Leyla VƏKİLQIZI (ABDULLAYEVA): "NAXÇIVAN" "SAZLI-SÖZLÜ BORÇALI", Naxçıvan 26 мая 2019 Nuhdan bizə qalan o Naxçıvandı,Şəhərlər şəhəri Nəqşi Cahandi!..Türkiyə mayakdı, yoxdur qorxusu,Məmməd Araz - möhtəşəm söz toplusu,Heydər Baba yenilməz dağ ordusu,Bütün sülaləsi sultandı, xandı,Dahilər yetirən o Naxçıvandı!Möminə türbəsi, piri ocağı,Memar Əcəmidir ustad qocagi,Mərdlikdən ucaldı Xatun ocağı,Dinə, şəriətə verdi təkandıMöminlər gətirən o Naxçıvandı.İlahi bəxş edib eldə qüdrəti,"Bata-bat"a gedən duyar cənnəti,Anlayar özündə dini, ümməti,Gözəllikdən aləmdə nur sacandiKönüllər dindirən o Naxçıvandı. Arpa çay çağladı böldü arayı,Apardı Saranı saldı harayı,Xan Coban ağladı yaxdı sarayı,Dastanda yaşadı gözəl bir candı,Nuhdan bizə qalan o Naxçıvandı,Şəhərlər şəhəri Nəqşi Cahandi!..Leyla VƏKİLQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.