Zərurətdən yaranmış yüz yaşlı Politexnik İnstitutu

Zərurətdən yaranmış yüz yaşlı Politexnik İnstitutu XIX əsrin sonunlarndan başlayaraq Bakı ağır və yüngül sənayenin inkişaf etdiyi mərkəzi şəhərə çevrilmişdi. Neft hasilatı və emalı ilə birlikdə, əyricilik, toxuculuq sənayesi, nəqliyyat vasitələri, gəmiçilik, tikinti və başqa sahələr Azərbaycanın həyatında mühüm yer tuturdu. Bu isə texniki biliklərə təlabatı artırırdı. Araşdırmalara əsasən demək olar ki, Azərbaycanda texniki təhsilin tarixi əslində XIX əsrdən başlayır. Belə ki, ilk dəfə Azərbaycanda 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakı texniki məktəbi yaradılmışdı. Bununla da texniki təhsilin əsası qoyulmuşdur. Əvvəlcə bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər və inşaat şöbəsi üzrə isə 55 nəfərdən ibarət buraxılışı olmuşdu. Sənayenin inkişafı ilə əlaqədar tələbələrin sayı ildən ilə artmışdı. 1916-cı ildə Bakı texniki məktəbində artıq 494 tələbə təhsil alırdı. Onlardan cəmi 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə verilən qərara əsasən Bakı texniki məktəbi Politexnikum adlanır. Burada neft sənayesi, elektromexanika və inşaat-memarlıq adlı üç şöbə fəaliyyət göstərirdi. Politexnikumda 188 nəfər tələbə təhsil alırdı. Müəllimlərin içərisində 12 nəfər ali təhsilli mühəndis olan azərbaycanlı vardı (www.aztu.edu.az). Buna görə də mühəndis hazırlığını genişləndirmək vacib məsələyə çevrilmişdi.

Azərbaycan milli təhsilinin və mədəniyyətinin inkişaf tarixində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 1919-cu ildə Bakı Dövlət Universitetinin yara-dılması haqqında qərarı həlledici rol oynamışdı. Bu qərar Azərbaycan təhsilinin bütövlükdə mədəniyyətin inkişafı tarixində böyük hadisə olmuşdu. BDU yaradılarkən bu təhsil ocağında təbiət elmləri, tibb elmləri və humanitar elmləri üzrə respublika üçün daha zəruri olan yüksək ixtisaslı kadrlar hazırlanmağa başlamışdı. Ancaq fəaliyyət istiqamətlərindən göründüyü kimi universitetdə mühəndis kadrlarının hazırlanması üçün şərait yox idi. Şəraitin olmamasına baxmayaraq, 1920-ci ildən baçlayaraq Xalq təsərrüfatını bərpa etmək və Azərbaycanın tükənməz sərvətlərindən səmərəli istifadə etmək üçün elmi-texniki biliklərə yiyələnmiş mühəndis kadrlarına olan ehtiyac daha da artmışdı. Belə bir şəraitdə, Azərbaycanda olan mühəndis kadrların sayı 60 nəfərə qədər idi. Bunların da əksəriyyəti qeyri millət-lərin nümayəndələri idilər. Dövrün reallığını ümumiləşdirərək demək olar ki, texniki təhsilin inkişaf etdirilməsinə, sənayenin müxtəlif sahələri üçün mühəndislərin, xüsusilə də milli kadrların hazırlanmasına olan təlabat Azərbaycanda texniki təhsil ocağının yaradılmasını zərurət olaraq qarşıya qoymuşdur.

Ali texniki təhsil ocağının yaranması işində Azərbaycan hökümətinin 1920-ci il 28 aprel tarixli qərarı ilə təşkil edilmiş, Xalq Maarif Komissarlığının sədri Dadaş Bünyadzadənin təşəbbüsü ilə 1920-ci ilin may ayında ali texniki məktəb təşkil etmək üçün yaradılan komissiya həlledici rol oynamışdı. Belə ki, 1920-ci ilin 10 may tarixində “köhnə tipli məktəblərin, o cümlədən xüsusi orta texniki məktəblərin yenidən qurulması haqqında” (Azərb.SSR Fəhlə-kəndli hökumətinin qanunlar və sərancamlar küllüyatı. Bakı, 1920-ci il, s.49) Azərbaycan hökuməti dekret imzaladı. Dekretdə deyilirdi: “...köhnə tipli bütün məktəblər yenidən qurularaq politex-niki təhsil verən məktəblərlə əvəz olunacaq” (yenə orada. s.51-52). Dekreti həyata keçirmək üçün may ayından başlayaraq hazırlıq işləri görünməyə başlanmışdı. Verilən dekretin əsasında Bakıda müxtəlif peşə-texniki təhsil ocaqları yaranmağa başlamışdı. Maarif Komissarlığının Komissiyası açılması nəzərdə tutulan ali texniki məktəbin statusu və maddi-texniki bazası haqqında təkliflər hazırlamaq üçün beş ay ətraflı araşdırma apararaq təkliflərini hökumətə təqdim etmişdi.
Bakı Politexnik İnstitutunu yaratmaq üçün eyni zamanda onun tədris planlarını, nizamnaməsini və daxili qaydalar üçün əsasnamə hazırlanmışdı.

Azərbaycan İnqlab Komitəsinin sədri N.Nərimanovun və Maarif Komissarı D.Bünyadzadənin imzaları ilə Bakı Politexnik İnstitutunu yaratmaq haqqında 1920-ci il noyabrın 16-(12) da dekret verildi.
Dekretdə deyilirdi: “Bakı Politexnik məktəbi Bakı Politexnik İnsitututu adlanan ali təhsil müəssisəsinə çevrilir (ARDA. f.57, s.5, iş282, v.54).

1920-ci il 16(12) noyabr dekretinə əsasən Azərbaycan Xalq Maarif Komissarlığının 1920-ci il dekabrın 12-də “Bakı Politexnik İnstitutu açmaq və onun müəllim heyyətini müəyyənləşdirmık, Elmi Şuranı təşkil etmək haqqında” qərarı qəbul edildi (ARDSPİHA.f.1. s.74, iş, 282, v.59). Dekret və qərarın verilməsinə baxmayaraq Azərbaycanda yeni yaranmış ali-texniki məktəbin normal fəaliyyətini təmin etmək üçün maddi texniki imkanlar kifayət qədər deyildi. Ona görə də bu sahədə Azərbaycana kömək göstərmək məqsədilə RSFSR hokumətinin qərarı ilə Petroqradda olan Politexnukumu Bakıya köçürülür. Bakı Politexnik məktəbinin və Petroqrad texnikumunun hesabına yeni yaradılmış ali texniki institutun professor-müəllim heyyəti və Elmi Şurası təsdiq edilmişdi. 1921-ci ilin yanvar ayından Bakı Politexnik məktəbinin binası və bütün avadanlığı, həm də rus texniki cəmiyyətinin kimya labaratoriyası bütövlüklə Bakı Politexnik İnstitutuna verilir. Beləliklə tarixi proseslərin ardıcıllığı göstərir ki, 1921-ci ilin yanvarında Azərbaycanda ikinci ali məktəb- Bakı Politexnik İnstitutu təşkil olundu (III Azərbaycan Sovetlər qurultayının stenoqrafik hesabatı, Bakı 1923,s.72).

Komissiya ali texniki məktəbin yaranmasına hazırlıq dövründə 3 fakültənin olmasını təklif etmişdi. Ancaq fəaliyyətə başladığı ilk ildən verilmiş dekretə uyğun olaraq institutun nəzdində 5 fakültə - neft sənayesi, elektromexanika, inşaat mühən-disliyi, kənd təssərüfatı və mühəndis iqtisadiyyatı fakültələri yaradıldı (ARDA. f.13, s.1. iş,382,v.8).
Ali texniki institut fəaliyyətə başladığı ilk ildən çətinliklərlə qarşılaşdı. Tədris prosesində professor-müəllim heyəti çatışmır və ən başlıcası isə azərbaycanlılardan ibarət yüksək ixtisaslı pedoqoji kadrlar yox səviyyəsində idi. Bunlardan başqa dərsləri aparmaq üçün labaratoriyalar, cihaz və avadanlıqlar, tələbələrə təqaüd vermək üçün maliyyə vəsaiti çatışmırdı.

1921-ci ilin mayında keçirilən I ÜmumAzərbaycan Sovetlər qurultayının qərarında göstərilirdi ki, Azərbaycanda cəmi 62 nəfər azərbaycanlı həkim, müəllim, aqronom və başqa mütəxəsis var (I Ümumazərbaycan Sovetlər qurultayı. Statistik hesabat, Bakı, 1922, s.117). Azərbaycanda Xalq təssərrüfatının bərpa və inkişafı üçün 600 mühəndisə ehtiyac olduğu halda, cəmi 70 mühəndis vardı. Bunların da ancaq 12 nəfəri azərbaycanlı idi (Yenə orada. s.119). Mövcud vəziyyətdən çıxmaq üçün Azərbaycan hökuməti kömək məqsədilə RSFSR hökumətinə xahişlə müraciət edir. Cavab olaraq Moskva, Sanktpeterburq, Kiyev və RSFSR-in digər böyük elmi mərkəzlərindən Bakı Politexnik İnstitutuna ardıcıl olaraq tanınmış pedoqoq və elm xadimləri göndərilmişdi.
Onlardan institutun ilk rektoru olmuş prof. N.A.Dubrovskini, prof. S.A.Usatını, prof. İ.Q.Yesmanı, prof. N.N.Kuruçatovu, prof. N.B. Texomirovu, prof. N.N.Kuznetsovu, prof. M.N.Pokrovskini, prof. B.N.Smirnovu və b. göstərmək olar. Azərbaycanda mühəndis kadrlarının hazırlanmasında və texniki elmlərin inkişaf etdirilməsində adları göstərilən rus alimlərinin köməyi böyük olmuşdur. Bu zaman Bakı politexnik institutunda çalışan 8 professor və 52 müəllimdən ancaq bir nəfəri azərbaycanlı idi.
İnstitutun Elmi Şurasının katibi Səməd Vəkilov idi.

Bütün bunlarla yanaşı institutun həyatında çətinliklər çox idi. Tədris prosesini lazımi səviyyədə təşkil etmək üçün avadanlıqlar almaq, laborotoriyalar təşkil etmək və tələbələ təqaüd vermək lazım idi. Buna görə də institutun maddi-texniki bazasını genişləndirmək məqsədilə Vladiqqafqazda bağlanmış politexnikum bütün avadanlığı ilə birlikdə Bakı Politexnik İnstitutuna verilmişdi (ADNSUA. f.1, s.13, v.2). Tələbələri təqaüdlə təmin etmək üçün ixtisaslarından asılı olaraq onlar höku-mətin sərəncamı ilə müvafiq komissarlıqların himayəsinə verilirdi. Mühəndis İqtisadiyyatı fakultəsi Azərbaycan Xalq Təsərrüfatə Şurasının, neft fakultəsi Azneftin, kənd təsərrüfatı fakültəsi isə XTK-nin himayəsinə verilmişdi. Bu komissarlıqlar institutu lazım olan avadanlıqlarla, tələbələri yataqxana və təqaüdlə təmin etmək sahəsində mühüm tədbirlər görmüşlər. İnstitutun 475 tələbəsindən 150 nəfərini təqaüdlə təmin etməyi Azneft öz üzərinə götürmüşdü(ADNSUA.f.1.bağlama 83,v.3)

Görülən çoxsaylı tədbirlər nəticəsində institutun maddi-texniki bazası möhkəmlənmiş, professor-müəllim heyyətinin sayı artmış və tədrisin keyfiyyəti yaxşılaşmışdı. 1922-1923-cü tədris ilində institutda 1509 tələbə təhsil alır və onların təlim-tərbiyəsi ilə 66 professor-müəllim məşğul olurdu (AzTU-nun Elmi əsərləri, X cild, №1, Bakı, 2001, s.17). Amma yenə də institutda elmi-pedoqoji kadrlar, xüsusilə azərbaycanlılar azlıq təşkil edirdi. 1922-1923-cü tədris ilində institutda cəmi 8 nəfər azərbaycanlı müəllim var idi (III Ümumazərbaycan Sovetlər qurultayının hesabatı, Bakı,1923,s.32). Qəbul zamanı azərbaycanlılardan müsabi-qədə iştirak edənlər azlıq təşkil edirdilər. Dərslərin Azərbaycan dilində aparılmasına şərait yaratmaq üçün III Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Bakı politexnik institutunda yeni qurluşa xidmət etmək istəyən 14 nəfər azərbaycanlı müəllim ali məktəbdə işə qəbul olunmuşdu. Politexnik institutunun inkişa-fında çətinliklərin aradan qaldırılmasında RSFSR büdcəsindən Azərbaycanın ali məktəblərinə kömək məqsədilə, hələ 1922-ci ilin noyabrında qızıl pulla ayrılmış 10 min manat vəsait əsas rol oynamışdı (Tokarjevski E.A. Azərbaycan Sovet tarixi oçerkləri, 1922-1925-ci illər. Bakı, 1960 s.43). Keçirilən tədbirlərin və göstərilən köməyin nəticəsi olaraq institutda təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artırdı. 1923-1924-cü tədris ilində Bakı Politexnik İnstitutunda artıq 328 azərbaycanlı tələbə təhsil alırdı (ADNSUA. f.1.s.13,v.2).

1920-ci ildən başlayaraq Azərbaycan hökuməti fəhlə gənclərin təhsilə cəlb edilməsini asanlaşdırmaq məsədilə, fəhlə fakültələri təşkil edirdi. Bakı Politexnik İnstitutunun nəzdində fəhlə fakültəsi 1921-ci ildə təşkil olunmuşdu. 1923-cü ilin noyabrında keçirilmiş III Ümumazərbaycan Sovetlər qurultayında ali məktəblərin təşkilində fəaliyyət göstərən fəhlə fakültələrinin genişləndirilməsi haqqında qərar verilmişdi (III Ümumazərbaycan Sovetlər qurultayı, Bakı,1923,s.31). Qərarın təsiri nəticəsində fəhlə fakültələrində oxuyan gənc fəhlələrin sayı xeyli artmışdı. Belə ki, 1924-1925-ci tədris ilində bütün fəhlə fakültələrini 1500 nəfər bitirmişdir ki, onlar-dan 200 nəfəri Bakı Politexnik İnsitutunu bitirənlər idi. Artıq 1928-1929-cu tədris ilində Politexnik İnsitutunda və onun fəhlə fakültələrində min nəfərdən çox tələbə təhsil alırdı (Bakı işçi fakültəsinin 10 illiyi (1921-1931), Bakı,1931,s.27).
Qeyd etmək lazəmdır ki. Bakı Politexnik İnstitutu 1923-cü ildən Azərbaycan Neft İnsititutu, 1943-cü ilin noyabr ayından isə Azərbaycan Sənaye İnstitutu adlan-dırılmışdır.
Sənayeləşmənin geniş vüsət alması və bununla da ali təhsilli mühəndis kadr-lara olan ehtiyacın artması ilə bağlı 1924-1925-ci tədris ilindən başlayaraq Bakı Politexnik İnstitutunda təhsil müddəti dörd ildən üç il altı aya endirilmişdi. Qalan yarım ildə tələbələr istehsalatda işləyir və diplom işlərini yazırdılar. Ona görə də institutu bitirənlərin sayı 1923-cü ildəki 3 nəfərə qarşı, 1925-1926-cı tədris ilində 344 nəfərə çatmışdı (ADNSUA. f.1.s.13,saxlanma vahidi 3,v.3).
Azərbaycan kökumətinin ali məktəblərin inkişafına kömək məqsədilə verilən müvafiq qərarları sayəsində ali məktəblərin hamısında, xüsusilə Bakı Politexnik İnsitutunda bir çox yeniliklər oldu. 1928-ci ilin sonundan başlayaraq 1200 nəfər tələbənin ehtiyacını nəzərə alaraq tələbə yataqxanasının tikintisinə başlandı. İnsi-titutda işləyən professor-müəllim heyyətinin əmək haqqı, təqaüd alan tələbələrin sayı və təqaüdü artmışdı. RSFSR-in şəhərlərindən Azərbaycanın ali məktəblərinə professor və elmi işçilər dəvət olunurdu. Dərs demək üçün dəvət olunan 31 nəfər-dən, 11 nəfəri Politexnik institutuna göndərilmişdi. Artıq 1928-1929-cu tədris ilində Azərbaycan Politexnik İnstitutunda 138 nəfər professor və müəllim çalışırdı (ADNSUA. f.1.s.15, saxlanma vahidi 5,v.3).

1928-1929-cu tədris ilindən başlayaraq instituta qəbul xeyli artırıldı. Tədris planları yeni qayda üzrə dördillik tədris müddətinə uyğunlaşdırılaraq tərtib edildi. Tələbələrin vaxtını daha çox alan diplom işlərinin yazılması ləğv edilərək istehsa-lat təcrübəsi ilə əvəz olundu. İxtisas dərslərinin əksəriyyəti labarotoriyada məşğələ üsulu ilə aparılmağa başladı. Tətbiq olunan yeniliklərin nəticəsi olaraq 1929-1930-cu tədris ilində Politexnik institutunda təhsil alan tələbələrin sayı 2316 nəfərə çatmışdı (ADNSUA. f.1.iş 71, saxlan.vahidi 144, v.76). Fəaliyyət göstərdiyi 10 illik bir dövrdə Politexnik İnstitutu xalq təsərrüfatının müxtəlif sahələri üçün 984 nəfər mühəndis-iqtisadçı, texnoloq, aqronom, mexanik və s. hazırlamışdı. Onlardan İ.Orucova, T.Tahirova və A.Ağamoğlanova (AzTU-nun Elmi əsərləri, X cild, №1, Bakı, 2001,s.18) ilk mühəndis azərbaycanlı qadınlar idilər. Bu qadınlar sonralar görkəmli elm və dövlət xadimləri olmuşlar.

Azərbaycan xalq təsərrüfatı üçün müxtəlif ixtisaslı kadrlara olan ehtiyac nəzərə alınaraq 1930-cu dərs ilindən Politexnik İnstitutu üç müstəqil insituta: M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutu, K.Marks adına İctimai-siyasi İnsitut və Azərbaycan Kənd Təsərrüfatı (Gəncə ş.) İnstitutuna ayrılır.

Sonradan isə Politexnik İnsitutunun bazasında sənayenin müxtəlif sahələri üzrə mütəxəsis kadrlar hazırlayan iki institut - Azərbaycan Neft İnsitutu və İnşaat Mühəndisləri İnstitutu təşkil olundu. Çox keçmədən Azərbaycanın çoxsaylı sənayesi üçün yüksək ixtisaslı mütəxəsislərə olan ehtiyacı nəzərə alaraq 1934-1935-ci tədris ilində mövcud Neft İnstitutu ilə İnşaat Mühəndisləri İnstitutu M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda birləşdirildi.
İnsitutda 4 fakültə: neft-mədən, energetika, memarlıq-inşaat və mühəndis-iqtisad fakültələri vardı.

Araşdırmalar göstərir ki, Bakı Politexnik İnsitutunda fəaliyyət göstərən beş fakültədən ikisi bilavasitə Azərbaycan Politexnik İnsitutuna (indiki Azərbaycan Texniki Universitetinə) aid idi. Bu fakta əsasən demək olar ki, Azərbaycan Neft və Sənaye Universiteti ilə birlikdə Azərbaycan Texniki Universitetinin də əsası məhz 1920-ci ildə qoyulmuşdur. Bundan daha çox əvvəl, 1887-ci ilin noyabr ayının 10-da Bakı şəhər Duması tərəfindən Bakı texniki məktəbi yaradılmışdı. Bununla da Azərbaycanda texniki təhsilin əsası qoyulmuşdu. Ona görə də 1920-ci ildə yeni yaradılmış ali təhsil ocağı əsassız yerə Politexnik İnsitutu adlandırılmamışdır. Fikrimizcə bütün bu göstərilənlərə əsasən Azərbaycan Texniki Universitetinin 100 illik və texniki təhsilin 133 illik yubileyini qeyd etməyə tam əsas vardır.

Bakı Politexnik İnsitutunun adı, statusu və tabe olduğu mərkəz dəfələrlə dəyişdirilmişdir. Əslində bu ali məktəbin tərkibində indiki Azərbaycan Politexnik İnsitutunun da fəaliyyət göstərməsinə baxmayaraq neft sənayesi aparıcı sahə oldu-ğundan Azərbaycan Neft və Sənaye Universiteti sürətlə inkişaf edərək texniki ali məktəblərin önündə gedənə çevrilmişdir.
Bunları nəzərə alaraq Ulu öndər Heydər Əliyev Azərbaycan Neft və Sənaye Universitetinin 80 illik yubleyindəki çıxışında demişdir:
“Azərbaycan Neft və Sənaye Universiteti respublikanın digər ali texniki məktəbləri üçün ana rolunu oynamışdır”.
Elə Ulu öndərimizin bu sözləri Azərbaycan Texniki Universitetinə də aiddir.
Azərbaycan Politexnik İnsitutunun müstəqil ali məktəb kimi yaranması fikri 1945-ci ildə Alman-Sovet müharibəsi qutaran kimi ortaya gəlmişdi. Çünki, müha-ribə nəticəsində dağılmış xalq təsərrüfatının bərpa edilməsinə, zavod və fabriklərin yaradılmasına başlanmışdı. Müxtəlif sahələr üzrə mühəndis kadrlarına böyük ehtiyac yaranmışdı. Fəaliyyət göstərən Azərbaycan Sənaye ainsitutu isə əsasən neft sənayesi üçün mühəndislər hazırlayırdı. Bunları nəzərə alan Azərbaycan rəhbərliyi Bakıda yeni texniki ali məktəb açmaq məqsədilə SSRİ hökuməti qarşısında vəsatət qaldırmışdı. 1945-ci il oktyabr ayının 20-də SSR XKS Azərbaycan Politexnik İnsi-tutunun açılması haqqında xüsusi qərar qəbul edir. Qərarın yerinə yetirilməsi SSRİ Ali Təhsil Nazirliyinə tapşırılmışdı. Lakin SSRİ-nin o zamankı Ali Təhsil Naziri S.V.Kaftanov müxtəlif bəhanələr gətirərək Bakıda yeni texniki ali məktəb yarat-maq əvəzinə Azərbaycan Sənaye İnsitutunda müvafiq fakültələr açmağı təklif etmiş və Azərbaycan rəhbərliyinə razılıq verməsi üçün müraciət də etmişdir.

Azərbaycan rəhbərliyi təklifi qəbul etməmişdir. Məsələ ilə bağlı Azərbaycan hökuməti və AKP MK 24 iyun 1947-ci il tarixli xüsusi qərar qəbul etmişdi. Sənəd-də SSRİ hökumətindən Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması haqqında 20 oktyabr 1945-ci il tarixli qərarın yerinə yetirilməsi üçün SSRİ Ali Təhsil Nazirliyinə müvafiq tapşırıq verilməsi xahiş edilirdi. Bundan sonra məsələ həllini tapdı. 1950-ci ilin noyabr ayında Bakı şəhərində, Azərbaycan Sənaye İnsti-tutundan ayrılan, tərkibində inşaat, mexanika, dəmir yolu və hidromeliorasiya fakültələri olan Azərbaycan Politexnik İnsitutu təşkil edildi. Əslindı bununla insitut ikinci dəfə yaradılması tarixinə və 1923-cü ildəki Azərbaycan Politexnik İnsitutu adının bərpasına nail oldu. Beləliklə 20 illik fasilədən sonra Azərbaycan Politexnik İnsitutu müstəqil fəaliyyətə başladı. Lakin yeni bərpa olunmuş insitutut bir çox problemlərlə üzləşdi. Belə ki, uzun illər Azərbaycan Sənaye İnsitutunda yaranmış maddi-texniki bazanın cuzi bir hissəsi AzPİ-yə verilmişdi. İnsitutut üçün ixtisas-laşmış bina ayrılmamışdı. Auditorya fondu yaxşı vəziyyətdə deyildi. İxtisas fənlə-rini tədris etmək üçün milli kadrlar, elmi dərəcəsi olan müəllimlər və tələbələr üçün yataqxanada yer çatışmırdı. Təşkil olunduğu gündən 1955-ci ilin sentyabrına qədər insitutun binası üç dəfə dəyişdirilmişdir. Bu da maddi-texniki bazanın möh-kəmləndirilməsinə mənfi təsir göstərmişdir.

Azərbaycan Sənaye İnsitutundan Politexnik İnsitutuna keçirilmiş 11 kafedradakı 57 nəfərdən ibarət professor-müəllim heyyətinin əksəriyyəti başqa millət-lərdən olduğu üçün dərslər, xüsusilə ixtisas fənləri rus dilində aparılırdı. Ancaq bu çətinliklərə baxmayaraq tədris prosesi öz məcrasına salınmışdı. Görülən təşkilati-texniki tədbirlər nəticəsində insitutda tədris-metodiki və elmi-tədqiqat işləri günün tələbləri səviyyəsində yenidən quruldu. Geniş miqyaslı tədbirlərin həyata keçiril-məsində politexnik insitutu rektorlarının üzərinə müstəsna məsuliyyət düşürdü.

Azərbaycan Politexnik İnsitutu yenidən müstəqil şəkildə fəaliyyətə başlayanda onun ilk rektoru Mahmud Tağı oğlu Məmmədov (1950-1954-cü illər) olmuşdu. M.T.Məmmədov təhsil ocağının problemlərinin həlli ilə böyük səylə məşğul olmuş və çətinliklərin öhdəsindən layiqincə gəlmişdir. Xüsusilə pedoqoji kadrların hazır-lanması işinə xüsusi diqqət vermişdi. 1950-1951-ci tədris ilində insitutda 1480 tələbə təhsil alırdı. Onlardan 605 nəfəri azərbaycanlı idi. 1951-ci ildə olmuş ilk buraxılışda 251 nəfər tələbə insitutu bitirərək mühəndis adını almışdır (Məmmədov H. Azərbaycan Texniki Universiteti, Bakı,2010,s.15). Həmin ili insitutda 31 kafedra fəaliyyət göstərirdi. Bunlardan yalnız on üçünün rəhbəri azərbaycanlı idi. Milli kadr çatışmamazlığını nəzərə alan insitutut rəhbərliyi təhsilin başa vurmuş əlaçı azərbaycanlı tələbələrin bəzilərini insitututda işləmək üçün kafedralarda sax-layır, sonra SSRİ-nin müxtəlif elm və təhsil ocaqlarına məqsədli aspiranturaya göndərirdi. Beləliklə görülən tədbirlər nəticəsində az müddət içərisində AzPİ ali məktəblər sırasında layiqli yer tutmuşdu.

1954-cü ilin iyun ayından AzPİ-yə rektor vəzifəsinə t.e.n.dos. Abuzər Əjdər oğlu Əliyev təin edilir. O 1937-1950-ci illərdə Sənaye İnsitutunda elmi-pedoqoji fəaliyyət göstərmişdi. A.Ə.Əliyev 1954-1962-ci illərdə AzPİ-də rektor olduğu dövrdə tədris korpusları, stadion, yataqxana binalarının tikilməsinə, tələbələri və əməkdaşları cəlb etmiş, özü isə bir çox layihələrin işlənməsi və tikilməsinə rəhbər- lik etmişdir. AzTU-nun III binası 1960-cı ildə A.Əliyevin layihəsi və tələbələrin gücü ilə qısa müddətdə istifadəyə verilmişdi. Bunlarla birlikdə o, tədris otaqlarının çatışmamasını nəzərə alaraq professor-müəllim və tələbə kollektivinin gücündən istifadə edərək həm də insitutun indiki binasının əsas hissəsini rekonstruksiya etmişdi. Nəticədə əsas binada tədris və inzibati otaqların sayı genişlənmişdi. İnsi-tutun həyətindəki iki mərtəbəli tədris emalatxanaları binası, tələbələr üçün yataqxana, müəllimlər üçün 60 mənzilli yaşayış binası onun təşəbbüsü və rəhbərliyi ilə qısa müddətdə tikilərək istifadəyə verilmişdi. AzTU-nun indiki ikinci binası o vaxt BDU-nun yataqxanası idi. BDU üçün yataqxana tikildikdən sonra, ikinci bina AzPİ-yə verilmişdi. Görülən tədbirlər nəticəsində AzPİ birinci dərəcəli institut statusu almışdı. Bu vaxt AzPİ-nin 4 fakültəsində 20 ixtisas üzrə 3149 tələbə oxu-yurdu. Onlardan 2086 nəfəri azərbaycanlı tələbə idi. 1950-1957-ci illərdə isə xalq təsərrüfatının müxtəlif sahələri üçün 2385 mühəndis hazırlanmışdı. Onnların 1430 nəfəri azərbaycanlı idi. AzPİ-də tələbələrin təhsili və tərbiyəsi ilə 1957-ci ildə 41 kafedrada cəmləşmiş 8 professor, 78 dossent, 186 müəllim (AzTU-nun Elmi əsər-ləri, X cild, №3, Bakı,2001,s.7) məşğul olurdu.

Sənaye, elm və texnikanın yeni sahələri üzrə mütəxəsis hazırlığını təmin etmək üçün 1960-cı illərdə avtomatika və hesablama texnikası (1961), Texnolo-giya 1962), elektrotexnika (1964) və Metalurgiya (1964), fakültələri fəaliyyətə başlamışdı. Beləliklə qısa müddət ərzində, AzPİ keçmiş SSRİ-nin texniki profilli mühəndis kadrları hazırlayan ən böyük təhsil müəssisəsinə çevrilmişdi. 1961-ci ilə qədər AzPİ-nin yaranmasının 10 ili ərzində xalq təsərrüfatının müxtəlif sahələri üçün institut 3956 mühəndis hazırlamışdı ki, onların 2800 nəfərdən çoxu azərbay-canlı idi (Məmmədov H.Ə.Göstərilən əsəri. s.18).

1962-1968-ci illərdə AzPİ-nin rektoru memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasəmzadə olmuşdur. Onun rektorluğu dövründə AzPİ bir sıra ciddi nailiyyətlər əldə etmişdir. Bu illərdə insitutda geniş abadlıq işləri aparılmış, əsas binanın V mərtəbəsi tikilmiş, II bina başa çatdırılmış, IV vəV binanın özülü qoyulmuşdu. Yataqxana kimi istifadə olunan III bina rekonstruksiya edildikdən sonra əsaslı kitabxana orada yerləşdirilmişdi. Tələbələr üşün 4 yeni yataqxana binası tikilmişdir. Müasir idman sarayının, Memarlıq İnşaat Universi-tetinin 16 mərtəbəli əsas binasının tikintisi də bu dövrdə başlamışdı. Tədris və elm sahəsində dəyişikliklər olmuş, yeni fakültələr açılmış, bir sıra ixtisaslar, kafedralar və laborotoriyalar işə salınmışdır. Aspirantura yolu ilə gənc müəllimlər Moskva, Sankt-Peterburq və başqa şəhərlərə göndərilmişdi. İndi AzTU da çalışan alimlərin bir çoxu 60-cı illərin yetirmələridirlər.

1968-ci ildə AzPİ-nin rektoru vəzifəsinə t.e.d.prof. AMEA-nın müxbir üzvü Rza Əbdül oğlu Bədəlov təyin edilmişdir. Bir il sonra, 1969-cu ilin dekabr ayında Azərbaycan Politexnik İnsitutuna məşhur metalurq və ictimai-siyasi xadim Çingiz İldırımın adı verilmişdi. 1983-cü il aprel ayının 28-də isə insitutun əsas binasının qarşısında onun büstü qoyulmuşdu.

Azərbaycan Politexnik İnsitutunda 1970-ci ildə “memarlq” fakültəsi yaradıldı. “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrası isə ayrılaraq fəaliyyətə baş-ladı. Həmin il insitutda təhsl müddəti bir il olan “hazırlıq şöbəsi” və onunla paralel olaraq təsərrüfat hesabı ilə işləyən hazırlıq kursları açıldı. 1 sentyabr 1970-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Gəncə şəhərində AzPİ-nin filialı təşkil olundu. Filialda “Maşınqayırma texnologiyası”, “Metalkəsən dəzgahlar və alətlər”, “Yeyin-ti istehsalı, maşın və avadanlıqları”, “Toxuculuq sənayesi, maşın və avadanlıqları” ixtisasları üzrə mütəxəsislər hazırlamağa başlamışdı.

AzPİ-nin möhtəşəm “İdman sarayı” 1973-cü ildən istifadəyə verilmişdi. Bu illərdə fakültə və yeni kafedralar yaranmışdı. Artıq 1975-ci il üçün Azərbaycan politexnik insitutu elm və texnika üzrə müasir ixtisaslarının sayına görə ölkənin ən böyük ali təhsil müəssisələrindən birinə çevrilmişdi. 11 fakültədə 50-dən artıq ixtisas üzrə 20 mindən çox tələbə təhsil alırdı. İnsitutda çalışan professor-müəllim heyətinin sayı 1150 nəfərə çatmışdı. Onlardan 33 nəfəri elmlər doktoru, professor, 471 nəfəri isə elmlər namizədi dosent idi. 1975-ci ilə kimi AzPİ xalq təsərrüfatı üçün müxtəlif ixtisaslar üzrə 26 mindən çox mühəndis kadrı hazırlamışdı (Məmmədov H.Ə. Göstərilən əsəri. s.22-23). Göstərilənləri nəzərə alaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə SSRİ və Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən AzPİ-nin “Memarlıq”, “İnşaat”, “Hidromeliorasiya” və “Nəqliyyat” fakültələrinin bazasında “Azərbaycan İnşaat Mühəndisləri İnsitutu” yaradıldı.
1976-1989-cu illərdə AzPİ-nin rektoru vəzifəsində t.e.d., Azərbaycanın Əməkdar elm xadimi, professor Mirzəağa Əyyub oğlu Bağırov işləmişdir. Bu illərdə insitutun maddi-texniki bazasını möhkəmləndirmək üçün tikinti işləri apa-rılmışdı. 1977-ci ildə institutun 6 fakültəsində 33 ixtisas üzrə kadr hazırlanırdı. Təhsil alan 9400 tələbənin təhsili ilə 39 kafedrada çalışan 600 professor-müəllim heyyəti məşğul olurdu. Onlardan 21 nəfəri elmlər doktoru, professor, 250 nəfəri isə elmlər namizədi, dosent idi. Bir sıra ixtisaslar üzrə hələ 1970-ci ildən kadr hazır-lanmasına başlansada, geniş şəkildə 1978-ci ildən AzPİ-də xarici ölkələr üçün mütəxəsis hazırlanmasına başlanmışdı. 2010-cu ilə qədər 40 ölkədən 12 ixtisas üzrə 2250 nəfərə qədər mühəndis, bakalavr, magistr hazırlanmışdı.
Azərbaycan Politexnik İnstitutunda və bütövlükdə Azərbaycanda elmi və təhsili inkişaf etdirərək yüksək səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin xidmətləri böyük olmuşdu. 1981-ci ildə ümummilli liderin Azərbaycan Politexnik İnsitutuna gəlməsi, tələbə və müəllimlərlə görüşməsi insitutun tarixində mühüm hadisə olmuş və insitutun maddi-texniki bazasının yaxşılaşdırılmasına güclü təkan vermişdi. Bundan az sonra ulu öndərin göstərişi ilə 1984-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin maddi-texniki bazasının genişləndirilməsi haqqında qərarı mühüm əhəmiyyət kəsb etmişdi. Qərarda 96 mənzilli kooperativ evin inşa edilməsi, tələbə şəhərciyinin salınması məqsədilə vəsait ayrılması və bir çox məsələlərin həlli nəzərdə tutulurdu.
Bütün bu işlərin nəticəsi olaraq təhsil ocağında tələbələrin və professor-müəllim heyyətinin tərkibində artım özünü göstərmişdi. Belə ki, 1989-cu ildə institutda 49 kafedra fəaliyyət göstərirdi. 903 nəfər professor-müəllim heyətindən 47 nəfəri elmlər doktoru, professor, 457 nəfəri isə elmlər namizədi, dosent idi. Təhsil alan tələbələrin sayı 12893 nəfərə çatmışdı. Ümumiləşdirərək demək olar ki, 1951-1990-cı illər ərzində AzPİ xalq təssərrüfatı üçün 62 ixtisas üzrə 52319 nəfər mühəndis kadrı hazırlamışdı. (Məmmədov H.Ə. Göstərilən əsəri.s.30).

1989-cu ildə AzPİ-nin rektoru t.e.d.prof.AMEA-nın müxbir üzvü R.S.Qurbanov, 1990-cı ildən t.e.n., prof.Əli Hidayət oğlu Sadıxov və 1992-ci ilin dekabrından 1993-cü ilin dekabrına qədər isə AzTU-nun rektor əvəzi t.e.n.dos. A.O.Orucov olmuşlar.

Ç.İldırım adına Azərbaycan Politexnik İnsitutu qısa bir müddətdə, 18 fevral -24 sentyabr 1991-ci ildə Ç.İldırım adına Azərbaycan Mühəndis Texniki Universiteti adlandırılmışdı.
24 sentyabr 1991-ciildən isə Azərbaycan Texniki Universiteti adlanır.

1993-cü ilin sonunda AzTU-nun rektoru vəzifəsinə t.e.d.prof.R.İ.Mehdiyev təyin olunmuşdur. Bu dövrdə AzTU-da yeni kafedralar və fakültələr açıldı. Avropa təhsil sisteminə inteqrasiya, ali məktəblər qarşısında duran əsas məsələlərdən biri olmuşdu. 1992-1993-cü tədris ilindən başlayaraq AzTU-da ikipilləli ali təhsil sistemi üzrə mütəxəsis hazərləğına başladı.

Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 3 yanvar 2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə t.e.d.professor, əməkdar elm xadimi Havar Əmir oğlu Məmmədov təyin edildi. İlk gündən təhsil sisteminin təkmilləşdirilməsi, tədris prosesində yaranmış pəra-kəndəliyin aradan qaldırılması, intizamın və nəzarətin gücləndirilməsi istiqamə-tində ciddi fəaliyyətə başladı.Tədris plan və proqramları yenidən hazırlandı. 2006-cı ildən başlayaraq 2009-2010-cu tədris ilinə qədər bütün universitetin kredit sisteminə keçirildi. Yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq 68 ixtisas üzrə baza tədris proqramları və tədris planları yenidən işləndi. Tədris intizamı möhkəm-ləndirilmiş və tələbkarlıq xeyli artmışdı. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər həyata keçirilmişdir. 20 ildən çox bir müddətdə tikintisi yarımçıq qalmış 10 min kvadratmetr sahəsi olan 7 mərtəbəli tədris binasının inşası başa çatdırılmış və 2010-cu ildə tam olaraq tələbə və müəl-limlərin istifadəsinə verilmişdir. 700-dən çox müasir kompüterlər tələbə və profes-sor-müəllim heyyətinin istifadəsinə verilmişdir. Universitetdə 10-dan çox kompü-ter sinfi, 200-dən çox kompüter olan informasiya tədris mərkəzi fəaliyyət göstərirdi.

2010-cu ildə universitetdə 9 fakültə və 47 kafedra fəaliyyət göstərirdi. 26 istiqamət, 68 ixtisas üzrə 2010-2011-ci tədris ilində 7096 tələbə bakalavr və magistr təhsil alırdı. Tələbələrin təhsili ilə 610 nəfər professor-müəllim heyyəti, o cümlədən 79 elmlər doktoru, professor, 34 elmlər namizədi, dosent məşğul olurdu.
Dövlət və hökumət işlərində çalışan universitetin məzunları etimadı layiqincə doğruldurlar.

Belə ki, uzun illər yüksək dövlət vəzifələrində çalışan və hal-hazırda uğurla fəaliyyət göstərən, respublika qarşısında xidmətləri olan məzunların sayı 70 nəfərdən çoxdur. Onlardan 30 nəfərindən çoxu dövlət orqanlarında məsul vəzifələrdə işləyənlər və 15 nəfəri isə millət vəkilləridirlər.

Universitetdə çalışmış, hazırda fəaliyyət göstərən və yaxud məzunlarından 12 nəfər AMEA-nın həqiqi və müxbir üzvü, 12 nəfər Əməkdar elm xadimi, 13 nəfər fəxri doktor və 4 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçü olanlardı. Azərbaycan Poli-texnik İnsitutunun inkişafında xüsusi xidmətləri olan və bu gündə adları əziz tutu-lan 20 nəfərə qədər alim onun tarixinə həkk olunmuşdur. Onlardan Həbib Məmmədov, İsrafil Qarayev, Hüseynağa Muradxanov, Şıxbala Əliyev, Zahid Əlizadə, Almas Acalov, Həbib Abbasov, Fyodr Yaroşevski, Səid Sultanov, Hənifə Süleymanov, Midhəd Orucəliyev, Sergey Vladenskin, Nadir Qasımzadə, Əli Novruzov, Səmayə Rəfili, Kamal Məmmədov, Ənvər Nəcəfov, Fatma Süleymanova və başqaları indi də hörmətlə yad edilir.

2010-cu ildə Azərbaycan Texniki universitetinin yenidən yaranma tarixi - 60 illik yubleyi dövlət səviyyəsində qeyd olunmuşdu. Yubiley münasibətilə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə universitetin 48 nəfər əməkdaşı dövlət təltifləri və fəxri adlarla mükafatlandırılmışdır. O cümlədən Universitetin rektoru, prof. Havar Məmmədov “Şöhrət” ordeni ilə təltif olunmuşdu.

Azərbaycanda texniki məktəbin yaranmasından 133 il, AzTU-nun yaranmasından isə 100 il keçməsinə baxmayaraq, universitetdə bu tarixləri əks etdirən böyük muzey yoxdur. Yalnız 2000-ci ildən başlayaraq tarixi nailiyyətləri qoruyub saxlamaq, onları təbliğ etmək, dövlətçiliyimizi öyrənmək və tələbələrin vətənpər-vərlik tərbiyəsində rolunu nəzərə alaraq muzey yaradılması məsələsi gündəmə gətirmişdi. Mövcud çətinliklərə baxmayaraq, universitetin “Tarix və dövlətçilik” adlı muzeyi 2003-cü ildə yaradıldı. Muzeyin yaradılmasında və onun zənginləşdirilməsində professor H.Ə.Məmmədovun, tarix elmlər doktoru, professor Ş.M.Qasımovun, professor R.İ. Şükürovun və dosent Z.M.Sultanzadənin böyük əməkləri olmuşdu. Muzeyin ən görkəmli guşəsi ulu öndər Heydər Əliyevin və respublika prezidenti İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirilməsinə həsr edilmişdi. Bununla yanaşı muzeydə, Texniki universitetin Azərbaycanın inkişafı ilə paralel tarixini əks etdirən ayrı-ayrı guşələr, “gənclər gələcəyimizdir” adlı bölmə, nümayiş etdirilən sənəd və şəkillər daha maraqlı idi.

2016-cı ilin sentyabrından 2019-cu ilin iyuluna qədər AzTU-nun rektoru vəzifəsini i.e.n.,dosent X.M.Yahudov icra etmişdi. Bu dövrdə təhsilin, təlim və tərbiyənin mövcud tələblər səviyyəsində aparılmasına səy göstərilmişdi. Təmir-tikinti işlərinin tamamlanması istiqamətində xeyli iş görülmüş və ümumilikdə universitet öz aparıcı mövqeyini qoruyub saxlamışdı.

2019-cu ilin iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi. İlk gündən prof. V.M.Vəliyev öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkədə apardığı siyasət və həyata keçirilən islahat proqramına uyğun qurmuşdur. Universitetdə tədris prose-sinin, elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq, təlim-tərbiyə işlərinin səviy-yəsini gücləndirmək məqsədilə əsaslı işlər aparılır. Tədris nizam-intizamına nəzarət gücləndirilmiş, tələbkarlıq və qayğı artırılmışdır. Universitetdə struktur islahat-ları aparılır. Fakültələrin adları zamanın tələbinə uyğun olaraq dəyişdirilmiş və birləşmələr aparılmışdır. Ehtiyac olmayan şöbələr ləğv edilmiş və yaxud müasir inkişafla uyğunlaşan şöbələr yaradılmışdır. Bəzi kafedrlar ixtisaslaşmaya uyğun olaraq birləşdirilmişdir. Qısa müddətdə tədris prosesində yeni yanaşma aparılmış, gənc kadrların irəli çəkilməsinə üstünlük verilmişir. İlk dəfə olaraq universitet tarixində tələbə rektor seçilmiş və onların fəaliyyətinə sərbəstlik verilmişdir. Kol-lokvum və imtahanların keçirilməsində yeni yanaşma tətbiq edilmiş, silsilə şək-lində mədəni-kütləvi tədbirlər keçirilir və universitetin xarici əlaqələri genişlənir.

Hazırda AzTU-da “Nəqliyyat və logistika”, “Energetika, elektrotexnika və avtomatika”, “Metalurgiya və materialşünaslıq”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları”, “Xüsusi texnika və texnolo-giya”, “İqtisadiyyat və idarəetmə” fakültələri, Əcnəbi tələbələrin təhsili şöbəsi, Sabah mərkəzi və 31 kafedra fəaliyyət göstərir. 26 istiqamət, 67 ixtisas üzrə 9000 bakalavr və 600 nəfərdən çox magistr səviyyəsində tələbə təhsil alır. Dokturantura yolu ilə 80 nəfər öz təhsilini davam etdirir. Universitetdə işləyən 1212 nəfər əmək-daşın 642 nəfəri professor-müəllim heyyətidir. Onlardan 77 nəfəri elmlər doktoru, 69 nəfəri professor, 308 nəfəri elmlər namizədi, 264 nəfəri dosent, 200 nəfəri baş müəllim, 12 nəfəri müəllim və 45 nəfəri asisentdir. Tədris köməkçi heyyətinin tərkibində 232 nəfər və inzibati-təsərrüfat iişlərində isə 338 nəfər çalışır.

Qarabağ döyüşlərində şəhid olmuş 50 nəfər tələbə və məzunlardan 10 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi, 4 nəfərinin aprel çəhidi olması (9 nəfəri ölümündən sonra) təhsil ocağında hərbi-vətənpərvərlik tərbiyəsi işinin əyani göstəricisidir.

Texniki universitetin nadir memarlıq abidəsi sayıla bilən 14 min kv.metr sahəyə malik əsas binası və böyük tədris laborotoriyaları var. 500 min kitab fondu olan əsaslı kitabxanası, Heydər Əliyev mərkəzi, oxu zalları, kompüyüter və televiziya mərkəzləri, yeməkxana, poliklinikası, nəşriyyatı, mətbəəsi, Eimi əsərlər məcmuəsi, möhtəşəm idman sarayı, Nabranda Xəzərin sahilində yerləşən istirahət guşəsi və s. var ki, bunlar hamısı professor-müəllim heyyətinin və tələbələrin istifa-dəsinə verilmişdir.

Bunlarla yanaşı, universitetdə aparılan əsaslı bərpa və təmir işləri nəticəsində 2003-cü ildən fəaliyyət göstərən muzey köçürülmüş və yenidən tərtib olunma-mışdır. 100 illik tarixi olan Texniki Universitetin əsaslı tarixini əks etdirən bir muzeyin olması şübhəsiz ki, böyük tərbiyəvi əhəmiyyətə malik olardı. Belə ki, 100 il ərzində universitetin həm Azərbaycan, həm də xarici ölkələr üçün mühəndis və alimlər hazırlanması sahəsində əldə etdiyi nailiyyətlər burada nümayiş etdirilə bilər. Müxtəlif dövrlərdə ali təhsil ocağına rəhbərlik etmiş rektorların, burada işləmiş görkəmli alimlərin portretlərinin asılması, müharibə veteranları, Qarabağ müharibəsində şəhid olmuş, sücaət göstərmiş və Milli Qəhrəman adına layiq görülmüş məzunlarımız üçün xüsusi guşələrin yaradılması daha əhəmiyyətli olardı.

Azərbaycan Texniki Universitetinin yaranma və fəaliyyəti tarixini izlədikcə bu qənaətə gəlmək olur ki, AzTU-da mühəndis kadrların hazırlanması, texniki elmlərin inkişafı sahəsində qazanılmış uğurlar 100 illik yubileyin geniş şəkildə keçirilməsinə tam əsas verir. Şübhəsiz ki, yubileyləri qeyd olunan ali təhsil ocaqları kimi, Texniki məktəb olaraq 133 və AzTU kimi isə 100 illik yubiley tədbiri respublikamızın ictimai-siyasi və mədəni həyatında mühüm bir hadisə olacaqdır.

Şikar Qasımov
Azərbaycan Texniki Universiteti,
”İctimai fənlər” kafedrasının müdiri,
tarix elmlər doktoru, professor,
ZiM.Az-ın redaksiya heyətinin üzvü


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: