Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası Humanitar elmlər, Mədəniyyət 16 октября 2024 635 100 1 2 3 4 5 Sözləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynova, musiqisi Xalq artsiti Faiq Sücəddinova məxsus “Qarabağnamə” adlı simfonik ballada ərsəyə gəlib.Simfonik ballada haqqında məlumat verən akademik Rafael Hüseynov bildirib ki, solist, xor və simfonik orkestrin ifası üçün nəzərdə tutulmuş bu əsər Zəfərimizin növbəti ildönümünə hədiyyə olacaq. Solo hissəsini Əməkdar artist Ramil Qasımov ifa edəcək, əsər səhnədə Xalq artisti Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin ifasında təqdim ediləcək.Onun sözlərinə görə, gözəl Qarabağımızın tarixi, başından keçənlər, bu füsünkar məkanın məşhur insanlarının hekayətləri “Qarağnamə” adı verilmiş silsilə kitablarda əbədiləşib. Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin, Mir Mehdi Xəzaninin, Mirzə Yusif Qarabağinin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin “Qarabağnamə”ləri bu gün bizə yaxın əsrlər içərisindəki Qarabağımızın çox olmuşlarını aydın görməyə imkan verir.“Söz yox ki, yeni Qarabağ, xüsusən də Zəfər Yolunu keçmiş Qarabağın tarixi barədə hələ bundan belə cild-cild kitablar da yazılacaq. “Qarabağnamə” sərlövhəli tarixi əsərlərimiz vardı, indi musiqimizin də öz “Qarabağnamə”si olacaq. Niyyətimiz və istəyimiz “Qarabağnamə” simfonik balladasının Zəfər Günü astanasında səslənməsidir”, - deyə akademik Rafael Hüseynov qeyd edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.