"Memorial Klinik" Tibb Mərkəzi Səhiyyə, Sağlamlıq, Darvaz, Elanlar 12 октября 2024 3428 Mahir Teymur oğlu Ramazanov - 13 dekabr 1978-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb.Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirib."Memorial Klinik" Tibb Mərkəzinin rəhbərifir. "Memorial Klinik" Tibb Mərkəzinin rəhbəri Mahir Teymur oğluRamazanov: Klinikamız - "Memorial Hospital" 2009-cu ildən etibarən fəaliyyət göstərir. Əvvəlcə mərkəzləşmiş laboratoriya şəklində fəaliyyətə başlamış, 2012-ci ildən isə poliklinika şöbəsi xidmətə verilmişdir.Klinikanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyyə və normativ sənədləri əldə rəhbər tutularaq yaradılmış laborator bazası Klinik, Hemotoloji, Biokimyəvi, İmmunoloji, PZR, Genetika, Histologiya və Metobolizm laboratoriyası şöbələrindən təşkil olunmuşdur. "Memorial Hospital" tibbi fəaliyyətə başladığı gündən ABŞ və Avropanın inkişaf etmiş, öndə gedən, modern laboratoriyalarının iş keyfiyyətini və standartlarını öz fəaliyyətində prioritet olaraq götürmüş, Laboratoriyanın avadanlıq bazasını onlara uyğun - ekvivalent olaraq təşkil edilmiş və eyni standart çərçivəsində çalışmağı qarşısına məqsəd qoymuşdur. Tam avtomatlaşdırılmış rejimdə aparılan analizlər yüksək həssaslığı və spesifikliyi sayəsində manual mədaxilənin olmaması, cihazların LİS (laborator informasiya sistemi) sisteminə qoşulması analitik mərhələdə ola biləcək səhvləri minimuma endirir. Klinika klinik, hemotoloji, biokimyəvi, immunoloji, PZR, bakteriologiya və histologiya olmaqla ayrıca laborator vahidlərdən təşkil olunub. Yüksək ixtisaslı kadrların cəlb edilməsi, müasir texnologiyanın tətbiqi, reaktiv bazasının birbaşa istehsalçıdan təmin olunması, inteqrasiya sisteminin təşkili, xarici və daxili keyfiyyət nəzarətinin tətbiq olunması, analizlərin aparılmasında Keyfiyyət, Sürət və Qiymət kimi parametrlər əsas götürülməsi, məhz bizim özəl prinsiplərimizi qorumağımıza imkan verir. Klinika ilk öncə yüksək ixtisaslı kadrların yetişdirilməsinə, müasir avadanlıqların (Sysmex XT 4000 I , Cobas e411, Cobas c311) və mütərəqqi idarəetmə sisteminin LİS tətbiqinə, müasir metodikaların, avadanlıq və reaktivlərin işləməsi, daxili keyfiyyət nəzarətinin tətbiq olunmasına ciddi diqqət yetirir.Geniş spektrli laboratoriya ilə yanaşı klinikada EKG, EXO kardioqramma, Ultrasəs müayinəsi, Qastroskopiya kimi funksional diaqnostik xidmətlər, terapevt, endokrinoloq, nevropotoloq, uroloq, kardioloq, qastroenteroloq, revmatoloq, dermatoloq, pediatr, oftalmoloq, otolarinqoloq və s. ixtisas həkim kabinetləri mövcuddur. ÜNVANIMIZ:Bakı, Q.Qarayev pr. 38 A (Q.Qarayev metrosunun yaxınlığında) Telefonlar: (+994 12) 520 30 40 (+994 77) 250 85 08 (+994 77) 250 85 38 E-mail: [email protected]Onu da qeyd edək ki, "Memorial Hospital"ın Bakı şəhərində Nizami (Q.Qarayev filialı) və Nərimanov rayonları ərazisində, eləcə də Gəncə şəhərində filialları xidmət göstərir. Gəncə şəhərində yerləşən klinikamızda əlavə olaraq cərrahiyyə şöbəsi də fəaliyyət göstərir.Filiallar haqqında ətraflı məlumat üçün saytın naviqasiyasından istifadə edərək tanış ola bilərsiniz:https://memorialhospital.az/ ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.