"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12
MƏDƏD ÇOBANOV

XIII FƏSİL

POETİK ANTROPONİMİKA


Bəs poetik antroponimika nədir? Poetik antroponimi­ka­nın mahiyyətini anlamaq üçün əvvəlcə “poetika, poetik, antroponimika” terminlərinin ifadə etdiyi məna və məz-munu aydınlaşdırmaq lazımdır.
“Poetika” (poetike) yunan sözüdür.Yunan dilində bir neçə məna bildirən bu sözün Azərbaycan dilində ifadə etdiyi mənalar arasında da müəyyən fərq nəzərə çarpır: “1. Ədəbiyyat nəzəriyyəsi, poetik yaradıcılıq haqqında elm; 2. Hər hansı bir şair və ya ədəbi məktəbə xas olan xüsusiyyət, tərz, üsul”. “1. Ədəbiyyat nəzəriyyəsi; bədii ya­radıcılıq haqqında elm; 2. Bir şairə, ədəbi cərəyana, əsrə xas olan poetik üsul”.
“Poetik” sözü də yunancadır. Bu söz də bir neçə məna bil­dirir: “1. Poeziya ilə bağlı olan, poeziya ilə əlaqədar olan; bədii. Poeziyaya xas olan; şairanə. 2. Yaradıcılıq is­tedadı ilə, şairlik qabiliyyəti ilə bağlı olan; bədii. 3. Estetik tələblərə cavab verən; gözəl, estetik, incə”. “Poeziyaya, şeirə xas olan; obrazlı, bədii”.
“Antroponimika” isə, yuxarıda qeyd olunduğu kimi, “ant­­­ropos” (insan) və onuma (ad) sözlərinin birləşmə­sin­dən əmələ gəlib, şəxs adları - antroponimlər haqqında elm deməkdir.
Deməli, poetika, poetik və antroponimika terminlərinin məzmunundan aydın olur ki, poetik antroponim dedikdə istər ümumişlək sözlə birlikdə, istərsə də ayrılıqda bədii və estetik məna kəsb edə bilən antroponimlər nəzərdə tutulur. Bu qrup antroponimlərin öyrənilməsi ilə məşğul olan elm sahəsi isə poetik antroponimika adlanır. Son vaxtlara qə­dər bu sahənin tədqiqinə az əhəmiyyət verilmişdir. Odur ki, elm aləmində, hələlik, “poetik onomastika” termini sa­bit olmadığı kimi, “poetik antroponimika” termini də sa­bit­­­ləşməmişdir. Ayrı-ayrı tədqiqat əsərlərində “poetik ant­ro­po­nimika”, “ədəbi antroponimika”, “üslubi antropo­ni­mi­ka” kimi terminlərdən istifadə olunur. Əlbəttə, elmi üs­lu­bun termini aydın, dəqiq, sadə və tam məzmunlu ol­malı­dır. Bu baxımdan elmi üslubda çoxterminlikdən yox, vahid termindən istifadə etmək daha münasibdir. Bizim müla­hizəmizə görə, bədii əsərlərdə özünə yer tapan şəxs adla­rını - antroponimləri elə bədii antroponim, onu öyrənən elm sahəsini isə bədii antroponimika adlandırmaq daha mü­nasib olardı.
Bədii antroponimika dedikdə, hər şeydən əvvəl, bədii əsərlərə və həmin əsərlərdəki surətlərə - personajlara ve­rilən adların üslubi xüsusiyyətlərini, əsərin bədii təsir gü­cünün artmasına xidmət edən, ona əlavə imkan yaradan antro­ponimik vahidlərin rolunu, komik təbiətini, obraz­lılı­ğını öytənən antroponimika nəzərdə tutulur. Başqa sözlə desək, bədii antroponimika bədii əsərlərdəki bədiilik funk­siyası daşıyan antroponimik vahidlərin öyrənilməsi ilə məş­ğul olur. Bütün onomastik vahidlər kimi, antroponimik vahid­lər də xalqımızın tarixinin bu və ya digər açılmamış sə­hifələrinin, ədəbi dulimizin tarixini, üslubiyyatını və müasir dilimiz üçün səciyyəvi olan sahələrinin öyrənil­məsinə geniş imkan verir.
S.Vurğunun və N.Nərimanovun bədii irsi üzərində apardığımız müşahidələr göstərdi ki, bədii əsərlərdə işlə­dilən şəxs adlarının (antroponimlərin) heç də hamısı bədii məna ifadə edə bilmir. Odur ki, bədii əsərlərdə per­sonaj­ların adı kimi istifadə olunan bütün antro­ponim­ləri də bədii antroponim üsulu ilə öyrənmək olmaz. Bədii əsər­lərdəki ikinci qrup antroponimlər, yəni əsərin süjeti ilə bağ­lı olub, bədiilik və obrazlılıq kəsb edə bilməyən antro­ponimlər isə adi antroponim kimi tədqiq edilir. Bu baxım­dan, bədii əsərlərdə istifadə olunan antroponimləri iki qru­pa bölmək olar: bədii antroponimlər, nəqli antropo­nimlər.
Bədii antroponimlər. Bədii antroponimlər, adından gö­rün­düyü kimi, əsasən poetik-lirik əsərlərdə işlədilir və bə­dii məna kəsb edir. Onlar əsərdə təsvir olunan hadisələrin cərəyan etdiyi yer və ictimaiyyət, personajın xarakteri, fər­di düşüncəsi və nitqi ilə bağlı olub, bədii məzmun və məna daşıyır. Məsələn,

O gözəl dilbərə ad verək Bahar -
Keçmişdir ömründən iyirmi bahar.
(S.Vurğun, “20 bahar”)

Saray qızı Mahniyar
Tanınmış diyar-diyar.
(S.Vurğun, “Aslan” qayası)

Yuxarıdakı poetik parçalardakı Bahar və Mahniyar ant­roponimlərinin bədii mövqelərdə və məqamlarda işlən­diyi göz qabağındadır.
Nəqli antroponimlər. Nəqli antroponimlər. əsasən, nəsr əsərlərindəki personajların adı ilə bağlı olur və onlardan heç bir bədiilik və obrazlılıq gözlənilmir. Məsələn, “Həsən öz qoca arvadı ilə köhnə və uçuq daxmasında yaşayırdı”. Göründüyü kimi, bu cümlədəki Həsən antroponimi heç bir üslubi xarakter daşımır, heç bir üslubi mövqedə dayan­mır, nə özü, nə də cümlədəki digər ümumişlək sözlərlə bir­likdə bədii məzmun kəsb edə bilmir. Məhz bədii əsərlərdə işlədilən belə personaj adları nəqli antromo­nimlər adlanır.
Deməli, janrından asılı olmayaraq, bütün bədii əsərlər-də istifadə olunan antroponimik vahidləri bu iki yolla araşdırmaq xalqın tarixi, dili və məişəti baxımından daha yaxşı nəticələrə gətirib çıxara bilər.
Bədii əsərlərdə işlədilən onomastik vahidlərin, - “şifa­hi ədəbiyyatda onomastik vahidlər, yazılı ədəbiyyatda ono­­mastik vahidlər” - olmaqla iki istiqamətdə öyrə­nil­mə­sini də məsləhət bilirlər.
Birinci məqamda şəxs adla­rının real həyatdan götü-rülməsi və xalq arasında fəal şə­kildə işlədilməsi, əsərin sü­jet məzmunu ilə bağlılığı, sənət-peşə ilə əlaqələndiril­məsi, hidronimik və astronomik adlar­dan geniş istifadə edilməsi, hörmət məqamında qadın adının sonuna “xanım”, kişi adı­nın sonuna “körklüm, ağa, bəy” sözlərinin qoşulması, ad­la­rın təsviri xarakter daşıması və həmahəngləşdirilməsi, adqoyma və addəyişmə (fəaliyyə­tinə, igidliyinə, sənətinə görə ikinci adqoyma) ənənəsi, dini-əfsanəvi ideyalarla əla­qədar olması və s. əsas götü­rü­lür.
İkinci məqamda isə, adın bədii obrazı adlandırmağa xid­mət etməsi, yazıçı tərəfindən personajlara verilən ad­la­rın (müsbət və ya mənfi surətlər) şüurlu surətdə seçil­mə­si, onların xarakteri, əsərin süjeti və məzmunu ilə uyğun­luğu, eyni adın bir neçə əsərdə işlədilməsi, rəsmi və yazıçının bədii təxəyyülünün məhsulu olan onomastik vahidlərdən istifadə olunması ön plana çəkilir. Həmçinin yazıçının xalq qəhrəmanlarının və xalq arasında geniş yayılmış, rəğ­bət qazanmış adlarını öz əsərinin surətlərinə qoyması və mövcud həyat hadisələri ilə əlaqələndirilməsi, ülvi məhəb­bəti tərənnüm etdiyi zaman dastan qəhrəman­larının adın­dan və ləqəbindən vasitə kimi istifadə etməsi və s. bədii antroponimika üçün əsas olmalıdır. Məhz bu baxımdan S.Vurğunun və N.Nərimanovun bədii əsərlə­rində işlədil­miş antroponimlər tədqiqata cəlb edilmişdir.

S.VURĞUNUN POEZİYASINDA
ANTROPONİMİK XÜSUSİYYƏTLƏR


Azərbaycan xalq şairi Səməd Vurğun XX əsr ədəbiy­ya­tımızın bünövrəsini qoyan yazıçılar nəslinə mənsubdur. Onun vətəndaşlıq pafosu ilə zəngin olan poeziyası müasir həyatın bərqərar olması və inkişafı təşəkkül tapıb möh-kəmləndiyi dövrə təsadüf edir. Müasir ədəbiyyatımızı öz zəngin bədii irsi ilə əsaslandıran S.Vurğun böyük bir bədii irs qoyub getmişdir.
Azərbaycan ədəbiyyatının korifeylərindən biri S.Vur­ğunun adı həmişə və hər yerdə ümumdünya şöhrəti qazan­mış M.Şoloxov, A.Fadeyev, N.Tixonov, K.Simonov, Ç.Ay­t­matov, R.Həmzətov, K.Kaladze, İ.Kərimov, Q.Qu­luyev, Q.Qulam, S.Rüstəm, R.Rza və başqalarının adı ilə bir sırada çəkilir. S.Vurğun poeziyası zəngin və müstəqil poetik məktəbdir. O, yaradıcılığı boyu lirik şeiri poeziya­nın çırpınan ürəyi, ədəbiyyatın ilk sözü hesab edirdi. Bu mənada S.Vuröun poeziyası da yalnız Azərbay­can ədəbiy­yatının yox, ümimilikdə ədəbiyyatın daim çırpınan, irəliyə, yüksəkliyə uçmağa can atan zəngin bir sənətidir. Bu sə­nə­tin ictimai ideyası, süjeti, forma və məzmunu zəngin və rəngarəng olduğu kimi, onun poetik dili də zəngin və rəngarəngdir.
S.Vurğun poeziyasını Azərbaycan xalqının və Azər­bay­­can dilinin həyat ensiklopediyası, bədii söz sənətinin və bədii dilin nadir incisi adlandırsaq, heç də, səhv etmə-rik. Doğrudan da, Vurğun poeziyasında nələr yoxdur? Şai­rin qalaq-qalaq kitablarını vərəqlədikcə hər səhifəsində bir tarix, hər misrasında isə köklü tar kimi insan qəlbini din­dirən, cuşa gətirən odlu və alovlu, səmimi və mehriban insani duyğular, zəngin mənəvi ideyalar və fikirlər görü­rük. Bu mülahizəni Vurğun poeziyasının incə xüsusiy­yət­lərinə dərindən bələd olan bir çox şair, alim və Vurğun pə­rəstişkarlarının fikirləri də təsdiq edir.
S.Vurğun “müasir dünya .....şeirinin fəxri” (L.Araqon), “insanlığın yaddaşında həmişə canlı qalan” (M.Şaginyan), “Özünün nəhəng poetik görkəmi ilə goz önündə canlanan” (Y.Bukov), “Azərbaycan xalqının mərdlik pasportu” (R.Həm­zətov), “Gələcəyə çağıran sənətkar (K.Simo­nov), ”dövrümüzün adlı-sanlı Azərbaycan şairi Səməd Vurğun çoxmillətli ölkə ədəbiyyatının bəzəyi idi” (Q.Abaşidze). Bi­zim mülahizəmizə görə, XX əsrdə Dünya şairləri böyük bir Komanda halında toplansaydı, həmin Komandaya - “Poeziya Allahı” adlanan Azərbaycan Xalq şairi S.Vuğun ən layiqli Komandir idi” (professor M.N.Çobanov, 20.05.­2017-ci il).
N.Hikmətin obrazlı dili ilə desək “Səməd Vurğun poe­ziyamızın nəhəng planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir”, daimidir. Çünki, bu günəş öz işığını xalqı­mı­zın zəngin söz xəzinəsindən alır. Əsil sənət qaynar xalq bu­lağının sərin və təmiz suyundan qidalanır. Məhz Vurğun poeziyası da xalqımızın büllur bulağından maya­lan­mış, böyüyüb ərsəyə çatmış və daşqın bir çaya dön­müşdür.... Beləliklə, o xalqın isti qəlbində nadir istedad­lara qismət ola biləcək, daimi yurd-yuva salmışdır. Bu yurd-yuvanın özülü, məhək daşı isə Ana dilinin qədim və zəngin söz xəzinəsindən ibarətdir. Odur ki, şair ana dilini qəlbən sev­miş, onun bütün incə çalarlıqlarını dərindən mənimsə­miş­dir. Təsadüfi deyil ki, S.Vurğunun ayrı-ayrı çıxışlarında və elmi məqalələrində dil məsələsi həmişə ön plana çəkil­mişdir. Şairin bu qəbildən olan əsərlərini oxuyanda sanki S.Vurğun bir dilçi kimi çıxış edir. O, dilin müxtəlif problemlərinin qoyuluşu və həllində dilçiliyin son nailiy­yətləri əsasında mülahizələrini şərh edirdi.
S.Vurğunun obrazlı dili ilə desək, dil xalqın müqəddəs dövlətidir. “Dil xalqın namusu deməkdir, tarixi deməkdir, vicdanı deməkdir. Biz dil məsələsini hər bir yerdə göz bə­bəyimiz kimi gözləməliyik”. Bu fikirdə böyük həqiqət vardır. Çünki dilsiz heç bir xalqın tarixini təsəvvür etmək olmaz. Həm də dil hər hansı bir xalqın millət kimi for­malaşmasının birinci şərtidir.
S.Vurğun dil və dilin inkişafı haqqında olan mülahizə-lərini ilk sətir və misralarından başlamış son sətir və mis-ralarına qədər davam etdirmiş, ədəbi dilimizin in­kişafı uğ-runda həmişə və hər yerdə ciddi şəkildə mübarizə aparmış-dır. Şair həm nəzəri və elmi xarakterli əsərlərində, müxtə-lif nitq və çıxışlarında, həm də bədii əsərlərində Ana dili-nin saflığını, təmizliyini, səlisliyini qo­ruyub saxla­maq, onu daha da zənginləşdirmək məsələ­lərindən ürəkdo­lusu danı­şardı. Bu mənada, S.Vurğu­nun fəaliyyətini onun sələ-fi, məşhur “Molla Nəsrəddin” jurna­lının naşiri və redak-toru Mirzə Cəlilin fəaliyyəti ilə müqayisə etmək olar. Bu, belə də olmalıdır. Çünki hər bir yeni nəsil özündən əvvəlki nəslin fəaliyyətini və ideyasını izləməli və onu öz fəaliy-yəti ilə daha da zənginləş­dirməlidir. S.Vurğun da məhz bu yolla getmiş və yüksək zirvələr fəth etmişdir...
S.Vurğunun qalaq-qalaq əsərlərini oxuduqca, hər şey-dən əvvəl, oxucunu onun poetik dili, canlı xalq dilinin zən-gin lüğət tərkibindən ustalıq və yaradıcılıqla istifadə et-məsi, milli kaloritli qədim sözlərimizi poeziya sənətinin ti­kinti materialına çevirməsi və həmin tikinti materialı ilə Nizami, Nəsimi, Füzuli, Vaqif və Sabir məktəbinə layiq bədii söz binası ucaltması valeh edir. Şair elə bir bədii söz binası ucaltmışdır ki, müasirlərindən belə çoxmərtəbəli söz binası tikmək heç kəsə qismət olmamışdır. Bu bədii bina­nın özülü möhkəm olduğu qədər də, onun bəzək-düzəyi söz xəzinəsinin ən incə mətləbləri ifadə edən mənası ilə naxışlanmışdır. Müəllif bu bəzək və naxışlar arxasında hə-mişə dilin sadəliyini, bədiiliyini, zərifliyini, təmizliyini, səlisliyini qoruyub saxlamış və bunları gənc nəslə, ziyalı mütəxəssisələrə də tövsiyə etmiş, həm də onlardan Dədə Qor­qud müdrikliyi və Koroğlu cəsarəti ilə tələb etmişdir. Müəllif özünün irili-xırdalı bütün əsərlərində bu ideyaya həmişə sadiq qalmışdır...
Prof. A.Axundovun obrazlı dili ilə desək, “S.Vurğunu, hər şeydən əvvəl, hər sözü dalğa kimi ləngər vuran Vətən avazlı, xalq təranəli aforuzmlərlə zəngin dilindən tanı­yırlar... Səmədin dili bədii dilimizin bərli-bəzəkli, abırlı-həyalı və romantik gəlinidirsə, M.İbrahimovun bədii dili bu gəlinin ağıllı və tərbiyəli, gözəl və alicənab qardaşıdır. Hər ikisi öz anaları olan xalq dilinin doğma balalarıdır”. S.Vurğun poeziyasının dilinə xas olan bu xüsusiyyətlər M.İbrahimovun da nəzərini cəlb etmişdir. O yazırdı: “Sə-məd Vurğun şeirlərinin xalq arasında bu qədər sevilməsi və yayılması­nın mühüm bir səbəbi də bədii dil norma­la­rına əməl etməsidir. Əsərlərində dilin gözəl və sadə, təbii və mənalı olması, yəni xəlqiliyidir”.
İndi bütün ictimaiyyət S.Vurğun deyəndə xalq dilini, xalq dili deyəndə isə, istər-istəməz S.Vurğunu yada salır. Çünki dilimizin müasir mərhələsində onlar, sanki, əkiz qardaşlardır. Obrazlı desək, müasir dilimizin lüğət tərkibi böyük bir okeandırsa, Vurğun poeziyası və onun dili hə­min okeanda üzənlərə yol göstərən bir mayakdır.
Müasir Azərbaycan dili inkişaf etmiş zəngin lüğət tər-kibinə malik dünya dillərindən biridir. Onun lüğət tərki­bində xüsusi adlar silsiləsini - onomastikanı əmələ gətirən antroponimlər, toponimlər, etnonimlər, kosmonimlər, ast­ro­nimlər, zoonimlər, hidronimlər və özünəməxsus leksik laylar təşkil edir. Başqa dillərdə olduğu kimi, ınüasir Azər-baycan dilində də onomastika, xüsusilə, onun çox geniş yayılmış bir sahəsini təşkil edən antroponimiya problem-ləri maraqlı səciyyəvi cəhətlərə malikdir. Bu nöq­teyi-nə-zərdən Azərbaycan xalq şairi S.Vurğunun əsərlərin­də işlənən poetik antroponimlərin öyrənilməsi təqdirəlayiqdir.
Azərbaycan xalq şairi S.Vurğun poetik antroponim­lə­rin mahir ustadıdır. Biz, onun əsərlərində işlənən antro­po­nimik xüsusiyyətləri araşdırarkən şairin “Vaqif”, “Fər­had və Şirin”, “Xanlar” və “İnsan” dramlarını; “Aygün”, “Bəs­ti”, “Talıstan”, “Zəncinin arzuları”, “Ölüm kürsüsü”, “Bu­ruqlar səltənəti”, “Köhnə dostlar”, “Üsyan”, “Zamanın bay­raqdarı”, “Muradxan”, “Xumar”, “Lökbatan”, “Kənd səhəri”, “Acı xatirələr”, “Qız qalası”, “Aslan qayası”, “Bu­laq əfsanəsi”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Ayın əfsa­nəsi”, “Hürmüz və Əhrimən”, “Bakının dastanı” və digər poe­malarını, əsərlərinin altı cildlik akademik nəş­rinin bi­rinci və ikinci cildlərinə daxil olan şeirlərini əsas tədqiqat obyekti kimi götürmüşük. Zəngin, təmiz və səlis lüğət tər­kibinə malik olan bu əsərlərdə antropo­nim­lərin işlənməsi də özünəməxsus bir yer tutur. Onu da qeyd et­mək lazımdır ki, bu əsərlərdə çox zəngin səciyyəvi cəhət­lərə malik olan antroponimlərin xüsusi tədqiqata ehtiyacı vardır. Bədii əsərlərdə işlənən antroponimlərin dəqiq təhlili, hər şeydən əvvəl, onların toplanmasını və təsvir olunmasını tələb edir. Bu cəhətdən poeziyamızın nadir ustadı S.Vurğunun əsər­lərində işlənən antroponimlərin öyrənilməsi də xeyli əhə­miyyətlidir.
Şairin əsərlərindən aydın olur ki, o, ayrı-ayrı əsərində irəli sürdüyü bu və ya digər ideyanı, məzmunu, mənanı ifadə etmək məqsədilə Azərbaycan antroponimiyasında geniş dairədə işlənən xüsusi adları çox mahir bir sənətkar kimi seçmiş və yerli-yerində işlətmişdir. Bu da əsərin ideya səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
S.Vurğun yuxarıda adı qeyd olunan əsərlərini yazarkən 660-a yaxın antroponimdən, o cümlədən, 80-dən çox adsız personajdan və antroponim yerində işlənən toponim və müxtəlif terminlərdən bacarıqla istlfadə etmişdir. Həmin antroponimlərdən 270-i poemalarda, 64-ü dram əsərlə-rində, 180-ə qədəri isə şeirlərində işlədilmişdir. Şair bədii əsərlərində öz ideyasını, istək və arzularını lazımi səviy­yədə ifadə etmək məqsədilə müxtəlif mənşəli antropo­nimlərdən də istifadə etmişdir. Bu da, hər şeydən əv­vəl, yüksək beynəlmiləlçilik ideyalarının bayraqdarı olan şairin güclü vətənpərvərlik və insanpərvərlik hiss­lərinə malik ol­ması ilə üzvi surətdə bağlıdır. Şairin əsərlərində işlənən antroponimlərin 340-ı Azərbaycan mənşəli olduğu halda, 175-i başqa dillərin antropo­nimiyasından alınma­dır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, şairin antroponimlər qalereyası çox zəngin və rəngarəngdir. Bu qalereyanın üstünə şairin öz mənəvi zövqünə uyğun ola­raq, qəbul etdiyi təxəllüsləri də əlavə etsək, daha canlı bir mənzərə ilə rastlaşmış olarıq. Hələ, gənclik illərindən döv­ri mətbuatda “Vurğun”, “El vurğunu”, “Düşgün Sə­məd”, “Səməd Mənsur”, “Dəli Şair”, “Vəkilzadə Səməd”, “Vur­ğun Səməd” təxəllüsləri ilə çıxış edən şair, artıq, 30-cu illərdən öz əsərlərində “Sə­məd Vurğun” təxəllüsünü sabit­ləş­dirir. Heç şübhəsiz ki, bu təxəllüs şairin öz doğma Və­təninə, Elinə, Xalqına və Dilinə vurğunluğun simvolu idi. Bunu şairin çoxsahəli yaradıcılığı da təsdiq edir. Görün, “Səməd Vurğun” ifadəsi ilə müəllim, xalq şairi, drama­turq, tərcüməçi, ədəbiyyat­şünas və ictimai xadım ifadələri və sözləri bir-birilə necə də həmahəng səslənir. Bu ahəng­darlıqda isə bur məna və məzmun cəmlənibdir. VƏTƏN VURĞUNU, DİL VUR­ĞUNU... Güman etmək olar ki, dilçilərimiz yaxın gələ­cək­də şairin (ümumiyyətlə, bütün yazıçılarımızın) əsərlə­rində işlədilən antropo­nim­lə­rin xü­su­si lüğətini hazırlamağa səy göstərəcəklər. Bu da, şübhə­siz ki, gələcəkdə “Azərbay­can antroponimləri lüğəti” ha­zır­lamaq üçün zəmin yaradacaq­dır.
Şair əsərlərində Azərbaycan mənşəli antroponimlərdən, əsas etibarilə, müsbət obrazlar yaratmaq və onlarda Ca­van­şir, Babək, Koroğlu, Həzi Aslanov və Hüseynbalaya məx­sus igidlik və cəsurluq hissləri; Nizami və Füzuliyə məx­sus bəşəri sənətkarlığa məhəbbət hissləri: Fərhad, Bəsti, Sarvan və Murada xas olan əməksevərlik duyğuları: Məc­nun və Leylinin ülvi məhəbbət və sevgi hissləri; Va­qifə məxsus yüksək vətənpərvərlik hissləri yaratmaqla yanaşı, poetik məqsədlər üçün də istifadə etmişdir. Məsə­lən:

Dünyanın sirrini nə bilir Humay,
Bəzən də göyləri gəzən solğun ay,
Yarıb buludları hücuma çıxır...

Yediyi sadəcə pendirlə çörək,
Şirin bir nemət tək ona dad verir.
Şair bu insana Nemət ad verir...

Yuxarıdakı parçalarda Humay və Nemət antropo­nim­lərinin poetik mövqelərdə işləndiyi göz qabağındadır.

S.Vurğunun poeziyasında, demək olar ki, əksər antro­ponimlər real həyatdan, tarixdən - tarixi şəxsiyyət­lərin adından götürülür və mövcüd hadusələrin təsviri məqa­mında onlara məharətlə yeni bədii məna və bədii don gey­dirilir. Bu da antroponimin həm zahiri ahəngdarlığını, həm də daxili mənasını qat-qat artırır, onun daha oxunaqlı və daha təsirli olmasına imkan yaradır. Məsələn,

Vaqif, ey şeirimin könül dastanı.
De söhbətin hanı, de sazın hanı?

Səninsə qəlbinin əsdi telləri,
Yazdın Vidadiyə bu şad xəbəri.

Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
Kəklikli daşlardan xəbər al məni.

“S.Vurğunun yaradıcılığından gətirdiyimiz bu nümu­nə­lərdə adları çəkilən Vaqif, Vidadi, Xan, Aşıq Şəmşir... mü­tərəqqi fikirli tarixi şəxsiyyətlər olmuşlar. S.Vurğun öz ya­ra­dıcılığında mütərəqqi ideyaları həmin şəxsiyyətlərin hə­yatı timsalında tərənnüm etməyə nail olmuşdur... Real onomastik vahidlərin bədii ədəbiyyatda bu cür verilməsi əsə­rin ideyasının daha tez və asan mənimsənilməsinə kö­mək edir.... S.Vurğun əsərlərində N.Gəncəvinin, M.Fü­zuli­nin, M.Vaqifin, Nəsiminin, M.Vidadinin, M.Sabirin və baş­­qa klassiklərin adlarını dönə-dönə çəkmiş, onlar haq­qında yüksək bədii fikir söyləmişdir. Oxucu həmin klas­siklər haqqında elmi ədəbiyyatdan nə öyrənmişsə, S.Vur­ğunun əsərlərində onları o cür də tanıyır”. S.Vurğun poe­ziyasının həyatiliyi və böyüklüyü məhz bundadır ki, onda tarixi hadisələr də yüksək bədii məzmun kəsb edə bilmiş­dir.
Şairin əsərlərində işlədilən antroponimlərin xüsusiy­yətlərinin öyrənilməsində əsas məqsəd - müəllifin ad seçməsini və həmin adlara ümumxalq münasibətini, onla­rın üslubi funksiyalarını müəyyənləşdirməkdən ibarətdir. Antroponimlərin üslubi funksiyalarını müəyyənləşdirmək­dən ibarətdir. Antroponimlərin üslubi funksiyası dedikdə, onun müəllifin nitqində və ya ayrı-ayrı personajların nit­qində işlədilməsi nəzərdə tutulur. Məsələn: Bəsti (“Bəsti”), Aygün, Əmirxan, Elyar, Ülkər (“Aygün”), Sar­van (“Mu­ğan”) kimi antroponimlər müəllifin nitqində, Calal, Ko­roğlu, İldırım, Teymur, Cingiz, Pənah, Süley­man, Fir­dov­si, Rustaveli (“Vaqif”), Hürmüz, Zərdüşt, Kə­yan, İsgəndər, Məcnun, Leyli (“Fərhad və Şirin”), Puşkin, Əflatun, Hitler, Napoleon, Vilhelm, Nitşe (“İnsan”) kimi antroponimlər isə ayrı-ayrı personajların nitqində işlənərək əsərin məzmunu­nun dolğunlaşmasına kömək etmişdir.
S.Vurğun öz əsərlərində yeri gəldikcə təsvir etdiyi epizodların daha dolğun və daha mənalı olmasını nəzərə alaraq müxtəlif quruluşlu antroponimlərdən istifadə etmiş­dir. Antroponimlərin mənaca ekspressivlərini nəzərə alan müəllif yeri gəldikcə bəzən bir (yalnız ad və ya təxəllüs), bəzən iki (ad, atanın adı və ya familiya, təxəl­lüs), bəzən də üç (ad, atanın adı, familiya və ya təxəllüs) üzvlü adlardan istifadə etmişdir. Antroponimlərin ekspres­sivliyindən bəhs edərkən onların tərkibinin morfoloji quruluşu nəzərdə tutulmur. Məsələn, S.Vurğunun əsərlə­rində Leyla. Sona (“Talıstan”), Elxan (“Üsyan”), Nemət, Şəfiqə, Üzeyir, Ülfət (Aygün”), Eldar, Xuraman, Gülnar (“Vaqif”), Xaspolad, Püstə, Züleyxa (“Xanlar”), Fərhad, Şirin, Fitnə (“Fərhad və Şirin”), Səhər, İslam, Güloğlan (“İnsan”) kimi tək iş­lənən adlar; Füzuli (“Talıstan”, “Muğan”), Vaqif (“Vaq­if”) kimi tək işlənən təxəllüslər, Manya Kərimova (“Muğan”) kimi iki üzvlü antroponimlər. Ağa Məhəmməd şah Qacar (“Vaqif”) kimi üç üzvlü antroponimlər də işlədilmişdur.
S.Vurğunun başqa əsərlərində olduğu kimi “Aygün” poemasında da ifadə olunan məna və məzmundan asılı ola­raq, daha sadə, anlaşıqlı, ahəngdar və müasirlik baxı­mından daha maraqlı və daha məzmunlu olan antro­po­nimləri seçmiş və öz məşhur əsərinin personajlarına ad ver­mişdir. Bu mülahizəni aşağıdakı poetik parçalar da təsdiq edir.

Əmirxan Aygünü, Ülkəri anıb,
Dolmuş ürəyini boşaldan zaman,
Onunla bir yerdə Nemət dayanıb,
Gözləri dolardı həyəcanından....

Gəldi, qoşa gəldi, Ay ilə Ülkər,
Piyada getdikcə asfalt yolları,
Bu ki lap şəhərdir, şəhər dedilər.

Ülkərin dalınca Aygün də qalxdı,
Əmirxan bu dəfə Elyara baxdı.

Poemadan götürülmüş bu parçalardakı Nemət, Əmir­xan, Aygün, Ülkər, Ay, Elyar və s. antroponimlər həm per­son­ajın adının seçilməsinə, həm əsərdə qoyulan məna və məz­unun daha dolğun və əhatəli olmasına, həm də poe­manın bədii cəhətdən daha da zənginləşməsinə xidmət et­mişdir. Bu antroponimlərdən Ay, Ülkər, Aygün fəza cisim­ərinin adı əsasında düzələn şəxs - qadın adları; Elyar isə “el və yar” sözlərinin birləşməsindən düzələn kişi adıdır.
Xalq şairi S.Vurğunun əsərlərində işlənən antro­po­nimlər öz sabitliyi etibarilə də müxtəlifdir. Onların bə­zisi sabit olaraq şairin bir neçə əsərində, bəzisi isə əksinə, qeyri-sabit olaraq, müəyyən bir əsərdə işlənir. Bu nöqteyi-nəzərdən, S.Vurğunun əsərlərində işlənən antro-ponimləri iki qrupa bölmək olar:
1) Sabit antroponimlər. S.Vurğun bəzən bir neçə əsə­rində eyni antroponimdən istifadə edir. Bu da, hər şeydən əvvəl, çox güman ki, həmin antroponimin xalq arasında müsbət əxlaqi keyfiyyətlər ifadə edərək geniş yayılma­sından irəli gəlir. Belə antroponimlərə “şah” adlar deyilir. Məsələn, S.Vurğunun əsərlərindəki Koroğlu (17), Vaqif (15), Füzuli (12), Nizami (10), Məcnun (12), Leyla (9), Babək (6), Fərhad (5), Murad (7) antroponimləri “şah” adlardır.
Müəllifin əsərlərində işlənən personajlar qalereyasına dərindən nəzər saldıqda aydın olur ki, sabit antroponim­lərin bir qrupu gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq, əməksevərlik və sevgi-məhəbbət hissləri tərbiyə etməklə yanaşı; digər qrupu dünyada azadlığı, sülh və əmin-aman­lığı boğan xalqların milli azadlıq hərəkatına qarşı müba­ri­zə aparan, demokratik və mütərəqqi ideyalara göz yuman adamlara dərin nifrət və kin bəsləmək hisslərini aşı­layır. Bütün bunları nəzərə alaraq, sabit antroponimləri iki qrupa ayırmaq olar:
a) müsbət keyfiyyətli antroponimlər: Fərhad (“Fərhad və Şirin”), “Aygün”, “Muğan” (“Buruqlar səltənəti”), Xanlar (“Xanlar”, “Buruqlar səltənəti”), Məcnun (“Ay­ün” “Muğan”, “Xumar”, “Aslan qayası”, “Lökba­an”), Leyli (“Aygün”), Eldar (“Vaqif”, “İnsan”), Elxan (“Bakının dastanı”, “Üsyan”), Cəlal (“İnsan”), Humay (“Muğan”), Murad (“Vaqif”, “Köhnə dostlar”, “Mu­adxan”) və s.
b) mənfi keyfiyyətli antroponimlər: Napaleon (“Bəs­ti”), Hitler (“Muğan”, “Köhnə dostlar”), Kolçak (“Köhnə dostlar”) və s.
2. Qeyri-sabit antroponimlər. Bu qrup antroponimlər də hər hansı bir əsərdə irəli sürülən ideya, məqsəd və məzmundan asılı olaraq həm müsbət, həm də mənfi xa-rakterli personajların adını bildirir. O cümlədən, Bəsti (“Bəsti”), Leyla (“Talıstan”), Sarvan (“Muğan”), Ayg­ün, Əmirxan (“Aygün”), Vidadi, Gülnar (“Vaqif”), Mehriban (“Xanlar”) və Səhər (“İnsan”) antroponimləri müsbət xa­rakterli personajların; Qacar (“Vaqif”) antroponimi isə mənfi xarakterli personajların adını bildirir.
S.Vurğunun əsərlərinin antroponimik xüsusiyyətlərini araşdırarkən, daha bir çox maraqlı xüsusiyyətlərə rast gəl­mək olur. Şair öz əsərində irəli sürdüyü ideya və məq­səddən asılı olaraq, toponimi və coğrafi termini antro­po­nim yerində işlətmişdir. Məsələn: şair Azərbaycan, Dağıs­tan və Şərq kimi toponim və coğrafi terminləri poetik löv­hələrlə səciyyələndirərək antroponim simvolun­da tə­rən­nüm etmişdir:

Bilir Azərbaycan, bilir Dağıstan
Dərdim el içində bir şüar olub.
(“Dostlar xəbəri”)

Yenə at belinə qalxır Dağıstan.
(“Buruqlar səltənəti”)

İnlədi Şərq, inlədi....
Tunc əsrlərin dəmir cəngəlində.
(“Qızıl Şərq”)

S.Vurğunun lirikasında “Memar” və “Sənətkar” söz­lərinin də ümumiləşdirilərək antroponim yerində işlən­di­yinə rast gəlirik:

Hər səhnənin öz hüsnünə, öz rənginə,
Başqa boyaq, başqa bir rəng vursa əlin.
Memar yoldaş! Puça çıxar öz əməlin!
Döydü qapımızı bir acı ruzgar,
Durdu insan qəlbi, öldü sənətkar....
(“Böyük ədib”)

Şairin əsərlərində “laçın, şahin və tərlan” zoonimləri də ümumiləşdirilərək poetik antroponim yerində işlədil­miş­dir:
Laçınlar yuvası, haylar ocağı
(“Səyahət”)

Tərlan kimi qıy vuraraq, buludlardan buludlara,
Uçub gedir şahinlərim dumanları yara-yara.
(“Qızıl şahinlər”)

Tərlanım. Tərlanım, gözəl tərlanım!
Sənə qurban olsun bu Düşgün canım.
(“Tərlanım”)

Şairin əsərlərində düşmən milli mənsubiyyətindən asılı olaraq xalqın adını bildirən etnonim və ya həmin xalqın iradəsini ifadə edən siyasi partiyanın adı antroponim yerində işlədilmişdir.

Bilirəm, arxasında dayanmış yol çapanlar,
Əli faşist süngülü o almanlar, yaponlar...
Gülür, hünər və həyat
(“Ölüm xəbərçilərinə”)

“Sənət və sənətkarlar həbsxanası” olan keçmiş sovet-lər imperiyasında bütün xalqların tarixi təhrif olunmuş, xalq öz tarixindən və soy kökündən uzaqlaşdırılmışdır. Öz tarixinin parlaq səhifəsini yazmaq istəyənlər “millətçi”, “pan­türkist”, “panislamist”, “xalq düşməni” markası ilə dam­­ğa­lanmış, heç bir sübut-dəlil olmadan “təhlükəsizlik komitəsinin” səbatsız üzvləri tərəfindən repressiya qur­banları olmuşlar. Sovet imperiyası elə bir qorxunc şərait yaratmışdı ki, adamlar “ağ qatığa da qara deyir­dilər”. Bu dövrün ziyalıları, - nəinki, alimlər, hətta bədii söz sənət-karları da öz soy köklərini “əyri güzgü”də tərənnüm et-mək məcburiyyətində qalmış, öz tarixi keç­mişinə - soy kökünə, nəinki, tapançadan, hətta, əgər belə demək müm-künsə, ağır toplardan “atəş” açmalı olmuşlar. O dövrün bütün sənətkarlarının yaradıcılığında olduğu kimi belə ədalətsizliyi, S.Vurğunun “Ölüm xəbərçilərinə” adlı şeirin-də də görürük. (Bizə elə gəlir ki, belə misraları yazanda və­tənpərvər şairin qəlbi qan ağlayırmış. Odur ki, qəlbi qan ağlayan şair uzun müddət yaşaya bilməmiş, 50 yaşında həyatdan getmişdir).
Azərbaycan antroponimiyasında olduğu kimi, S.Vurğu-nun əsərlərində işlənən antroponimlərin əsasını da hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülən ümumişlək sözlər təşkil edir. Ədəbi dilimizdə ol­duğu kimi, S.Vurğunun əsərlərində işlənən antropo­nimlər də öz əsa­sı­na görə müxtəlif və rəngarəngdir:
S.Vurğunun antroponimlər qalereyasında kosmo­nim-lər əsasında düzələn adlar da özünəməxsus bir yer tutur. Şair fəza cisimləri üçün səciyyəvi olan parlaqlığı, ay­dın­lığı, saflığı və təmizliyi öz personajlarında görməyi arzu­lamış və bu məqsədlə də onları kosmonimlərin adı ilə adlandırmışdır: Ay (“Aygün”, “Ayın əfsanəsi”), Aybəniz (“Aygün”, “Ayın əfsanəsi”), Aygün və Ülkər (“Aygün”), Günəş (“Ayın əfsanəsi”), (“Bakının dastanı”), Mahniyar (“Aslan qayası”) və s.
Doğma vətəninin vurğunu olan şair öz personajlarına ad seçərkən təbiətin gözəlliklərini də unutmur. O, per­so­naj­larını da gül-çiçək kimi ətirli, zərif və incə görmək istəyir. Bu məqsədlə onlara Püstə (“Xanlar”), Lalə (“Lalə” şeiri), Gülnar (“Vaqif”), Gülzar (“Aygün”, “Kənd sə­hə­ri”), Güloğlan (“İnsan”), Gülsənəm (“Xumar”) kimi adlar verir.
S.Vurğun bədii yaradıcılığında dünya ədəbiyyatı xəzi­nəsinə qiymətli incilər bəxş etmiş və dünyada öz tə­xəl­lüs­ləri ilə məşhur olmuş klassiklərimizi də yaddan çıxarmır. O, əsərlərinin ideyası, məqsəd və məzmunundan asılı ola­raq bəzən onları şah əsərinin baş qəhrəmanı səviyyəsinə qaldırır, Vaqif - (“Vaqif” dramında), bəzən də yeri gəl­dikdə onların nəsihətamiz ideyalarını və hikmətli sözlərini oxuculara çatdırır, tərbiyəvi xarakter daşıyan ayrı-ayrı epizodlarda səhnəyə gətirir və onların təxəllüsünü ant­roponim yerində işlədir: Nizami - (“Muğan”, “Aygün”, “Ba­­kının dastanı”); Nəsimi - (“Azad ilham” şeiri); Füzuli - (“Talistan”, “Muğan”); Vaqif - (“Vaqif”, “Aslan qaya­sı”, “Bakının dastanı”); Sabir - (“Bakının dastanə” poe­ma­sı,”Sabirin şərəfinə”, “Çil toyuğun tək yumurtası” şeirləri). Şaiq (“Səmimiyyət yolçusu” şeiri) və s.
Şairin əsərlərində zoonimlər əsaında düzələn antro­po­nimlərə də müəyyən qədər yer verilmişdir. Mə­sələn: Sona (“Talıstan”), Aslan (“Aslan qayası”, “Bakının dastanı”), Göyərçin (“Göyərçin” şeiri), Zümrüd (“Bakının dastanı”) və s.
Xalq şairinin əsərlərində keçmişdə vəzifə bildirən söz­lər əsasında düzələn antroponimlər də işlənmişdir: Xan (“Azərbaycan” şeiri), Xanpaşa (“Pambıqçılar” şeiri), Mu­radxan (“Muradxan”) və s.).
Müasir poeziyanın ustadı S.Vurğunun əsərlərində həsrət, intizar və nigarançılıq bildirən sözlər əsasında düzələn antroponimlərə də rast gəlmək olur. Məsələn: Həsrət (“Həsrət” şeiri); Nigar (“Dar ağacı”) və s.
S.Vurğunun poemalarında qiymətli əşyaların adlarını bildirən sözlər əsasında düzələn antroponimlər də işlədil­mişdir: Almaz, Zərnigar (“Bakının dastanı) və s.
Şairin əsərlərində Məhəmməd (“Bəsti”, “Üsyan”, “Vaqif”), Adəm (“Bəsti”), Əhriman (“Buruqlar səltənəti”), “Muğan”, “Hürmüz və Əhriman”), Hürmüz (“Muğan”, “Ölən məhəbbət”, ”Hürmüz və Əhriman”), Xıdır (“Bulaq əfsanəsi”) kimi dini və əfsanəvi adlara da rast gəlmək olur. Bu qrup adlardan müəllif, əsas etibarilə, köhnəliyi qalıqla­rının tənqidi və ifşası məqamlarında istifadə etmişdir.

Nəticədə, demək olar ki, xalq şairi S.Vurğun öz əsər­lərində qəhrəmanların adını çox müvəffəqiyyətlə seçmiş­dir. Şairin xalq həyatını, onun adət-ənənələrini, tari­xini və folklorunu dərindən bilməsi müəllifin zəngin ad­lar qale­reyası yaratmasına səbəb olmuşdur. Bu da zəngin və rən­ga­­rəng Azərbaycan antroponimiyasının öyrə­nilməsi nöq­te­yi-nəzərdən böyük əhəmiyyət kəsb edir.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 373-378.


ZiM.Az
.



MƏDƏD ÇOBANOV

XIV FƏSİL

AZƏRBAYCAN ŞƏXS ADLARININ
RUS DİLİNDƏ YAZILIŞININ
BƏZİ FONETİK ƏSASLARI


Ümumi dilçiliyin mühüm ümumnəzəri və əməli prob­lem­lərindən biri də sözlərin və terminlərin, daha doğrusu, antroponimlərin bir dildən digərinə transliterasiyası və trans­­krip­siyası məsələləridir. Bu nöqteyi-nəzərdən “Azər­bay­­canca-rusca adlar lüğəti”ndə verilən antroponimlərin rusca translitera­siyası və transkripsiyası böyük əhəmiyyət kəsb edir. Bu sahədə müasir rus mətnlərində az-çox təc­rü­bə əldə edilmişdir. Lakin bu məsələ, hələ də, rus dili­nin orfoq­ra­fiyasında lazımi qədər öyrənilməmişdir. Azər­bay­can adlarının və ya familiyalarının rus dilində yazıl­ması haqqında, hələ də, çoxvariantlılıq hökm sürmək­dədir. Hət­ta bəzən rus mətnlərində elə adlara və ya familiyalara təsa­düf edilir ki, onlar iki, üç və daha çox variantlarda yazılır. Məsələn, rus mətnlərində azərbaycanlı familiyası Quliyev gah Гулиев, gah da Кулийев; Aşirov fami­liyası gah Ашу­ров, gah da Ашыров; Məmmədov familiyası gah Маме­дов, gah da Магамедов; Bəbirov fa­miliyası gah Баби­ров, gah da Бебиров; Vəkilov familiyası gah Ва­килов, gah da Векилов; Qasımov familiyası gah Гасымов, gah Кассы­мов, gah Гасумов, gah da Касумов; Zül­füqarov familiyası isə gah Зюль­фюгаров, gah Зуль­фу­гаров, gah da Зюль­фугаров kimi çoxvariantlı şəkildə trans­literasiya edilmiş­dir. Bu da, şüb­hə­siz ki, hər hansı bir məsələnin elmi və əməli şəkildə həll edil­məsində müəyyən dərəcədə çətin­lik­lərin meydana çıxma­sına səbəb olur. Odur ki, antroponim­lərimizin rus dilinə çox­variantlı şəkildə transliterasiyasına yol vermək ol­maz. Çünki adlarımızın rus dilinə bir neçə va­riantda trans­literiyası bəzən eyni antroponimin (şəxs adları) başqası ilə qarışıq salınmasına və adın ifadə etdiyi məna və məzmunun təhrif edilməsinə səbəb ola bilər.
Azərbaycan adlarının və ya familiyalarının rus dili or­foqra­fiyası əsasında yazılmasına dair heç bir ümumi nəzəri mə­sələ müəyyən edilməmişdir. Bütün bunları nə­zərə alaraq, Azər­­baycan şəxs adlarının rus dilində yazı­lışının bə­zi fo­ne­tik əsasları haqqında qısa məlumat ver­məyi zəruri hesab edirik.
Hər bir dilin, həmçinin, eyni sistemli müxtəlif dillərin də özünəməxsus fonemlər sistemi vardır. Başqa sözlə desək, hər bir dil öz fonemlər sisteminə görə başqa dil­lər­dən fərqlənir. Məsələn, Azərbaycan dilində 33 fonem oldu­ğu halda, rus dilində 42 fonem vardır. Bu dillərin fo­nemlə­ri də öz məxrəcinə görə bir-birindən az-çox dərəcədə fərq­lənir. Dilimizdəki K hərfi mətndə və ya nitqdə işlənmə ye­rinə görə iki fonemi (K və q) ifadə edir. Onlardan 9-u sait (a, o, u, ı, ö, ü, ə, i, e), 24-ü isə samitt (b, v, q, ğ, d, j, z, y, k (q), g, l, m, n, r, s, t, f, x, h, ç, c, ş) fonemidir.
Dilimizdəki fonemləri rus dilində qarşılığının olub-olmamasına görə iki qrupa bölmək olar:
a) Rus dilində qarşılığı olmayan fonemlər.
b) Rus dilində qarşılığı olan fonemlər.

AZƏRBAYCAN DİLİ SAİT VƏ SAMİT
FONEMLƏRİ VƏ ONLARIN RUS DİLİNƏ TRANSLİTERASİYASI


a) Rus dilində qarşılığı olmayan fonemlər Azərbaycan dilini rus dilindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun fonemlər sistemidir. Dilimizdə bir qrup fonemlər vardır ki, onların rus dilində heç bir qarşılığı yoxdur. Belə fonemlər rus dilinə transliterasiya olunarkən öz məxrəcinə bu və ya digər dərəcədə uyğun olan fonemlərə çevrilir. Onların üçü sait (ə, ö, ü), beşi isə samit (n, k, g, h, c) fo­nemləridir.
Dilimizdəki fonem sait və samitlər Azərbaycan antro­ponimləri tərkibində rus dilində transliterasiya edilər­kən bir sıra orfoepik və orfoqrafik cəhətlərinə və sözdə işlənmə yerinə görə aşağıda qeyd edildiyi kimi xarakterizə olunur.
1. Ə saiti - dilönü, dodaqlanmayan, açıq səsdir. Bu fo­nem antroponimlərin (antroponim bildirən sözlərin) əv-vəlində, ortasında və sonunda işlənir. Antroponimlərin tərkibində işlədilən ”ə” səsi rus dilinə, əsasən, “a”, bə­zən antroponimlərin əvvəlində “э”, ortasında isə “e” səsi ilə transliterasiya olunur: Əbülfət - Абульфат, Əvəz - Аваз, Əziz - Азиз, Əli - Али, Əşrəf -Ашраф, Şərif - Ш­ариф, Lətif - Латиф, Vəzifə - Вазифа, Əzizə - Азиза, Zərifə - Зарифа, Məhluqə - Махлуга, Əfəndi - Эфенди, Ələk­bər - Алекбер, Əkbər - Акбер və s.
2. Ö saiti - dilönü, dodaqlanan, açıq səsdir. Bu fonem ant­roponim bildirən sözlərin əvvəlində və ortasında işlənir. Antroponimlərin tərkibində işlədilən “ö” sözü rus dilinə “o”, bəzən isə, antroponimlərin ortasında “e” səsi ilə trans­literasiya olunur: Ömər - Омар, Kövsər - Ковсар, Gözəl - Гёзал , Dönüş - Дёниш, Dönyə - Дёня və s.
3. Ü saiti - dilönü, dodaqlanan, qapalı səsdir. Bu fo-nem antroponim bildirən sözlərin əvvəlində, ortasında və sonunda işlənir. Antroponimlərin tərkibində işlədilən “ü” səsi rus dilinə əsasən “у”, bəzi antroponimlərin ortasında “ю”, sonunda isə “й” səsi ilə transliterasiya olunur: Ümid - Умид, Ülkər - Улкар, Üzeyir - Узеир, Ümman - Умман, Vüqar - Вугар, Vüsal - Вюсал, Gülbəniz - Гюлбаниз, Güllü - Гюлли, Hürü - Ури, Dürrü - Дюрри və s.
4. Ğ samiti - dilarxası, sürtünən, cingiltili, saf səsdir. Bu fonem antroponim bildirən sözlərin ortasında və nadir halda sonunda işlənir. Antroponimlərin tərkibində işlə-dilən “ğ” səsi rus dilinə əsasən, “г“, bəzən isə “к, х“ səsləri ilə transliterasiya olunur: Ağamalı - Агамали, Ağamusa - Агамуса, Ağası - Агаси, Bağır - Багир, Ağgül - Акгюл, Gülbağ - Гюлбах və s.
5. K samiti - dilortası, partlayan, kar, saf səsdir. Bu fo­nem antroponim bildirən sözlərin əvvəlində, ortasında və sonunda işlənir. Antroponimlərin tərkibində işlədilən “k” səsi rus dilinə “к” səsi ilə transliterasiya olunur: Kamandar - Камандар, Kərim - Карим, Kamil - Камил, Vəkil - Вакил, İskəndər - Искандар, Babək - Бабек, Çiçək - Чи­чек və s.
6. G samiti - dilortası, partlayan, cingiltili, saf səsdir. Bu fonem antroponim bildirən sözlərin əvvəlində, orta­sında işlənir. “G” fonemi ən çox antroponimlərin əvvə­lində işlənir. Bu fonem, əsasən, mürəkkəb kök sözlər əsa­sında düzələn antroponimlərin əvvəlində, ortasında və so­nunda işlənir. Dilimizdəki başqa fonemlərə nisbətən söz sonunda “g” səsinin yeri sabitdir, yəni bu səs həmişə “n” sonorundan sonra gəlir. Antroponimlərin tərkibində işlə­dilən g səsi rus dilinə г səsi ilə transliterasiya olunur: Gü­ləhməd - Гулахмед, Gülməmməd - Гулмамед, Aygül -Айгюл, Abgül - Абгюл, Qəşəng - Гяшанг, Növrəng - Нов­­рянг və s.
7. H samiti - boğaz, sürtünən, kar, saf səsdir. Bu fonem antroponim bildirən sözlərin əvvəlində, ortasında və sonunda işlənir. Antroponimlərin tərkibində işlədilən “h” səsi rus dilinə г, bəzən x səsi ilə transilyasiya oıunur, sö-zün əvvəlində isə düşür: Hacı - Гаджи, Həsən - Гасан, Həmid - Гамид, Heydər - Гейдар, Hafiz - Хафиз, Həmzə - Хамза, Humay - Хумай, Həmayə - Хамая, Bahadır - Бахадур, Bəhmən - Бахман, Bahar - Бахар, Bəhram - Бахрам, Zahir - Захир, Vahid - Вахид, Ağahüseyn - Ага­гусейн, Gümrah - Гюмрах, Gülşah - Гюлшах, Vazeh - Вазех, Saleh - Салех, Halay - Алай, Hidris - Идрис, Hidayət - Идаят, Həzi - Ази, Həşim - Ашим, Həqiqət - Агигат, Hürü - Ури və s.
8. C samiti - dilönü, cingiltili, qovuşuq səsdir. Bu fonem antroponim bildirən sözlərin əvvəlində, ortasında və sonunda işlənir. Antroponimlərin tərkibində işlədilən c səsi rus dilinə əsasən дж səs qoşalığı, bəzən isə ч, ж səsləri ilə transliterasiya olunur: Cəmil - Джамил, Ca­van­şir - Джаваншир, Cahangir - Джангир, Cavad - Джа­вад, Ağca - Агджа, Qoca - Годжа, Vəcihə - Вяджиха, Elsaç - Элсач, Sevinc - Севиндж, Turac - Турач , Vic­dan - Виджан , Xədicə - Хадижа və s.
b) Rus dilində qarşılığı olan fonemlər. Dilimizdəki 33 fonemdən 25-nin rus dilində qarşılığı vardır. Onlar, demək olar ki, bütün mövqelərdə, əsasən, dəyişiklik edilmədən rus dili mətnlərində işlədilə bilər. Lakin həmin fonem­lərdən 3-ü, o cümlədən, bir sait “ı” və iki samit “d, y” rus dili mətnlərində işlədilərkən məxrəclərinə görə dəyişir. Bu da, hər şeydən əvvəl, dilimizdəki fonemlərin müxtəlif məxrəclərdən formalaşması, incələşməsi, karlaş­ması və s. ilə əlaqədardır.
1. I saiti - dilarxası, dodaqlanmayan, qapalı səsdir. Bu fo­nem antroponim bildirən sözlərin ortasında və sonunda işlənir. Antroponimlərin tərkibindəki “ı” səsi rus dilinə əsasən, “ ы“, bəzi mövqelərdə isə “и, i“ səsləri ilə trans­literasiya olunur: Xanım - Ханум, Zərxanım - Зярха­нум, Ağası - Агаси və s.
2. D samiti - dilönü, partlayan, cingiltitli saf səsdir. Bu fo­nem antroponim bildirən sözlərin əvvəlində, ortasında və sonunda işlənir. Antroponimlərin tərkibindəki “d” səsi rus dilinə əsasən “d”, bəzi mövqelərdə isə “t” səsi ilə transliterasiya olunur. Mehdi - Мехти, Ağamehdi - Ага­мехти, Mədəd - Мадат və s.
3. Y samiti - saf, cingiltili səsdir. Bu fonem antro­ponimin əvvəlində, ortasında və sonunda işlənir. Antropo­nimlərin tərkibindəki “y” səsi rus dilinə əsasən ”я, ю, е, ё” səsləri ilə transliterasiya olunur. Yaşar - Яшар, Yəhya -- Яхя, Yunus - Юнус, Yüzbaş - Юзбаш, Yolçu - Ёлчу, Yol­dar - Ёлдар, Qeyrət - Гейрат, Bəylər - Бейлар, Əli­bəy - Алибей, Balabəy - Балабей və s.
Bu qrup antroponimlərin isə istər rusların, istərsə də azərbaycanlıların rusca nitqində işlədilməsini nəzərə alaraq, bizcə, bir variantda rus əlifbası işarələrinib trans­literasiya edilməsi məqsədə daha uyğundur: Абузар, Ага­бек, Аганазар, Агарагим, Асиф, Вахаб, Гахраман, Аб­дулгамид, Абдулгасан, Абулгасан, Аждар, Эйюб, Зох­раб, Зюлфи, Зюлфугар, Кямал, Камран, Кялантар, Кя­нан, Кязим, Кярам, Керим, Мирбагир, Наги, Тялат, Хабил, Гуси, Шукур, Шуджаят; Лятафат, Лятифа, Лютфийя, Ряхшанда və s.
Azərbaycan antroponimiyasında bir neçə ad vardır ki, onlar rus dilinə eyni şəkildə transliterasiya edilir. Məsələn, antroponimiyamızdakı Həmzə və Qəmzə, Habil və Qabil, adlarını diqqətsizlik üzündən rus dili mətnlərində Гамза və Габиль kimi yazırlar. Əlbəttə adların rus dilinə belə transliterasiya edilməsi, ayrı-ayrı adamları fərqləndir­mək­də çətinlik və dolaşıqlıq törədir. Odur ki, yuxarıda qeyd olunan Həmzə və Qəmzə, Habil və Qabil adlarının rus dilində Хамза və Гямза, Хабил və Габил kimi trans­literasiya edilməsi məıqsədə daha uyğundur. Belə olduqda rus dilli mətnlərində Həmzə və Qəmzə, Habil və Qabil adları səhv düşməz.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan antroponimlərinin rus əlifbası işarələri ilə transliterasiya məsələlərinin dərindən öyrənilməsi əməli işlə yaxından bağlıdır və bundan sonra da bu problemin geniş şəkildə tədqiq edilməsi dilçilərimizi dərindən düşün­dürməlidir.


XV FƏSİL

AZƏRBAYCAN ANTROPONİMLƏRİNİN ORFOQRAFİYASI


1. Antroponimlər (ad, ata adı, familiya, təxəllüs, ləqəb) baş hərflə yazılır: Səməd Yusif oğlu Vəkilov (Vurğun), Mi­kayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Müşfiq), Ramiz Məmmədəli oğlu Əliyev (Rövşən).
2. Azərbaycan dilində şəxs adları familiya düzəldən şəkilçi qəbul edərkən sabit qalmalıdır, dəyişməməlidir. Məsələn, Abbasov, Vəliyev, Quluyev, Nuruyev, Mutu­yev, Ovcuyev, Xuduyev, Uğurluyev, Hüsüyev, Şümüyev, Bo­luyev, Qoçuyev, Donluyev, Yurdluyev, Zülfüyev, Yol­çu­yev, Moşuyev, Gülüyev, Moluyev, Topçuyev, Toy­çuyev, Pulluyev, Toyluyev və s.
3. Azərbaycan dilində familiya aşağıdakı şəkilçilər və sözlərlə düzəlir:
-lı, -li, -lu, -lü: Zeynallı, Muradlı, Hacılı, Namazlı, Həsənli, Məmmədli, Mutulu, Qululu, Əyyublu, Bəhruzlu, Yolçulu, Nurulu, Dövrüşlü, Mövsümlü, Mürşüdlü və s.
-oğlu morfemi ilə düzələnlər: Ağamalıoğlu, Dadaşoğlu, İbadoğlu, Namazoğlu, Vüqaroğlu, Həsənoğlu və s.
-zadə (fars dilində “doğulmuş” mənasında işlənir): Abbaszadə, Qalibzadə, Çobanzadə, Vüqarzadə, Nəbizadə, Orxanzadə, Beyrəkzadə və s.
-ov, -yev, -ova, -yeva (rus dilində familiya düzəldən şəkilçilərdir: Bayramov (Bayramova), Bəhmənov (Bəh­mənova), Vələdov (Vələdova), Vəkilov (Vəkilova), Əli­yev (Əliyeva) və s.
4. Mürəkkəb sözlər əsaında düzələn antroponimlər bi­tişik yazılır: Elmuraz, Elzər, Qoçər, Ərol, Əlyar, Zərgül, Gülnaz, Zərlalə, Gülbahar, Dürsədəf, İltamam, Nargül və s.
5. Mürəkkəb antroponimlərin komponentləri arasında iki sait yanaşı gəldikdə birinci komponentin son saiti düşür: Ağəli, Əlağa, Ələkbər, Ələsgər və s.
6. Ləqəblər şəxs adından əvvəl gəlir və baş hərflə ya­zılır: Qaş Məmməd, Şəkər Məmməd, Tülkü Məmməd, Xaşıl Məmməd, Bic Məmməd, Boçka Məmməd, Bala Məmməd; Girdik Həsən, Dəvə Heydər, Yalançı Səbzəli, Eşşək Muxtar, Dovşan Qasım; Lüt Qədir, Taskabab Nağı, Danqır Abbas, Fərə Məsmə və s.
7. Antroponim əmələ gətirən mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, xan, bəyim, xanım sözləri rütbə, titul və təxəllüs (ləqəb) yerində işləndikdə avtonimdən (şəxs adından) əvvəl gəldikdə baş hərflə, sonra gəldikdə isə ki­çik hyərflə ayrı yaqzılır: Mirzə Fətəli, Mirzə Şəfi, Mirzə Feyzulla, Mirzə Ələkbər, Seyid Əzim, Şah İsmayıl; Abbas Mirzə, Fətəli xan, Heyran xanım, Telli xanım, Aygül xanım və s.
8. Tərkibində rütbə, titul, ləqəb bildirməyən mir, mirzə, hacı, seyid, şah, soltan, ağa, bəy, xan, bəyim, xanım sözlərindən biri olan antroponimlər bitişik yazılır: Mirəli, Mirbəşir, Bədirxan, Hacıbəy, Şahəli, Qönçəbəyim, Qızxanım və s.
9. Birinci hecasındakı saiti həm e, həm də ə ilə tələffüz olunan adlar ə ilə yazılır: Əyyub və s.
10. Birinci hecasındakı saiti müxtəlif şəkildə (ö, e, o, ü, ə saitlərindən ikisi və üçü ilə) tələffüz olunan adlar ö ilə yazılır: Gövhər, Hörmət və s.
11. Birinci, ikinci və üçüncü hecası həm qalın, həm də incə saitlə tələffüz olunan adlar aşağıdakı qaydada yazılır:
a) ahəng qanuna tabe edilərək yalnız qalın saitlə yazılan adlar: Babaş, Zaman, Kaman, Kamandar, Salam, Tamaşa, Naxış və s.
b) ahəng qanuna tabe edilməyərək incə və qalın saitlə yazılan adlar: Qəbul, Kəhrəba, Səfa, Xatirə, Xətayə, Xəyalət və s.
12. Birinci, bəzən də ikinci hecasındakı saiti həm ə, həm də i ilə tələffüz olunan adlar ə ilə yazılır: Səyahət, Səhhət, Cəhət, Vidadi, Nicat və s.
13. Birinci hecasındakı saiti həm u, həm də ü ilə tələffüz olunan adlar ü ilə yazılır: Bülbül, Füzuli və s.
14. İkinci hecalı həm i, həm də yi ilə tələffüz olunan adlar i ilə yazılır: Mail, Nail, Mailə, Nailə, Faizə və s.
15. Bir hecası alınma sözlər əsasında düzələn adlar şifahi tələffüzdə olduğu kimi i ilə yazılır: Ətir, Ətirnaz, Əmir, Nəsir, Misir, Qədir və s.
16. Əslində ə səsi olan alınma sözlər əsasında düzələn adlar şifahi tələffüzdə olduğu kimi yazılır: Mübariz, Mü­təllib və s.
17. Son hecasındakı saiti ı ilə tələffüz olunan adlar əslinə uyğun olaraq yazılır: Qayğı, Nağı, Tağı, Sarı və s.
18. Son hecasındakı saiti u ilə tələffüz olunan adlar əslinə uyğun olaraq yazılır: Arzu, Tutu və s.
19. Ahəng qanuna tabe edilərək incə saitlə yazılır: Bəxşiş və s.
20. İlk səsi həm b, həm də p ilə tələffüz olunan adlar b ilə yazılır: Budaq, Bikə, Bikənaz, Bikəxanım və s.
21. İlk səs həm ç, həm də c ilə tələffüz olunan adlar ç ilə yazılır: Çingiz və s.
22. Birinci hecasındakı samiti həm m, həm də n ilə tə­ləffüz olunan adlar n ilə yazılır: Qənbər, Sünbül, Hünbət və s.
23. İkinci hecasındakı samiti həm d, həm də t ilə tələffüz olunan adlar d ilə yazılır: Mehdi, Səfdər və s.
24. Birinci hecasındakı samiti həm q, həm də x ilə tələffüz olunan adlar q ilə yazılır: Haqqı, Haqverdi və s.
25. Birinci və ikinci hecasındakı samiti həm k, həm də h ilə tələffüz olunan adlar k ilə yazılır: Kəklik, Çiçək və s.
26. Son səsi həm d, həm də t ilə tələffüz olunan adlar d ilə yazılır: Qorqud, Mədəd, Səməd, Murad, Xaspolad, Polad, Bünyad, Vahid, Ziyad, Nurşad, Hürzad, Zümrüd və s.
27. Son səsi həm z, həm də s ilə tələffüz olunan adlar z ilə yazılır: Almaz, Araz, İlyaz, Aynaz, Tovuz, Çərkəz, Fariz və s.
28. Son səsi k, g, j ilə tələffüz olunan adlar k ilə yazılır: Göyçək, Mələk və s.
29. Son səsi q, ğ və ya x ilə tələffüz olunan adlar q ilə yazılır: Şaiq, Ocaq, Qonaq, Yanaq, Alyanaq və s.
30. Son səsi c, ç, j, ş ilə tələffüz olunan adlar c ilə yazılır: Qılınc, Dəmirgüc və s.
31. Son səsləri ng samitləri ilə bitən adlar əslində olduğu kimi yazılır: Qəşəng və s.
32. Son səsi həm b, həm də p ilə tələffüz olunan adlar b ilə yazılır: Mətləb, Naib, Rahib, İnqilab, İztirab və s.
33. Müxtəlif hecalardakı səsi həm h, həm də x ilə tə­ləffüz olunan adlar h ilə yazılır: Şahvələd, Qədəmşah, Ətirşah, Gülşah, Şahnaz, Şahqız, Şahgəlin, Şahgözəl və s.
34. İki və çoxhecalı antroponimlərin birinci və ya ikinci hecasındakı samiti, təkhecalı antroponimlərin isə son samiti daha çox y, qismən isə g ilə tələffüz olunan adlar y ilə yazılır: Göyərçin, Düymə və s.
35. Qeyd. Nigar, Nigarxanım adları isə g ilə yazılır.
36. Ortasında saiti uzun tələffüz olunan adlar eynicinsli qoşa saitlə yazılır: Maarif və s.
37.Çoxhecalı sözlər əsasında düzələn bəzi antro­po­nim­lər eynicinsli qoşa samitlə yazılır: İzzət, Məhəbbət, Diq­qət, Qüvvət və s.
38. Apostroflu antroponimlər iki qaydada yazılır:
a) Birinci və bəzən də ikinci hecasında uzun ə, e, ö tələffüz olunan antroponimlər apostrofla yazılır: E”tibar, E”timad, Mü”təbər, Ne”mət, Sə”di, Təl”ət, Şö”lə və s.
b) Birinci hecası samitlə bitən, ikinci saitlə başlanan bə­zi antroponimlər apostrofla yazılır: Kə”nan, Məs”ud, Sən”an, Cür”ət və s.
39. Antroponim düzəldən şəkilçilər aşağıdakı qaydada ya­zılır:
a) Ahəng qanununa tabe edilməyərək bir cür yazılan şə­kilçilər: -stan (-ıstan): Gürcüstan, Dağıstan, Gülüstan və s.
b) Ahəng qanununa tabe edilərək iki cür yazılan şə­kil­çilər: -lar, -lər: Qırxlar, Xanlar, Qızlar, Aylar, Dağlar, Bəy­lər, Ellər, Tellər və s.
v) Ahəng qanununa tabe edilərək dörd cür yazılan şə­kilçilər: -çi (-cu): Dəmirçi, Elçi, Yolçu, Ovçu və s.
-lı (-li, -lu, -lü): Vəfalı, Səfalı, Bafalı, Telli, Ağıllı, Pul­lu, Ysoylu, Güllü və s.
-ınc (-unc): Narınc, Turunc və s.
-ı (-u): Dostu, Ağadostu, Dayıdostu, Narıncı və s.
-muş, -sun: Durmuç, Dursun və s.
-ış (-üş): Baxış, Dönüş, Gülüş və s.
-gün, kəm: Ötgün, Ötkəm və s.
Azərbaqycan dilinin orfoqrafiya qaydalarını öyrənmək üçün 116 maddəni və 31 maddəni təşkil edən 148 ya­rım­madəni dərindən bilmək zəruri, hətta vacibdir.
Azərbaycan antroponimlərinin orfoqrafiya qaydalarını öy­rənmək üçün 39 maddəni və 12 yarımmadəni bilmək la­zımdır.
Deməli, Azərbaycan dilinin orfoqrafiya qaydalarını öy­rən­mək üçün 259, Azərbaycan antroponimlərinin orfo­qra­fiyasını öyrənmək üçün isə 502 qaydanı dərindən bil­mək vacibdir. Çünki bu qaydaları bilmədən yazılı nitq mədə­niyyətinə yiyələnmək qeyri-mümkündür.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Tbilisi. 1983.
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 373-378-408.


ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 7

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 8

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 4

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 6

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Elmi Məqalələr, Mədəd Çobanov
Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının  ...

Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər

"AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ" İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ ELMi-NƏZƏ ...

Humanitar elmlər, Elmi Məqalələr

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 5

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Hüsniyyə Çobanova:

Hüsniyyə Çobanova: "NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA TARİXİ ONOMASTİKA"

Elmi Məqalələr, Darvaz
Rəy yazın: