AYSEL QƏBƏLƏLİNİN YENİ ŞEİRLƏRİ Regionlar, Poeziya 27 сентября 2024 1431 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..“Söz xəzinəsi” adlı ədəbi məcmuədə şeirləri dərc olunan Hümbətova Aysel Tahir qızı “Can Şəhidim” adlı şeirinə görə 2024-cü il avqustun 6-da “İlin Şairi” adına layiq görülüb. Biz də Aysel xanımı ürəkdən təbrik edir, aşağıda onun bir neçə şeirini dəyərli oxucularımızın ixtiyarına verir və müəllifə yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AzCƏNNƏT DİYARIM - QƏBƏLƏSən gözəl məskənim, doğma diyarım,Səninlə gözəldir zaman Qəbələm.Mənim gözəl yurdum həm iftixarım,Sənsən mənə doğma ünvan Qəbələm.Gözəl mənzərəsi,ulu dağların,İnsana zövq verir belə çağların,Hər cür meyvəldir,gözəl bağların,Xəyallarım sənsən hər an Qəbələm.Hüsnündən doymuram, nəzər salmışam,Qoynunda doğlub, ilham almışam,İndi hüsnünə mən, həsrət qalmışam,Sənsən dərdlərimə dərman Qəbələm.Doymaq olmayır ki,hər yerin gözəl,Təbiətin özəl,mövsümün özəl,Ayseləm,yazaram hüsnünə qəzəl,Mən sənə olmuşam heyran Qəbələm.ŞƏHİDİMBir dəstə gülüsən, cənnətin, şəhid,Ən uca zirvədir, qismətin, şəhid.Azadlıq,mərhəmət yoluyla getdin,Ruhunu eşqinə sən təslim etdin.Məzarın bəzənib qərənfillərlə,Sən buna layiqsən, yaşa güllərlə.Ana qərq olsa da, gözlərdə yaşa,Sən ona layiqsən, sözlərdə yaşa.İgidlər yurdudur mənim diyarım,Şəhidlərdir dildə zikir, şüarım.Qanınızla döndü geri zirvələr,Axıb getdi qara bulud, kölgələr.Şəhidlərin qanı oldu bu torpaq,Mübarizin canı oldu bu torpaq.Qoydular bir ömür, qəlbimizdə iz,Onların adını unutmarıq biz.Səs salmısan bütün cahana, şəhid,Sən fəxrisən ana-atana şəhid.Silahsız çıxaraq dağın başına,Yazdız adınızı qan yaddaşına.DARIXMIŞAMSənsiz yaman darıxmışam,Gözlərində qalmaq üçün.Ürəyimə dərd salmışam,Ruhən sənin olmaq üçün.Sənsiz yaman darıxmışam,Gecə-gündüz xəyalımsan,Heç olmasa, yuxuma gəl,Niyə belə sən zalımsan .Sənsiz yaman darıxmışam,İtirmişəm mən özümü.Yollarında, tək qalmışam,Bitirmişəm mən özümü.Sənsiz yaman darıxmışam,Çiçək açmır, bağımızda.Kimi bilir, kimi bilmir,Vardı ürək dağımız da.İTİRMİŞƏM SƏNİİtirdim sevgimi,sən gedən gündən,Çətin ki, dözərəm mən bu sevdaya.Qanadı qırılmış,bir quş kimiyəm,Gözlərim pərişan baxır dünyaya.Qəlbimə qış gəlib, sənsiz donuram,Bu qışın,soyuğun, baharı yoxdur.Mənim ömrüm, keçdi ağlamaq ilə,Çarəsiz qəlbimin, qərarı yoxdur.Çiçəkdən sən mənə çələng hörərdin,Düzüb saçlarıma gözəl baxardın.Bəxtim gətirmədi məhəbbətdə heç,Kaş ki,həsrətin canın yaxardın.ZALIM DÜNYABir mahnı yazılsa, adıma mənim,Əsən küləkləri salar yadıma,Xatirə oyadar payız küləyi,Yağanda yağışı çatar dadıma.Ağaclar baş əyir əsən küləyə,Təbiət hökm edir sanki xəzələ,Soruşmaz dərdimi, əsən küləklər,Gələcək qayıtmayır, çünki əzələ.Dünya bir ovçudur ovlayır bizi,Həyat da döndərir bəzən üzünü.İnsanlar yalana öyrəşib yaman,Danışan çox azdı sözün düzünü.SƏNDƏN BAŞQASINI SEVƏ BİLMƏRƏMYaratdım qəlbimdə bir eşq məbədi,Səndən başqasını sevə bilmərəm.Adını qəlbimə yazdım əbədi,Səndən başqasını sevə bilmərəm.Gəlmisən ömrümün gözəl çağında,Sevgim çiçəkləyir könül bağında,Yanıb, alışıram eşq ocağında,Səndən başqasını sevə bilmərəm.Qəlbdəki sevgimin özəyi sənsən,Dünyamın ən gözəl düzəyi sənsən,Ömrümün sevimli bəzəyi sənsənSəndən başqasını sevə bilmərəm.Qəlbimə dolubdu eşqin sədası,Sevginin xoş olur cilvə, ədası,Sarılmaz eşqimin çoxdu vəfası,Səndən başqasını sevə bilmərəm.Aysel Qəbələli,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.