"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı "Sazlı-Sözlü Borçalı"
Ədəbi Məclisinin növəti
on dördüncü toplantısı
2019-cu il may ayının 12-də
Bakı şəhərinin
Sabunçu rayonundakı
Mərkəzi Kitabxananın
Oxu zalında baş tutub.


23 nəfər saz-söz adamının iştirak etdiyi tədbirə şair-publisist Sədi Yaradanqulu aparıcılıq edib.
O, əvvəlcə məclis üzvlərini, qonaqları salamladıqdan sonra aprel və may aylarında anadan olanları -
Tarix Vüsallını 60 illik,
Nuridə Misiri və kitabxana işçisi Tünzalə xanımı 50 illik yubleyləri münasibətilə məclis adından təbrik edib, onlara xoş arzularını çatdırıb.
Eyni zamanda, məclisin
fəal üzvü və təşkilatcısı
Şəhla xanıma qardaşının vəfatı ilə əlaqədar başsağlığı verib və Allahdan səbrli olmasını diləyib.
Daha sonra isə bu günlərdə dünyasını dəyişmiş şairlər - Dəmir Kədəbəylinin və Etibar Etibarlının ruhuna dualar səsləndirilib.

Rahilə xanım
da çıxışında
2-ci dünya savaşında və Qarabağ uğurunda həlak olmuş şəhidlərimizi yad edib, onlara RƏHMƏT diləyib.

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı Bu günki mövzu
Azərbaycanın ölməz mütəfəkkiri və bir nömrəli dahi şairi NİZAMİ GƏNCƏVİnin vəfatının 810 illiyinə həsr edilmişdi.
Bu haqda Surxay HətəmMurtuz Fərhadoğlunun qısa məlumatından sonra
Sədi Yaradanqulu çıxış edərək məclis üzvlərini Dahi Şair haqda daha geniş məllumat verdi.

Söz Borçalının tanınmış aşıqlarından olan Aşıq Fikrətə verildi. O, “Divani”-ylə könülləri oxşadı. Sonra söz Rəşid Hacılara verildi.
Beləliklə, qonaqlar da öz xoş sözlərini, şeirlərini söylədilər. Bu gün iki qəzəlxan da məclisdə iştirak edirdi: Rəşid VəkilBəxtiyar Buzovnalı.

Aşıq-şairə qızımız Ayşə Səyyadqızının ifası və şeir söyləməsi bu dəfə də alqışla qarşılandı, elə də aşıq Toğrul Ayrımellinin, Balaca aşıq qızımız Fatimə Məmmədovanın ifaları da sürəkli alqışlandı.

Şairə xanımlardan
Gülnarə Acalovanın,
Minarə Sığnağın,
Xalidə İlyasqızının,
eləcə də məclisin bütün üzvləri çıxış edərək öz şeirlərini sazın müşayiəti ilə oxunuldu və sakit dinlənərək sonda alqışlandı.

Sonra kitabxananın müdiri Nəcibə Hüseynovaya və kitabxanada çalışanlara məclis üzvləri adından təşəkkür edildi və kitabxananın əməkdaşı İlahə Məmmədovaya söz verildi. O da məclisə uğurlar arzuladı və hər zaman kitabxananın qapıları üzümüzə açıq olduğunu söylədi.

Məclisin sonunda şair Sədi Yaradanqulu növbəti məçlisin 12 iyun 2019-cu ildə bu məkanda keçiriləcəyi və mövzunun iki hissədən ibarət olacağını elan elədi. Birinci hissədə Borçalıda yaşayıb-yaradan və unudulmaqda olan el şairi Qul Allahqulunun yaradıcılığı haqda və məclisin 2-ci hisəsində şifahi xalq yaradıcılıqı olan “BAYATI”lar haqda müzakirələr və yazarların öz bayatılarını dinləmək olacaq.

Məclisi aşıq Fikrət Cəfəroğluaşıq Toğrul Ayrımelli “Müxəmməs"lə sona yetirdilər.

Məclisdə tanınmış saz-söz adamlarından - Rahilə Qaralova, Sədi Yaradanqulu, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Xavər xanım, Rəşid Hacılar, Gülnarə Acalova, Ayşə Səyyad qızı, Minarə Sığnaqlı, Xalidə İlyasqızı, Rəşid Vəkil, Rövşən Xələddinoğlu, Qulu İsmayılov, Surxay Hatəm, Adil Cəfakeş, aşıq Fikrət Cəfəroğlu, aşıq Toğrul Ayrımelli, balaca aşığmız Fatimə Məmmədova, İlahə Məmmədova, Məmməd Lahacoğlu Faxralı, Zahid Savalanoğlu, Gülüzə Məmmədova və Bəxtiyar Qəzəlxan iştirak ediblər.

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı Sonda ümumi xatirə foto-şəkilləri çəkdirilib.

Sədi YARADANQULU,
“BORÇALI” nəşriyyatının redaktoru

ZiM.Az






"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı














.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin nöbəti 9-cu toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 11-ci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 13-cü toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 12-ci toplantısı və bir il ...

"SAZLI-SÖZLÜ BORÇALI"

"Dədə Şəmşir! Sazın, sözün nəsillərə ərmağandır!"

QHT
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Dirili Qurbani

Dirili Qurbani "Dirili Qurbani Məclisi"nə "Gələcək!..

Elanlar
TƏBRİK EDİRİK!...

TƏBRİK EDİRİK!...

Təbriklər
Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

Aparıcı-aşıq-müğənni VÜQAR QRACOV (1975)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Borçalı
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar

"Aşıq Pəri Məclisi"

Folklor, Rustavi, Başkeçid
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Rəy yazın: