Həkim TEYMUR HÜSEYNOV (1948-2023)

Həkim TEYMUR HÜSEYNOV (1948-2023) "BORÇALI ENSİKLOPEDİYASI"ndan SƏTİRLƏR

Hüseynov Teymur - 12.06.1948-ci ildə qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstanın Dmanisi rayonundakı Qızıl-kilsə kəndində anadan olub.
Qızıl-kilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib.
1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU-ya) daxil olub.
1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1973-1974-cü illərdə Bolnisi şəhər xəstəxanasında internatura keçib.
T.N.Hüseynov 1974-cü ildə Dmanisi rayon xəstəxanasında burun-boğaz həkimi kimi fəaliyyətə başlayıb.
Ötən əsrin sonlarında Borçalıda baş vermiş məlum hadisələrdən, sonsuz təqib və təziqlərdən sonra, minlərlə soydaşımız kimi, Teymur Hüseynov da, ailəsi ilə birlikdə 1993-cü ildə Bakıya köçməyə məcbur olub.
1993-cü ildən 2022-ci ilə kimi Bakıdakı 11 nömrəli şəhər poliklinikasında, 2022‐ci ildən isə özəl klinikada burun-boğaz həkimi kimi çalışıb.
Teymur Hüseynov 26 mart 2023-cü ildə Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin.

Teymur həkim həm də gözəl ailə başçısı, 5 övlad atası olub: 4 qızı, 1 oğlu var.
Oğlu Fuad Hüseynov iqtisadçıdır.
Qızlarından ikisi - Tahirə və Samirə Hüseynovalar həkimdir.
Digər iki qızı müəllimdir.
Qızı Alidə Hüseynova Azərbaycan Dövlət İqtisad Universitetində çalışır, iqtisad elmlər üzrə fəlsəfə doktorudur.
Qızı Raya Hüseynova isə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirib. Bir müddət elə həmin ali məktəbdə müəllim işləyib. Ailəlidir. 4 övladı var. Hazırda ailə vəziyyətilə əlaqədar olaraq işləmir.

Biz də bir daha Teymur həkimə Allahdan rəhmət diləyirik, onun ləyqətli övladlarına isə şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!..

Hənifə Şəbnəm,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: