Sədaqət Dilqəmqızı: "İki mələk Kürə doğru baxırdı..." MEDİA » "SAZLI-SÖZLÜ BORÇALI" 7 ноября 2019 (Bu şeir Səadət Butaya və Səadət Nur Novruzluya ithaf olunub)Gözəl səhnə gözlərimi çağırdı,Ağ örpəkli, eyni boyda-biçimdə.İki mələk Kürə doğru baxırdı,Elə bil ki, Kür ürəklər içindən,İz salmışdı xəyallara axırdı.Kür boyunca xatirə qayıqları,Sərilmişdi sakit dalğa döşünə,Eyni adlı, eyni bəxtli mələklər,Yəqin gəlmişdilər ruh görüşünə.Könül əhli yenə nələr gördülər,Neçə dərdi əlbət Kürlə böldülər.Sədaqəti heyran edər mələklər,Qəm gizlədib üzdə nə xoş güldülər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.