GİLƏ DƏRYA (BAYRAMOVA) (1959) "ŞAM İŞIĞI", Poeziya 28 сентября 2024 1241 Gilə Dərya (Gilə Bayram qızı Bayramova) - 1959-cu il fevaralın 20-də Qərbi Azərbaycanın Təkəlik kəndində anadan olub.Bakı şəhərinin Yasamal rayonundakı 13 nömrəli orta məktəbi bitirib.1975-1978 ci illərdə Sovet Ticarəti Texnikumunu bitirib.Gənc yaşlarında Bakıdakı Mərkəzi Univermaqdan (ÇUM-dan) komsomolun 18-cı qurultayına nümayəndə seçilib. Moskvada Qurultaylar sarayında o zaman ki, SSRİ-nin ali rəhbəri Leonid İliç Brejnevin çıxışını maraqla dinləyib. Moskvanı sevərək gəzib, Leninin movzeleyini ziyarət edib, muzeylərdə Ümumittifaq Sərgilərində olub. Sonra Volqaqradda, Mamaev Kurqanda, daha sonra isə Bolqa-Donsk yeni salınmış şəhərcikləri gəzib. Doğma Bakıya çox gözəl və zəngin təəssüratlarla, eyni zamanda, unudulmaz gənclik xatirələrlə qayıdıb. Uzun illər biznes sahəsində işləyib. Sonra isə "Azərbaycan" nəşriyyatında "İlham Çeşməsi" qəzetində Baş redakdor müavini vəzifəsində çalışıb. Jurnalist olaraq mutamadi olaraq məqalələri və şeirləri çap olunub. Kərkük Yazarlar Birliyinin uzvu olaraq şeirləri kərkük.tv-ni, müxtəlif qəzet və dərgiləri bəzəyib.8 kitab muəllifidir. Şeirləri həm də "Vətən", "Canım Azərbaycanım" (I.II.III), "Heydər zirvəsi", "İlham çeşməsi", "Şam işığı", "Turan" (I.II.III), "Buta" (I-V), "Şərqin səsi", "Zirvə", "Zəfər", "Söz xəzinəsi", "Müəllimlərimiz", "Poeziya Çələngi" "Sevdalı Dünyamız", "Qarabağ Azərbaycandır", "Xarı Bülbül", "Bahar Ətirli Duyğular" "Könül nəğmələri", "Ata", "Qarabağnamə" (I.II.III), "Sevmişəm Sevirəm Sevəcəyəm də, "Anasız Atasız Dünyam", "Aşıq Pəri" və s. poeziya almanaxlarında, müxtəlif antologiyalarda və ədəbi məcmuələrdə işıq uzu görub.Şeirlərində Ulu Öndərimiz Heydər Əliyevi, Müzəffər Ordumuzun Ali Baş komandanı, Qalib ölkəmizin qalib Prizdenti İlham Əliyevi olduğu kimi təsvir edir, Yenilməz dahi, güclü siyasətçi, böyük diplamant, zəkalı söz sərrafı və s. sözləri zamanında və yerində işlədir, Prezidentimizin altıncı hissinin necə güclü olmağını ön plana çəkir. Onun Prizdentimizə yazdığı şeirlər elə içdən, ürəkdən səmimi gəlir ki, onun sevgisi sərhəd bilmir. Sözün gücü, böyüklüyü, səmimiliyi doğmalıq əlamətidir, Dövlətinə, millətinə, Ulu Heydər babamıza, Ali baş Komandamıza, onun səcərəsinə olan sonsuz sevginin təzahürüdür. Onun Prezdentimizə və Qarabağa yazılan şeirləri sosial mediyanı, saytları, “Azərbaycan” nəşriyyatında buraxılan qəzet və jurnalları bəzəyir. “Ulu Heydər oğlu baş komandanım”, “İlham Qarabağı qaytardı bizə” və s. şeirlərində bütün varlığı ilə prezidentimizin uğurlarına sevinir, öz uğuru bilir, gecə gündüz ona dua edir, hamımızı məğlubiyyət utancından xilas etdiyinə, Vətənimiz Qarabağı Dəmir yumruğu ilə geri qaytardığına görə dərin minnətdarlığını bildirir.Gilə Dərya illərdir qəlbi, ruhu yaralı Qarabağına göz aydınlığı verir şeirlərində. Çox sevinir özünün və torpağının azadlığına. Sevinc göz yaşı şeirlərində aydın təsvir olunur. Müzəffər ordumuzu da unutmur, onların 44 günlük müharibədə şücaəti möhtəşəmliyi bir bayrama çevrilir.O, eyni zamanda, yazdığı şeirlərində insanları sevgiyə, dürüstlüyə səsləyir, təxribata, şantaja, yalançı şirin dilə, xəbis insanlara uymamağa, dövlətə millətə həmişə sadiq qalmağa çağırır, bir daha diqqətə çatdırır ki, bizim Prizdentimiz ağıllıdır, güclüdür, həmişə onun yanında olmalıyıq. Çünki onun bəlli əsli, nəsli var, ot kök üstə bitər, - deyib babalarımız. Ata vəsiyyətini böyük şərəf və ləyaqətlə yerinə yetirən əziz prezidentimiz İlham Əliyev öz andına, əhdinə, sözünə daima sadiq qalaraq doğma babamız Ulu Öndər Heydər Əliyevin qoyduğu qanun qayda ilə gedir, hər bir vətəndaşını sevindirir və bunu özünə xoşbəxtlik sayır, çox sevinir, qürur hissi keçirir.Gilə Dərya sevə-sevə qələmə aldığı şeirlərində ikiüzlü, xain, fırsatçı düşmənə isə nifrətini göstərir. Ana-vətən-torpaq eyni duyğu olduğu üçün, “Anam namazdadır Azərbaycanım!” deyə çox həssas nöqtəyə toxunur, heysiyyatımız nə qədər xəfif, pak, təmiz, kövrək olduğunu dönə-dönə israrla göstərir. İllərdir talan olmuş maadi mənəvi ruhumuzu talan eləmiş ünsürləri öz usta qələmiylə tənqid atəşinə tutur, sevgi və nifrət bir arada şairin sonsuz məhəbbətinin orijinallığından, təbiiliyindən xəbər verir.Gilə Dərya "Abdulla Şaiq", "Xurşudbanu Natəvan", "Zirvə", "Zəfər" və "Qızıl qələm" mükafatları laureatıdır.O, həm də "XXI Əsrin Ziyalısı" Fəxri adına layiq görülüb.Daha bir neçə dəfə müxtəlif Fəxri fərman və fəxri diplomlarla təltif olunmaq şərəfinə nail olub.20 ildir ki, "Şam işığı" Ədəbi Məclisinin rəhbəri, təşkilatçısı və aparıcısıdır. Eyni zamanda, eyni adlı ədəbi məcmuənin, eləcə də “İlham çeşməsi” adlı ədəbi toplunun tərtibçisidir, "Borçalı" nəşriyyatının və 'Şərqin Səsi" qəzetinin şöbə müdiridir. Ayda bir dəfə məscis üzvlərini toplayır, şairlər, jurnalistlər, aşıqlar, xanəndələr və çalğıçılar, bir sözlə, yaradıcı insanlar, poeziya vurğunları və şeirsevərlər təşrif buyururlar,Biz də Gilə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzVƏTƏNİMDİR VƏTƏNİMKəsdi düşmən, ana vətən yolların,Zülmət qaranlığı yarıb keçmişəm.Otuz ildə qatlandım əziyyətə,Zəqqum yeyib,acı zəhər içmişəm.Görmüşəm düşməndə hiylə-yalanı,İtirmişəm ən qiymətli zamanı.İmansızın nədən yoxdur imanı,Öz-özümə sual edib gəzmişəm.Millətimi gözü yaşlı görəndə,Anam bacım qan ağlıyıb biləndə.İmanımız əldən gedib deyəndə,Torpağıma sarılmışam öpmüşəm.Vətənimin bəla vardı başında,Cavanda qocada,ahıl yaşında.Şeytanın əli var,gəzir aşında.Müsəlləhdir canıma, qəhər yemişəm.Ürəyim həsrətdən olubdur yara,Baş alıb gedirəm vətənsiz hara.Yağılar yurdumu, çəkib bazara,Ruhum olur param-parça görmüşəm.Gilə Dərya doğru baxdın həlalə,Sonunda qovuşdun, istək xəyaləVətənində qızlar çoxdur cəmaləQoçax Həcərləri həyan bilmişəm. 18 Fevral 2023. ULU HEYDƏR OĞLU BAŞ KOMANDANIMGözləri aydındır Qarabağımın,İllərdir qandallı insan haqqımınİyirmi səkkiz il, yatmış bəxdimin,Tükənib səbri yox Azərbaycanım,Ulu Heydər oğlu Baş Komandanım.Sevinc göz yaş var, dönübdür selə,Gəlibdir qaranquş,sovqatı ilə.Cəsur əsgərlərin,sözü var belə,Myzəffər qazandıq Azərbaycanım,Ulu Heydər oğlu, Baş Komandanım.Düşmənin dizini,çırpıb qırmışıq,Qəlbini sındırıb paralamışıq.Yaman sıxışdırıb,güncə sıxmışıq,Alınıb qisasın Azərbaycanım,Ulu Heydər oğlu, Baş Komandanım.Müzəffər ordumuz,səthi yarıbdır,köçgünlə qaçqının,üzü gülübdür.İşğaldan vətəni azad edibdir,Anam namazdadır Azərbaycanım,Ulu Heydər oğlu, Baş Komandanım.Gül-çiçək səpilib zəfər yolları,Sevinc göz yaşları,yuyur kolları.Hay haray eyləyir, açıb qolları,Bağrına basıbdır Azərbaycanım,Ulu Heydər oğlu, baş komandanım.Xoş xəbər gəzdirən,dillər var olsun!Qarabağ Azərbaycandır!İlham sağ olsun...Eşqi-məhəbbəti qəlblərə dolsun.Sevimli oğludur Azərbaycanın,Ulu Heydər oğlu, Baş Komandanım.Gilə Dərya sevib Heydər babanı,İndi isə çox sevir Baş Komandanı.Qəlbinə ruhuna yazıb adını,Hər anın hökmü var Azərbaycanım,Ulu Heydər oğlu Baş Komandanım.İLHAMDIR İLHAMIM MƏNİMUlu Heydər İlhamım mənim,DoğmaPrizdentim mənim.Həyatım ürəyim mənim,İlham Mehribanım mənim.Söz söhbətin çox gözəldir,Dəmir yumruğun özəldir.Düşmən başını girlədir,İlham Mehribanım mənim.Gözlərim dən sevinc yaşım,Ağrımağa qoymaz başım.Əlac edər verər aşım,İlham Mehribanım mənim.Can deyən də can demişəm,Yolunda qurban demişəmAhu göz ceyran demişəm,İlham Mehribanım mənim.Gilə Dərya naz içində,Toy düyün var saz içində.Qaynayır bulaq içində,İlham Mehribanım mənim. İLHAM QARABAĞI QAYTARDI BİZƏSən inan Allahın kəramətinə,Ruhları oxşayan şəfaətinə.İstəkli məqsədin inayətinə,Gecələr dua et, inan gündüzə,İlham Qarabağı qaytardı bizə.Vətəndir əsgərin dini-imanı,Hər zaman bildirib ədəb ərkanı.Allah atsın üzərindən bəlanı,Alov olub sönmədi döndü közə,İlham Qarabağı qaytardı bizə.Ölkənin lideri ölkənin şahı,Millətinin ümüd yeri pənahı.Qazilərin düşmənə düşüb ahı,Qorxaqdır yağılar çətin ki dözə,İlham Qarabağı qaytardı bizə.Baş komandan yenilməzdir biliblər,Dəmir yumrux əzəmətin görüblər?Heydər baba hünərini seviblər?Ot kök üstə bitər, söyləyim sizə,İlham Qarabağı qaytardı bizə.Ali baş komandan alar sorağın,Gilə Dərya yandıracaq çırağın.Göyçəm çiçəklənər gələr qonağın,İlahi ədalət, xeyir şərlə üz-üzə,İlham Qarabağı qaytardı bizə.30 Dekabr 2022. “İLHAM ÇEÇMƏSİ”yəm, ŞAM İŞİĞI”yam…“Dərya” təxəllüslü, şair ruhluyam,Yazıb yaradıram, söz sərrafıyam.“İlham Çeçməsi”yəm, “Şam işığı”yam,Aşiqəm, sevgiylə birgə gedirik,Biz şeri, qəzəli lap çox sevirik.“Şam işığı”n sevənlər məclisə gəlir,Sağ olsun dostlarım mənə güvənir.Südabə İrəvanlı sevdası sarır,Xalidə İlyasqızıyla haqqa gedirik.Biz şeri, qəzəli lap çox sevirik.Almaz İlahədir sevimli gözəl,Şeir sənəti var ömürlər bəzər.Sədaqət Şıxlı da məclislər gəzər,Sənubəri səslər, qonaq gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Rahibə Mehparə sevgi gülüdür,Kamilə xoş üzdür, özün sevdirir.Tahirə inadla kərvan sürdürür,Səhər şəfəqində dostla gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Nazlı yazar çəkir mənim nazımı,Sevirəm Aygünü - subay qızımı.Saz ustası Qızqayıt çalar sazımı,Yol verin bir gözələ elçi gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Sehirli tabloda Şəhla göz xanım,Adilə Adildir - hünərli xanım.Sevildir sözü düz, kəsərli xanım,Dosta arxalanıb, dostla gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Namazda-niyazda bizim bu Tubu,Maral Xuramanla yandırıb mumu.Səbahət Cənublu dəribdi lumu,Pakizə mayakdır - nura gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Şükufə mehriban vəkilimizdir,Günay Şərafətlə şairimizdir.Billur müəllimə sevimlimizdir,Günəşə qərq olub nura gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Elmira saflaşan tənqidimizdir,Xalidə Ellada mələyimizdir.Sevinclə Mətanət çiçəyimizdir,Sülhə səs veririk, birgə gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Nəcibədir nəcibliyin cilovu,Sevda Könül ürəklərin alovu.Pərvanələr Şamın əziz ovudu.Ruhlar fəzadadır göyə gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Səadət, Sədaqət - Qarabağlıdır,Ağdama səs salan bülbülləridir.Zərifə Yeşildağ ürəkləridir,Ziba oxuduqca fikrə gedirik,Biz şeri, qəzəli lap çox sevirik.Mən Gilə Dəryayam - şeyriyyat qəzəl,On beş ildir,"Şam işığı" ömrümü bəzər.Pərvanələr yığdım, sevgim çox gözəl,Şənlənir dostlarım, doğru gedirik,Biz şeri, qəzəli lap çox sevirik.21 Noyabr 2022. BƏRƏKƏTLİ RAMAZAN AYIOn bir ayın soltanı,gəldin qapıma,Dünyalar görür ki,bərəkətlisən.Yetişmisən hər fəqirin dadına,Deyirlər xoş gəlib, şəhri Ramazan.Allah özü verib,mömin səbrini,Namazda doğru,düzəltsin qəddini.Hicaba burunsun,çəksin çətrini,Deyirlər xoş gəlib, şəhri Ramazan.Dəstəmaz alıb,məsh çəkilib qollara,İncil tövrat,pərəstişkar onlara.Əməli saleh insan,gül səpibdir yollara,Deyirlər xoş gəlib, şəhri Ramazan.Mübarəkdir gözəl görür gözlərin,Dualarda müqəddəsdir sözlərin.Səcdədədir,namazdadır dizlərin,Deyirlər xoş gəlib,şəhri Ramazan.Ağızlar gəlibdir,səninlə dada,Hər il sevə-sevə salırıq yada.Adın tək ad olmaz,layiqsən ada,Deyirlər xoş gəlib,şəhri Ramazan.Mənim bərəkətim,guc-quvvətim var,On bir ayın sultanı,təravətim var.Qohuma qonşuya,ziyarətim var,Deyirlər xoş gəlib, şəhri Ramazan.Azuqəsiz kimsə,ötməz yanından,Orucu sevir hər kəs,şirin canından.Başımda tac ola,dünya malından,Deyirlər xoş gəlib, şəhri Ramazan.Gilə Dərya,ötən gün,qayıtmaz geri,Söz ağızdan çıxdı,görunməz yeri.Saf niyyət insanlar,bilməz alveri,Deyirlər xoş gəlib, şəhri Ramazan. 1 Aprel 2024.QƏRBİ AZƏRBAYCANIMDoğma vətənimdir, canımdır mənimGözəl diyar, Qərbi Azərbaycanım.Ələsgəri Alısı da vardır.Doğma əziz, Qərbi Azərbaycanım.Dağ dil açsa,deyər bax qüdrətim var,Dərə çiçək Təkəlik Razdanım var.Qoşa bulaq tək daşan bulağım var,Doğma əziz, Qərbi Azərbaycanım.Qazi Qarabağı fəth eləyibdir,Dığa qaçıb artıq gözdən itibdir.Qazi düşmənə,nota veribdir,Doğma əziz, Qərbi Azərbaycanım.İmzanla dəmir yumruq gucundur,İnamlı addım,qətiyyətindir.Elin və millətin,quvvətindirDoğma əziz, Qərbi Azərbaycanım.Vətənə məhəbbət, borcundur,Əzmi istirahət, ana qoynudur.Səbəb çoxdur,gözlərim dolubdur,Doğma əziz, Qərbi Azərbaycanm.Dildə əzbər İrəvanın adıdır,Həyat dərs verir bizə, aldıqlarıdır.Gilə Dərya artıq,tapdıqlarındır,Doğma əziz, Qərbi Azərbaycanım.24 Yanvar 2024.QƏM DƏRYASIYAMQismət özu gəlib axtarmamışam,Vurğunam eşqin pərvanəsiyəm.Aşiqəm gözəldə,o məh cəmalə,İyirmiinci əsrin,divanəsiyəm.Vuruldum eşqin qəzəllərinə,İrəvan Qarabağ gözəllərinə.Nurlu baxışların nəzərlərinəSevirəm,eşqin mubtəlasıyam.Nəğmələr qoşurlar,sevgi adına,Bahar təravətin,sal bir yadına.Baxaq məhəbbətin,şirin dadına,Mehrabi eşqin nişanəsiyəm.Aşiqlər görməsin,ağrı qəm kədər,Kimsələr düşməsin, ayrı dərbədər.Getməsin əməyi,nafilə hədər,Sinəmdə yara var,qəmxanəsiyəm.İtirən axtarmır,tapa yerimi,İstəməsə bilə-bilməz dərdimi.Qədr ağacı əkən,bilsə qədrimi,Gözəllər içində,bir danəsiyəm.Meh əsib toxunub Gül yanağımdan,Lalələr öpublər,bal dodağımdan.Günəş şəfəq saçır,qaş qabağımdan,Nurlu,işığın məstanəsiyəm.Müşk ənbərin,qoxusu var canımda,Cazibədən durmaq olmur yanımda.Gilə Dərya,şəfaət et anında,De ki,sevənlərin,aşinasıyam.11 Fevral 2024.YADİGAR SÖZDünyada müqəddəs,qanıma hopan,Şirindir,şəkərdir,qüdrətli xoşdu söz.Şər xəta fikirlər,qəlbi qaraldır,Dunşunmə ki,dəyərsizdi,boşdu söz.Məlhəm olaq,bir ağrıyan yaraya,Söylənməyək,nə ağa nə qaraya.Ünsiyyətdə,dava salma araya.Gözlərində,kipriyində yaşdı söz.Səmimi ol,ustun tutma özünü,Doğrunu de,söylə sözün duzunu.Keçmiş olsun,buraq artıq izini,Ağızdan çıxdı,qaynayıb daşdı söz.Şirin danış,damaqlarda dad olsun,Qulaq verib eşidənlər,şad olsun.Qəm kədər iztirab,uzaq yad olsun,Məclisin şahıdır,dəmli aşdı söz.Həqiqəti söylə, yumma gözünü,Qalx ayağa,çəkinmə de sözünü.Doğru insan tanıtmısan özünü,Ağır otur,batman gələn daşdı söz.Zalim olma,zülm eyləmə özünə,Peşman olub,döymə artıq dizinə.Dinlə qulaq ver,dahilərin sözünə,Nəzər diqqət elə,demə çaşdı söz.Gilə Dərya danışmayıb yalandan,Yardım edib,əl tutubdur olandan.İndi də pay verir olub qalandan,Dilindən tutma,düşünən başdı söz.4 fevral 2024.SEVƏK QORUYAQ DOSTLAR QƏRBİ AZƏRBAYCANIİrəvanın təbiəti,məftun edir insanı,Duz çörək sevgi ilə,qarşılayır mehmanı.Təkəliyin ad-sanı,seçilən qəhrəmanı,Əzizlərim qoruyaq, Qərbi Azərbaycanı.Şairlərin şeirində,bilinir dəyərimiz,Ələsgərin, Alının,vətənidir GöyçəmizBulaqların içində,qoşa bulağım hanı,Əzizlərim qoruyaq,Qərbi Azərbaycanı.Vuqarımız şanımız,əzizdir Razdanımız,Vətənə canım qurban,barışsın ulduzumuz.Açılıbdır pəncərə salamlayır cahanı,Əzizlərim qoruyaq,Qərbi Azərbaycanı.İrəvanın ürəyi,qəlbi Zəngibasarmış,Gülçiçəkli lalələr,yanağından öpərmiş.Dərəçiçək dağları,məst eləyir çobanı,Əzizlərim qoruyaq,Qərbi Azərbaycanı,Sevan gölu,qu quşu,yurdumuzu bəzəyir,Gözlərim yollardadır,sevgilimi gözləyir.Gilə Dərya son bahar,dolanarıq Dilcanı,Əzizlərim qoruyaq,Qərbi Azərbaycanı. 2 yanvar 2024AY GİLƏ DƏRYAEtibar eyləmə,əmr etsə naşı,Yaxşı bişir,sac ustundə lavaşı.Seç özünə,doğru həyat yoldaşı,İştah diş altında,dillən ay Gilə,Qəlbini aç,getmə dayan ay Gilə.Bənövşə mujdəli,gətirsin yazı,Bulbullər cəh-cəhlə,etsin avazı.Aşıqlar ,həvəslə çalsınlar sazı,Son bahar gəlib,oyan ay Gilə,Gələcəyə baxıb,boylan ay Gilə.Kəklik qaqqıldaşır,gəlir səsləri,Sevgidən güc alır,gözəl gözləriHəyat sınaq edir,hər an bizləri.Cıx imtahandan,sınan ay Gilə,Hər anın hökmü var,inan ay Gilə.Gilə Dərya,susma Allah eşqinə,Duşmusən həvəsə cida meylinə.Dayanmaq olmur eşqin sehrinə,Qərq olma kədərə,giryan ay Gilə,Həyat möcüzədir, inan ay Gilə. 25 Dekabr 2023SÜLHSEVƏR BARIŞ ŞAİRİMYaxşı ki xoşbaxtam,toyda düyündə,Vardır şad xəbərlər,müjdələr məndə.Yığışaq dostların,gəl ad günündə,El,oba söyləsin,danış şairim,Gilə Dərya sülhsevər, barış şairim.Dostlarımin hər vaxt,gəlir səsləri,Görunur mehriban, gülər uzləri.Qara kəhrabadır,siyah gözləri,La məkan səhradan,soruş şairim,Gilə Dərya sülhsevər,barış şairim.Evində elində,qonaq sevərdin,Ən şirin tikəni, dostla bölərdin.Qarabağ bizimdir,fəxrlə deyərdin,İgid qorxmaz idin,yarış şairim,Gilə Dərya sülhsevər,barış şairim.Çox şükür doğuldum,şair qəzəlxan,Anam Təbrizdəndir,gəzirəm Tehran.Bakını dolandım,Şüvələn,Nabran,Heydər baba,varmı naxış Şairim,Gilə Dərya sülhsevər,barış şairim.Azərbaycan məni,məftun eləyir,İgid oğulların,yolun gözləyir.Aydın səhər,xoş gələcək diləyir,Vətəndə edirlər,alqış şairim,Gilə Dərya,sülhsevər barış şairim.İrəvanın həsrətindən dərdliyəm,Dolanıram şəminə,pərvanəyəm.Məcnun kimi,səhrada divanəyəm,Dastanlar yaz-oxu,göruş şairim,Gilə Dərya,sülhsevər, barış şairim.Hüsnün camal,adın mələklər içrə,Nadir qızılgulsən,sunbullər içrə.Gözəllər çox vardır,susənlər içrə,Elində yaradan,dönuş şairim,Gilə Dərya sülhsevər,barış şairim.Haq-ədalət,qanun qayda məndədir,Sağım-solum,hamı mənim dərddədir.Yazarlar yol ustə,sərguzəştədirDastanlar yaz,mənə tanış şairim,Gilə Dərya sülhsevər,barış şairim. 18 noyabr 2023.SƏN DEMƏSevimlidir o qara qaş qara göz,Baxışları, qığılcımmış sən demə.Guluşu naz,baxışı naz,gözü köz,Mirvari tək,söz duzurmuş sən demə.Hədər deyil,Gülustanmış əkdiyim,Cənnətimi, yuxu kimi görduyum.Gecə-gunduz,gözlərindən öpduyum,Yar kusub,xəbərim yoxmuş sən demə.İrəvanın gözəl-göyçək yarıymış,Sinəsi bəyaz,Təkəliyin qarışmış.Bir Gilə Dərya yaralı varıymış,Şeir, qəzəl, aşiqiymış sən demə. 16 Yanvar 2024 KÖNÜLLƏR MÜLKÜNDƏ, UCALIQDASAN...Əziz və dəyərli dostumuz Muşfiq Borcalının mərhum atası -sadəcə sözdə yox, əməldə, elmi-pedaqoji və ictimai fəaliyyətində daima TURANA DOĞRU – Türk ədəbi dillərinin birliyinə doğru can atan, bu yönümdə bir-birindən qiymətli əsərlər yazan,beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxışlar edən, ölməz və əbədiyaşar alim, görkəmli dilçi-türkoloq, tanınmış antroponimist və toponimist,ədəbiyyatşünas, zəhmətkeş tədqiqatçı,çox hörmətli professor Mədəd Namaz oğlu Çobanovunəziz xatirəsi daima qəlbimizdə əbədi yaşayacaq və onunbir-birindən dəyərli, bir-birindən qiymətli olan əsərləri,uzun illər bütün türksevərlərin stolüstü kitabları olacaq!Borçalının yuxusuna girirsən,Oğlun nigarandı, ata, necəsən?Niyə gözəl baxır, gözəl gülürsən?Niyə səsin gəlmir, niyə susursan?Dunyanın ələmi, çökub canıma,Mərəz kimi hopub, şirin qanıma.Qayıt əziz atam, qayıt yanıma,Mənzilin uzaqmı, söylə hardasan?Dərdini mən alım, sən görmə qada,Mehribanım ata, gəl getmə yada.Qulağın eşidsin, qoy qur'an səda,İmtahanın vardır, uzaq yoldasan.Alim-professor tək, dunyaya bəyan,Şagirdin, həmkarın oldular həyan.Ata evində yat, evində oyan...Çətin gəlir mənə, çox kənardasan…Dunyada yetişdin, şana şöhrətə,Turkoloq, toponomist, alim sərvətə.Halaldır əbədi, akademik Mədətə,Həmişə zirvədə, yuxarıdasan.Elmdir, məktəbdir, əqli kəmalın,Muşfiqdə əks olub, husnu cəmalın.Milyonlara töhvə, təmiz amalın,Könullər mülkundə, ucalıqdasan.Elin, oban, doğman, salar yadına,Gilə Dərya, dastan yazar adına.Hər bir kəsin allah, çatar dadına,Demə ki, unuduldun, o məzardasan.9 iyun, 2023.ZIYALILIQ İNSANIN MAYƏSİNDƏDIRAkademik Mədəd Çobanovun ruhunaMədəd Çobanov əməli saleh alim,Ziyalılıq insanın mayəsındədir.Elmin kəşfi, bəhrəli bağa bənzər,Ağız dadı, ailənin sayəsindədir.El-elatın, toponimi mənbəyi dərin,Düşunüb tapdıqca, alıb dərd sərin.Alimin mürəkkəbi, uca göylərin,Sevgisi, Müşfiqin sayəsindədir.Oğlun əzəmətli dağa bənzəyir,Nöqsan yoxdur, təmiz ağa bənzəyir.Alaq otu yoxdur, bağa bənzəyir,Ətirli reyhanın sayəsindədir.Dostları tac duzub, başında olsun,Qaş gərək üzüyün qaşında olsun.Ürək istəyir, gənclik yaşında olsun,Ümid, sabaha inamın sayəsindədir.Alim qadirdir əzəldən, əqlə Kəmalə,Nurlu üz yaraşıqdır, o məh cəmalə.Qulluq etdi alim, düzgun amalə,Sağlam yaşam, imanın sayəsindədir.Allah alimə bilərək, verib qüdrəti,Butun elmin açarı, mülki sərvəti.Oğlu Müşfiq, toplayır külliyyatı,Ata məhəbbətin, sayəsindədir.Gilə Dərya, diqqət edərsən əgər,Başın ay ulduza, göylərə dəyər.Mədəd Çobanova verilən dəyər,Borçalı oğlunun, sayəsindədir.6 aprel 2024ATADünyaya gələndən ağlım kəsəndən,Atamı könlümə məhrəm sanmışam.Doğma yuva bildim isdi qoynunu,Qayğını canıma məlhəm bilmişəm.Gün boyu işləyib çörək gətirdin,Çox əzabla boya başa yetirdin.Bizə görə sağlam canın itirdin,Mən sənə nə qədər sitəm etmişəm.Yetişdim atacan məzar daşına,Baxdım ay üzünə qələm qaşına.Qərq etdim qəbrini mən göz yaşına,Qəbrini atacan kəbəm bilmişəm.Qəbrin üstə lalə nərgiz əkmişəm,Susuz torpağına gülab səpmişəm.Zülmətdəyəm qaranlığa düşmüşəm,Çox sonralar Qaragilənəm bilmişəm.ATA HƏSRƏTİ...Ata ürəyimi, dəlib keçirsən,Yuxuda görürəm səni dardasan.Hərdən bığ altında gülümsəyirsən,Soruşursan, Qara Giləm, hardasan?Şirin gülüşlərin, məlhəm canıma,Ata məhəbbətin, hopub qanıma.Getmə bu dunyadan, qayıt yanıma,Soruş sarı bülbül, nədən xardasan?Ata evimizdən düşübsən cida,Bilməzdim könlünü, vermisən oda,Qızının qəlbində, səs edir səda,Əbədi dünyaya, qurban fədasan.Dünyanı tərk etdin, olubdur bəyan,Anamız cənnətdə, olurmu həyan?Gəl yatma-uyuma, bu qədər oyan,Gözümdən uzaqda, cənnətindəsən.Meyl etmədin heç vaxt, şana şöhrətə,Dünyanı küsdürən,vara sərvətə.Bac vermədin,xainə xəyanətə,Yüksəkdə zirvədə yuxarıdasan.İnsanı mat qoydu, əqli kəmalın,Hər kəsi çaçdıran,məh cəmalın.Müqəddəs duyğunla, böyük amalın,Şəklin yadigar, durur divardasan.Başımı sığalla ata, nə olar sal yadına,Qurban olum sənin, Bayram adına.İzn ver Gilə Dərya, çatsın dadına,Yasin surəsi ilə məzarındasan... 6 iyun 1023ANADüşünən beynimsən, qolda quvvətim,Daima qeydimə qalanım ana.Yatmayıb sübhədək yuxusuz qalan,Həsrətdən qussədən alışıb yanan.Görmədim dunyada sən kimi insan,Beşik üstə laylay çalanım ana.Cavankən qədrini bilmədim ana,Həsrərli gözlərin silmədim ana.O şirin səsindən doymadım ana,Qoy sənin başına dolanım ana.Hər dəfə baxanda solğun uzunə,İstəyirəm baxam həsrət gözunə.Əziyyət vermisən hər an özunə,Gilənin yolunda solanım ana.ƏZİZ ANAMDəryayam xəyalım,coşub çağlayır,Qoynunda xoşbaxtam,əziz anamın.Çıxmaz ürəyimdən,çıxmaz qəlbimdən,Şirin sözü,məhəbbəti anamın.Guc qüvvəti nuru,safdır mələkdən,Söz söhbəti,keçiribdir ələkdən.Muqəddəsdir,yediyim duz-çörəkdən,Var hörməti,səxavəti anamın.Çox gözəldir,gülərüzlü mehriban,Həyalı ismətli,danışmaz yalan.Çox doğru söyləyər,hafizi quran,Dilində ayədir, təlavəti anamın.Bakıda var,İrəvan gözəlləri,Can deyəndə,can eşidir sözləri.Haq danışar,haqdan bilər bizləri,Tövbəsi var, nəsihəti anamın.Aşiq olub,nar çiçəyi gulunə,Vurğun olub doğma ana dilinə.Mərd oğluna,mərd qızına,elinə,Yox kimsəylə,ədavəti anamın.Şeirimi bitirdim,daha nə yazım,Sacda isti pendir,lavaş nə yazım.Motal şoru,qaymağı var nə yazım,Heç bitməsin,bərəkəti anamın.Cənnətdəydik, cənnətindən gətirdi,Özü verdi Allah,özü götürdü.Heyif Gilə Dərya,sözün bitirdi,Tükənməzdir,rəvayyəti anamın, 3 dekabr 2023NATƏVAN, DÜNYADA ÖZ HÖRMƏTİN VARXurşudbani Natəvan, ruhun şad olsun.Doğuldun xoş gündə 1832-ci ildə,Şuşa şəhərində ipək elində.Lirik şair oldun, rəssam peşəndə,Xurşud imzan şan-şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.Su kəməri çəkdin, tikinti tikdin,Fəqirə, kimsəsizə əlin uzatdın.Xeyriyyə işi ilə başın ucaltdın,Heykəlin qurulub şan-şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.“Məclisi-Ün” qurdun dərdi sərindən,Dostluğun bar verdi öz bəhrəsindən.Aleksandr Düma da öz töhfəsindən,Vəsf etdi əzizim şan şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.Sən də ana oldun, sən də evləndin,Azərbaycan xanımı sevdin, sevildin.Xan qızı adətə sən sadiq qaldın,Bir oğul böyutdun, şan şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.Yetişdi igidin on altı yaşına,Ölum mələkləri qondu başına.Nə qədər bal qatdın acı aşına,Yazılan qismətdi, şan şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.Qara geydi dunya 1897-ci ildə,Köçdu Natavavan Oktyabrın 1-də.Yad edir şairlər tarixi indi də,Ağdam yola saldı, şan şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.Küçə, klub, kitabxana, məktəb açıldı,Adına dastanlar, roman yazıldı.Gilə Dərya eşq ilə sözdən asıldı,Fəxr edir millətin, şan şöhrətin var,Natəvan, dünyada öz hörmətin var.LEYLA XANIM,DOĞUM GÜNÜN MÜBARƏK!Leylam sənə gözəl deyim,Yoxsa bilməm mələk deyim.Gözəl kimi,çox gözəlsən,Sudan doymur,çiçək deyim.Mən səni,lap çox sevdim,Allahım sən,qoru deyim.Qurban kəsdim and içdim,Haqqa doğru,gedək deyim.Allah səni, ailəni qorusun,Mehriban ananı qorusun.El-oba xalq,atanı qorusun,Dəmir yumruq,bilək deyim.Qarabağ oldu firavan,Azərbaycan suyun,havan.Düşmənə edəcək divan,Leylam yüz yaşa, deyək deyim.Gilə Dərya sizlə xoşbəxt,Yaxşı yaman,görünür bəxt.Şeir yazır sizə hər vaxt,Leylam gözəl göyçək deyim.4 iyun 2024. DOĞUM GÜNÜN MÜBARƏK, MÜŞFİQ MÜƏLLİM!..Bu gün tanınmış alim, istedadlı yazıçı-jurnalist Müşfiq Mədəd oğlu Çobanovun doğum günüdür. Müşfiq müəllimi ürəkdən və səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayıram. Düşünürəm ki, butun dostları duadadır, ona xoş günlər və gözəl gələcək üçün. İnşallah, yaradıcılığı daha barlı-bəhrəli çiçək açsın.Uca dağdır Müşfiq, yaşı bilinməz,Əbədiyaşar şair, bir ömür yaşar.Ruhu, şeyriyyatdır, gözə görünməz,Məhəbbəti bardır, verəcək nubar,Sakit təbiəti var, dinləyər susar...Müşfiq Mədəd oğlu, tanıt özünü,Bax göstər görüm, nurlu uzunu,Sevinc, kədər, bəzəyibdir gözunu,İnsanı anlayar, sözə qulaq asar,Sakit təbiəti var, dinləyər susar.Doğmalar ad günü, səs-səda salar,Dost gələr sevinclə,qəlbinə dolar.Deyirəm yüz yaşın nə zaman olar?Müşfiq o günləri yadına salar,Sakit təbiəti var, dinləyər susar.Əhli-hal insanlar, dunyanı bilir,İşin öhdəsindən,yorulmur gəlir.Çıxar yarışlara,şeirlə əlbir,Yaradıcı insan, bir usta memar,Sakit təbiəti var, dinləyər susar.Sevincini dostu ilə böləndə,Şeir qəzəl deyib, dil-dil ötəndə.Gilə Dərya,aşığın sözu bitəndə,Şeir söz sənəti, bilinər aşkar,Sakit təbiəti var, dinləyər susar. 22 Yanvar 2024SƏN DEMƏSevimlidir o qara qaş qara göz,Baxışları, qığılcımmış sən demə.Guluşu naz,baxışı naz,gözü köz,Mirvari tək,söz duzurmuş sən demə.Hədər deyil, Gülustanmış əkdiyim,Cənnətimi, yuxu kimi görduyum.Gecə-gunduz,gözlərindən öpduyum,Yar kusub, xəbərim yoxmuş sən demə.İrəvanın gözəl-göyçək yarıymış,Sinəsi bəyaz,Təkəliyin qarışmış.Bir Gilə Dərya yaralı varıymış,Şeir,qəzəl,aşiqiymış sən demə. 16 Yanvar 2024SEVGİ NƏĞMƏSİSənlə yaşadıqca ötən gunləri,Könlumuz açılır çiçəklər kimi.Hiss etdim sevgini baxışlarından,Səmanı qoparan şimşəklər kimi.Hər yana baxıram səni görurəm,Qaranlıq gecədə bir çıraq kimi.Bir dəfə görməsəm ay camalını,Darıxıb ağlaram bir uşaq kimi.Dikmişəm gözumu gələn yoluna,Gözu yolda qalan divanə kimi,Alışıb yansam da, peşman olmaram,Pəriləri yanan pərvanə kimi.Yollar azaldıqca həsrət çoxalır,Dəvası olmayan bir xəstə kimi.Gəlməyən hər günün bir ilə dönur,Sonu görunməyən, bir yollar kimi.Gözlərim yollarda, qulağım səsdə,Səmti bilinməyən küləklər kimi,Öpub qucaqlardım, doydum deməzdim,Suya həsrət qalan çiçəklər kimi.Həsrətə son qoyaq qovuşaq yenəSevgidən danışaq səhərə kimi,Birimiz ay olaq birimiz gunəş,Dolaşaq səmada səyyarə kimi.Aç oxu Gilənin qəmli kitabın,Hər sətri səs salır, tufanlar kimi.Bir vərəq ağlayır, bir vərəq gülür,Əqlini itirmiş insanlar kimi.ALLAH GÖNDƏRİBGecəni qaranlıq yaradan allah,İşıqlı gunduzə hicab çəkibdir.Şirin yuxulara dalmaqdan ötru,Kipriyi gözlərə niqab çəkibdir.Gunəş də allahın əmrinə rəğmən,Oyadır röyadan yatmış insanı.Nizama salıbdır yaratdığını,Tanıtsın alimi, həm də nadanı.İnsanlar şad-xurrəm yaşasın deyə,İnsanı xilqətin şahı yaratdı,Mehriban qəlblərə göstərmək uçun,Səmada gunəşi mahı yaratdı.İnsanlar dərindən düşünsün deyə,Səmadan dörd mələk Quran göndərdi.Gilə başqa yola duşməsin deyə,Yuz iyirmi dörd min rəsul göndərdi.AĞLAMA, KÖNLUM, AĞLAMADilə gəlib duyğularım,Ağlama, könlum, ağlama.Gullər açıb çəmənzarım,Ağlama, könlum, ağlama.Əhli keflər öz kefində,Bəd işində əməlində.Qəm yemə öz aləmində,Ağlama, könlum, ağlama.Hər kəsin öz qisməti var,El içində hörməti var.Qadın kişi isməti var,Ağlama, könlum, ağlama.Gilə Dərya təxəllüsün,Tutmaz özün heç vaxt üstün.Qızıldan qoyular büstün,Ağlama, könlum, ağlama.BƏXDİ QARƏHiss elədim həyatda puç olmuşam,Arzu kamım niyyətim heç olmuşam.Geç açmışam nədən bivaxt solmuşam,Görən deyir bəxdi qarə bu kimdir?Dəyib bəxdim daşa allah nədəndir,Qoymur vurum ömru başa nədəndir.Rəhm eyləmir gözdə yaşa nədəndir,Görən deyir bəxdi qarə bu kimdir?Kədərliyəm, bu halıma baxan yox,Mənim solğun camalıma baxan yox,Hey yanıram alovuma baxan yox,Görən deyir bəxdi qarə bu kimdir?Haqq danışdım baxan yoxdur sözumə,Bezukmişəm nifrər etdim özumə,Fani duya dar görunur gözumə,Görən deyir bəxdi qarə bu kimdir?Mən Giləyəm bərkdən boşdan keşmişəm,Buğda əkdim sonda çayır biçmişəm.Çaşıb namərd əlindən su içmişəm,Görən deyir bəxdi qarə bu kumdir?AY GÖZƏLYenə aldım telli sazı,Vəsf eylədim güllü yazı.Gülüm bəsdi etdin nazı,Qəlbim sənindir, ay gözəl.Dərdim çoxdur qalax-qalax,Səsi səmaya çıxacaq.Qoşa gəzək qoşa olaq,Qəlbim sənindir, ay gözəl.Düşünürəm mən hələ də,Ayrılıq çətindi belə.Haram oldu Qaragilə,Qəlbim sənindir, ay gözəl.Yuxularım çin olaydı,Gözlərimi yar ovaydı.Urəyim könlum doyaydı,Qəlbim sənindir, ay Gilə.ŞƏHİD SƏBUHİ BALAMSəbuhi qəlbimizdə dilimizdə sözümüz,Getmə Şəhid qardaşım yolundadır gözümüz.Şəhidlər ölməzdirlər qurban olaq özümüz,Möhkəmdir birliyimiz, axır gəlmişik dilə,Sülhə səs veririk biz birləşmişik əl-ələ.Mənfur erməni yenə, törədibdir təxribat,Həyacanla səslənir xəbər verir mətbuat.Hucum edib erməni lənət edir camaat,Beşikdə körpələrin gözu qalıb bərələ,Sülhə səs veririk biz birləşmişik əl-ələ.Anlamıram erməni dinindən mənsəbindən,Fitnəkar teralistin şərindən qeybətindən.Nəsibini almamış turklərin qeyrətindən,Kor olmuş gözlərindən qara su axıb gələ,Sülhə səs veririk biz birləşmişik əl-ələ.Səbuhi Şəhidimin atəş açaq şəninə,Butun muştəhidlərin hörmət edək dininə.Qoymayaq ermənilər arxasınca deyinə,Dunya gul-çiçək ola insan imana gələ,Sülhə səs veririk biz birləşmişik əl-ələ.Üç mindən çox şəhidin fatiə məqamına,Huri mələk yığılsın ətrafına, yanına.Ana-atası rəhmət, millət ağlar halına,Gilə Dərya ayaqda kaşki anası görə,Sülhə səs veririk biz birləşmişik əl-ələ.BAŞ ƏYDİM ŞƏHİDƏNeçə vaxtdır ağlayıram kədərdən,Müharibədir eşitmişəm efirdən. Əsəb gərək möhkəm ola dəmirdən, Zaman-zaman Qarabağa ağladım, Qara geydim qaraları bağladım.Hər gun ölum-itim aldım xəbəri, İnsan ölur duşmən bilməz dəyəri. Umud yoxdu açılacaq səhəri, Ata-ana qucaqlayıb dizlərin, Ağlamaqdan kor eləyib gözlərin.Gözəl anam büküb-sarıb belini,El gəlibdi ağlayır öz ölünü. Dindirirlər aça bilmir dilini, İnildəyir sakit səssiz İrəvan, Qoşulubdu Bakı, Şəki, Naxçıvan.Erməniyə gösdərdik öz səddini, Dəmir bilək əydi onun qəddini. Bildirmişik hədsizlərə həddini, Əyri gəzən əyri-burux yolunu, Qoparmışıq ciyərini, qolunu.Az qalıbdı çatmışıq Xankəndinə, İgidlərim çatacaqdır əhdinə. Tərs keçi tək düşdün Türkün fəndinə, Allahımın qəzəbi var od yağır,Erməni, fransızı, rusu çağırır.***ÖMRÜMƏNeyləyim ilahi,sevən könlümə,Qəddimi kaman tək, əyən könlümə.Hər sözu ox kimi, dəyən könlümə,Qorxuram son qoya, xəzan ömrümə.Həyat bir ayrılıq,təbili çaldı,Niskilli könlumu, nə hala saldı.Eşqi məhəbbəti, əbədi qaldı,Göz yaşı su oldu, yanan ömrümə.Bilirəm yarımın, qəlbi sıxılır,Ağ gunduzum, zulmət olub qaralır.Gunu-gundən, rəngim solub saralır,Abadlar görunur, viran ömrümə.Gilə Dərya çəkər, hər gun nazını,Basar sinəsinə, qırıq sazını.Sevər payızını, sevər yazını,Təsəlli ver hər an, nalan ömrümə.DİNLƏ GİLƏNİYetişdikdə o dilbərə,Gördum ki, titrəyir uzu.Sual etdim, ey məh cəmal,Sevirsənsə, söylə duzu.Qəlbimə hakim olmusan,Sənsiz solar tağda gulum.Oxu səsini dinləyim,Ey eşq bağında bulbulum.Gilənin dərdini dinlə,Solubdu sənsiz gulşəni.Mən mərizəm,sən loğmanım,Yaddan çıxar əndişəni. YAXINSAN MƏNƏ Qəlbimi yandırır,vaxtsız gedişin,Nə olar sevdiyim,qayıt yanıma.İsti yuvamıza,soyuq qış gəlib,Dağların tufanın, salma canıma.Nəfəsim kəsilib,əllərim donub,Gilə də,saz kimi,kökdən duşubdur.Nə olar?qayıt gəl, yapış əlimdən,Yaralı bulbulum,dildən duşubdur.Hər tərəf çal-çağır, şənlik olsada,Hələ də xəyalın,çıxmır başımdan.Sevincim səninlə,getdi o vaxtdan,Bəllidir sevgilim,bax göz yaşımdan.Nə qədər çalışdım,unudam səni,Qayıdım təzədən,bu şən həyata.Köçməyim həyatdan,nakəm bisəbəb,Mən də ikram edim,toya busata.ÖTƏN İLLƏRİllərdi bilirəm, aşiqsən mənə,Eşqini bəs niyə, hey gizləyirsən.Bəyənib mən səni, könul vermədim,Yanıram özgəni, əzizləyirsən.Mənə aşiq olduğunu, söyləyəndə sən,Mənsə gulumsəyib biganə qaldım.İndi ikimizdə, yaşa dolmuşuq,Sən gedib şad oldun, nə gunə qaldım.Heyif o gunlərdən, gəncliyimizdən,Hamısın xərcləyib, küləyə verdik,Deyirsən gec deyil, gəl biz qovuşaq,Çox heyif eşq mülkün, kirayə verdik.Gilə Dərya ağarıb, qara tellərin,Bir daha onları, qaraltmaq olmaq.Sındırdın qəlbimin, tən ortasından,Əzizim onları, calamaq olmaz.VƏTƏNDƏAnan, da atan, da boyuna qurban,Get qoru vətəni, mərd kişi kimi.Çevirmə arxanı, heç vaxt duşmənə,Öləndə ölginən, mərd kişi kimi.Vətənə sadiq ol, doğma ana tək,Desinlər mərhaba, səni doğana.Sayıq ol həmişə, duşmən önundə,Alqışlar söylənsin, sən tək oğlana.Borcunu əda et, vətən önundə,Kişi tək qarşına, çıxsın sevgilin.Açıb qollarını, sarılsın sənə,Eşq ilə köksunə, sıxsın sevgilin.Qadın olsa da, Gilə əzəldən,Vətənin yolunda, canından keçib.Saf çuruk eyləyər, cümlə dostların,İçindən sadiqin, təmizin seçib.GÖZƏLDƏ QALDIKipriyin qəsd edib alıb canımı,Əhd-peymanı verdim,gözəldə qaldı.Rəngini alıbdır,bağçada güldən,Gül-çiçək ətirli,çəməndə qaldı.Verdim ürəyimi, gözəldə qaldı.Müdrik insanların,ağlı nur saçar,Vətəni ananı görməyən solar.Umudi,istəyi,qəlbində qalar,Nəbi Qoç Koroğlu,əzəldə qaldı,Verdim ürəyimi, gözəldə qaldı.Ay üzlü Nigarı,gəzəm bir görəm,Xurmeyi gül saçın,əlimlə hörəm.Ləçəkləri dərəm,önünə sərəm,Məktub oxunmadı,nəzərdə qaldı,Verdim ürəyimi,gözəldə qaldı.Alnı geniş açıq uz istəyirəm,Gözümə baxan,göz istəyirəm.Arada söz-söhbət,düz istəyirəm,Yarama duz basdı,duz əldə qaldı,Verdim ürəyimi, gözəldə qaldı.Vaxtı mən itirib,boşa gəzmərəm,Haqq ədalət yoxsa,bilki dözmərəm.Həqiqi aşiqi əsla əzmərəm,Gilə Dərya istədi,düzəldə qaldı...Verdim ürəyimi gözəldə qaldı. 15 yanvar, 2024QURBAN EYLƏRƏMMənim gözəl yarım,sevirəm desə,Ömrümü,gunumu,ehsan eylərəm.Sevib qoxulasam,o gül ətrini,Həyatımı eşqə,qurban eylərəm.Qıyma çiçək kimi,solum saralım,Gül üzlü gözəlim,məhi cəlalım.Mənim Şəhla gözlüm,arzu amalım,Gəlsən,gözüm üstə,mehman eylərəm.Eşit ah naləmi,gəlsənə yola,Çal-çağır, tar, kaman, birdə yar ola.Sarılaq,sarmaşaq,gəzək qol-qola,Eşqimi əməldə, burhan eylərəmHəyat əmanətdır,gəl vurma yara,Aşiqdir məcnunun,düşməsin dara.Çəksən eşq cəfasın,gələrəm kara,Sirrimi qəlbimdə,punhan eylərəm.Eşq yolunda verərəm qurban özümü,Hamı bilsin mən də olan dözümü.Şeirdə,sənətdə dedim sözümüGəzərəm dostumu,həyan eylərəm.Sadiq aşiqini,rüsvay eyləmə,Kirpiyin ox sənin vurma teyləmə.Sevgim heç bitməyib demə söyləmə,Əhdimi əbədi bəyan eylərəm.ELİMƏKöç edə köçkün, İrəvanın Çənli belinə,Yazam şeir nəğmələr, Azərbaycan dilinə,Bayraq sanca igidlər, yol salalar elinə,Günəşin oğlu olan,o nurlu cəlalinə,Aşıqlar vəsf eyləyə, gözəl məh cəmalınə.Ceyran-cuyur gəzib,qızlar suzur çölləri,Qu quşu bəzəyibdir,ətrafdakı gölləri.Məhəbbət nəğməsi, oxşayıb diləkləri,Razdan Təkəlik Sevan,dağda bulaq qoşadır,Vətən həsrətli Adəm,torpağın möhtaçıdır.El-elat,əl-ələdir,dolaşır sıx meşələr,İntizarda gözləyir,Laləylə bənövşələr.Can deyir Xarı bülbül,dirçəlibdir guşələr,Qızların səsi gəzir,dağı daşı hər yanı,Yamaclar kaş səsləyə,buraya qız oğlanı.Oğlanların ürəyi,dözə qızlar nazına,Dönəydi gül nəfəsi,bahar gülu yazına.Aşıqlar nəğmə qoşa,Ələsgərin sazına,Qarabağı oxşaya,Qarabağ şikəstəsi,Dağlar yanır Əsliylə,yanıx Kərəm naləsi.İpək yolu salına, Bakı-İrəvan yoluna,Gül çiçək əkilə, yol boyu sağ- soluna.İlahidən güc gələ,nəfəsinə qoluna,Əhdimə vəfa edib,mən qurban kəsərəm,Ana doğma vətənim,yarpaq kimi əsərəm.Çöl çəmən Gilən gəlir,aç qolunu qurbanın ola,Onunla ellər gələ,bir gecə mehmanın ola.Gilə Dərya Seyid xanım,dərdinə dərmanın olaYazdığı şeir qəzəl,həyatın mənasıdır,Ürəkdən gələn sözlər ürəyin aynasıdır. 25 Mart 2024.KEÇDİMŞairəm mən, şeirdən İlham aldım,Çiçək açdım,gah soldum,gah saraldın.Rüzgar məni boğdu,nə günə qaldım,Sevənlər tərk etdi,ümüd qalmadı,Arzu istəyinə,kimsə çatmadı.Oynamaq istədim,qolum qalxmayır,Yar üzün döndərib,mənə baxmayır.Dəryalar quruyub gözü axmayır,Silinməyir,məhəbbətin izləri,Xəyallar bitiribdir bizləri.Ürəyim küsüb nədən açılmayır,Bülbül susub,nədən barışmayır.Cüyür yeriməyir,ceyran qaçmayır,Keçmişə baxıb,iz buraxaydım,Kaş dönüb birdə,gənc qız olaydım.Şairin dəyəri,söz misrasında,İlham pəriləri,gəzir başında.Gözəlliyi vardır,hər bir yaşında,Gilə Dərya,nəğmələr gətirdin dilə,Eşqdən giley etdin,sən gülə-gülə. 12 İyun 2024QOÇAQ POLİSLƏRİMİZQartal kimi yollarda,Keşikdə yol Polisi.Tələsir əsaişə,Boş yol verin, Polisə.Həyatımız əlində,Qurtarmağa gəlibdir.Oddan,sudan,alovdan,İzin verin PolisəGöydə ki,ulduz kimi,Yanır işıq ulduzu.Forma da çox yaraşır,Sağlıq deyin Polisə.Bizə mehriban əziz,Söhbətləri,çox ləziz.Yollar çətin çox qəliz,Aman verin Polisə.Cəsur fədakardırlar,İgid qəhrəmandırlar.Bu gün bayramdadırlar,Dua edin Polisə.7 iyul.2024. HACI ŞAHİN, RUHUN ŞAD OLSUNİnanmıram,xəyalımdan belə keçmir,Yaxını-uzağı ,gözlərim seçmir.Elin dərd,səri var,qəm,kədər bitmir,Gözümdən qanlı yaş ,suzulər HəciEl yığışıb,dur ayağa bir baxsan,Əziz qardaş,qonaqların var dursan.O gül nəfəsinlə,Yasin oxusan,Qurandan don geyər,Gülab səpər Həci.Millət həsrətindən,qəhər çəkərsə,Ayə surə salavat oxunarsa.Əyilib səcdəyə,alnın qoyarsa,Məzara göydən nur,tökülər Həci,Bir zamanlar,şəfa aldım səsindən,Dilindəki, allah kəlməsindən.Sehirləndim səmimi söhbətindən,Olmasan,ürəyimin teli qırılar Həci.Gilə Dərya, yoxluğunu duyanlar,Eşqi-məhəbbəti,qəlbən dadanlar.Hacı Şahini anıb,fikrə dalanlar,Ziyarətgah yerində,gözləyər Həci.3 Mart 2024 MƏRDİMAZAR AXTARMIRAMİlahi gör biz nə günə qalmışıq,Saxdakarlar üzə maska geyibdir.Kişidir,dinməmişik susmuşuq,Tərbiyə yox ədəb ərkan gedibdir.Dünyanı gözündə görür,darbalaq,Dar düşüncəli kiçicik,balqabaq.Sözləri baş-ayaq deyir,dal-qabaq,Haqqı danır,imanı yox itibdir.Silahlanıb,niqab taxıb üzünə,Hiyləsi var,şeytan çöküb gözünə.Həyası yox,sərhəd qoya sözünə,Kamal da yox,bəlli yaşa çatıbdır.Dostlar baxıb,boylanırlar maraqdan,Acıyıram zavallıya qıraqdan.Yarasadır,nifrət edir çıraqdan,Yazıq ona,əyri buruq yatıbbdır.Cəsus kimi,satılıbdır dollara,Xəyalları səpilibdir yollara.Qeyrət namus,yad olubdur onlara,Din imanı,Şamaxı tək batıbdır.Ağrımır ürəyi,çıxa acısı,Yəqin yoxdur,nə anası bacısı,Öyrətməyib,müəllimi,hacısı,Gördüyü hər işə zəhər qatıbdır.Kişiyə bax,fırladır,boş başını,Zəqqum etdi,mən şairin aşını. Hərfə bax,yaman dartır qaşını,Gözü götürmür,Giləni,çaşıbdır. 23 Avqust 2024YAZ XƏYALIAy Allah qisməti,sən ver özün yaz,Baharım qış kimi,de nəyə lazım.Baxçada gül-çiçək,tərli bənövşə,Bülbül qəfəsdəsə,de nəyə lazım.Təbiətin görünməsə cəmalı,Gözəl qızın,bilinməsə Kəmalı.Sevənlərin doğrulmasa xəyalı,Ruhun xəstə əgər,de nəyə lazım.Bulbullərin səsində xoş Məlahət,İgidlərin qanındadır cəsarət.Elçiliyə gedə cumlə-cəmaət,Qızın könlü yoxsa,de nəyə lazım.Narın çox sirri var,görən kim bilə,Gullöyşə çatlayıb,uzumə gulə.Nar çiçəyi duşubdur,dildən-dilə,Yar ətrin almırsa,de nəyə lazım.Qızların var güllü,əlvan şahnazı,Gətiriblər san ki,baharı yazı.Yarına xoş gəlir,söhbəti nazı.Tənhadır yarı yox,de nəyə lazım.Punhan saxla şair,demə sözünü,Sən özün bilirsən,işin duzunu.Gilə Dərya saf olma,qoru özünü,Peşmanlıq faydasız,de nəyə lazım. 3 Fevral 2024. EYLƏMƏ GÜNAH GÖZƏLİMUyma əğyarə,gəl ey qaməti rəəna gözəlim,Gözləri ilahidən,nur dolu məna gözəlim.Qoymaram naşı dəyə,o qarə şəvvə telinə,Bal suzur dil-dodağın,bilirəm rəəna gözəlim.Telini oxşayım mən, baş qoy qəmli sinəmə,Gözləri mavi dəniz,göy uzu səma gözəlim.Oxşarın yoxmu əcaba,qısqanır huri mələk,Əqli kamalı gözəl,fikri var dərya gözəlim.Səni görən cavanlar,olublar canından bezar,Gecənin leylisi tək,gəzmə ey tənha gözəlim.Deyirəm insafa gəl,gül yanaqdan bir busə ver,Qoyma həsrət yandıra,gəl ey bir daha gözəlim.Demərəm nəbadə bir söz,incik dəyə qəlbinə,Yanar oddan da betər,atəşi fəna gözəlim.Yuxuda gəl dolaşaq,birgə bu aylı gecələr,Ölmüşəm dirilim gəlim,daha cana gözəlim.Gəl ey Gilə Dərya dur,husnunə vermə bəzək,Gözlərin gözəl sənin,salma gəl qana gözəlim. 13 dekabr, 2023ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.