Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..
MÜZAKİRƏ ÜÇÜN

Əziz dostlar,
hörmətli eloğlular!..
Sevimli elqızlarımız,
dəyərli soydaşlarımız!...


Mən indi müzakirənizə verdiyim bu mövzu haqqında bir neçə dəfə yazmışam və
bir neçə dəfə mötəbər məclislərdə çıxış etmişəm.
Amma bu günlərdə sosial şəbəkələrdə yazılanlara, bilərəkdən və yaxud da bilməyərəkdən, bəlkə də sifarişlə - məqsədli şəkildə Gürcüstandakı Anadilli məktəblərimizin gürcüləşdirilməsi yönümündə güclü "təbliğat" aparıldığını gördükdə, yenədən bu mövzuya qayıtmağa məcbur oldum...

Bəli, Gürcü dilini öyrənmək, yaxşı bilmək lazımdır!..
Amma bu ana dilli məktəblərimizin gürcüləşməsi hesabına olmamalıdır!..
Bizlər Ana dilli məktəblərimizi gürcü məktəblərimizə çevirməməliyik!!!

Gürcü dilində təhsil almaq istəyənlər gürcü məktəblərində oxuya bilərlər. Amma unutmamalıyıq ki, bağlanmış bir ana dilli məktəbi sonradan bərpa etmək mümkün olmayacaq. (Keçmişdə bağlanmış ana dilli ali, orta ixtisas və ümumtəhsil məktəblərimiz - Tiflis Müəllimlər İnstitutu, Borçalı Pedaqoji Texnikumu, eləcə də Bolnisi və Dmanisidəki texnikumların və məktəblərin hansı yenidən bərpa olunub və ya hansı yenisi açılıb???)...

İnanın, allah eləməsin, əgər Gürcüstandakı anadilli məktəblərimiz bağlanarsa, ondan sonra bizlər öz doğma yurdumuzda sözün əsl mənasında QONAQ kimi yaşamağa məcbur olacağıq!..

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, əgər söhbət inteqrasiyadan gedirsə və inteqrasiyanın əsas şərti yaşadığın dövlətin dilində oxumaqdırsa, onda bircə anlıq yaxın keçmişimizi yada salaq. 30-40 il öncə Sovet dönəmində nədən bütün məktəblərin rus dilli və ya gürcü dilli olmasını istəmirdik?!.. Bütün ziyalılarımız ana dilli məktəblərimizin inkişafına çalışırdı. Kaxetidə, Msxetidə, Qoridə və başqa bölgələrdə yaşayan soydaşlarımız nədən öz doğma dillərində təhsil almaları üçün, həmin kəndlərdə Azərbaycan dilli məktəblərin və ya heç olmasa sinif və ya qrupların açılması üçün dəridən-qabıqdan çıxır, gecə-gündüz mübarizə aparırdılar?!. Hətta dəfələrlə Moskvaya qədər belə şikayətə, xahişə, minnətə gedirdilər?..
Yaxud da indi, nədən gürcülər özləri dünyaya inteqrasiya olunmaq istəmirlər?!.
Yaxşı olar ki, onda dövlət rəhbərləri öz gürcü məktəblərini bağlayıb, bütün məktəbləri ingilis dilli məktəblər etsinlər... bütün vətəndaşlar - hamı bir dildə - ingiliscə oxuyub və bütün dünyaya da elə birlikdə inteqrasiya olunsunlar...
Bu fikir tamamilə yanlış və səhv fikirdir!..

Bu inteqrasiya gedən yol deyil!.. Heç kiçik cığır da deyil!.
Bu assimilyasiya döğru gedən böyük bir şosse yoludur!..


Bizlər öz doğma Anamızı sevdiyimiz qədər Ana dilimizi də sevməliyik!..
Ana dilli məktəblərimizi isə müqəddəs ibadətgahlarımız kimi, daha dəqiq desəm, doğma Anamız kimi - Vuran Ürəyimiz, Döyünən Qəlbimiz,Görən Gözümüz - Göz bəbəyimiz kimi qorumalıyıq!..

İnanın mənə, Anadilli məktəbdə təhsil almayan insan - Anasız qalmış yetim bir insan kimidir və hətta, inciməyin, deyərdim ki, həm də Kordur!..
Çox xahiş edirəm ki, bircə anlığa, başqa dillərdə təhsil almış və hazırda öz ana dilində danışa bilməyən tanıdığınız insanları gözünüzün qabağına gətirin.
Hətta, xaricdə yaşayan görkəmli alimlərimizi, məşhur soydaşlarımızı xatırlayın. Onların bəziləri nə qədər savadlı, dünyagörmüş olsalar belə, yenə də sizlərin yanında sanki şikəst kimi görünürlər.
Elə deyilmi?..
Bəlkə, mən səhv edirəm?!..

* * *
P.S.: Bəzi soydaşlarımızın müzakirə zamanı yazdıqlarına cavab olaraq, aşağıdakıları da əlavə etməyi özümə borc bilirəm:
* * *

Mən dəyərli soydaşlarımız!..
Sizlərdən artıq dərəcədə çox xahiş edirəm ki, sosial şəbəkələrə nəsə yazanda nəzərə alaq ki, bizim yazdıqlarımızı təkcə biz Borçalılılar deyil, hamı oxuyur, dostlarımız da, düşmənlərimiz də... Ona görə də, gəlin bəzi məsələləri açıb-ağardanda elə edək ki, bizləri sevməyənlər bizlərə gülməsinlər.
Əzizlərim!.. Bəli, çox doğrudur ki, dünyanın hər yerində olduğu kimi, Borçalının bəzi kəndlərində də bəzi ailələrdə qızlar vaxtından əvvəl 15 yaşında evlənirlər.
Bu problem Borçalıda var, mövcuddur. Bunu danmaq olmaz!..

Ancaq nəzərə alın ki, Azərbaycan qanunlarında evlənməyin yaş həddi 17-dirsə, Gürcüstan qanunlarına görə bu yaş həddi 18-dir.
Ona görə də bu məsələni bir o qədər də şişirtmək, başqalarını üstümüzə güldürmək, məncə lazım deyil.
Bizləri yaxından tanımayanlar elə düşünməsinlər ki, Borçalının hər yerində, hər bir ailədə qızları məcburi şəkildə 15 yaşda və ya daha tez evləndirirlər...

Gürcüstanda yaşayan soydaşlarımızın gürcü ictimai-siyasi həyatına inteqrasiya ola bilməmələrinin səbəbini gürcü məktəbində oxumamaqda və qızlarımızın 15 yaşında evlənmələrini səbəb göstərənlərə isə üzümü tutaraq bildirirəm ki, Ana dilində təhsil almaq, gürcü dilini öyrənmək və qızlarımızın vaxtında evlənməsi - bunlar tamamilə başqa-başqa mövzulardır... çox xahiş edirəm ki, nə olar, bunları bir-birinə qarışdırmayaq...

* * *

Çox hörmətli soydaşlarımız!..

Başkeçidin mərkəzində - indiki Dmanisidə də, Bolnisidə də, Sarvanda - indiki Marneulidə də, Qarayazıda - indiki Qardabanidə də, Tiflisdə - indiki Tbilisidə də və eləcə də qonşu bir neçə kəndlərdə də kifayət qədər gürcü məktəbləri var.
Əgər kimsə övladını gürcü məktəbində oxutmaq istəyirsə, zəhmət çəkib övladını həmin gürcü məktələrində birinə qoya bilər... İnciməyin, bunun üçü heç zəhmət də çəkməyə ehtiyac yoxdur. Çünki bizim balalarımız düşünən bəzi iş adamları və qeyri-hükumət təşkillatları xüsusi servis - avtobus ayırıb ki, uşaqlar rayon mərkəzindəki və ya qonşu kəndlərdəki gürcü məktəblərinə gedib-gələ bilsinlər!.. (Bəli, "Gedib-gələ bilsinlər!.."... Çünki onları uşaqların təhsili yox, ancaq gürcü məktəbinə gedib gəlmələri maraqlandırır!..)

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!.. Amma onu da xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, heç kəsə haqq - ixtiyar verilməyib ki, xalq-millət-el-oba üçün adi bir daşı-daş üstünə qoymayan kimlərsə, ata-analarımızın, baba-nənələrimizin böyük əzab-əziyyətləri hesabına açılmış ana dilli məktəblərimizi öz şəxsi istəkləri naminə bağlaya və ya "gürcüləşdirə"lər!..

* * *

Yəqin ki, mənim dostcasına yazdığım bu sözlərimdən
heç kəs inciməz..
Sağ olun, diqqətinizə görə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram!...


Böyük hörmət və ehtiramla,
Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
Müəllimlərə sertifikatlar təqdim olunub

Müəllimlərə sertifikatlar təqdim olunub

Borçalı
Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Ziyalılar Gürcütanda Azərbaycan dilli universitetin təsis edilməsi ilə bağl ...

Borçalı
ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi  ...

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi ...

Tiflis
Dmanisi rayonundakı Azərbaycan dilli məktəblilər arasında olimpiada keçiril ...

Dmanisi rayonundakı Azərbaycan dilli məktəblilər arasında olimpiada keçiril ...

Başkeçid
Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstan, Qarayazı
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması ü ...

AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması ü ...

Qarabağ, Borçalı
MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

Qaracalar, Köşə yazılar

"Gürcüstanda soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problem ...

Borçalı
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər təqdim ediləcək

Tiflis
Yeni QHT:

Yeni QHT: "Gürcüstanda Azərbyacanlı Müəllimlər İttifaqı" (GAMİ)

Gürcüstan, Qarayazı
ABAY PAŞAYEV (1958)

ABAY PAŞAYEV (1958)

TDPİ-nin Azərbaycan bölməsi
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Ədəbi əlaqələr, "Region-Press"
Məzlumluqdan mübarizliyə doğru

Məzlumluqdan mübarizliyə doğru

Borçalı, Köşə yazılar
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
MUXRAN ÇÖKƏYİ

MUXRAN ÇÖKƏYİ

"Varlıq", Msxeta
Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Borçalı, Siyasət
Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Borçalı
Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Azərbaycanın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Azərbaycandilli ...

Tiflis, Qarayazı, Diaspora
Rəy yazın: