi cani-qəlbdən kosmonavt kimi.Göstərdi şum vaxtı öz qeyrətiniÇöllərdə iş üstə bir kvalt kimi.Şəhərə can atdı tayı-tuşları,Bunu xəyalına gətirmədi o.Kəndində yaşadı yazı- qışları,Fəxr etdi bu yurda yetirmədi o.Etdi fəhləliyi çayçılıqda o,Usta köməkçisi işlədi həm də.Gördü insanlığı xoş qılıqda o,Gördü bir gənc ikən sevinc də, qəm də.Gətirdi süfrəyə , qardaşlarıtəkÇörək... Ah,nə qədər sevindi ana Qaldırdı əllərin göyə ata,tək,Şad oldu ruzinin bol olduğuna...Vətən göylərində bu ara ancaqDoldu qara bulud topa- topa, tək.Bunları görüncə bağrına sancaqBatlrdı Əfqanın, yüz ah çəkərək.…Bir gün mitinq oldu məktəbdə... hamıYığışdı. Müəllimlər danışdı dərdli.Sarmışdı üzləri qəmin tufanı,Hamıtək Əfqan da qəlbini yedi.Erməni dığalar nə vaxtdan bəriYediyi çörəyə tüpürmüşdülər.Yurdunda yaşayan ev sahiblərinEvin- eşiyini süpürmüşdülər.Yaşandı Bağanis Ayrım dəhşəti,Yaşandı hüzürü Kərkicahanın.Malıbəylilərin dağ - müsibətiHeyrətə gətirdi bütün cahanı.Qocaman pedaqoq Musa müəllimDanışıb durduqca qəhərlənirdi.Axırdı gözündən yaş zülüm- zülüm,Ürəyi daş belə təsirlənirdi.Dolurdu ürəyə intiqam,qisas,Yurdun şərəfinə gəlmişdi xələl Qəlbi çulğayırdı üsyan,etiraz,Hökmən olmalıydı bu zülmə bədəl...Yurd eşqiSən ana südüylə doldun qəlbimə,Orada əbədi yurd saldın,Vətən!Böyüdüm,ürəkdə döndün min simə,Mənimlə bir yerdə uçaldın, Vətən!Elə zirvədəsən qüdsiyyətinləSəni ləkələyə bilməz nakəslər.Sən günəş kimisən ülviyyətinlə,Səndən od, hərarət alır nəfəslər.Dağların başının ucalığıdır,Sinən geniş düzlər,sahilsiz çöllər.Yaz fəslin anamın xoş qılığıdır,Qış fəslin atamdan hekayə söylər.Torpağın güc verdi hər an qoluma, Səninlə həmişə qalib Anteyəm.Su səpib dilədin xeyir yoluma,Ürəyə can oldun, gərək mən deyəm.Bandəro təpəsi, Talış dağlarıMənə azadlığın dadını verdi.Palıd meşələri, o tut bağlarıDadıyla, duzuyla qəlbdə göyərdi.Məxmər otlaqları illərdən bəri Ruhuma toxudu güllü xalçalar.Hər yaz qatarlanan durna səfləriRuhuma, xatirə min bir xal salar.Qoyunu-quzusu, malı-qarasıYurdun şirəsisini içirtdi mənə.Günəşi,ulduzu,o ay parasıAna köynəyindən keçirtdi məni...Aldım güc,enerji hər səhnəsindən,Özüm də bilmədən oldum nər oğlu.Qopdum bu dünyanın təmənnəsindən,Oldum yurd eşqiylə mən də Koroğlu..."Talış balası..."Verdi səs qəlbinin hayqırışına,Könüllü cəbhəyə yollandı Əfqan.Dərdli Vətəninin çağırışınaHay verdi zərrəcə qorxu duymadan.Son dəfə bağrına basdı ananı,Ata, çörəyini halal et, - dedi.Cəbhədə verərən borcun qalanın,"Ata da: "halaldır, oğlum,get"- gedi."Anam Azərbaycan, genişdir sinən,Dağın, daşın belə mənə balışdır.Ürəkdir səninlə danışan, dinən,Qarabağ mənimçin həm də Talışdır.Vətənin o başı, bu başı olmaz,Yurda uzanan əl kəsilməlidir.Erməni zülümü heç vaxt udulmaz,Başı ilan kimi əzilməlidir".Güzdəkdə aldığı təlim dərsləriRuhuna bir döyüş havası verdi.Təlimlər yondu çox burda tərsləri,Mərdlər and içərək səngərə girdi.İki ay ərzində traktorçu gəncMükəmməl öyrəndi tankçı sənətin.Qarşıda erməni durmuşdu,iyrənc,Tanklar verməliydi dərsin nifrətin.Ağdamda başqa bir hava var idi,Dolmuşdu şəhərə qaçqın adamlar.Düşməndən vətənə cəfa var idi,Hər gün kənd-kəsəkdə uçurdu damlar...Hissədə tankçılıq sənətini oSevdirdi dostlara bir yumruq kimi.Büruzə tez verdi qeyrətini o,Tankçılıq döyüşdə zəfər hakimi.Görəndə Əfqanı mahir tankçıtək,Dedilər, o olar düşmən bəlası.Vuruşdu meydanda birgə, təkbətək,Təzə ad qazandı: "Talış balası!"Elə ki minirdi tankına sanki Pələngdir rəqibin boğazlayası.Hədəfə gəlmirdi Əfqanın tankı,Hədəfi vururdu talış balası.Etdi cəhənnəmə neçəsin vasil,Neçəsin torpaqda qaldı əzası.Fəxr etdi haylara o olmuş qatil,Satılmaz heç saman Talış balası.Döyüş taktikası - gözlənməz hücumVə dəqiq zərbəydi, şivən salası.Düşmən hücumundan dadardı zəqqum,Cumardı qabağa talış balası.Tankının adını qoymuşdu "Həzi",Tarixin deyirdi sönməz ziyası.Allahın çəkilməz bizdən nəzəsi,Allahla qalibdir talış balası.Tankın lyukunda sadiq dostları:Dar günün arxası Hüseyn,İlyası.Onlarla yoxlayır döyüş postların,Onlarla qaladır talış balası.Hələ qabaqdadır zəfər yolları,Arxalı düşmənin çoxdur cəfası.Bağlanmış onlarla oğul qolları,Dostlarla güləcək talış balası.Sinədən alınan yara...Bəlamız olmuşdur ikitirəlik,Ya da üçtirəlik,ya beştirəlik.Sonda iş-güc olur, puç, çilik-çilik,Çırpılır yerlərə həmrəylik, birlik.Çəkdik cəbhədə də müsibətiniCəbhədə biz yekdil olmamağının.Biri meşələrə çəkdi dəstəsin,Biri səngər etdi çölün dağını.Əclaflar var idi, hər bir döyüşə Bir qənimət kimi yanaşırdılar.Meyit üstə bəzən qalxıb söyüşəMəzənnə deyərək danışırdılar.Belə namərdlərlə yol gedəmmədi,Fikri döyüşdəydi Əfqanın ancaq.Yurdunda ağatək gəzən namərdiSanardı gözünə girən bir bıçaq."Qonşu bölüyünüz düşüb pusquya",Bunu xəbər verdi bizə ratsiya,Pusqunun yeri də dağ-daşlar, qaya,Cumduq biz o yerə tez çataq, - deyə.Danışır tankçımız Əfqan: "O yeri Çoxdan göz keçirib etmişdim məlumBilirdim yolların göydə,əzbəri,Bilirdim quracaq düşmən o məlunBurada dostlara bir gün tələni.Uzaqdan o yerə etdim mən nəzər.Görüm dənləyirlər gedib-gələni,Düz getsək olarıq burda məhv, hədər.Dedim komandirə,icazə ver sən,Dolayı yollarla oraya gedək.Keçək biz arxaya zəif nöqtədən,Düşməni üç tanklə asan məhv edək.Üç tanklə uzağa getdik o yerdən,Düşmən zənn elədi qorxub qaçırıq.Daha bilmədilər qəflətən ,birdənOna biz uzaqdan məzar açırıq.Çatdıq arzumuza; arxadan o günDüşmənə elə bir toy tutduq ki, biz,Nəinki dostları etdik şad, məmnun,Düşməni sarsıtdı qəfil zərbəmiz.On iki əsgərlə üçcə tank ilə Qazandıq bir zəfər, düşmən əkildi.Daha fayda vermir düşmənə hiylə,Daddı gücümüzü, geri çəkildi.Ancaq mən sinəmdən aldım ilk yara,Bir mərmi zərbəsi sinəmi yardı.Qələbə sevincin duydum, bu araSinəmdən axan qan huşum apardı....Gözümü açanda xəstəxanadaBöyrümdə,başımda dostları gördüm.Ehtiyac olmadı başqa qana da,Qan verən dostlara qəlbimi verdim......Sən ey qədim diyar,ey şanlı diyar! Dar gündə biz sənə köksük, sinəyik.Bizim səndən savay anamızmı var?!Biz varıq səninlə, sənsiz heç nəyik!Yenidən cəbhəyə! Bu oldu qərar!Düşmənə qan- qada udduran əsgər Dəmir çarpayıda yatdı əsirtək.Cəbhədən gəldikcə qəmli xəbərlər Çırpındı yerində yaralı şirtək.Ekranda gördükcə xaraba qalmış Dünənki o abad yurd yerlərini,Edərdi hiss özün əsir, alçalmış,Gəzərdi deməyə dost,sirrlərini.Doktorsa deyirdi: "Çıxart yadından,Cəbhəyə qayıda bilməzsən daha,Yaran işlənmişdir neçə qatından, - Qayıtmaq sənə çox oturar baha."Əfqansa susurdu, vaxtı güdürdü,Sağalsın yarası, ayağa qalxsın.Xəyalən cəbhəyə tez-tez gedirdi,Can verən dostlara necə yad baxsın?!Gəlmişdi yanına doğma qardaşlar,Şükür edirdilər ölməmişəm mən.Anam da gözündən axıtdı yaşlar,Atam da şükr etdi çıxdım cəbhədən.Ancaq başqa cürdü qərarı qəlbin,Ürək can atırdı cəbhəyə sarı.Orda "Həzi" tankım durmuşdu qəmgin,Məni gözləyirdi döyüş dostları....Yenidən cəbhəyə! Bu oldu qərar!Onca gün çıxmamış qalxdı ayağa.Əfqan ürəyində dərd, məlal qübar,Təzədən qayıtdı dərd Qarabağa…Son görüşArada iki gün döndü kəndinə,Gəlmişdi vəyh ona sanki Xudadan.Keçirtdi doğmalıq onu cənqinə,Enerji,güc aldı hər bir sədadan.Ata- ana eşqi,qardaş sevdasıLaylaytək yüz sığal çəkdi ruhuna.Hamıya baş çəkdi bir el qaydası,Hamı sevir onu, - inandı buna.Aldığı yaralar sağaldı tamam,Kəndin yaz havası doldu ürəyə.Qalxdı Bandəroya, tapdı yüz aram,Verdi dağlar ilə kürək kürəyə.Canlı qəhrəmanın seyr etdi vətən,Yurdun sipərinə baxdı fəxrlə,Bir qəlbə sevgidən düşdü toxum, dən,Əfqan gətirmədi heç bunu dilə.Döyüşlər gedirdi...Yanırdı Vətən....Gedirdi bir ölüm-dirim vuruşu orda.Necə o açaydı söhbət sevgidən,İntiqam deyirdi şəhidlər gorda.Təzədən cəbhəyə qayıtdı Əfqan,Bu dəfə Qasımlı kəndinə düşdü.Dilində intiqam,qəlbində al qan,Dostlarla,tankıyla burda görüşdü.***Beş kəndə nəzarət edirdi Əfqan...Ağdamın - qeyrətin hünər qalası Bu gün qan meydanı, hünər yeriydi.Erməni tarixin hiylə tulasıRusa arxalanıb "mənəm" deyirdi.Milli satqınlar da yağıya kömək,Birliyə zərbəydi vəzifəpərəstlər.Biri-birimizə vurulan kötəkDüşmənə edirdi hədiyyə jestlər.Ancaq vuruşmaqdı əsgərin işi,O, səngər evində yurd keşikçisi!Vətənlə o bölür daim təşvişi,Tankdır,avtomatdır onun işçisi!Silahın azlığı bu da bəlaydı,Bir tank döyüşürdü üç tanka qarşı.Cəsarət sarıdan hər şey əlaydı,Vermirdik düşmənə bircə qarışı.Ağdamın beş kəndin qoruyurduq biz,Şahbunar,Muğanlı,Şelli,Qasımlı.Yəqin Xındırıstan eşitmisiniz,Qasım bəy Zakir tək şair ənamlı.İtlərtək kəndlərə tökülüşərdiXaricdən, haylardan gələn sərbazlar.Qənimət eşqiylə bura düşərdiƏxlaqı olmayan vətənsiz bazlar.Hamısı qorxaqdı, elə ki tanklaŞahintək üstünə şığıyardım mən,Vallah, qaçardılar baxmayıb dala,Mən ləzzət alardım qaçmaqlarından.Pusqu qurardılar...Snayperləri Orada - burada gizlənərdilər.Nə vaxt "Həzi" tankı çıxardı bəri,Ölümünü görüb qeyzlənərdilər.Tez-tez mövqeyimi dəyişərdim ki,Təyin etməsinlər bəndi-bərəmi,Ancaq bir dostlara gəyişərdim ki,Yerimi bilməsin faşist hərami.Faşism söylədim... gördüm gözümlə Erməni faşizmin dəhşətlərini.Barbar üsuluyla min bir zülümləHəmvətənlərimin vəhşətlərini…Görən inanacaq, görməyən bilməzNecə od götürdük gözlərimizlə. Gəlinlər, körpələr xatirdən silməzNə qədər dərd udduq qəhərimizlə...Vur, öldür faşisti,kim olur olsun,Xoş günə, dostluğa düşməndir onlar.Erməni faşizmi görbagor olsun,Onların "töhfəsi" qəsdlər, yanğınlar......Yüksək bir təpədən seyr edirəm mən,Vətənə uzanır hər yol, hər, cığır.Tikanlı məftillər keçir sinəmdən,Ana nalələri başımdan çıxmır...Əfqanın hünəriKəşfiyyat bir xəbər gətirdi bizə,Sabah gözlənilir güclü bir hücum.Hər vuruş qoyurdu dağ çiynimizə,Hər kəs düşünürdü ərtək vuruşum.Ölümlə həyatın astanasındaYaşayır cəbhədə hər əsgər, zabit.Vuruşan unudur lap anasın da,Burada vəziyyət olmayır sabit.Ötüşür saatlar...əriyir anlar,Tankda,səngərlərdə gözlər nigaran.Odda, alovlarda bərkiyən canlarƏmr gözləyirlər yuxarılardan.Doxsan üçüncü il,on səkkiz iyul...Vuruşma mərkəzi Qasımlı kəndi.Bu vuruş ötəri bir vuruş deyil,Düşmən nişan almış bərəni- bəndi....Sübhün dan yerini qızartdı toplar,Tanklar nərildədi,torpaq titrədi.Selə- suya getdi bütün hap-göplar,Sözünü burada mərdlər söylədi.Gəldi hərəkətə Vətən ərləri,“Qonaqlar” toplarla qarşılandılar.Sonrasa tanklarla yurdun nərləri Dəqiq zərbələrlə aşağılandılar.Bu gün bir pələngə dönmüşdü Əfqan,O tankı sürməkdə bir pərgar idi Manevri etmişdi düşməni peşman,Tankı düz on tanka barabar idi.Əfqan bir ruh idi yoldaşlarına,Etmirdi tərk onu yaralılar da.Türk, talış, ləzgi, tat qardaşlarına O bir sipər idi səngərdə - burda.O, ona atılar snayperləri Çevik olmağıyla verirdi boşa.Düşmənin beş tankı eşirdi yeri,Onu seyr edənlər deyirdi: "Yaşa!".Birdən gördü Əfqan döyüş qardaşı Qabaqda yol üstə düşmüş torpağa.O, duz-çörək dostu, ürək sirdaşı Gözləri çırpılır, dalır uzağa.Bir anlıq unutdu nişangahdadır,Qardaşın dadına yetmək istədi.Aman,o unutdu çöl zəhər dadır,Aman! Ölüm burda göz-qaş üstədir.Erməni alçağın atdığı gülləDəldi sinəsini daladı yenə.O palıd qaməti döndü al gülə,Baxdı Vətəninin lal göylərinə...Tankçı qardaşları o nişangahı Bir anda etdilər susqun, tarumar.Alındı düşmənin qabağı, dalı,Dedi son sözünü yurda etibar....Tankıyla hissəyə "gəldi" Əfqanım,Ələndi üzlərə böyük bir matəm,Əfqan, igid tankçı, ey qəhrəmanım,Sənin ölümünə hünər deyərəm.Elə bir hünər ki,daddı düşmənlər Vətən əsgərinin dəmir yumruğun.Elə bir hünər ki, sənə küsənlərAdın eşidəndə qısır quyruğun.El bir hünər ki, sabaha açdıBöyük qələbənin ilk yollarını.Elə bir hünər ki... şoləsin saçdıGördük yurdumuzun şah vüqarını...Məkanın yurdudur məhəbbətlərin...Bir qartal zirvədən düşdü torpağa,Ucalıq qartala saxladı matəm.Yarı - yoldaşları dözdü bu dağa,Döndü doğmaların başına aləm.Dar gündə tanınır Vətən övladı,İnsana dəyəri verir hünəri Əfqan düşünmədi şan-şöhrət, adı,Bərpasın istərdi yurdun çəpərin.Səni dəfn etməyə gələn dostların Səndən bəhs etdilər bir qəhrəmantək...Atəşlə yer-göy də oldu çox mağmın, Qədrini dərk etdi hər kəs bir cantək.Sən ey sadələrin sadəsi Əfqan!Düşməni qanına qəltan eylədin.Hayıfın gəlmədi canına bir an,O bircə canını qurban eylədin.Allah hüzurunda olundu qəbulBütün diləklərin,xoş niyyətlərin.Tanrı hesab etdi eşqini məqbul,Məkanın yurdudur məhəbbətlərin!Canını verdiyin torpaq gül açmış,Dönmüş lalələrə o şəhid qanın.Eşqinlə minlərlə körpə dil açmış,Qanlı köynəyisən Azərbaycanın!Yolunla mənzilə yetdi min əsgər,Sənin intiqamın alındı yüz qat.Azad nəfəs aldı hər ürək, ciyər,Azad məmləkətdə azaddır həyat!Qəbrinə keşikçi azad nəsillər,Günəş ilk şəfəqin saçır bu yerə.Əfqan,igid tankçı, keçsin min illər,Yaşıd olacaqsan gənc nəsillərə!2023-cü il aprel - may ayları.ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.