BRİLYANT ATƏŞ: "DÜNYANIN KÖKSÜNƏ SIĞINDIM YENƏ" Ədəbiyyat » Poeziya 22 октября 2024 853 0 1 2 3 4 5 Brilyant Atəş illərin zəhmətini, yorğunluğunu çiyinlərində daşıyan fədakar ana, ailə başçısı, ziyalı bir Azərbaycan xanımı, zəhmətkeş bir pedaqoqdur. O, öz duyğu dünyasını zaman-zaman misralara köçürüb oxucularının görüşünə tələsir. Brilyant Atəş 4 kitab müəllifidir. Siz dəyərli oxucularımızı onun misralara çevrilmiş duyğu, düşüncələrinin bir sıra kövrək məqamları ilə tanış olmağa dəvət edirik.RAMİLƏ ƏLİYEVA,ZiM.AzAY İNSANYırğalansa qalarsanmı görəsən-Bu dünyanın yaddaşında, ay insan?"Mən"liyini vuracaqsan yerə sən,Qədrini bil boz daşın da, ay insan.Çox bərabər bölüşdürüb payını,Hamı üçün verib sevinc, vayını,Boşa çəkmir heç bir zaman yayını,Çanaq sınar öz başında, ay insan.Darğaların darğasıdı əzəldən,Xoşu gəlmir "mən", "mən" - deyən gözəldən,Göz tökmədən Atəşdir qaş düzəldən,Uduzarsan savaşında, ay insan.DÜNYANIN KÖKSÜNƏ SIĞINDIM YENƏBoynuma boz kəndir dolanan zaman,Dünyanın köksünə sığındım yenə.Qarşımı kəsəndə nadürüst, yaman,Dünyanın köksünə sığındım yenə.Sıxılıb buludun gözündən düşdüm,Çəməndə lalənin üzündən düşdüm,Yaralı aşiqin sözündən düşdüm,Dünyanın köksünə sığındım yenə.Dinmədim, dilimi lal eylədim, lal,Gördüm ki, zəlildi, səfildi halal,Uçdu "qanadlılar"üstümə, dərhal-Dünyanın köksünə sığındım yenə.Başıma göylərdən qaya yağırdı,Kürəyə həyatın yükü ağırdı,Karıxdığım görüb məni çağırdı-Dünyanın köksünə sığındım yenə.Otaq zülmət olub tənha qalanda,Ruhum candan uçub, rəngim solanda,Dillər fəryad edib, gözlər dolanda,Dünyanın köksünə sığındım yenə.Çalışdım, vuruşdum yatana kimi,Dəryaya baş vurdum batana kimi,Əlim Haqq əlinə çatana kimi-Dünyanın köksünə sığındım yenə.Cismimi əzdilər, ruhum talandı,Kim deyir bu dünya boşdu, yalandı?Atəşə dost kimi dünya qalandı-Dünyanın köksünə sığındım yenə.DADASANTəcnisƏhli-beytə sadiq olub "can" boyu,"Kövsər"indən, "nemət" indən dadasan.Haqq söyləyib, Haqqa qoyub başını,Yetişəsən bir köməyə, dada sən.İnsan oğlu dərs götürə qana hey,Qol qoymaya nə qovğaya, qana hey,Həyat özü bir məktəbdir qan, a, heyyy,Nə götürsən səfasını dada san.Arxa çevir təpərinə, qoluna,Bərabər tut hər kəlməni "qol"una,Bulanarsa əgər, Atəş, "qol"una-Zəhmətinin bəhrəsindən dad asan.ALIŞARİynə alıb,qurdalama yaramı,Ağrım,acım bir-birinə qarışar.Silkələsən qəm tökülər canımdan,Qara bəxtim, qara günlə yarışar.Fələk özü qan qaynadan qazandı,İstəyəndə yazdığını pozandı,Şair elə dərd oxuyan ozandı,Üsyan etməz, taleyilə barışar.Bənzər dağa, vüqarlıdlr, əyilməzKədər boğsa o danışmaz, o dinməz,Ruhu donar,yayda belə isinməz,Atəş yanar, öz içində alışar.DÜNYADANBir Vətən sevdalı, həyat vurğunu,Yaralı bir şair köçdü dünyadan.Bir eşq fədaisi, sevgi yorğunu,Küskün ruha dönüb uçdu dünyadan.Açılmaz camalı, gülməz gözləri,Qımışmaz dodağı, dinməz sözləri,Xəyallar qoynunda saxlar bizləri,Heç vaxt şux görünməz hicrandan dadan.Atəş göz yaşıyla bəzədi səni,Kölgəni gözünə gözədi sənin,Bildi ki, yoxluğun nizədi sənin,Ətrini qoxuyum sənin haradan?TƏBİƏTƏHərə ürəyini verir birinə,Mən isə vermişəm xoş təbiətə.Ondadı məhəbbət, sevgi, gözəllik,Heç zaman baxmayın boş, təbiətə.İnsanı məst edir basıb bağrına,Bilmirsən qoynunda acı, ağrı nə,Qısa cavab verim sənin sorğuna,Baxanda qalmayır huş, təbiətə.Ömür köhləninin üstədir hələ,Könlü vurulmayıb heç nəyə belə,Məlhəmdi ürəyə, şeirdi dilə,Atəş tez-tez çəkir baş təbiətə.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.