Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov Azərbaycan poeziyasında El Bakuvi kimi tanınan Eldar Hüseynovun yaradıcılığı ilə 2014-cü ildən tanışam. O vaxt onun «Позывные моей души» (“Ruhumun çağırışları”) adlı şeir kitabı “Nurlan” (indiki “Elm və təhsil”) nəşriyyatında nəşr olunmuşdu. “Elm və təhsil”də 2017-ci ildə “Пришелец” (“Gəlmə”), 2018-ci ildə “Сто сонетов Эль Бакуви” (“El Bakuvinin yüz soneti”) adlı şeirlər kitabı dərc olunub. 2023-cü ildə Eldar Hüseynov şeirlərinin təkmilləşdirilmiş və əlavələr edilmiş nəşri ilə oxucularını sevindirir. Kitab Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya həsr edilmiş sonetlərlə başlanır, “Прометей» (“Prometey”) adlı poemanın proloq hissəsi ilə yekunlaşır.

O, Azərbaycan poeziyasında əsasən sonet janrı ilə tanınır. Əsl istedadlar hansı şeir şəklinə müraciət etsələr belə, orada uğur qazanıb və şeirimizdə parlaq incilər xəzinəsi yaradıblar. Sonet Azərbaycan poeziyasında yeni bir janrdır. Ən kiçik poetik həcmdə və lirik məkanda sonet özündə ən yüksək poetik enerji cəmləşdirir.
Azərbaycan poeziyasında sonet janrı dalğa kimi gah qabarıb, gah da çəkilib. XX əsrin 60-cı illərinin sonlarına qədər Azərbaycan soneti milli şeirimizin digər formalarından ayrılmır, onun texniki normalarına əməl edilir, milli varlığımızın, milli ruhumuzun və bizi düşündürən problemlərin bədii inikasına üstünlük verdirilib. Sonralar müxtəlif mövzulara müraciət edilib: təbii gözəllikləri, məhəbbətin, sevginin tərənnümü, vətənpərvərlik, yurdsevərlik duyğuları, ayrı-ayrı mənəvi keyfiyyətlərin poetik təsviri, son illərdə isə şəhidlik və müharibə mövzuları. Burada Eldar Hüseynovun sonetlərini xüsusilə fərqləndirmək lazımdır, öz bədii-sənətkarlıq tamlığı, mövzu-ideya bütövlüyü, bədii təsvir vasitələrinin rəngarəngliyinə görə seçilir. O, xeyli sayda sonetlər silsiləsinin və çələnginin müəllifidir. Sonetlər çələngi həm şeiriyyat, həm məzmunca, həm də formal qaydalara əməl etmək baxımından Azərbaycan poeziyasının sanballı nümunələrindəndir, onlar bir-birilə eyni ideya ətrafında birləşirlər.
Eldar Hüseynovun şeir və sonetlərində Azərbaycan mənəviyyatı, bir azərbaycanlının keçirdiyi hiss və duyğular əks olunmuşdur. Müəllif mövzusuna görə şeir və sonetlərini üç bölgüdə yerləşdirib: Vətən, Məhəbbət, Fəlsəfi. Bütün yaradıcılığı bu üç nöqtədə ümumiləşib.
Vətənə həsr olunan şeir və sonetlərində əsas obraz Azərbaycan olsa da, bu yurdun, bu Vətənin bir övladı kimi xalqı, mənsub olduğu millətin qarşısında hesabat verir. Onun şeirlərində bircə artıq misra belə yoxdur, bütün sətirlər bir-birinə zəncir kimi bağlıdır, tamamlayıcı funksiya yerinə yetirirlər
Məhəbbət, sevgi gənclik hisslərindən qaynaqlanır, unuda bilmədiyin bir eşqin xatirələri daim səni izləyir; yenidən vurula da bilərsən? Bu cavabları Eldarın şeir və sonetlərində tapa bilərik, çünki tərənnüm etdiyi məhəbbət safdır, təmizdir, heç bir təmanna, şəxsi istəklə bağlı deyil. Təsvir etdiyi sevgi XXI əsrin – günümüzün sevənlərinin dünyasıdır. O ali hiss, o ilahi duyğu qətiyyən öz saflığını itirməyib, amma zaman dəyişib. Məhəbbətin tərənnümündə oxşar motivlər olsa da, bu dünyanın dəyişilməz qanunlarıdır.
Fəlsəfi şeir və ya sonet deyəndə, fəlsəfə elminin müddəalarını mənzum şəkildə təqdim edilməsi nəzərdə tutulmur. Ən böyük fəlsəfi fikirlər çox zaman elə poeziyadan gəlir. Həyatın olum-ölüm, xeyir-şər, varlıq-yoxluq, məhəbbət-nifrət, müharibə-sülh qarşıdırmaları elə fəlsəfədir. Eldar Hüseynovun fəlsəfi əsərlərində yaşadığımız bu dünyanın əksliklərini, ziddiyyət və təzadlarını görürük. Bu əsərlərdə həyatı duyan, onun gözəlliklərindən zövq alan, yaradan bir insan baş qəhrəmandır. Bu insanın qəlbi işıqla, nurla doludur.
Eldar Hüseynov sonetləri maraqla oxunur, izlənilir, poeziyamızın B.Vahabzadə, A.Babayevlə təmsil olunan "fəlsəfi şeir" tendensiyası ilə paralellik təşkil edir. Mövzu dairəsi geniş olan bu sonetlərdə biz Azərbaycan sonetinin yeni bir səhifəsi ilə tanış oluruq. Bu sonetlərdə ictimai-siyasi motivlər, türkçülüyün təbliği mühüm yer tutur.

Eldar Hüseynov daim yaradıcılıq axtarışındadır. Hətta bu axtarışlarda o, ilk dəfə sonetdə yenilikləri Azərbaycan poeziyasına gətirib, bu da olduqca maraqlı təşəbbüsdür. Müasir poeziyamızda heç kimə bənzəməyən, poetik üslubu özünəməxsusluğu ilə seçilən şairdir, şeirlərində poeziyamızın ənənələri ilə modern şeir çalarları vəhdət təşkil edir. Assosiativ şeirə meyil etdiyindən bənzətmə və metaforalara üstünlük verir, istər şeir olsun, istər poema, istərsə də sonetlər çələngi, hər bir poetik əsəri bədii tamlığı və bütövlüyü, həm ideya-məzmun, həm də bədii ustalıq baxımından özünəməxsusluğu ilə diqqəti cəlb edir. Ona yaradıcılıq uğurları arzulayırıq!


Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov NADİR MƏMMƏDLİ,
Azərbaycan Milli Elmlər Akademiyası,
İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

Yeni nəşrlər
Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib

Əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi keçirilib

MEDİA
Rus ədəbiyyatının Böyük Pyotru və ya M.V.Lomonosov həm də istedadlı şair ol ...

Rus ədəbiyyatının Böyük Pyotru və ya M.V.Lomonosov həm də istedadlı şair ol ...

Elmi Məqalələr, Ədəbi əlaqələr, Rusiya
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Humanitar elmlər
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
ELDAR NƏBİYEV (1948-2009)

ELDAR NƏBİYEV (1948-2009)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Yeni nəşrlər
Akademik Bahadur Zeynalova həsr olunan kitab çapdan çıxıb

Akademik Bahadur Zeynalova həsr olunan kitab çapdan çıxıb

Yeni nəşrlər, Digər bölmələr
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Rəy yazın: