Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində “Zəfər Günü” qeyd olunub Gürcüstan » Qarayazı 8 ноября 2024 487 0 1 2 3 4 5 Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan Resbublika sının "Zəfər Günü" qeyd olunub.ZiM.Az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi sükutla yad edilib, Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Daha sonar Mərkəzin direktoru Çiçək xanım Hüseynova çıxış edib. O, İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən bəhs edib və diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Mərkəzin təsisçisi Raul Əliyev öz çıxışında bildirib ki, 8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində ən şanlı qələbədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şəhidlərimizin qanı və canı bahasına əldə etdiyimiz Şanlı Zəfər əsl vətənpərvərlik, fədakarlıq nümunəsi və qürur mənbəyimizdir. Gürcüstanın da tezliklə ərazi bütövlüyünün bərpa olunmasını arzulayıb.Tarix müəllimi Əvəzxan İsayev və Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Ayxan (Sevda xanım Şahverdiyeva) çıxış edərək, 44 günlük Vətən müharibəsinin xronologiyasını təqdim edib, həmçinin postmüharibə dövründə aparılan sülh danışıqları, Ermənistanın Azərbaycana qarşı mina terroru, Qərbi Azərbaycanda ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalan azərbaycanlılar haqqında ətraflı məlumat veriblər. Eyni zamanda “Zəfər Günü” münasibəti ilə hərkəsi təbrik ediblər. Daha sonra Qardabani ziyalıları, mərkəzin qonaqları, o cümlədən, tanınmış iş adamı Şakir Mustafayev və başqaları çıxış edərək bildiriblər ki, hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə Azərbaycan xalqına bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər Azərbaycan ordusuna borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Tədbirdə ziyalılar, ictimaiyyət nümayən-dələri, şagirdlər, bir çox müəllimlər və valideynlər iştirak ediblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.