Həkim-kardioloq LİNDA MUSTAFAYEVA (1988) Səhiyyə, Sağlamlıq, Tiflis 9 октября 2024 1054 100 1 2 3 4 5 Hər zaman söylədiyim və xoşladığım fikirlərdən birini yenə də yazıram: Hər bir dövlətdə Xalq Qəhrəmanı, Millət Dahisi, İnsan - mədəniyyəti və zəkası, Vətən də vətəndaşı ilə dövlətdi.İnsanların bur-birinə dilədiyi ən gözəl arzu can sağlığı sözüdür. Çünki həyatda insan üçün ən dəyərli mükafat da, nemət də, sərvət də ancaq can ssğlığıdır. Bəzən adam xəstələnəndə bilir ki, o nə qədər sağlam imiş, o qədər də xoşbəxt imiş və bu xoşbəxtliyin dünyada əvəzi yox imiş.2024-cü il 3 iyunda Başkeçiddən Tbilisiyə yol gedirəm. Bu yol məni aparıb çıxartdı Ortaçalaya. Suları dairəsinin başından ipək kimi yerə tərəf yayılan fəvvarədən geri dönüş edən maşınımız Mərkəzi klinikanın qarşısında dayandı. Həmin klinikanın II mərtəbəsinə qalxıram. Kardiologiya şöbəsini soruşuram. Mən burada adını eşidib, özünü görmədiyim, gənc yaşında biliyi, bacarığı, mərhəməti, səmimiyyəti ilə yaxşı həkim kimi məşhurlaşan bir xanım kardioloqla görüşəcəkdim. Nəhayət uca boylu, qara gözlü, uzun saçları kürəyini örtən, üzündən-gözündən təbəssümlər ələnən, nur baxışlı həkimlə qarşılaşıram.Biz dörd nəfər olsaq da Linda həkim mənə bir-başa öz adımla müraciət edərək gülümsədi. Belə bir təbəssümlə qarşılaşdığımdan məmmunluq duyuram və Tbilisi gözəli ilə həmsöhbət oluram.Mustafayeva Linda Əli qızı - 1988-ci il dekabrın 16-da adının mənası "isti" demək olan gözəl, qədim Tbilisi şəhərində dünyaya gəlib. 2006-cı ildə Tbilisidəki 64 saylı beynəlmiləl orta məktəbin rus bölümünü bitirib (Həmin məktəbdə Azərbaycan, gürcü və rus bölmələri birgə fəaliyyət göstərir). Məktəbdə akademik və davranış baxımından, həmin məktəbin ən yaxşı şagirdi kimi hər il sertifikatlarla mükafatlandırılıb. 2006-cı ildə məktəbi medalla bitirən Linda Əli qızı Tbilisi Dövlət Tibb Universitetinə daxil olub. Universitetin Prezident təqaüdçüsü tələbəsi olaraq, 2012-ci ildə məzun olub. Daha sonra Kardiologiya ixtisası üzrə rezidenturaya daxil olub, 4 ildən sonra Kardioloq lisenziyası alıb. Rezidenturada olduğu müddətdə Jol Ann Tibb Mərkəzində kiçik həkim kimi çalışmağa başlayıb. 2014-cü ildə Haceftepe Universitetesi Tip fakultəsindən Maqati ilə intensiv terapiya kursu (6 ay) keçməyə dəvət alıb. 2018-ci ildə Xorvatiyanın Dubrovnik şəhərində Lipidologiya məktəbində kurs keçib. Son illərdə aşağıdakı Klinikalarda kardioloq olaraq çalışır: Pineo Medical Ecosystem, Tbilisi Tibb İnstitutu, Avropa Kardioloqlar Assambleyasının The European Society of Cardiology (ESC) üzvüdür. 2023-cü ilin avqust ayında Amsterdamda, Avropa Kardiologiya Assambleyasının Konqresində iştirak etmişdir. 2023-cü ilin sentyabr ayında çalışdığı Klinikada "Tibb bacıları məktəbi "(gürcü hərfi ilə yazılıb) yaradılmışdır. Burada tibb bacılarının biliklərinin artırılmasında doktor Linda xanımın da aktiv fəaliyyəti var. 2023-cü ildən Qriqol Robakidze Universitetində əsasən xarici dil tələbələri ilə ingilis dili üzrə Lektor işləyir. Doktorluq bacarığı ilə fəxr etdiyimiz Linda Mustafayeva beş dildə (Azərbaycan, gürcü, rus, türk, ingilis dillərində) yazır və gözəl danışır.Sağaltdığı xəstələrin bəziləri ürək həkimi Linda haqqında şeirlər yazıb və ürək sözlərini qəzetlərdə çap etdiriblər. Aktual.de televiziya kanalı doktor Linda haqqında sənədli film hazırlayır. İnşallah yaxın zamanlarda həmin film efirlərdən izlənəcək. Amma mən sevinirəm ki, belə bir fədakar həkimimiz barədə biz, yəni "Borçalı" nəşriyyatı həmin televiziya kanalını önləyə bildik. Linda xanım bizim kollektivin Ensiklopedik məlumat kitabımızda ilk olaraq yer aldı. Doktor Linda belə rəsmi məlumatdan başqa əmək fəaliyyətindən və fəallığından danışmadı. Sadəcə onu söylədi ki, xəstəxana maraqlı və ağrılı hadisələrlə doludu. Xəstələr sevinəndə sevinir, ağlayanda o da daha çox acıyır. O bu fikrini açıqlayandan sonra gülümsəyib susdu. Onun daha danışmayacağını anlayıb sağollaşdıq.İndi mən danışıram. Əvvala həkim gözəl olan Allahın gözəl adlarından biridi. Məşhur rus yazıçısı A.P.Çexovun söylədiyi kimi həkimlik - qəhrəmanlıqdır. Yəni xəstəlik orqanizmin gözə görünməyən düşmənidir. Həkim isə məhv olmaqda olan orqanizmi yeniləyən, yenidən təmir edən ustad və ustadır. Həkim dünyada yeganə peşəkar varlıqdır ki, dosta da dostdur, düşmənə də dostdur. Həkim, humanist, insanlıq nümunəsidir. Bir az daha dərinliklərə getsəm, Həkim, sağlam Ana (ginekoloq), Həkim, nurlu baxış (oftalmoloq), Həkim, sağlam can (terapevt), Həkim, güzgü kimi (hepatoloq), Həkim, təmiz nəfəs ağciyər (pulmonoloq), Həkim, saat kimi ürək (kardioloq), Həkim, daşsız, qüsursuz böyrək (uroloq), Həkim, gözəl təbəssüm (stomatoloq) deməkdir. İnsan bütün orqanları ilə tamdır, sağlamdır və gözəldir. Hər orqanın da öz həkimi, öz funksiyası var.İnsanın əsas yaşam karantı ürək hesab olunur. Arzu edirəm ki, heç kim deməsin ki, ürəyim ağrıyır. Amma elə bir reaktiv zəmanəyə tıxaclanmışıq ki, həkimsiz, müalicəsiz, ürək ağrıtmadan yaşamaq mümkün deyil. Belə hallar da yaxşı ki, müraciət edəcəyimiz yaxşı həkimlərimiz var. Onlardan biri də ən gözəl Kardioloqumuz Linda Əli qızı Mustafayevadır. Doktor Linda öz pasiyentlərini əksər hallarda əməliyyatsız sağaldır. Onun Raul adında bir gözəl oğlu var. Raul Məmmədovun 15 yaşı olmasına baxmayaraq beş dildə danışa bilir. Anası doktor Linda kimi Azərbaycan, gürcü, rus, türk və ingilis dillərində danışa bilir.Hörmətli Linda Əli qızı, biz də sizə fədakar əməyinizdə yüksək zirvələr, oğlunuz Raula da parlaq gələcək arzu edirik.Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetinin və “Borcali.org” saytınınBaş redaktor müaviniZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.