Axı kitab oxumaq mədəniyyətdir!

Axı kitab oxumaq mədəniyyətdir! Hər hansı bir mədəniyyət formasını inkişaf etdirmək zaman və zəhmət tələb edir, oxumaq mədəniyyəti bunun bir hissəsidir. Türkiyəli yazar Murat Menteş deyir: ’’Hər fel bizə bir bir şey öyrədir. Yerimək məsafə haqqında bizə bir fikir verir, məsafə duyğumuzu inkişaf etdirir. Və yaxud mənzərə seyr etmək bizə bir şey qatar . Oxumaq da bizə bir çox şey öyrədir. Oxumağın dəyəri onun bizə bir çox şeyi bir arada qavradan proses olmasındadır. Xatırlamaq duyğusunu misal göstərə bilərik, məsələn, 23 - cü səhifədə oxuduğumuz şeyin 273-cü səhifə ilə bir bağlantısı olması gözlənilir, oxuduqca xatırlama qabiliyyətimiz güclənir. Oxumaq həmçinin zehni hərəkətə keçirir. Oxumaq bizə vəfa duyğusu haqqında fikir verir.Tutaq ki, 3 ay əvvəl bir kitaba başladıq, bu gün biz ona geri dönürük. Bir şeyə geri dönmə , kənarda buraxmama , vaz keçməmə kimi hislərə sövq edir bizi. Oxumağın çox ayırıcı, yüksəldici tərəfləri vardır. İnsanlara bunu qavratmaq lazımdır. Kitablardan öyrəndiyimiz nəyisə unutmarıq, oxuyaraq öyrənmək izləyərək öyrənməkdən çox fərqlidir, bir şeyi oxuyaraq izlədiyimizdə içimizdə dərin hiss buraxır. Yerinə başqa heç bir şey qoyula bilməyəcək bir varlıqdır kitab. Kitab rəngi, səhifələri, qoxusu ilə çox özəl, dəyərli bir kombinasiyadır’’.
Kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun satış qiymətindən qat-qat üstündür. Kitab oxuma insanlar arasında əlaqəni gücləndirir. Həm yazı-oxunu bildiyimiz, həm də daha çox qaynaq oxuduğumuz zaman danışacağımız, anlaşacağımız mövzular artacaqddır. Oxumanın insana qazandırdıqlarından biri də estetik bilgidir. Ədəbiyyatın gözəlliklərini və zənginliklərini görən biri dünyaya estetik gözlə baxacaqdır. Yaşamı daha da gözəlləşəcək və dünyanı bağçası kimi görəcəkdir. Kitab oxumaq bizim söz ehtiyatımızı artırır. Daha çox kəlmə öyrənərək insan daha gözəl danışır, demək istədiklərini, duyğularını daha yaxşı ifadə edir. Həmçinin nitq qabiliyyətini formalaşdırır, gözəl nitq qabiliyyəti olan insan daha çox diqqəti cəlb edir və auditoriyanı daha yaxşı ələ ala bilir. Kitab oxumaqla dünyanın hər nöqtəsinə, hətta keçmişə, gələcəyə belə səyahət edə bilərik. Özümüzü 100 il öncəyə səyahət edərkən görə bilərik . Bir çox insan “ Bir kitab oxudum həyatım dəyişdi və ya mənə çox təsir etdi “ deyə bilir , elə bütün bunlar kitabın insan həyatındakı rolunu ifadə etməyə kifayət edir. Oxumaq həm də beynin gimnastikasıdır. Məsələn, bir roman oxuyuruq, burada yazıçı tərəfindən təsvir olunan obrazları, mühiti və s. öz beynimizdə canlandırırıq. Bu baxımdan kitab oxumaq filmə baxmaqdan da fərqlənir, kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur. Film rejissor tərəfindən çəkilirsə, kitab oxuyarkən bu iş oxucuya həvalə olunur. Kitablar zənginlikdir. Evində kitab rəfi olan insan ən zəngin insandır. Onları heç bir bahalı aksessuar əvəz edə bilməz. Hətta ekspertlərin fikrincə müxtəlif çay evləri, restoranlarda kitabların cəm olduğu rəf və ya bölmələrin olması da insanlar üçün faydalıdır. Mütaliə elə bir prosesdir ki, bir neçə kitab oxuyandan sonra yeni kitablara ehtiyac duyursan: “Oxuma uzun bir səyahətdir beşiklə başlar məzarla bitər’’.
“Mütəxəssislərə görə kitab oxumaq yaddaşı qüvvətləndirərək Alzhemier risqini ciddi nisbətdə aşağı salır”. Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə oxucular daha çox elektron kitablara üstünlük verirlər. Belə kitabları çap etmək, elektron poçt vasitəsilə yaxınlara göndərmək olar. Təcrübələr göstərir ki, kitabla canlı təmasda olmaq həm gözlərimiz, həm də zehnimiz üçün komputer ekranından daha xoş və rahatdır. Kitab oxumaq televizor izləməkdən də çox-çox fərqlidir. Belə bir deyim də vardır ki, “ Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcək”. Psixoloqlar hesab edirlər ki, kitab oxuma vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşaqlara tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edir ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir. “Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi içində qısa maraqlı hekayələri olan kiçik kitablar alın çünki onlar məhz belə kitabları sevir”. “Ağıllı olmaq üçn 10 kitab oxumaq kifayət edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır”.

Sevinc ABDULXALIKOVA
BDU-nun Filologiya fakültəsinin
3-cü kurs, 048-ci qrup tələbəsi.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kitab oxumaq bizə nə qazandırır ?

Kitab oxumaq bizə nə qazandırır ?

Borçalı, Köşə yazılar
“Canlı Kitablar” layihəsi Marneulidə

“Canlı Kitablar” layihəsi Marneulidə

Borçalı
Durğu işarələri haqqında yeni kitab

Durğu işarələri haqqında yeni kitab

Yeni nəşrlər
AzTU-da

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU
Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Borçalı
KİTAB BİLİK MƏNBƏYİDİR

KİTAB BİLİK MƏNBƏYİDİR

Məktəblər
Məşhurlara sürətli oxumağı öyrədən insan

Məşhurlara sürətli oxumağı öyrədən insan

Humanitar elmlər, Turan
Abdulla Əsgərov: “ELEKTRON MÜHİTDƏ MƏKTƏBLİ MÜTALİƏSİ”

Abdulla Əsgərov: “ELEKTRON MÜHİTDƏ MƏKTƏBLİ MÜTALİƏSİ”

Naxçıvan, Məktəblər, Köşə yazılar
Qubada Kitab bağışlama günü qeyd olunub

Qubada Kitab bağışlama günü qeyd olunub

Regionlar, ADPU

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
QARAPAPAQLAR və QƏHRƏMAN MEHRALI BƏY haqqında yeni kitab

QARAPAPAQLAR və QƏHRƏMAN MEHRALI BƏY haqqında yeni kitab

Turan
Eltən Qədimbəyli: Bilgi kutsaldır

Eltən Qədimbəyli: Bilgi kutsaldır

Köşə yazılar
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"
IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

Əsas xəbər, Azərbaycan, Mədəniyyət, "Təhsil" EİM, Borçalı
Biləsuvarın icra başçısı kitab oğurladı - FAKT

Biləsuvarın icra başçısı kitab oğurladı - FAKT

Regionlar

"Qaradaş kəndinin sorağında" adlı kitab işıq üzü görüb

Yeni nəşrlər, Bolus, Turan
“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

“Azərbaycan-Gürcüstan: dostluğun inkişaf yolu” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr
Rəy yazın: