ŞƏHƏRƏ GƏLDİYİM O GÜNDƏN BƏRİi... "SAZLI-SÖZLÜ BORÇALI", Qarayazı 21 мая 2019 Ülvi duyğularım qırıldı bənd-bənd,Çapdı xəyalımı ağ at, göy səmənd.Yolumu gözlədi getmədiyim kənd,Şəhərə gəldiyim o gündən bəri.Başımda yüz yana əsdi küləklərYapışdı yaxamdan həzin qəm-kədər,Yatanda kənd gördüm,duranda şəhər,Şəhərə gəldiyim o gündən bəri.Gah yelə,gah qara, sazağa düşdümYeridim tələyə, tuzağa düşdüm.Sevginin ilkindən uzağa düşdümŞəhərə gəldiyim o gündən bəri.Buludlar boşaldı,kükrədi caylarİlləri seyrəltdi həftələr, aylarİçimdə bir ana "oğul" haraylarŞəhərə gəldiyim o gündən bəri.Arzular cığırın daşında qaldıVədələr bulağın başında qaldı,Bir oğlan 17 yaşında qaldıŞəhərə gəldiyim o gündən bəri.İLQAR HƏKİM (YUSUBOV),ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.