ELÇİN İSGƏNDƏRZADƏ (1964) AzTU-nun MƏZUNLARI, Müsabiqə 3 июня 2020 Elçin İsgəndərzadə (Elçin Barat oğlu İsgəndərov) - 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub. 1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi Qızıl medalla bitirib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Mexanika fakültəsində təhsil alıb. İnstitutu fərqlənmə diplomu ilə bitirib. 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində «Maşın və mexanizmlər nəzəriyyəsi» ixtisası üzrə aspiranturada təhsil alıb.Texnika elmləri doktoru, professordur. AzTU-nun “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri vəzifəsində çalışır. 2011-ci ildə “Avropanın Fəxri İxtiraçısı” adına və Qızıl Medalına layiq görülüb. 2012-ci ildə “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi” fəxri adı ilə təltif olunub. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin poeziya üzrə “Qızıl Kəlmə” Dövlət mükafatına layiq görülüb.2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü seçilib, hal-hazırda həmin Şuranın üzvüdür.2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2007-ci il tarixli 612 saylı Fərmanına əsasən Prezident təqaüdünə layiq görülüb.2014-cü ildə "Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi" Fəxri adına və medalına layiq görülüb. 2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adı və nişanına layiq görülüb.Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adı ilə təltif edilib.1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinə və 1998-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Azərbaycan yazıçılarının X, XI, XII qurultaylarının nümayəndəsi olub. 2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib.2010-cu ildə Türk Dünyasında ilk dəfə Dünya Böyük Şeir Mükafatına (The World Grand Prize for Poetry) layiq görülüb.Elmi və ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və Təhsilin inkişafındakı xidmətlərinə görə” Böyük Qızıl Ordeni (Ukrayna), A.S.Puşkin medalı (Rusiya Ədəbiyyat Akademiyası), Leonardo Da Vinçi medalı (Roma, İtaliya), İ.V.Göte medalı (Münhen, Almanya), “Roma şəhərinin fəxri alimi” medalı (İtalya) və digər orden və medallar ilə təltif olunub.230-dan çox elmi əsərin, 52 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 95 bədii və elmi kitabın, 130 çevirmə kitabının müəllifidir. Türkiyə, Rusiya, Latviya, Litva, Belarusiya, Gürcüstan, Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.Professor Elçin İsgəndərzadə həm də istedadlı şair kimi tanınır.Biz də Elçin İsgəndərzadəyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..ZiM.AzYUXUOyandım, sübhədək yata bilmədim,bu gecə taletək qarışıb yuxum.İşığa danışdım, suya söylədim, -yenə də canımdan çıxmadı qorxum.Deyirlər tərsinə yozular yuxu,bilmirəm yalandı, ya doğru, Allah!Bu gecə yuxumda RÜŞVƏT görmüşəm, -mənim sabahımı sən qoru, Allah!QARABAĞA BİZSİZ GƏLİR BU YAZ DA... Şahmar ƏkbərzadəyəBülbül cəh-cəh vurmur, torağay ötmür, burdan Tanrıya da ünümüz yetmir,çadır şəhərcikdə bənövşə bitmir,Qarabağa bizsiz gəlir bu yaz da...Bu nə bəxtdi, düşüb bir nəhs ələ ki,taleyimiz ömrümüzə tələ ki,baş qarışıb, məzhəb itib hələ ki,Qarabağa bizsiz gəlir bu yaz da...Yaz üstündən beləcə yaz ötüşür,Topxananın sinəsinə od düşür.dəli könlüm, mərəçöyüd yetişirQarabağa bizsiz gəlir bu yaz da...Ürəyimdə hələ dərddir gül açan,Novruzgülün mənim kimi bağrı qan.Xarıbülbül, qovuşarıq bəs haçan,Qarabağa bizsiz gəlir bu yaz da...ALÇA ÇİÇƏKLİ GECƏMənim bu gecəyə çox umudum var,-bu gecə ulduzlar çiçəkləyəcək.Alçalar gül açdı, yenə bu bahar-sevənlər, aşiqlər gerçəkləyəcək.Mənim bu gecəyə çox umudum var,-bu gecə durnalar lələk salacaq.Bu gecə dağlara qar yağacaq, qar,bəyaz qar üstündə bir iz qalacaq.Mənim bu gecəyə çox umudum var,-əgər bu gecədən sağ çıxa bilsəm…Dağların başında əriyəndə qar,sənin göz yaşını əyilib silsəm…Mənim bu gecəyə çox umudum var,-bu gecə mələklər yuxuma girər.Mələklər yuxumda tutmazlar qərar,mələklər bir sevda çələngi hörər.Mənim bu gecəyə çox umudum var,-bu qərib gecənin yolçusuyam mən.Qürbətə aparır bəlkə bu yollar,bəlkə Ay işığı, axar suyam mən.Mənim Göy üzündə bir buludum var,-mənim bu gecəyə çox umudum var. FƏLƏSTİNLİ XALİDİN HAVASIPikassonun “Henrika”sıdır bu günmüqəddəs Fələstin torpağı.Suriyada fələstinli Xalid Mevid – qürbətdə yanıb qaralmış bir zeytun budağı.Şam şəhərində Əməvi camisində əzan səsi yüksəlir, Xalidin xəyalına doğulduğu ana yurd, – məmləkətin göyləri, bəmbəyaz buludları, ağacları, göyərçinləri, insanları, umudları, şəhid ruhları gəlir.Dua kimi oxuyur Xalid Mahmud Dərvişin şeirlərini.İlahi, sən özün qoruFələstin şairlərini, Fələstin göylərini, Fələstin körpələrini, Fələstin göyərçinlərini.İlahi, sən özün hifz elə Fələstinin günahsız didərginlərini.Doqquz uşaq atası fələstinli Xalidtunc, kədər heykəliydi minarələrin kölgəsində.şeytanın nökərləri qurğuşun sıxır bu gün qutsal əzan səsinəXalidin ölkəsində.Qarabağlı qaçqın Məmmədə yaman oxşayır fələstinli Xalid, onun da gözlərində bir cüt Xarıbülbülqan içində ölümə gülümsəyir elə bil...Şam şəhərində Əməvi camisindəşəhid İmam Hüseynin mübarək qafası...Hürküb əzan səsinə sarı uçan ağ göyərçinlər təsəlli verir Xalidə.Amma Fələstində qalıb Xalidin bir gün oğul toyundaqol götürüb oynayacaq havası...ÇÖLƏ YAĞIŞ YAĞIR...Hər şey sevgiylə dolurkən bir ölüm gəlir hardansa,dişlərini ağardır sevdiyin bütün hər şeyə...Bir uşaq xatırla,sahildə qumlarla oynayan...Bir ev xatırla,içi gülüşlərlə dolan,və ana səsinin o gözəl doğmalığı:- çölə yağış yağır, çətirini unutma.Çölə yağış yağır, çətirsiz qaçır bir uşaq,qollarını yana açıb uçur yağışın altında.Yağışın altında quşlar uçmur amma.Bir uşaq uça bilir xoşbəxtliyindən,və xoşbəxtliklər islanır yağışlarda...Sonra qorxunc şeylər, parlayan güllələr,atılan mərmilər, uçulan evlər...Bir ana səsinin doğmalığı ölür uçqunların altında,bir uşağın qollarından tutub çıxardırlar dağıntılardan.Çölə yağış yağır, tozlar yatırvə palçıqların içində basdırırlar ölənləri.Qalanlar dənizlərə axışır yaşamaq üçün,yaşamaq üçün gəmilərə dolurlar,yaşamaq üçün səfərə çıxırlar yad məmləkətlərə.Vida eləyirlər doğma yerlərə,vida eləyirlər axın, axın...Çölə yağış yağır... ölümə yaxın,sular uşaq cəsədlərini sahilə vurur,sahildə durur cəsəd yığanlar,qara torbalar, qırmızı torbalar...İçində uşaq var, uşaqlıq var...Sularda boğulmuş uşaqlıqlar,sularda boğulmuş həyatlar.Ana başqa sahilin ölüsü,ata dənizin dibində, vəhşi balıqların yemi,uşaq sahildə...Şəkli çəkilir, qəzetlər üçün, jurnallar üçün,bir də evlərində çörək tapmayan uşaqlar üçün.Və ən kasıb evin qadını tikir uşağının cırıq corabını,sonra da şükür edir kasıbçılığa,cırıq coraba, bir də sağlığa.Çölə yağış yağır... sahildə üzüqoylu qalmış,bir uşağın şəkillərini çəkir hamı...Sonra şəkilçəkənin biri cibindən çıxartdığışokaladı açıb yeyir...Və uşağın açıq gözləri o şokaladıkağızından tanıyır... atası alardı həmişə,gözəl şokalad idi... şipşirin.Sonra yenə uşağın şəkillərini çəkir şəkilçəkən,çəkir ölümçəkən... ağzında yediyi şokaladın ölü tamı.Və bir uşaq gözləri utanır, utanır...Atası yaşda kişiyə demək istəyir ki,ölü uşaqların yanında şokalad yeməzlər.YAŞAMADIQLARIMIN YAŞANTISISənin məndəki yeringedə bilmədiyim yer kimiiçimdən qopmayan yoxuşdu.Havada yaz,sənin yerində qışdı,qardı,yağışdı.Sənin məndəki yerinhəsrətlə dolu,acıyla dolu.Qalan yerlərim boşdu.Mən boyda boşluqdabir gerçək yerdi günəşsiz,bir doğru xəbərdi sənsiz,o qədər gerçək ki...Qarın altında bir quş kimi üşüyürsənin məndəki yerin.Sənin məndəki yerin ayrıdı...yaşamadıqlarımın yaşantısıdı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.