Hacı Ağabala Azəri (Mahmudov) (1931)

Hacı Ağabala Azəri (Mahmudov) (1931) ŞAİRİN MƏNALI ÖMÜR YOLU

Ağabala Alı oğlu Mahmudov (Hacı Ağabala Azəri)
- 1931-ci ildə qədim Qaraçöp mahalında (indiki Gürcüstan Respublikasının Saqareco rayonunda) anadan olub. 1946-cı ildə Yor-Muğanlı (Qa­raçöp) kənd səkkizillik mək­təbini əla qiy­mət­lərlə başa vurub və həmin ildə Mar­neuli Pedaqoji Texnikumuna daxil olub. Texni­kumu müvəf­fəqiy­yətlə bitirən A.Mahmudov 1951-ci ildə Gəncə şəhərinə gə­lərək, H.Zərdabi adına Gən­cə Dövlət Pedaqoji İnstitu­tunun dil-ədəbiyyat fakültəsinə qəbul olunub. 1955-ci ildə institutu da fərqlənmə diplomu ilə başa vurub, Yor-Muğanlı kənd orta məktəbində müəl­lim­lik fəaliyyətinə başlayıb.
Ağabala Mahmudov 40 ildən çox bir müddətdə Yor-Muğanlı kənd orta mək­təbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Pedaqoji fəaliyyəti zamanı o, 15 il mütəmadi olaraq, tədris məsələləri üzrə direktor müavini kimi məsuliyyətli bir vəzifədə çalışıb, təhsilin təşkilində və inkişafında əlindən gələni əsir­gəməyib, şagirdlərinə doğma dilimizi və ədəbiy­ya­tımızı sevməyi öyrədib. Savadlı və bacarıqlı müəllim, gö­zəl insan, qayğıkeş ailə başçısı kimi mənəvi dəyərləri özün­də birləşdirən A.Mahmudov istər işlədiyi kollektivdə, istərsə də el arasında həmişə yüksək hörmətə, böyük nüfuza malik olub.
A.Mahmudov ilahiyə, haqqa bağlı şairdir. Hələ çox şey­lərin yasaq edildiyi sovetlər birliyinin mövcud olduğu za­man­lar onun əksər şerlərində Allah, Tanrı, Kəbə, Məkkə, Mədinə, Qızıl Güm­mbəz və s. kimi adlara tez-tez rast gəl­mək olurdu. Elə bu istəklə də onu neçə illərdən bəri ürə­yində gəzdirdiyi ən müqəddəs arzusuna qovuşdurdu - 1993-cü ilin yazında Məkkəni ziyarət etmək ona nəsib oldu.
Ağabala Mahmudov həm də coşğun təbə, sönməz ilhama malik söz us­taдıdır. Onun poeziyası öz xüsusiyyətlərinə görə klassik şerimizin, eləcə də, Vaqif, Səməd Vurğun şer mək­tə­binin gözəl nümunələridir. Şairin təbiət və insan gözəllik­lərinin tərənnümünə həsr olunmuş şerləri xüsusilə axıcı və poetikdir.

A.Mahmudovun şеirləri və poemaları müntəzəm olaraq dövri mətbuatda, "Çeş­mə", "Dan ul­duzu" toplularında, "Qaraçöp" kitabında çap olu­nub, radio və televi­ziyada səsləndirilib, oxucular, tamaşa­çılar tərəfindən daim rəğbətlə qarşılanıb.

Hacı Ağabala (Ağabala Mahmudov) 5 övlad atasıdır - 4 oğlu, 1 qı­zı var.
Elə onun şerlərinin və poemalarının toplan­dığı bu kitabın аrаyа-ərsəyə gəl­mə­sində övladlarının da bö­yük əmə­yi var.
Tanrı köməkləri olsun!
“Qopmaram, ayağım Qaraçöpdədir” adlı kitabı 2001-ci ildə nəşr olunub.
Kitaba professor Mədəd Çobanov "Ön söz" yazıb.
Aşağıda həmin ön sözü dərc edirik.

ÖN SÖZ

Qarşımda bir poeziya divanı vardır. Bu divan Borçalı ədə­bi məktəbinin yaşlı nəslinin nümayəndəsi şair Hacı Ağabala Azərinin (Mahmudovun) şerlər və poemalar külliy­yatıdır. Hələ gənclik çağların­dan poeziyaya meyl göstərən Ağabala Azərinin ilk şerləri müxtəlif qəzetlərin, bədii məc-muələrin, al­manaxların səhifələrində çap olun­muş, radio və televiziya verilişlərinin proq­ramlarında efirdə səs­lən­mişdir. İndi isə Hacı Ağabala Azə­rinin "Qopma­ram, aya­ğım Qara­çöpdədir" kitabını tələbkar oxu­cularımıza və onun pərəstiş­karlarına təqdim edirik. Kitabda şairin müxtəlif illər­də yazdığı şerləri və poemaları "Vətən sev­gisi", "Ana lay­lası", "Dərdim, ağ­rılarım", "Elə bilirsən ki, sevmək asan­dır", "Hər çiçəyin öz ətri var", "Нələr gördük bu dünyada", "İthaf­lar", "Qəzəllər" və "Poemalar" sərlövhəli bölmələr al­tında top­lanmışdır.
Şairin güclü erudisiyası və həyatı müşahidəetmə qabiliy­yəti, Vətənin və xalqın tarixini, qədimdən üzü bəri saflaşa-saflaşa, büllurlaşa-büllurlaşa gələn adət-ənənələrini, folk­loru­nu, xalq yaradıcılığını dərindən bilməsi və ondan qidalan­ması, poeziya divanı­nın məzmun və mündərəcəsinin daha da rəngarəng olma­sına təsir göstərmişdir. Odur ki, elə ilk şer­lə­rindən oxucu­ların qəlbinə yol ta­pan şairin kitabında toplan­mış poeziya nümunələrini oxuyub başa çat­dırdıqdan sonra bir an fikrə dalan oxucu-təxminən belə bir qənaətə gəlir ki, ki­ta­bın ümumi məzmunu və mün­dərəcяsi "Ana laylası"ndan baş­­layıb "Vətən sevgisi" ilə başa çatır. Bu da təsadüfi, de­yi­lişi, gəlişi gözəl ifadələr deyil. Çünki dün­yaya göz açan hər bir şəxsin eşitdiyi ilk musiqi "Ana laylası", həyat yolu və həyat sevgisi isə "Vətən sevgisi" olur. Bu ba­xımdan, "Qop­maram, ayağım Qaraçöpdədir" şerlər və poe­malar toplu­su­nun bədii məziyyətləri diqqətə layiqdir. Bu isə, hər şeydən əv­vəl, şairin ana südü, ana laylası ilə maya­lanıb ca­nı­na, qanı­na hopmuş ülvi hisslərin bütövlüyündən, halallı­ğın­dan, ananın ucalığından və böyüklü­yündən irəli gəlir. Bu da, şübhəsiz ki, kitabın oxunaqlı olmasının başlıca şərtlərin­dən biridir.

"Bizim şairlərin ustadnaməsi
Sevənlər bilir ki, Vətəndir. Vətən!"

- deyən şairin ilk misralarının da, irili-xırdalı bütün poetik əsərlərinin də ümumi qayəsində "Ana məhəbbəti" və "Və­tən sevgisi" baş hərflərlə yazılmış və tərənnüm olunmuş­dur... Doğ­ma Vətənimizin son iki əsrdə tarixi düş­mən­lərimiz tərə­findən başına gətirilən bəlalar, Vətənimizin paralan­masını, parça­lan­masını da şair ürək ağrısı ilə yada salır və gənc nə­sil­ləri "Qoca Şərqin mayağı"nı, "Koroğlu cəngisi"ni, "Qəh­rə­manlar oylağı"nı, "Şair xalqın торпağı"nı, "Ataların qeyrət sə­si"­ni, "Anaların zümzü­məsi"ni, "Dədə-Qorqud əmanəti"ni, "Kai­natın gül bağı"nı, "Gö­zəlliklər bulağı"nı... -Vətənimizin azğın düşmənlərdən təmiz­ləməyə və onun bütövlüyünü bər­pa etməyə çağırır:

"Torpaq manaт deyil, cibə sığışmaz,
Təbiət çəkmişdir xəritəsini,
Heç kəs boğammamış haqqın səsini".

Azərinin poeziyasında Vətən hissləri və duyğuları, Vətən eşqi, Vətən tarixinin dünəni, bu günü və sabahı da "Dərdim, ağrılarım" sil­siləsində toplanmış şerlərində öz geniş bədii əksini tapmışdır:

"Tarixdir zamanın hər ötən anı,
Bizim başımıza nələr açdınız?
Ürəkdən bölünmüş Azərbaycanı,
Bir də bölməyəmi hazırlaşdınız?"

- deyən şair tarixi düşmənlərimizin hazırda yeritdiyi "siya­sətə" xalqın nifrətini və kin-küdurətini ifadə etmişdir...
Şair üçün bütün Azərbaycan da, onun bir parçası olan Borçalı da, doğulduğu doğma kəndi Qaraçöp də Vətəndir... Şair Borçalını "sənət incimizin аçarı", Qaraçöpü isə özünün "ustadı, dayağı" saymışdır:

"Alim məclisindən, arif sözündən,
Elmin cövhərindən, eşqin gözündən...
Dərsimi almışam xalqın özündən,
Ustadım, dayağım Qaraçöpdədir."

Kitabda şairin lirik şerləri ilə yanaşı, "Şahlar şair hü­zu­runda", "Mən Vurğunu düşünürəm", "Etiraf" və "Kəbə kar­vanı" poe­maları da çap olunmuşdur. Poemalar öz süjeti və məz­munu, dili və bədii tərənnümü ba­xımdan da çox ma­raq­lıdır, oxunaqlıdır. Birinci poemada dünya poeziyasının ko­ri­fey­­lərindən biri Нizami Gəncəvi ilə şah arasında baş verən zid­diyyətlər, şahın öz hərə­kətindən peşman olması, nəhayət, Gəncə düzündə şairin hüzuruna getməsi, öz səhvlərini gec də olsa, başa düşməsi və bu zid­diy­yətlərin gedişində şairin mənəvi qələbəsi çox incə bədii ştrixlərlə tərənnüm olun­muşdur:

"Hakim də, həkim də, vəkil də birdir,
Şah onu öpərək bağrına basır:
- Sizin bu hikməti duymamışam mən,
Uğurlu yaranmış bu aylar, illər"...

İkinci poemada XX əsrin Azərbaycan poeziyasının bay­raq­darı S.Vurğunun bədii portreti yaradılmış, onun sənət yol­la­rının uğurları, ölməzliyi, əbədiliyi, ictimai-siyasi fəaliy­yəti; üçüncü poemada isə şairə ali məktəbdə dərs deyən müəl­limlərin mü­qəddəsliyi, şərəfi, gənclərə göstərdikləri ata-ana qayğıları, gələ­cək nəslin yol göstərənlərinin bədii ob­razı təs­vir və tərənnüm olunmuşdur. Dördüncü poemada isə mü­səl­man zəvvarlarının karvanlarla ziyarətə getmələri, mü­qəd­dəs yerləri ziyarət etmələri ayrı-ayrı epizodlarda öz bədii ək­si­­ni tapmışdır.
Azərinin öz tələbkar oxucularına və pərəstişkarlarına təqdim et­diyi bu kitabı "dadlı-duzlu" və cəlbedici ifadələrlə çox zən­gindir: "ləyaqət libası biçmək", "ovsunlu kitab", "co­mard bulağı", "Həyatın zəfər zəngi", "ətalət əsrini arxivə at­maq", "qızılgül ət­rini eldən qoxlamaq", "arzuların təməl da­şı", "məhəbbət ma­yası", "dilləri dualı analar", "Fəxri cən­nə­tim­dir anamın sözü", "Mə­həbbət həyatda sifariş deyil", "Кa­mal dərsi", "Сənət beşiyi, saz beşiyi", "Рəhim vaxtı", "Нur nişanlı üzük qaşı", "Гaş-qabaqlı quzey daşı", "Мü­qəddəs hə­ya", "Кö­söv də cüt kərək", "Шair məğ­rurluğu", "Сöz ovun­da olmaq", "Ъənnət donu", "Шair könlü kainatdır", "Сüni gö­zəllik", "Щəqiqətin susması", "Гanlı tüfəng"... və s.
Şairin özü demişkən, bu kitab-bu divan onun ən böyük ilk imtahanıdır:

"Şair ilham alıb öz ustadından,
Şənlik bayramıdır, şöhrət şanımdır.
Söz demək çətindir ellər adından,
Bu, mənim ən böyük imtahanımdır".

Sənət-bədii söz imtahanından uğurla çıxmış qeyrətli qara­çöplü şair Hacı Ağabala Azəriyə yeni-yeni uğurlar arzusu ilə!...
M.Н.ÇOBAНOV,
filologiya elmləri doktoru, professor,
Bakı Ali Hərbi Dənizçilik Məktəbinin
"Dillər" kafedrasının müdiri.

(Bax: Ağabala Azəri. Qopmaram, ayağım Qaraçöpdədir.
Bakı, 2001, səh.3-8).


Yolkəsən olma

İstər varlı yaşa, istərsə yoxsul,
Həyatda kəlməni kal kəsən olma.
Baxma müxənnətə, mərdanə oğul,
Tayından ayırıb kal kəsən olma.

Görmədim yüksələ nakəs, namərdi,
Gələcək nəsillər çəkməsin dərdi...
Ucalmaq, alçalmaq qəza, qədərdi,
Qarşında susanda lal kəsən olma.

Təbiət təlqini uymuş ibrətə,
Dilimi öyrətdim şirin şərbətə.
Gördün bir məclisdə minib qiymətə,
Düşmənin olsa da xal kəsən olma.

Məhəbbət oyunmuş, uduzdum nərddə,
Vaxtsız qocalmışam, qalmışam dərddə.
Sən yeri gələndə ye də, yedirt də,
Xəsis süfrəsində bal kəsən olma.

Axtar Ağabala, hər addımbaşı,
Simu-zər seçəndə bir məhək daşı.
Yaxşı yaman olmaz, yaman da yaxşı,
Başkəsən olsan da, yolkəsən olma.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanış olun: SƏRDAR QABALLI

Tanış olun: SƏRDAR QABALLI

Qabal
KEÇMİŞƏ BOYLANIB,  GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

KEÇMİŞƏ BOYLANIB, GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

Darvaz
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
TƏBİƏT DƏ, TƏBABƏT DƏ POEZİYADIR...

TƏBİƏT DƏ, TƏBABƏT DƏ POEZİYADIR...

Səhiyyə, Bolus
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

TƏLƏBƏNİN TƏDQİQATÇI MARAĞI

ADPU, Darvaz, Müşfiq Borçalı
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
Müəllim-Pedaqoq ŞƏRƏFİ: Professor Fərhad Xubanlı -65

Müəllim-Pedaqoq ŞƏRƏFİ: Professor Fərhad Xubanlı -65

TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Qaraçöp
RUHUN ŞAD OLSUN, ƏFLATUN SARACLI!

RUHUN ŞAD OLSUN, ƏFLATUN SARACLI!

TDPİ-nin Azərbaycan bölməsi, "Şərqin səsi", Bolus
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Mədəniyyət
Rəşid HACILAR (1953)

Rəşid HACILAR (1953)

Darvaz, Müşfiq Borçalı
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti"

Elmi Məqalələr, Mədəd Çobanov
İMZASINDAN  TANINAN  ŞAİR

İMZASINDAN TANINAN ŞAİR

Müşfiq Borçalı, Ramiz Abdullayev
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Darvaz, Arxiv
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Elmi Məqalələr, Mədəd Çobanov
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Rəy yazın: