ELMİN ZİRVƏSİNDƏ - MƏDƏD ÇOBANOV Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov 8 января 2025 103 0 1 2 3 4 5 Akademik Mədəd Çobanovun əziz xatirəsinəUlu Borçalıda dünyaya gəldi,Anamız vətəni nura boyadı.Mədəd Çobanovun sözü düşəndə,Hörmətlə çəkildi onun soyadı.Elmin zirvəsində yeri görünür,Bəsirət gözüylə görən alimin.Alimlər içində söz meydanında,Sinəsin qabağa verən alimin.Ədəb-ərikanı bir məktəb olub,Onu tanıyana, onu bilənə.Atalar düz deyib ağladanı seç,Etibar eləmə üzə gülənə.Bu qədər insana savad verənin,İnan, olmayacaq heç vaxt zilləti.Neçə qərinələr ötüb keçəcək,Onu yaşadaçaq ulu milləti.Atanın üzünü ağ edən oğul,Allahın izniylə zirvələr aşar.Yurdunu şen edən, abad eyləyən,Qeyrətli Müşfiqi yurdunda yaşar.Vəli QARAÇAYLI,02.01.2025.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.