Rəşid HACILAR (1953)

Rəşid HACILAR (1953)REDAKSİYAMIZIN ARXİVİNDƏN:

UĞURLAR ARZUSU İLƏ...

Rəşid Hacılar (Rəşid Muxtar oğlu Hacıyev)
1953-cü il fevralın 20-də Ulu Bor­çalının ağır ellərindən olan, əsrarəngiz gözəlliyi və füsunkar təbiəti ilə tanınan Darvaz kəndində
dünyaya göz açıb.

Bakı Döv­lət Universitetini bitirib. 1981-ci ildən DİN sistemində xidmət edib.

Uzun müddət Bakı şəhərinin Nizami rayonunda baş sahə mü­­vək­kili vəzifəsində çalışıб.
Hazırda təqaüddədir.
Üç övlad ata­sıdır.

Hələ gənc yaşlarından poeziyaya xüsusi maraq göstərən Rəşid Hacıların şerləri sonralar “Gürcüstan”, “Şərqin səsi”, “Elm və təh­sil”, “Ulu Körpü”, “Borçalı” və s. qəzetlərin səhifələrində işıq­­üzü görmüş, oxucuların diqqətini cəlb etmişdir.
Oxucuların fikirləri və tənqidçilərin rəyləri müəllifi daha da ruhlandırmış və onun məsulliyyətini xeyli artırmışdır.
Budur, müəllif bu günlərdə yenidən oxucuların görüşünə gəlib. Və həm də əli dolu! Daha gözəl və daha sanballı şerləri ilə!
O, "Bir ev gözləyir bizi" adlı ilk şerlər kitabını nəfis şəkildə çap etdirərək oxucuların ixtiyarına vermişdir.
Biz Rəşid Hacıları bu yeni uğuru münasibətilə ürəkdən təbrik edir, kitabın redaktoru Musa Nəbioğlunun kitaba yazdığı “Ön söz”ü, müəllifin bir neçə şeiri ilə birlikdə aşağıda dərc edir və şair dostumuza yeni-yeni uğurlar arzulayırıq!
Rəşid HACILAR (1953)
Müşfiq BORÇALI.
"ŞƏRQİN SƏSİ" qəzeti, N: 16 (166),
Oktyabr, 2005-ci il.


P.S.:
Bu gün Rəşid Hacıların Ad günüdür.
Fürsətdən istifadə edərək
əziz və hörmətli Rəşid müəllimi
Ad günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
ictimai fəaliyyətində və
bədii yaradıcılığında
yeni-yeni uğurlar arulayırıq!..



ÖN SÖZ

Rəşid Hacıların hələ gənclik illərindən ədəbiyyat həvəskarı olduğunu, hətta özünün də şer yazdığını bilirdim. Onu da bilirdim ki, bəziləri kimi yazdığının mürəkkəbi qurtarmamış redaksiyaların qapısını yağar etmir, hisslərini, duyğularını bədii sözün qüdrə­tindən istifadə edərək ipə-sapa düzür, böyük yaradıcılıq yolunda öz cığırını açmağa çalışır. Çap olunmağa çox da meylli olma­dığına görə onu bəzən üzünə, bəzən də arxasınca qınayanlardan biri də mən idim. Elə bu səbəbdən şerləri ilə müntəzəm tanış ola bilməsəm də pərəstişkarlarından, dostlarından, bəzən də müxtəlif məclislərdə özündən eşitdiyim şerləri də mənim onun yaradıcılığı barəsindəki qənaətimi daha da möhkəmləndirirdi. İxtisasca fizik olması və uzun müddətdir ki, respublikanın hüquq-mühafizə or­qanlarında çalışması da onun ədəbiyyata, poeziyaya bağlılığına nəinki xələl gətirmiş, əksinə bir harmoniya yaratmışdır.
Deyirlər, hər kəsin bir şəxsiyyət kimi formalaşmasında, həyatda öz yerini tutmasında ictimai mühitlə yanaşı, onun böyüyüb boya-başa çatdığı təbiətin də böyük təsiri vardır. Xüsusilə yaradıcı adamlarda bu, özünü daha bariz şəkildə göstərir. Rəşid Hacılar da Uli Tanrının heç nəyi əsirgəmədiyi elə bir cənnət məkanda - Borçalının ağır ellərindən olan təbiətin əsrarəngiz gözəlliyinə ma­lik Darvaz kəndində dünyaya gəlibdir ki, bu kənddə böyüyüb orta təhsil alıb, ən azı poeziya vurğunu olmamaq özü günah olardı.Onunla cəmisi bir neçə dəqiqəlik söhbət də kifayət edər ki, sa­dəliyinə və elə sadəlikdən yaranan böyüklüyünə, sözün əsl məna­sında böyük ürək sahibi olmasına yaranan əminlik əynindəki polis zabiti müdirinin zəhmini bir andaca yox etsin, qarşındakı adamın daşıdığı vəzifəyə görə yalnız yazılı qanunlar keşikçisi deyil, həm də vicdan qanunlarının, yazılmamış mənəviyyat qanun­­la­rının, hiss­lərin və duyğuların keşikçisi, həm də tərcümanı olduğuna əmin olasan.50 yaş ömrün elə məqamıdır ki, istər-istəməz dönüb arxaya boy­lanmaq, yaşadığın bu zaman kəsiyində ötüb-keçənləri, gördüyün işləri saf-çürük edərək özün-özünə hesabat vermək istəyirsən.
Yaradıcı adam üçün isə bu ikiqat hesabat məqamıdır. Rəşid Ha­cıların da məhz ömrün bu çağında yaradıcılıq boxçasını geniş oxucu kütləsinə ərməğan etmək istəyi məhz bu mənəvi tələbat­dan, yaradıcılıq hesabatı vermək ehtiyacından doğmuşdur.Şerlərini kitab halında çap etdirmək istədiyini biləndə, bu niy­yətini alqışladım, sevindim. Həm də ona görə sevindim ki, şəxsiy­yətinə və yaradıcılığına hər zaman böyük hörmət bəslə­diyim bu gözəl insanın ilk kitabının ilk oxucusu olmaq qisməti də mənə nəsib olurdu.Rəşid Hacılar o şairlərdəndir ki, çap olunmaq xatirinə yazmayıb, öz daxilindən gələni yazıb, düşündüklərini yazıb və oxucusunu da düşündürüb. Onun səciyyəvi xüsusiyyətlərindən biri də odur ki, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Həyatda olduğu kimi yaradıcılıqda da səmimidir. Müraciət etdiyi mövzular həyatın özündən gəlir. Hamımızın hər gün rastlaşdığımız, üzləşdiyimiz, bəzən əhəmiyyət vermədiyimiz həyat səhnələri Rəşidin şair qəlbindən süzülüb misra-misra düzülür, müəllifin özü kimi oxu­cunu da düşünməyə vadar edir. Onun şerlərindən dağ çiçəklərinin ətri, suyu, diş göynədən bulaqların zümzüməsi duyulur. Doğma yurda bağlılıq, Vətən sevgisi müraciət etdiyi başlıca mövzudur. İşğal altında olan torpaqlarımız və "Vətənin qıraqda qalan yerləri"nin taleyi də onu narahat edir. "Bir ev gözləyir bizi" şerində o, Borçalının bu gününə biganə olmadığını, sabahından narahatlığını poetik dillə ifadə edir:

Süfrəsi duzsuz qalan,
Ocağı közsüz qalan,
Söhbətsiz, sözsüz qalan,
Bir ev gözləyir bizi.

Bu təkcə bir fərdin dərdi, faciəsi deyil, hamımızı narahat edən, düşündürən problemdir ki, Rəşid Hacılar Borçalıdakı kəndlərimiz­dən cavanların getməsinə, el-obanın əvvəlki növrağının pozul­ma­sına dözmür, doğma el-obaya ürəklərdəki buzunu əritmək üçün ha­ray qoparır, həyəcan təbili çalır. Bu, mövcud reallığın uğurlu bə­dii təsviri olmaqla yanaşı, həm də içdən gələn qəlb çırpıntısı, ürək yanğısı, vətəndaş narahatlığıdır, həm də bu gün çoxları­mıza bəlli olan, içimizdən keçən və qəlbimizi göynədən bir ağrıdır.Təkcə doğulduğu kəndin deyil, bütövlükdə Borçalı ellərinin tale­yindən narahatlıq, böyük-kiçiyin yeri bilinən, ağsaqqal öyü­dünə, ağbirçək alqışına hörmətlə yanaşılan bu yerlərdə ağsaqqal sözünə, nəsihətinə indi həmişə olduğundan daha çox ehtiyac duyulduğu bir vaxtda qocaların sıralarının get-gedə seyrəlməsi də onu nara­hat edir:

Bir zaman kəndimiz "ağsaqqal" idi,
Ağsaqqal görərdik hər bir ocaqda.

"Vəzifəpərəst" şerində isə şəxsi mənafeni ümumxalq mənafeyindən üstün tutaraq tutduğu vəzifəyə sadəcə qazanc yeri kimi baxanları lənətləyir:

Çörəkçün varlığı yox edənlərin,
Zaman cəzasını yaman sərt verir.
Alçala-alçala yüksələnlərin,
Vicdanı hər zaman hesabat verir.

Bu gün cəmiyyətdə baş verən neqativ hallara dözməyərək - "Qanacaq, mərifət satılır pula" - deyə narahatlığını ifadə etsə də, sonda bu qənaətə gəlir:

Belə çox gedəmməz dünyanın işi,
Belə çox dözəmməz qeyrətli kişi.

Rəşid Hacılar istər Vətən sevgisindən, yurd məhəbbətindən yaz­sın, istər ülvi məhəbbətdən, istər dünyamızın bu günü və sabahı ilə bağlı narahatlığını ifadə etsin, istərsə də körpə qəlbinə yol ta­pan şerlər yazsın hamısında eyni tərzdə səmimidir, sözlə oyna­mır, sözü urvatdan salmır, kimsəni təqlid etmir, tapdanmış yolla get­məyərək yaradıcılıq adlı böyük, çətin, lakin şərəfli bir yolda öz cı­ğırını açmağa çalışır. Həyatda öz cığırı ilə gedən, öz izini qoyanlar isə əbədiyaşarlıq qazanırlar. İnanırıq ki, Rəşid Hacıların gecikmiş də olsa işıq üzü görən ilk kitabı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq və müəllifi yeni-yeni əsərlər yazmağa ilhamlandıracaqdır. İlk kitabının son kitab olma­yacağına böyük ümid bəsləyərək şair qardaşım Rəşid Hacı­lara yeni-yeni yaradıcılıq uğurlağı arzulayıram.
Musa NƏBİOĞLU.



BİR EV GÖZLƏYİR BİZİ

(Kəndlərimizdə boş, baxımsız qalan evləri düşünərkən həmvətənlərimə müraciətlə)


Qayğısı çəkilməyən,
Torpağı əkilməyən,
Söküyü tikilməyən,
Bir ev gözləyir bizi.

Meyvəsi dərilməyən,
Paltarı sərilməyən,
Qolları gərilməyən,
Bir ev gözləyir bizi.

Gülləri qoxlanmayan,
Hörməti saxlanmayan,
İllərlə yoxlanmayan,
Bir ev gözləyir bizi.

Süfrəsi duzsuz qalan,
Ocağı közsüz qalan,
Söhbətsiz, sözsüz qalan,
Bir ev gözləyir bizi.

Gözləyəni el olan,
Ürəyi tel-tl olan,
Göz yaşları sel olan,
Bir ev gözləyir bizi.

Laylası həzin səsli,
Oğul-uşaq həvəsli,
Ata-ana nəfəsli,
Bir ev gözləyir bizi.

BİR QARIŞ TORPAQ

(Doğma kəndim Darvaza)


Bir zaman qədrini bilmədik sənin,
Hərəmiz üz tutub bir yana getdik.
Doğma el-obanı yaddan çıxarıb,
Sənə yaraşmayan dönüklük etdik.

Bizə doğma olan dağlar, dərələr,
İlərlə yolara dikdi gözünü.
İlk eşqin şahidi "Zoğallı" bulaq,
Meşəyə söylədi giley-sözünü.

Daddıq sevincini biz ətək-ətək,
Amma kədərinə ortaq olmadıq.
Çəkdik şirəsini bal arısı tək,
Qəmini heç zaman yada salmadıq.

Vaxt çatdı, qapını döydü qocalıq,
Vətən haray salıb çağırdı geri.
Şam sona çatanda gur yandığı tək
,Parladı bir ömrün xatirələri.

Gəldim hüzuruna günahlarımla,
Ömür qürub edir, düşür qaranlıq.
Səndən umacağım, a doğma kəndim,
Bir qarış torpağın, bir də halallıq.

Rəşid HACILAR.
06.11.2002

"ŞƏRQİN SƏSİ" qəzeti, N: 16 (166),
Oktyabr 2005-ci il.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RƏŞİD HACILAR (1953)

RƏŞİD HACILAR (1953)

"SAZLI-SÖZLÜ BORÇALI"
Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!..

Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!..

Poeziya, Borçalı, Darvaz
Ruhun şad olsun, Rəşid Bədəlov !..

Ruhun şad olsun, Rəşid Bədəlov !..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
RƏŞİD  QOCA OĞLU  ÇERPANOV  (1971)

RƏŞİD QOCA OĞLU ÇERPANOV (1971)

Başkeçid
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Darvaz, Arxiv
Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Tanınmış heykəltəraş-rəssam Cümşüd İbrahimli

Mədəniyyət, Borçalı, Təbriklər
Şaiqi nəğmələrində yaşadan bəstəkar

Şaiqi nəğmələrində yaşadan bəstəkar

MEDİA, Köşə yazılar
QABAQCIL MAARİF XADİMİ, İSTEDADLI ŞAİR VƏ FƏAL İCTİMAİYYƏTÇİ - ƏLLƏZ NOVRUZ

QABAQCIL MAARİF XADİMİ, İSTEDADLI ŞAİR VƏ FƏAL İCTİMAİYYƏTÇİ - ƏLLƏZ NOVRUZ

Darvaz
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
ZİYADXAN QƏLİZ (1947)

ZİYADXAN QƏLİZ (1947)

Darvaz
AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU kitabxanasının məsul işçisi 50 il səmərəli fəaliyyətinə görə Fəxri Fər ...

AzTU
Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

Elçin Rəşid oğlu Səfərzadə (02.08.1989 - 05.08.2021)

UNUTSAQ, UNUDULARIQ!....

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 13-cü toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
RƏŞİD İSMAYILOV  (1938)

RƏŞİD İSMAYILOV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
Sadəlikdən və saflıqdan  doğulan misralar

Sadəlikdən və saflıqdan doğulan misralar

"Şərqin səsi", Darvaz, Arxiv
GİLƏ ƏLİQIZI:

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."

Poeziya, Müsabiqə
Rəy yazın: