Xuraman Muradova: "SÜRGÜN TALEHLİ..." - Video Tv, Turan, Orta Asiya 3 октября 2024 637 100 1 2 3 4 5 Azərbaycan əsilli Özbək şairi Maqsud Şeyxzadənin xatirəsinə… Məzarın önündə gözlədim bir an,Baxdım həsrət dolu baxışlarına.Vətəndən vətənə sürgün edilibDüşmüşsən taleyin qarğışlarına... Ulu Türkistan’ın pak sinəsini,Zülüm qılıncıyla parçaladılar.Millətin ziyalı oğullarını “Türkçü” damğasıyla damğaladılar. Mərdcə sinə gərdin tüm əzablara,Sönmədi içində Turan sevdası.Yazdın misra misra vətən dərdini,Sözü sipər edib aldın qisası. Diyardan diyara sürgün eylədi,“Türk” adından belə qorxan namərdlər.Şair ürəyini qana bələyib Səni öz içində boğdu bu dərdlər … Səninlə birlikdə doğdu, böyüdü,Türkçülüyə sevgin, “Turan” niyyətin.Əymədin boynunu zalım önündə,Bizə bayraq oldu pak əsalətin! Qaranlığı yardın, çıxdın tufandan,Yanan ürəklərdə köprülər saldın.Qəmli ürəyinlə, yurd həsrətinləXalqın yaddaşında əbədi qaldın. Xalqın yaddaşında əbədi qaldın! Xuraman MuradovaAzərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.