ABBAS ÇOPUROV (1926-2001) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 9 октября 2024 949 0 1 2 3 4 5 Bir zamanlar vardı... Bizim ellərdə, obalarda, bizim tərəflərdə hansısa bir mədrəsədən, institutdan, təhsil ocağından, alimlərdən dərs almayan, öz zəhmi, zəhməti ilə, hörməti, şərəfi ilə, daxili qabiliyyəti, bacarığı ilə, dağdan ağır, adı bəlli, el atası, kəndin ağası, el-obanın kəndxudası adını qazanan kişilər vardı.Bir zamanlar ailə qurmaq istəyən gəncin elçiliyi zamanı, oğlanın evi-eşiyi, maşını, işi, pulu varmı deyə soruşulmazdı...-Elçiliyə kim gəlmişdi?-Elçi kimi gətirmişdilər? – deyilərdi.Belə kişilərdən biri də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Əngirəvan kəndində1926-cı ildə anadan olmuş Çopurov Abbas Məhəmməd oğludur. O, əsgərlik xidmətini başa vurduqdan sonra daxili bacarıq və qabiliyyətinə əsasən Dmanisi rayon Ticarət dükanında işə düzəlmişdir. İlahi zehniyyata malik olan gənc Abbas işlədiyi müddət ərzində həm də digər sahələrə maraq göstərmiş, eyni vaxtda bir çox sənətkarlığa meyl etmişdir.Baytar həkimi olan bir dostundan baytarlıq öyrənmişdir. Zatən qoçaq, zəhmətkeş, səxavətli, bir-birini hörmətlə tutan, varı-dövləti, mal-heyvan sürüləri bol-bol olan Əngirəvan camaatının bay-tar həkimi olmuşdur. İşıqçı bir dostundan elektrik (montyorluq) öyrənmişdir. Əngirəvanın işıqçısı olmuşdur. Evlərə işıq çəkmiş, xarab olmuş qovşaqları, zədələnmiş naqilləri təmir etmiş, kəndi qaranlıqdan qorumuşdur. Həyat fakultəsini öz başına mənimsəyən, riyazi bilgilərə doğru-düzgün yiyələnən gənc Abbas öz kəndinə qayıtmışdır. Əngirəvanı daha da şenəltmək - şənlətmək üçün öz evinin içində dükan açmışdır. İş potensialı, daxili qabiliyyətləri çox güclü olan Abbas Çopurov əmək əziyyətlərindən çəkinmədən ağır zəhmətlərə qatlaşmış, kəndin xeyirində, şərində öndə getmiş, ürəkdən dəstək olmuşdur. Belə xüsusiyyətləri onu elin böyüyü kimi şöhrətləndirmişdir.Abbas Çopurov həm də Başkeçiddə arı mütəxəssisi kimi tanınmışdır. Halal əməyi ilə 80-100 arı ailəsinə qulluq etmişdir. Saf, təmiz bal satıcısı kimi ad qazanmışdır. Bal çəkimi zamanı elliklə hamıya xətir görmüşdür. Kəndin xəstələri üçün satış etməmiş, əmi-dayı kimi bal payı vermişdir.Kolxoz vaxtı kolxozun təsərrüfat briqadiri olmuşdur.Sovxoz vaxt sovxozun təsərrüfat birliyinin rəhbəri olmuşdur.Kolxoz və sovxoz dövründə kəndin anbardarı da Abbas Çopurov olmuşdur.Universal bacarıqlı Abbas əmi gözəl dövran, sayılıb-seçilən ömür yaşamışdır. Hamamlı kənd qızı, xanım-xatın Müsəmbər xanımla ailə qurmuşdur. Elin-obanın hörmətli, ismətli gəlinlərindən olan Müsəmbər xanımla Abbas əminin səkkiz övladı olmuşdur. Əsli Abbas qızı (Allah rəhmət etsin), Fərhad Abbas oğlu (Ali təhsilli müəllim, Allah rəhmət etsin), Dilarə Abbas qızı (Allah rəhmət etsin), Nəsrəddin Abbas oğlu (Zootexnik), Minayə Abbas qızı (evdar xanım), Teymur Abbas oğlu (Moskvada özəl sektorda çalışır), Qələndər Abbas oğlu (Moskvada özəl sektorda çalışır), Münəvvər Abbas qızı (Moskvada özəl sektorda çalışır). “Mən həyatda nəyə nail olmuşamsa, nələr qurub-yaratmı-şamsa hamısını həyat yoldaşım gözəl Müsəmbərimlə bərabər, birlikdə etmişəm” - deyən Çopurov Abbas Məhəmməd oğlu 2001-ci ildə doğma kəndi Əngirəvanda vəfat etmişdir. Məkanı cənnət olsun.P.S.: Abbas əminin valideynləri Məhəmməd dədənin və Zalxa nənənin evin içində qoruyub-saxladığı “Ailə qanunları” o vaxt necə idisə hörmətli oğullar mərifətli, gəlinlər tərəfindən indidə eləcə qorunur və əməl edilir. Belə ki, Abbas əmi dədə evindən ayrılıb özünə şəxsi yurd-yuva quran qardaş-bacılarının hamısı ilə uşaq vaxtı necə mehriban, necə əziz idisə, bu istilik eləcə də davam edirdi.Türklər demiş həmin “Ailə kuralları” Abbas əminin övladları tərəfindən də eləcə qorunur. Qardaş-bacı, nəvələr-nəticələr arasında ayrı-seçkilik yoxdur. Dədə evində hamının bir arada toplandığı zaman daha gözəl günlər yaşayırlar. Dörd gəlin, dörd el qızı, dörd baldız və övladları: Can deyib, can eşidirlər. Ailə içində doğmalar arasında belə yaşamdan gözəl səadət olarmı?Allah belə olanları var eləsin. Amin…Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetininBaş redaktor müavini,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.