Aşıq Aida Gülzar (1969)

Aşıq Aida Gülzar (1969)
Aşıq Aida Gülzar (1969) Gülzar İbrahim qızı İlyasova - 1969-cu ildə qədim Qaraçöpdə - indiki Gürcüstanın Saqareco rayonundakı Düzəyrəm kən­din­də anadan olub. Düzəyrəm orta məktəbini və Mingəçevir şəhə­rində texnikum bitirib. Hələ körpə yaşlarından sazın-sözün işığında böyüyüb balaca Gülzar.

Leyla VƏKİLQIZI (ABDULLAYEVA): "NAXÇIVAN"

Leyla VƏKİLQIZI (ABDULLAYEVA):
Türkiyə mayakdı yoxdur qorxusu Məmməd Araz möhtəşəm söz toplusu Heydər Baba yenilməz dağ ordusu Bütün sülaləsi sultandı, xandı Dahilər yetirən o Naxçıvandı Möminə türbəsi piri ocağı Memar Əcəmidir ustad qocagi Mərdlikdən ucaldı Xatun ocağı Dinə, şəriətə verdi təkandı Möminlər gətirən o Naxçıvandı

Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi...
Səidə Əliyeva Azərbaycan Yazıçılar Birliyinin üzvü Rusiya Yazıçılar Birliyinin üzvü Dik baxdı şair ölümün gözünə... Əbədiyyət beşiyi ana vətən, Şeir sənət ocağı lap əzəldən Tarixə bəxş edib dünya vüqarlı Nizami, Füzuli, Nəsimiləri. Xalqının qüruru, bəşərin fəxri Neçə ölməz dahi sənətkarları

ŞƏHƏRƏ GƏLDİYİM O GÜNDƏN BƏRİi...

ŞƏHƏRƏ GƏLDİYİM O GÜNDƏN BƏRİi...
Ülvi duyğularım qırıldı bənd-bənd, Çapdı xəyalımı ağ at, göy səmənd. Yolumu gözlədi getmədiyim kənd, Şəhərə gəldiyim o gündən bəri . Başımda yüz yana əsdi küləklər Yapışdı yaxamdan həzin qəm -kədər, Yatanda kənd gördüm,duranda şəhər, Şəhərə gəldiyim o gündən bəri. Gah yelə,gah qara, sazağa düşdüm

İLQAR HƏKİM

İLQAR HƏKİM
Həyatda o insan xoşbəxtdir ki, ürəklərdə yaşayır,həyat yolunda xatirə izi buraxır.Çox insanda cəm olaraq insani keyfiyyətlər vəhdət təşkil etmir.Söhbət insanlıqdan düşmüşkən , mənim səhhətimlə bağlı olaraq narahatçılıq keçirən hər bir dostuma öz minnətdarlığımı bildirirəm,nə yaxş ki, varsınız

SƏRDAR BƏDƏLOV (1947)

SƏRDAR BƏDƏLOV (1947)
SƏRDAR BƏDƏLOV (1947) Sərdar Məhəmməd oğlu Bədəlov 1947-ci il yanvarın 8-də qədim Borçalı mahalının Saraclı kəndində anadan olub. 1964-cü ildə kənd orta məktəbini gümüş medalla, 1971-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. İki il ordu sıralarında hərbi

Gilə ƏLİQIZI (1976): "Laçınsız burnumun ucu göynəyir... İndi oralarda lalə dövrüdür..."

Gilə ƏLİQIZI (1976):
*** Ol şair könlümün ilham pərisi, Qələmim eşqinlə yazıb yaratsın. Min tərif söyləyib qara gözünə, Adını yerlərdən göyə ucaltsın. Şeirimdə sən ol qəzəlimdə sən, Əvvəlimdə sən ol, əzəlimdə sən. Sən əgər yolumu gözlə söyləsən, Ürəyim sevdanı min il yaşatsın. Səni heca-heca şeirə düzüm, Yoluna

QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...
XATIRƏLƏR 1986-cı il 13 iyun. Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar və Aşıq Pəri məclisinin üzvləri Göyçədə qonağımızdır. Qonaqlar Aşıq Ələsgərin məzarı başında. Qurulmuş məclisdə həmin gün mən bu şeiri oxudum: QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI Pir olmuş bu elin əzəl binadan Sazı Göyçədisə, sözü

Yasəmən Pünhan FƏRHADLI (1951)

Yasəmən Pünhan FƏRHADLI (1951)
Qalacaq Ey dünya malından bərk yapışanlar Dünya malı bu dünyada qalacaq. Bu sirrli aləmdə naşı olanlar Dünya malı bu dünyada qalacaq. Hər işin öz səmt,bir cür yönü var. Həyatın min üzü min cür donu var. Billməyənlər bilsin ömrün sonu var. Dünya malı bu dünyada qalacaq. Yeri gəlsə dərddir vaeı çox

SƏDİ YARADANQULU (1954)

SƏDİ YARADANQULU (1954)
SƏDİ YARADANQULU (Sədi Qədiroğlu, Sədi Borçalı, Sədi Dağlaroğlu, Sədi Tənha) 1954-cü ildə ulu Borçalının Başkeçid (indiki Dmanisi, Gürcüstan) rayonunun Salamməlik kəndində anadan olub. 1972-1974-cü illərdə hərbu xidmətdə qulluq etmiş, 1975-1980-cı illərdə Azərbaycan Mühəndislər (keçmiş Ç.İldırım

Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)
Samir Camal oğlu Qaraxanov - 1980-ci il iyulun 6-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Qoculu kəndində anadan olub. Saza-sözə həvəs hələ orta məktəbdə oxuyarkən yaranıb. Aşıq Kamandarın vurgunu olub. Saatlarla Ustad Kamandarı - Xan Kamandarı dinləməkdən yorulmayıb.
Əvvəl 1 2 3 4 5 6 7 Рекомендуем задуматься скачать софт с нашего сайта и последние хорошие фильмы смотреть онлайн на лучшем кинопортале Sonra