AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ! TDPİ-nin Azərbaycan bölməsi, Msxeta, Təbriklər 9 декабря 2018 Bu gün Gürcüstanda yaşayıb-yaradanistedadlı qələm dostumuz, bacarıqlı tərcüməçi, ən əsası,vətənpərvər, yurdsevər və gözəl insan CAMBUL MƏMMƏDLİnin doğum günüdür.Cambul Əli oğlu Məmmədli - 1966-cı il dekabrın 9-da Gürcüstanın Msxeta rayonundakı Sixisdziri (Qalaaltı) kəndində doğulub. Msxeta şəhər gürcü orta məktəbini və S.S.Orbeliani adına Tiflis Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsini - Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Publisistik yazıları və gürcü ədəbiyyatından etdiyi tərcümələrlə üzdədir. C. Məmmədli 2009-cu ildən «Varlıq» qəzetində çalışır. O, eyni zamanda "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun Kaspi-Msxeta bölgəsi üzrə nümayəndəliyinn rəhbəridir.Biz də bütün redaksiya heyətimiz adından dəyərli dostumuz Canbul MəmmədlininDOĞUM GÜNÜ münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda şair qardaşımız Rafiq Hümmətin "Sona qalan dostların xası, Dürüstlüyün və sədaqətin simvolu" adlandırdığı dəyərli dostumuz Cambul Məmmədliyə həsr etdiyi şeiri ZiM.Az-ın çox hörmətli izləyicilrinə təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AzBİLDİRMƏ(Dostum doğum günün mübarək olsun!.. Gəlib üzbəüz təbrik edəmmədim, amma hədiyyəlik şeirini bir daha ərmağan edirəm.) A düz adam, tərs adamaDüz olduğunu bildirmə.Bir gündə yüz doluxsunub,Min dolduğunu bildirmə.Bildirmə saf olduğunu,Əhli-kitaf olduğunu,İçində saxla ahını,Tək qaldığını bildirmə.Aşkar ağlama qəhərdən –İgid (!) yıxılar yəhərdən.Gecəni yıxan səhərdənDərs aldığını bildirmə.Dağ suyu tək duru adam,Yaradanın nuru adam,Qanadını qoru, adam,Ucaldığını bildirmə...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.