AFƏT ÖMÜR (1984) Ədəbiyyat » Poeziya 23 октября 2024 363 0 1 2 3 4 5 Sadıqova Afət (Ömür) İsmayıl qızı – 27 iyun 1984-cü ildə Tovuz rayonunun Qaradaş kəndində anadan olub.Orta təhsillidi.Bakı şəhərində yaşayır.Ailəlidir, iki övladı var.VƏTƏNYurdum, sənə canım fəda,Ən son damla qanım fəda.Hər saniyəm, anım fəda,Əzizim sən Ana Vətən.Sinəsini önə verən,İftixarla sinə gərən,Neçə igid, neçə ərən,Qıydı şirin cana Vətən.Kəssin deyə qalma-qalım,Polad kimi generalım,Mübarizim, pak amalım,Boyandılar qana Vətən.Dilində vardı nəğməsi,Muğam oxumaq həvəsi,Xudayarın həzin səsi,Gəlir yana-yana Vətən.Afət Ömür, torpaq Vətən.Hər çiçək, hər yarpaq Vətən.Dəniz Vətən, irmaq Vətən.Çatmalıyıq sona Vətən.QARABAĞ AZƏRBAYCANDIR!Cənab, İlham Əliyev,Hər sözün bizə əmrdi.Apardığın siyasət,Zəncirləri gəmirdi.Bəxdi bağlı Qarabağ,İndi bəxdin açıldı.Suqovuşan çayının,Səs-sorağı yayıldı.“Bir millət, iki dövlət”Gör nə gözəl kəlamdır!Bir ananın iki oğlu,İlham və Ərdoğandır.İki dost, iki qardaş.Tanrı sizi qorusun.Paxıllıqdan, düşmənlər,El içində xar olsun.Türk oğlu, türk əsgəri,Düşmənə göz dağıdır.Bizim qarşımızdakı,İnsan deyil, yağıdır.***Qarabağ Ermənistandır?Bu doğru deyil, yalandır.Aç gözünü sən yaxşı bax,Qarabağ Azərbaycandır!..ANA MƏN ŞƏHİD OLDUM“Ana mən Şəhid oldum”Ağla, məni sən ağla.Ah çəkib, haray salma,İçində gizlin ağla.“Ana mən Şəhid oldum”Məni özün qarşıla.Qışqırıb, saçın yolma,Rahatca, sərin ağla.“Ana mən Şəhid oldum”Yerim, cənnət-məkandı.Son mənzilə yola sal,Mətin dur, mətin ağla.“Ana mən Şəhid oldum”Gözün yoldan yığılsın!Sevin olun Şəhiddi,Denən, VƏTƏN SAĞ OLSUN!AY ƏSGƏR BALAMYastığın qayalar, yorğanın duman,Rahatmı yatağın, ay əsgər balam?El-obandır səndən sədaqət uman,Xoş gəlsin sorağın, ay əsgər balam.Mübariz yoludur, getdiyin yolun,Taqətdən düşməsin dizlərin, qolun.Əzizlə torpağın, hər çiçək kolun,Vətəndir dayağın, ay əsgər balam.Hərbi xidmət yolu, şərəfli yoldu,Bu yolda minlərlə Şəhidlər oldu.Əsir Zəngəzurun, gözləri doldu,Artıq sanc bayrağın, ay əsgər balam.Qoy dünya danışsın ədalətindən,Düşmənlər dərs alsın, ədavətindən.Danışsın hər zaman, cəsarətindən,Yaxının-uzağın, ay əsgər balam.Ər-igid övladım, gələsən cuşa,Damarındakı qan, coşduqca-coşa.Hünərlə-qeyrətlə son ver savaşa,Namusdur yarağın, ay əsgər balam.Afət Ömür,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.