ƏMİR BAYRAMOV (1937-2012) Səhiyyə, Sağlamlıq, Borçalı, UNUTSAQ, UNUDULARIQ!.... 11 октября 2024 1125 0 1 2 3 4 5 Əmir Hümbət oğlu Bayramov - 22 aprel 1937-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində anadan olub. 1951-ci ilin dekabr ayında valideynləri, bacı və qardaşları ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxstana sürgün ediliblər. 1953-cü ildə vətənə qayıtmışlar. İkiillik fasiləyə baxmayaraq, Əmir yenidən orta məktəbin 7-ci sinfinə qəbul edilib.Orta məktəbi Qızıl medalla bitirdikdən sonra Moskva Tibb İnstitutuna imtahansız qəbul olunub. Əmir əyani oxuya-oxuya eyni zamanda müxtəlif tibb müəssisələrində işləyib. Ali təhsil aldıqdan sonra onu təyinatla Skilifosovski adına Elmi-Tədqiqat İnstitutuna (Mərkəzi tibbi yardım) həkim göndərilib. Əmir Hümbət oğlu işgüzarlığı sayəsində kollektiv arasında tezliklə peşəkar cərrah kimi böyük hörmət qazanıb. Qısa müddət ərzində şöbə rəisi vəzifəsinə təyin olunub. SSRİ vaxtında və sonralar Rusiyanın müxtəlif regionlarında ağır xəstələrin müalicəsi, mürəkkəb cərrahi əməliyyatlar aparılması üçün ilk növbədə Əmir həkim dəvət olunurdu. Onlarla insanı ölümün pəncəsindən xilas edib, həyata qaytarıb. İnsani keyfiyyətlərinə, peşəkar cərrah olduğuna və kollektiv arasında böyük hörmətə malik olduğuna görə institutun ilk partiya təşkilatının katibi seçilib. Onun gərgin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Orden və fəxri fərmanlarla təltif olunub. Əmir Bayramov - 3 fevral 2012-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.