AĞAKİŞİ ÇİNGİZOĞLU (1998) Poeziya, Müsabiqə 17 сентября 2024 552 80 1 2 3 4 5 Hüseynov Ağakişi Çingiz oğlu - 1998-ci il dekabrın 13-də Bakı şəhərində dünyaya göz açıb. O, doğma yurdu Hacıqabul rayonunun Qarasu kəndində böyüyüb boya-başa çatmış, Qarasu kənd V.Mustafayev adına tam orta məktəbində oxumus, məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin mühasibat ucotluğu fakültəsində təhsilini davam etdirmisdir.Hazırda İstanbulda yaşayır. Gənc şair kimi yaradıcılığını inkişaf etdirir. Şeirləri “Söz xəzinəsi” və s. ədəbi məcmuələrdə çap olunub.Biz də Ağakişi Çingizoğluna yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirinidəyərli oxucularımıza təqdim edirik.İlhamə SABİRQIZI,ZiM.AzDƏLİXANAYA MƏKTUBSalam, mənim sevgilim. Məktubunu almışam.Eşqlə mənə yazdığın sözdən aslı qalmışam.Sordun saat neçədir, sənsiz hər vaxt gecədir,Yaşadığım günlərim bilirsənmi necədir?Qaranlıq tək otaqda saçlarımı hörürəm,Sən olmayan hər yerdə elə səni görürəm.Narahat olma qəti, qorxma, həsrət bitəcək,Biraz da çox düşünsəm, mənim ağlım itəcək.Bir az yersiz ağlayıb, bir az yersiz güləcəm.Deyəcəklər dəlidir, mən də sənə gələcəm.Bir düşün, ikimizik, bir də, eyni palata,Dəli eşqimiz ilə hökm edirik həyata.Məni orda görəndə, baxıb mənə gülərsən.Dərdin məni öpməksə, dəli kimi öpərsən.Orda bizi heç kimsə cürət edib ayırmaz,Dəli günahsız olur, öpmək günah sayılmaz.Sığal çəkər saçına daraq kimi əllərim,Yanında yoxam deyə, dağılıbdır tellərin.Siqaret çəkmə daha, üst-başın qoxur tütün,Səninlə biz yarıyıq, olarıq bir gün bütün.27.07.2024 ŞEİR KİMİSƏNDeyirsən, şeir yaz, vəsf elə məni,Sən elə özün də şeir kimisən.Mən hansı sözlərə sığdırım səni,Sən elə özün də şeir kimisən.Sənin gülüşünlə ömür yaz olar,Bu nə əsalətdi, belə naz olar?Mən sənə nə yazsam, yenə az olar,Sən elə özün də şeir kimisən.Şair də oxuyur, hey anır səni,İlham pərisitək güc sanır səni,Ən gözəl şeirlər qısqanır səni,Sən elə özün də şeir kimisən.Mənalı misrasan, qəlbə axırsan,Axdıqca sevgidən bir od yaxırsan,Gözəl gözlərinlə gözəl baxırsan,Sən elə özün də şeir kimisən.31.07.2024NECƏYƏMİbrahim İlyaslinin “Necəsən” şeirinə şavab nəzirəBilirsənmi, mən necəyəm,Gəl danışım, sən də dinlə.Qəlbim hər gün yanır mənim,Sənin odlu həsrətinlə.Özgəsiylə toyum oldu,Könlüm səni sevə-sevə.Barmağıma üzük taxıb,Həbs etdilər bağlı evə.Ev zindandır, mənsə dustaq,Halım aciz qul halıdır.Barmağıma girən üzük,Xoşbəxtliyin qandalıdır.Nə xoşbəxtəm, nə bəxtəvər,Səpələnmiş kül kimiyəm.Mən bir özgə ocağında,Vaxtsız solan gül kimiyəm.Nə gecəm var, nə gündüzüm,Taleyimdən hey küsürəm.Bu evdə mən gəlin deyil,Qolu bağlı bir əsirəm.Bu nə tale, bu nə bəxtdir,Qismət oldum bir zalıma.Yetiş daha, gəl al məniÇatım şirin vüsalıma. 14.08.2024MƏN SƏNİ DOST KİMİ GÖRÜRƏM AXIBu qara sevdanın at artıq daşın,Mən səni dost kimi görürəm axı,Olaram sirrini bilən sirdaşın,Mən səni dost kimi görürəm axı.Səni dost bilənə etmisən meyil,İstəməm bu dərdə olasan veyil,Bizim ki eşq deyil, məhəbbət deyil,Mən səni dost kimi görürəm axı.Desəm ki, sevirəm mənə ar olar,Bu yalanla dünya sənə xar olar,Bizdən nə bir aşiq, nə də yar olar,Mən səni dost kimi görürəm axı.Hər kəsə güvənib ərk etmirəm mən,Dostu hər yalnışa tərk etmirəm mən,Amma bu sevgini dərk etmirəm mən,Mən səni dost kimi görürəm axı.Xətrin çox əzizdir, istəməm silim,Bəlkə ümid verdim, de harda bilim,Hər vaxt dönə dönə söyləyir dilim,Mən səni dost kimi görürəm axı.10.12.2022 MƏN EVLƏNMƏK İSTƏMİRƏMHələ azdı mənim yaşım,Mən evlənmək istəmirəm.Oturmuşam, sakit başım,Mən evlənmək istəmirəm.Əlin bala batmır, qardaş,İnsan rahat yatmır, qardaş,Sözüm niyə çatmır, qardaş,Mən evlənmək istəmirəm.Sultanlığın vaxtı bitir,Lap adamın ağlı itir,Ya Rəbb, mənə səbr yetir,Mən evlənmək istəmirəm.İllər sonra saç tökülür,Qamət itir, bel bükülür,Həvəs qalmır, həvəs ölür,Mən evlənmək istəmirəm.Sanki hər kəs dəstə-dəstə,Gəlir mənim canım üstə.Qışqıracam uca səslə,Mən evlənmək istəmirəm.YOLLARA GÜL DÜZÜN, ŞƏHİDİM GƏLİRBürünüb üç rəngli şərəf taxtına,Yollara gül düzün, şəhidim gəlir.Şəhadət yazılıb onun baxtına,Yollara gül düzün, şəhidim gəlir.İgiddir, düşmənə meydan oxuyan,Ömründən vətənə ömür toxuyan,Şəhadət ətirli, cənnət qoxuyan,Yollara gül düzün şəhidim gəlir.Bu necə gəlişdi? Ürəklər durur,Bir yanda hüzün var, bir yanda qürur,Xalqım, əyilməyin! Dayanın məğrur!Yollara gül düzün, şəhidim gəlir. 23.04.2024 SONETYetər ki, sən istə məni yanında,Nə vaxtsa ayrılıb, atıb getmərəm.Dərdə, qəmə həmdəm, çətin anındaƏhdə sadiq qalıb, yalnış etmərəm.Əgər könül bağın vaxtsız solubsa,Rəngarəng gülləri özüm əkərəm.Saf, təmiz qəlbinə kədər dolubsa,Nazını bezmədən daim çəkərəm.Söhbətə doymuram şirin dilindən,Qoy eşq, məhəbbətlə sözlər yarışsın,Gəl tutum o incə, zərif əlindən,Biz susaq, yalnızca gözlər danışsın.Sevdiyim, eşqimə vəfadarımsan,Ruhun hiss etdiyim nazlı yarımsan 29.11.2023 Ağakişi Çingizoğlu,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.