Dünyadan gileyli getdi Nəsimi... "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rusiya, Diaspora 24 мая 2019 Səidə Əliyeva,Azərbaycan Yazıçılar Birliyinin üzvü,Rusiya Yazıçılar Birliyinin üzvüDik baxdı şair ölümün gözünə...Əbədiyyət beşiyi ana vətən,Şeir sənət ocağı lap əzəldənTarixə bəxş edib dünya vüqarlıNizami, Füzuli, Nəsimiləri.Xalqının qüruru, bəşərin fəxri,Neçə ölməz dahi sənətkarları,Tarix yaraşığı, dünya şöhrətliƏbədi qalan sənət əsərləri.Nəsimi dünyası, Nəsimi irsiSöz mülkünün möhtəşəm şah zirvəsiCəsarət, hünər, mərdlik nişanəsiƏsil həqiqət, hikmət əfsanəsi.Fədakar şair dahi NəsimininDərdi öz dərdidi bəşəriyyətinQəm-qübarı şeir, qəzəllərinin Üstündə tər bənövşə məzarının.Qərib məzarına göz yaşı tökər,Karvan-karvan göydən keçən buludlar.Vətən torpağından salam gətirərQatarlaşıb eldən köçən durnalar.Cahana sığmazam söyləyən şairÖlməzlik möhürü tale yazısıKönüllər fəth edən möcüzə, sehirYazdığı qəzəllərin hər misrası.Yaddaşlara yazıldı sətir-sətir,Hər kəlamı əbədiyyət nəğməsi.Soyulsada qarış-qarış mərd şairHəqiqət carçısı, düz əqidəsi.Misilsiz xəzinəsi əsərləriNəsillərdən nəsillərə yadigarSilib ürəklərdən qəmi-kədəriGünəş tək dünyaya zirvədən baxar.Çiynində həyatın ən ağır yüküDik baxdı şair ölümün gözünə.Utandırdı aciz zaman özünüBaş əymədi cəhalətin hökmünə.Ən mahir söz sərrafı NəsimidiKeçməkeş ömrünün şeir mənasıŞeirdi həyatı müqəddəratıFikir, düşüncə, təfəkkür aynası.Əvəzsiz şeir yaradıcılığı,Göydəki günəş qədər nur işığı.Ən zərif duyğu, zövqü, hissiyatıBənövşə qoxulu şeir, qəzəli.Qələmindən süzülən şeirləriÜrəyinə tökülən göz yaşları.Gözünün nuru, qəlbinin şəfqətiSevinc, kədər boylanan baxışları.Puç arzu, ümidi, nakam sevgisiSəadət gecikdi, hicran tələsdi.Pərişan könlünün qəm şikəstəsiBir şair ömrünün şeir cələngi.Yaz gəlməmiş qış tələsdi ömrünə,Çən-çiskini gözlərində həsrətinƏbədiyyət yazıldı taleyinəAzərbaycan şairi Nəsiminin.İmadəddin Nəsimi poeziyasıMərdanəlik, mətinlik nümunəsi.Əbədi qalan əvəzsiz töhfəsiŞeir, qəzəl ən qiymətli misrası.Nəsimi dövrünün söz sərkərdəsiDöyüşdə qələmi güclü silahı.Düşməni diz çökdürən hər kəlməsiŞeir, qəzəli, cəsur iradəsi.Nə imiş günahı? Bəşər övladıSənətin sultanı, eşqin qartalı.Dünyanın özündə özü bir dünyaŞeirləri qəmli durna qatarı.Həyatın sınağı, sərt imtahanıBarışa bilmədi zaman şairləKönlünün səsi, incə duyğularıŞeirləri bənövşə köynəyində.Nə istədilər? Nə idi günahı?Vaxtsız töküldü ömrünün yarpağı.Tələsik yükləndi köçü, karvanıSon mənzili qoynu qara torpağın.Dünya istəmişdi yuva özünə,Özü boyda şəfqəti yer üzünə.Bir həyat eşqinə, sevgi naminəNöqtə qoya qəm-kədərin izinə.Şair xəyalının sevgi dünyasıDünyanın özünü sehirləmişdi.Tükənməz ilhamı, könül aynasıBütün kainatı tilsimləmişdi.Dövrü zamanın mövhumat aləmiNə istəmişdi görən Nəsimidən?Qürur, təmkin, varlığının hakimiSöz cəngavəri, fədakar şairdən.Sözün qüdrəti, sehiri hikmətdirƏn nadir söz incisidir şairin.Yarımçıq qəzəli, misra şeiriHər yuxusuz gecəsidir şairin.Əsrin əzəməti, qüruru, fəxriQartal misraları şeir, qəzəli.Əbədiyyət var imiş qismətindəƏbədi bir dünya söz aləmində.Elə bir dünya ümidlər sabahaQanadlanan qaranlıqdan işığaTəlatüm, tufan, təlaş dolu dünyaBir şair otağı asiman boyda.Məkirli dünyanın haqsızlıqlarıBir şair ömrünə qələm çəkildi.Sönən bir baxışda saysız arzularCahana sığmadı həyatdan köçdü.Təbiət pərişan, bəşər ağladıKülli kainat, aləm yasa batdı.Dünyadan gedən sadə insan deyilVətənpərvər şairim, cahan getdi.Rüzgar kimi gəlib, keçən ömürüHəyatın sərt sınağı, çətin günüTəsəlli kağız parçası, qələmiDünyadan gileyli getdi Nəsimi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.