
Tanınmış elağsaqqalı, uzun müddət “Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifələrdə çalışmış Xeyrullah Hümbətov vəfat edib.
Qeyd edək ki, Hümbətov Xeyrullah İman oğlu 1957-ci ildə Zəngəzur mahalının Qafan rayonundakı Gığı kəndində anadan olub.
Yeni Azərbaycan Partiyasının qurucularından - məşhur 91-lərdən biri olub.
Ömrü boyu Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalıb.
Uzun müddət “Azərbaycan Dəmir Yolları” QSC-də rəhbər vəzifələrdə çalışıb.
ADY-də Arif Əsgərovun rəhbərliyi dönəmində onun müavini olub.
Daha sonra Yeni Azərbaycan Partiyasının ADY üzrə təşkilatın sədri seçilib.

Allah rəhmət eləsin.
Məkanı cənnət, ruhu şad olsun.
BƏHRUZ PİRİYEV,
ZiM.Az
.