Səbinə Ömərova BDU-nun SABAH Mərkəzinin rəhbəri təyin olunub

Səbinə Ömərova BDU-nun SABAH Mərkəzinin rəhbəri təyin olunub TƏBRİK EDİRİK!..

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinə yeni rəhbər təyin olunub.

Ali təhsil müəssisəsindən "ZiM.Az"a verilən məlumata görə, bu posta biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova gətirilib.


Qeyd edək ki, Səbinə Novruz qızı Ömərova - 1976-cı il noyabrın 10-da Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhərindəki 46 nömrəli orta məktəbi bitirib.
1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin bakalavriat səviyyəsini “Biologiya” ixtisası, 1999-cu ildə magistratura səviyyəsini “Biokimya” ixtisaslaşması üzrə fərqlənmə ilə bitirib. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dissertantı olub 2012-ci ildə “Alma meyvələrinin NADP-asılı izositratdehid¬rogenaza-sının öyrənilməsi” möv¬zusunda yazdığı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 2013-cü ildə AAK tərəfindən Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2016-cı ildə isə dosent elmi adına layiq görülüb.

1998-2002-ci illərdə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant, 2002-2014-cü illərdə müəllim, 2014-2022-cü illərdə Biologiya fakültəsinin tədris işləri üzrə dekan müavini işləyib. 2016-cı ildən Biofizika və biokimya kafedrasının dosentidir.
Biokimya, Biokimya və molekulyar biologiya, İmmunologiya, Enzimologiya, Endokrinologiya fənlərini tədris edir.

90-dan çox elmi əsərin, 1 dərslik, 3 dərs vəsaitinin müəllifidir. 30-dan çox beynəlxalq elmi konfransda məruzələrinin tezisləri çap olunub.

O, eyni zamanda, “Qida biokimyası” və “Şirəli meyvələrin yetişmə və qocalma proseslərinin biokimyəvi və fizioloji mexanizmlərinin tədqiqi” sahəsində elmi axtarışlarını da davam etdirir.

Səbinə Ömərova “Erasmus Mundus” proqramının layihələri çərçivəsində 2014-cü ildə Fransanın Bolonya şəhərində tədrisin təşkili, 2015-cü ildə İspaniyanın Korunya Universiteti, 2016-cı ildə Çexiyanın Karlova Universitetində tədqiqat metodları, 2016-cı ildə isə Almaniyanın Berlin şəhərində Avropanın aparıcı universitetlərində tədrisin təşkilinə dair təlimlər keçib.

Səbinə Ömərova BDU-nun SABAH Mərkəzinin rəhbəri təyin olunub Səbinə Ömərova 2009-cu ildən həm də Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertidir.
2012-ci ildə magistraturaya qəbul proqramlarının təkmilləşdirilməsində, test bankının yaradılmasında və zənginləşdirilməsində xidmətlərinə görə DİM-in Fəxri Fərmanı ilə təltif olunub.

2017-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə H.Əliyevin ideyalarının həyata keçməsindəki fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin müəllimi” ali media mükafatına layiq görülüb.

Biz də biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərovanı Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinə yeni rəhbər təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeniuğurlar arzulayırıq!..

Aysel MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Biologiya və tibb elmləri
AMEA-nın əməkdaşı elm sahəsi üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq ...

AMEA-nın əməkdaşı elm sahəsi üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq ...

Biologiya və tibb elmləri
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

"SAZLI-SÖZLÜ BORÇALI", "XXI əsrin Ziyalıları", Avropa
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam  ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam ...

Biologiya və tibb elmləri
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
İmran Yolçuyev AzTU-nun  Tədris hissəsinin müdiri təyin olunub

İmran Yolçuyev AzTU-nun Tədris hissəsinin müdiri təyin olunub

AzTU
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

Biologiya və tibb elmləri, Təbriklər
Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
Gənc əməkdaşlar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

Gənc əməkdaşlar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

Elm
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
İstedadlı aparıcı Rita Ömərova

İstedadlı aparıcı Rita Ömərova

MEDİA, Gürcüstan, Bolus
Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Təbrik edirik, YAŞAR ÖMƏROV!..

Nazirlik, BDU, "Şərqin səsi", Darvaz, Təbriklər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Rəy yazın: