SAHİBƏ YUSİF (1986) "NUR OCAĞI", Poeziya 27 сентября 2024 1424 80 1 2 3 4 5 Mürsəliyeva Sahibə Fikrət qızı - 1986-cı il oktyabrın 18-də Şabran rayonunda anadan olmuş, orda orta təhsil almış və ömrünün uşaqlıq və gənclik illərini bu doğma diyarda keçirmişdi.Sahibə xanım ilk şeirini dünyadan vaxtsız köçmüş bacısına həsr etmiş və bundan sonra duyğularını davamlı olaraq misralara köçürmüşdü.Sahibə xanım “Nur ocağı” ədəbi-bədii məclisinin üzvüdür və "Nur ocağı" antologiya kitablarının 1-ci və 2-ci cildlərində şeirləri çap olunmuşdur. Onun şeirləri müxtəlif qəzet və jurnallarda da dərc olunmuş, almanaxlarda işıq üzü görmüşdür. O cümlədən, "Bütöv Azərbaycan" qəzetində, "Turkay" aylıq ədəbiyyat dərgisində də Sahibə xanımın şeirlərinə geniş yer verilmişdir.Sahibə xanım gənc olmasına baxmayaraq duyğu və düşüncələrini çox dolğun ifadə edən, özünəməxsus yaradıcı fikirlərə malik istedadlı xanımdır.Sahibə Yusifin bu yaxınlarda işıq üzü görmüş "Bu dünyanı nağıl bilək" adlı kitabı müəllifin ilk kitabıdır. Və biz bu istedadlı yaradıcı xanıma kitabların axarlı, yaradıcı fikirlərin baxarlı olsun deyirik və ona davamlı yaradıcılıq uğurları arzu edirik. Onun misralara hopmuş duyğu dünyasının müəyyən məqamlarını əks etdirən şeirlərini siz dəyərli oxucularımıza təqdim edirik.RAMİLƏ ƏLİYEVA, ZiM.Az DUYĞUMSəpib misralarıma ruhumun ağrısını,Dilimə qıfıl vurub vərəqə ötürürəm.Ovudub sətirlərdə qəlbimin yanğısını,Göz yaşları içində sizlərə yetirirəm.Duyub anlamazlara verib bütün ömrümü,Közərən ümidlərlə isidirəm könlümü.Əziz anamdan belə gizləyirəm dərdimi,Üzümdə bir yalançı təbəssüm bitirirəm.İndi xatirələr də buz tutub baxışımda,İsladıram özümü Tanrının yağışında.Dünyanın məhvərində, həyatın axışında,Səadətdən özümə hədiyyə gətirirəm.QÜRUBA DOĞRUÇatıram yaşımın qürub çağına,Bəyazlar görünür saçımda mənim.Ömrün baharına, ömrün yazına,Azalır ümidüm, üzülür tənim.Məni əsir edən o qorxunc hissim,Daha əvvəlki tək güclü görünmür.Dəyişir düşüncəm, dəyişir tərzim,Ürəyin ardınca ağlım sürünmür.Bir an öz-özümlə tənha qalanda,Əqlin vicdanınla mütləq görüşür.Dönüb gəncliyinə nəzər salandaBir az da, cavanlıq gözündən düşür... QAPIM ÜZÜNƏ AÇIQDIRHansı ürəkdə azmısan,Yol tapıb çıxa bilmirsən?Bu tilsim necə tilsim ki,Güc gəlib yıxa bilmirsən?Bəlkə tor qurub hörümçək,Sənin qismət pətəyinə?Tanrı bilib yapışmısan,Kor iblisin ətəyinə?O səadət nədir görənBəxtimə yaza bilmirsən?Nəs gördüyüm bir yuxunu,İllərdir yoza bilmirsən.Görmürsənmi məhəbbətim,Yoluna düzülüb gəlir?Göz yaşlarım muncuq kimi,Gözümdən süzülüb gəlir.Mənim kəpənək ürəyim,Dərdi hardan qanır axı.Harda eşitsəm adını,Od, alovsuz yanır axı.Onsuz özün də bilirsən,Mənim ruhum alaçıqdır.Nə vaxt dönsən mənə sarı,Qapım üzünə açıqdır. İNKAR OLUNMAZ EŞQMənə baxan gözləri,Yad gözlərdə öldürdün.Qürurum yerlə-yeksan,Yerin dibinə girdimMəni kimə güldürdün?Güvənim ayna kimiÇiliklənib töküldüSənə doğru yol gələnO böyük məhəbbətimİlmə-ilmə söküldü.Küsdüm kirpiklərimdəİncikliklər düzüldü.Yanağımı isladanMirvari göz yaşlarım,Ürəyimə süzüldü.Dünən bundan gözəldik,Bu günsə darmadağın.Əcəb günlərə qaldıqAğlamaqdan səyriyirSənə küsgün dodağım.Ovuc-ovuc dualar,Niyə sənə kar etmir?!Səcdə durduğum eşqiQoy iblis bəyənməsinAllah ki inkar etmir.KƏPƏNƏK ÖMRÜMən tənha öləcəyəm!Həm də bir az çox erkən.Kəpənəklər tez ölür,Ürəyi yaşam eşqliYaşamısa azca kəm.Nə qədər cəhd eyləyib,Ölümlə savaşsamdaİpək qanadlarımla,Dünyaya yaraşsam daMən tənha öləcəyəm.Təbiətin qəlbinə,Yazacağam adımı.Sonra pəriyə dönübBüküb qanadlarımıYox olub gedəcəyəmMən tənha öləcəyəm.Bəlkə bir bahar günü,Bəlkə bir yaz axşamıƏcəlin qucağındaQucaqlayıb baxçamıÖmrümü böləcəyəmMən tənha öləcəyəm.Üsyankar arzularımUzaqlardan baxacaqSon dəfə ümidiməQəfil günəş doğacaqÜrəkdən güləcəyəmMən tənha öləcəyəmMən tənha öləcəyəm. BU ŞƏHƏRƏ QƏRİBƏM...Bu şəhərə qəribəmYurd, yuvasız quş kimi.Yaşayıram ömrümünİşi payızdan keçənSazaq dolu qış kimi.Bu şəhərə qəribəm,Burda bitmir savaşım.Bu soyuq, yad şəhərəNeçə mehriban olubEhh, necə doğmalaşım?!Bu şəhərə qəribəm,Burda hüzün görünür.Saf arzudan yaranan,Rəngli xəyallarım daQara rəngə bürünür.Bu şəhərə qəribəm,Buranın qovğası çox.Gecə -gunduz bilməyən,Adamları günahkar -Tanrıdan qorxusu yox.Bu şəhərə qəribəm,Açmaz burda gül-çiçək.Bilirəm, nə zamansaQəribəliyin dumanı -Ruhuma səpiləcək. İZİN QALDIİzin qaldı silinməz,Bu eşq ömür yarısı.Yanağı gündən yanan,Saçı sünbül sarısıQız səni soraqladı.Göylərlə əlbir olub,Gizlədi kədərini.Qara buluda bənzər,Xatirə dəftəriniRüzgarla varaqladı..Qədərinə baş əydi,Qışını yaza yozdu.Gülün məkanı bəlli,Deyib, qəbrini qazdı,Üstünü torpaqladı...SƏNİ BAĞIŞLADIM ADAMLənətlənmiş, viran olmuş,Evinə xoş gəldin adam.Gedəndə çox şey apardın,Gələndə boş gəldin adam.Ayrılığın qəm yükünü,Üzünə çəkib gəlmisən.İllərin kirin, çirkabın,Üstünə töküb gəlmisən.Nə yaxşı ki qayıtmısanBir azca dözüm qalmışdıQapımı çırpıb çıxandaArxanca gözüm qalmışdı.Bilmirdinmi Tanrı bir günYerdə qoymaz bu nahaqqıBax, səni onun xətrinə,Bağışladım Allah haqqı.BƏXTİM UÇUQ KAHAYenə üz tutmusan arzu dağıma,Səslənmə, eşitmir qulağım səni.Mənim bəslədiyim"sənli"bağıma,Yağır narın-narın hicranın çəni.Ömrün bu çağında bu nə savaşdı,Toxunur ruhuma nəfsin küləyi.Nə sən o deyilsən, nə yaş o yaşdı,Nə məndə döyünür gənc qız ürəyi.İndi duyğuların dili gödəkdir,Ümidsə çay deyil daşa, çağlaya.Qayğılar qapımda ətək-ətəkdir,Bir özgə "mən"lazım, mənə ağlaya.Daha sevgi yaşım keçib qadası,Dibsiz ümmanlarda itib azıram.Bəxtim uçuq kaha, qəlb dərd odası,Dərdin dəryasında şeir yazıram.AĞLAMAAyrılıq bir ovuc tozdu,Gözünə dolsa ağlama.Bahar ömrüm xəzəl olsa,İzinə dolsa ağlama...Dərd yapışsa ayağından,Qəm asılsa dayağından,Göz yaşların yanağındanSözünə dolsa ağlama...Ürəyin həsrətə yorğun,Gülüşün simanda solğun.,Saçların pərişan, dalğın,Üzünə dolsa ağlama.DAHA O DEYİLƏMYenə üz tutmusan arzu dağıma,Səslənmə, eşitmir qulağım səni.Mənim bəslədiyim"sənli"bağıma,Yağır narın -narın hicranın çəni.Ömrün bu çağında bu nə savaşdı,Toxunur ruhuma nəfsin küləyi.Nə sən o deyilsən ,nə yaş o yaşadı,Nə məndə döyünür gənc qız ürəyi.İndi duyğuların dili gödəkdir,Ümidsə çay deyil daşa,çağlaya.Qayğılar qapımda ətək-ətəkdir,Bir özgə "mən"lazım,mənə ağlaya.Daha sevgi yaşım keçib, qadası,Dibsiz ümmanlarda itib azıram.Bəxtim uçuq kaha,qəlb dərd odası,Dərdin dəryasında şeir yazıram.DAHA GƏNC DEYİLİKDaha gənc deyilik əvvəlki kimi,Çöhrəmiz günəş tək sustalır, sönürGücümüz o deyil qıra tilsimi,Ümidlər çırpınan bir quşa dönür.Ürək döyünsə də yanıb odlanmırArzu gözümüzdə yol çəkir ancaq.Günlər uçub gedir, ömür şadlanmırHəftələr qayğılı, illər utancaq.Könül evimizin qapısı bağlı,Dumana qarışıb, çəndə itirik.Əlləri qoynunda sinəsi dağlıHicran ucaldırıq, həsrət tikirik.Baxırıq ötüşən xatirələrdənBələdçi oluruq görünməz izə.Nə gücdən əsər var, nə də hünərdən,Belə yaşamaqsa ar gəlir bizə.SƏNƏ QAYITMAYACAMSən səadət əsrində doğan ulduzdun inan,O ulduzu gözümdə böyütdü hər an zaman.Məzlum baxışlarımın çevrildin həsrətinə,Bu həsrətin ağrısı köksümdə çətin dinə.Boşa verdim əlimlə neçə ilimi, boşaDaş qəlbində daş olub çıxa bilmədim başa.Sən ömür yollarımda yoluma çıxan günah,Bitirəcək bilirəm, ömrünü çəkdiyim ah.Təkliyin qar əlləri üşüdəcək ruhunu,Zülmətin bürüyəcək hər gördüyün yuxunu.Sönən ümidlərimsə xəyalında yanacaq,İxtiyarsız ürəyin hə an məni anacaq.Gözündə parlayacaq, ruhunda sönəcəyəm,Uzaqlarda görünən ilğima dönəcəyəm.Yatıb qalan duyğunu bir də oyatmayacam,Söz verirəm özümə, sənə qayıtmayacam.TORPAQ RƏNGİN DƏYİŞMƏMİŞ(Məsnəvi)Torpaq rəngin dəyişməmiş dəyişdin öz rəngini sən,Əgər bunu bacardınsa sənə alqış, sənə əhsən.Mən bu acı həqiqəti ürəyimdə asıb-kəsdim,Qismətimdən küsdüm amma, öz qəlbimdə coşdum-əsdim.Yeri-göyü, kainatı sənə görə unutdum mən.İlmə-ilmə hər anıma, hər günümə toxundu qəmBilə-bilə sən, ey könül vəfasızdan umdun vəfa,Yox faydası bivəfaya, verər sənə ancaq cəfa.Hər insanın öz yolu var, mənim yolum çıxılmazdıQaya kimi möhkəm qəlbi sən yıxmasan, yıxılmazdı.Ey bixəbər,həsrətində ömrü xarab eylədim bil,Get deməklə ayaq gedər, ürək sınar,danışmaz dil.Nakam eşqin ahı isə alt-üst edər məşuqunuMəyus edər, yorğun salar yollarında aşiqiniİllərdir ki unutmusan,sən mən kimi dilbər yarıDemirsənmi əfv eyləməz Rəhman sən tək bir əğyarıUnutmusan məni neynək, Allahını unutma gəlElə onun xatirinə heç olmasa məktub göndər.ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.