NİGAR XƏLILOVAnın YENİ ŞEİRLƏRİ "ŞAM İŞIĞI", Poeziya 28 сентября 2024 1077 100 1 2 3 4 5 Xəlilova Nigar Nurulla qızı – 1961-cı ildə Qax rayonunun İli-su kəndində anadan olub. 1978-ci ildə Bakı şəhərindəki 175 nömrəli rus dilli orta məktəbi bitirib və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 1984-cü ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib. 1996-cı ilədək Sumqayıt şəhər Doğum evində həkim mama-ginekoloq və şəhər səhiyyə şöbəsində müalicə işləri üzrə həkim-inspektor vəzifəsində çalışıb.1996-2002-ci illərdə Bakıda Mamalıq-Ginekologiya Elmi Tədqiqat İnstitutunda elmi işçi və həkim kimi çalışıb.2002-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanın Nəcran şəhərinə kontrakt vasitəsilə öz ixtisası üzrə işləmək üçün köçüb. Bu günədək həmin şəhərdə yaşayıb çalışır. Tibb elmləri üzrə fəlsəfə doktorudur (2013).Şeirə, ədəbiyyata həvəsi lap məktəblik illərindəndir. Orta məktəbi Bakıdakı 175 nömrəli rus dilli məktəbdə oxusa da, Ana dili - Azərbaycan dili onun üçün həmişə birinci olmuşdur.Professional anlamında isə ədəbiyyatla gənclik işllərindən məşqul olur. 1980-1990-cı illərdə Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan "Natavan" klubunda V.Qafarov, M.Vəkilov kimi məşhur şairlərin rəhbərlik etdiyi ədəbi dərnəklərdə iştirak edib. 2011-ci ildən etibarən AYB üzvüdür.Səudiyyə Ərəbistanda Səfirliyimizin tədbirlərində yaxından iştirak edir, öz şeirlərini söyləyir. Vətən mövzusu yaradıcılığında qırmızı xətlə keçir. Xəstəxanada və Nəcran şəhərində, xüsusilə 44 günlük müharibə zamanı, iş yoldaçlarına və əhaliyə müharibənin səbəblərini, Qarabağ kimə mənsub olduğunu izah edib. Bu ölkədə, demək olar ki, bütün dünyadan gəlib işləyən-lər var və Azərbaycanımızı tərənnüm etməyə və təbliğat üçün heç də balaça platforma deyil.Beynəlxalq mətbuatda da fəal çalışıram, nüfuzlu ədəbi jurnallarda və qəzetlərdə rus və ingilis dillərdə dərc olunur.Mirvarid Dilbazi adına Poeziya Məclisinin üzvüdür. Meh-riban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində yayımlanan bizim mənəvi irsimizə daxil olan kəlağayımıza həsr olunmuş layihələrdə iştirak edir, çox dəyərli kitablarda Azərbaycan dilində yazdığı şeirlər dərc olunub.Başqa ölkələrdə yaşayan şairlər və yazıçılar yazırlar, Nigar xanımdan hansı ölkədən olduğunu soruşduqda, o, həmişə fəxrlə Ulu Öndərimiz Heydər Əliyevin ölməz sözlərilə çavab verir: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!". Biz də çox hörmətli Nigar xanıma şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında, eləcə də, şərəfli elmi, tibbi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AzŞUŞA PoemaDüşmən sənə "Şuşı" deyir,-Soyu, lüğəti kasad.Çalıb dəyişdirməkləDolmayır sızan kəsa.Çox dolaşıb ətrafındaQuduz daşnak çaqqalı,Gəmirib daş, divarı da,Dişindən sağ nə qalıb?Məzarda mərmər qalmayıb,Meşələrdə - ağaclar.Büllur çeşmə murdarlanıb,Taptalanıb yamaclar.Qözəl Şuşa, gül cəmalınBatdı yağı gözünə.Yandı dərin, yandı canın,Yanğın düşdü üzünə.Pənahəli xan CavanşirAllahdan can istədi,Ruhu qəfəsdə şirKimi dərdli, pərişan gəzdi.Min doqqus yüz doqsan iki,May ayı, səkkinzinci gün.Qöy, şəfəq, qünəş də, sanki,Şuşadan oldu sürgün."Dağlarda toy" keçirirdi,Qəhqəhə çəkib qülürdüMuğan düzündə düşmən.Yallı gedir, rəqs edirdi,Bayram edirdi düşmən.Şampan mantarlarıləTəqqir atəşi açırdı,Səbrimizi sınayırdıIyirmi səkkiz bahar.Hər gün əmr gözləyirdiPrezidentdən igidlər.Xalq ümman tək qaynayırdı,Güc sunamisi qalxırdı,Baş- başa idi dalğalar."Dağlarda toy" tutdu genişErməniyə ordumuz.Bu "toyda" çağirilmamışÇox idi qonaqlarımız.Baxırdı qapı, bacadan,Kimi pəncərəsindən,Necə qırx dörd gün ərzində"Toy" qurdu Azərbaycan.Adam ayağı dəyməmişDüm- düz sərt qayalarlaƏsqər, sanki, vərdiş etmiş,Qalxdı uca qalaya!"Zəfər yolu" adlandırdıqQəhrəmanlıq yolunu!Qələbə tarixi yazdıSücaətli ordumuz!Əziz Şuşa! Sən azadsan!-Unudulmaz kəlmələr!Qəlbimizdə güllər açdı,Dilə gəldi nəğmələr!Şəfa tapdı sağalmayanKönül yaralarımız.Döndü çağlaya-çağlayaSelə göz yaşlarımız.Yaşadıq sevincimizi,Sarıldiq, güldük təkrar.Var ol!- PrezidentimizəSöylədik milyon kərə.Allaha şükürlər etdik,Şəhidlərə - dualar.Qazilərə can sağlığı,Acil şəfa dilədik.Noyabrın rəqəmi səkkiz,Min doqquz yüz iyirmi.Bu tarixin sehri sonsuz,Bu bizim Qələbəmiz! ZİRVƏBu zirvəyə quş da qanad saxladı,Qopdu dırnaqlarım, sındı, qanadı.Dünya gözlərimdə bir an qaraldı,Ziyanın yarsından geri dönmədim.Zirvə göy üzünə salıb meylini,Dəyişdim adımı, olmuşam Leyli.Dəlisiyəm uca vüqarın, neylim,Leysanlar yağdırır, necə sönmədim?!Zirvə həmin zirvə, ucalıb durur.Yarı yoldayam mən zirvə boyunca.Nə yerə enirəm, qoymayır qürur,Nə göyə çatıram illər dolunca.***Daha məndə can qalmadı,Paralandım dilim-dilim,-Tullantılar arasında quru cörəkAxtarırdı həmvətənlim.Alicənab bir insana bənzəyirdi,Xəcalətdən gözlərini gizlədirdi.Gördüm onu, zəlzələyə düşdü ürək,Torpaq kimi çatlayaraq,Qaranlığa uçdu ürək.Qələm, kağız tuta gərəkZiyalının barmaqları.Düşünməsin, uşaqları.Nə yeyəcək, nə içəcək?O, gözlərin cavabını kim verəcək?Aciz qalıb o, gündənRuhum xəstə dolaşır,Bəlkə günahımız var?O, gündən gecələrdəYuxularım qarışır.Bir parça quru çörək,Cadar- cadar dodaqlar,Yandıran göz yaşları...İnsan hər şeyə dözür,Hər əzabla barışır. QƏHRƏMAN DOSTUMÇingiz Mustafayevin əziz xatirəsinə ithaf edirəm.Tarix yaddaşına düşübdür ismin,Səmalar oğlusan, yerlər neyləsin?O, qara xəbərə mən necə dözdüm?Eh, əziz xatirəm, tələbə dostum.Hələ də qulağım duyur səsini,Torpağa vermisən son nəfəsini.Vətənin yarası ikimi, birmi,Yaradan dünyanı düzəldə bilmir.Gedirsən, çiynində kamera, Çingiz,Sən o, səngərlərlə çox gedəcəksən.İzini izləyir neçə qış, payız,Səngər çiçək açar,- dönməyəcəksənEh, əziz xatirəm, tələbə dostum,Əzəldən kor olub seçimdə ölüm.Qan içən düşmənə sən oldun hakim,Vətən qəhrəmanı, jurnalist, həkim. ***Payız dənizin gözündə,Kədəri payıza yazaq.Məhəbbətin körpüsündəMən sevgidən çox uzaq.Meh saçımızı oxşayır,Ay da solur yarpaq- yarpaq.Son sevgi yağışınamıDüşüb həsrətli bir torpaq?!Sən mənimçün uca bir dağ,Dağ başını, de, əyərmi?Bu varlığım - sönmüş ocaq,Alışdırmağa dəyərmi?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.