LEYLA DOKTOR

LEYLA  DOKTOR
(Oçerk)

2020-ci ilin Baharını qarşılamağa hazırlaşdığımız bir vaxtda "Covid-19" adlı Pandemiyanın ilk dalgası
Azərbaycana da öz mübarək olmayan qədəmlərini
atmağa başlamışdı...

"Korona"lı xəstələrlə işləmək üçün
yeni həkimlər briqadası yıgılırdı...

Sosial şəbəkələrdə elanlar verilmişdi...

Leyla xanım Alıyeva da Bakı şəhərindəki
belə odlu-alovlu xəstəxanalardan birində
- Fövqəladə Hallar Nazirliyinin Zıgdakı modul tipli
xəstəxanasında işləməyə qərar verdi.

İxtisasca UZİ həkimi olsa da, bir neçə ayın içində
karonalı xəstələrlə işləyə-işləyə terapevtləri üstələdi.

LEYLA  DOKTOR Hətta müəyyən şeyləri Leyla xanımdan soruşmağa başladılar.


Gecə-gündüz qapalı rejimdə işləyən bu gənc həkim bütün xəstələrə can yandırır, öz peşə borcunu ləyaqətlə yerinə yetirirdi.
Reanimasiyaya yerləşdirilən ağır xəstələrə belə can verirdi bu zərif gənc həkim.


Palatadakı xəstələrin sagalmasını görüncə çox sevinər, onları yola saldıqdan sonra da əlaqələrini davam etdirirdi.

Xəstələrin sayı çoxaldıqca Leyla doktorun da işləri daha da gərginləşmişdi.
Lakin o bu çətinliklərdən qorxmur, əksinə daha da çox işləyir, növbəsi bitdikdən sonra da qalıb xəstələri ağır vəziyyətdən çıxarırdı.
Şöbədə 65-75 arası xəstələri olurdu.

Günlərin bir günü Leyla doktor körpə bir qızcığazla şəkil çəkdirmişdi və həmin şəkilin üstdən:
“Palatamızın günəşi” - yazaraq sosial şəbəkələrdə paylaşmışdı...
LEYLA  DOKTOR
Qızcığaz karonaya tutulan nadir uşaqlardan biri idi.

Uşağa bir ana nəvazişi göstərərək onu tezliklə sağaltdı və evlərinə yola saldı.

Bir dəfə də ana ilə oğul xəstəxanaya yerləşdirilmişdi.
Ananın vəziyyəti çox ağır idi.
Oğul Leyla doktora yalvarırdı ki, doktor anamı ölməyə qoymayın, mənim ondan savayı kimsəm yoxdur.

Bu sözlərdən təəsirlənən həkim oğlana dedi ki, var gücümlə çalışıb ananızı sağaldacağam və sağaltdı da.

Hər ikisi, ana-bala xəstəxanadan çıxdılar...

Oglan doktora üzünü tutub, hər zaman qullugunuzda hazıram doktor, ayaqlarımla deyil, əllərimlə yeriyə-yeriyə sizin çağırışınıza gələrəm, ömür boyu sizə borcluyam, Leyla xanım, siz anamı mənə qaytardınız..

LEYLA  DOKTOR Zıgdakı Modul tipli xəstəxananın açılışı,
06 iyul, 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirakıyla olmuşdur...

Artıq belə silsilə Modul tipli xəstəxanalar açılmaqda davam edirdi.

Hər cür son model tibbi aparaturalarla təchiz edilmiş belə xəstəxanalar demək olar ki, ağzına qədər xəstələrlə dolmuşdu.

Doktor deyir ki, elə olurdu biz, tibbi personal, koridorlarda çarpayılar yerləşdirməli olurduq ki, təki xəstələr çöldə qalmasın.

Zaman keçdikcə virus azalmağa, xəstə sayları da enməyə başlamışdı.

Müqavilə müddəti bitmişdi..

Leyla xanım da xəstəxanadan ayrılmalı oldu...

Müəyyən müddət keçdikdən sonra,yenidən ikinci dalğa gəldi.

Bu zaman "TƏBİB"dən gələn zənglər Leyla doktoru rahat buraxmırdı.

LEYLA  DOKTOROnu yenidən xəstəxanaya işləməyə çağırırdılar...
və o məmnuniyyətlə getdi.

Pandemiyaya qarşı mübarizədə öz sonsuz dəstəyini verən və yüzlərlə xəstələri sağaldan, onlarla ağır, ölümcül xəstələri həyata qaytaran Leyla xanım artıq gecə-gündüz dayanmadan xalqımızın, millətimizin keşiyində dayanmışdı.

Onun gözəl, xoş sədası bütün Respublikaya yayılmışdı.
Azərbaycanın demək olar ki, hər yerindən onun xəstələri var idi.

Bir dəfə Zaqatala rayonunda müvəqqəti yaşayan iş adamı, türk vətəndaşı Murad bəy Zaqatala rayon xəstəxanasına yerləşdirilməkdən imtina edir ki, məni Leyla doktor müalicə etməsə mən mütləq öləcəyəm.
Çünki onun 2 yaxın dostu gözləri qarşısında ölmüşdü və bundan sonra onda panik qorxu hissi yaranmışdı.
Rayonda hansısa sağalan xəstənin Leyla doktor haqqında danışdığı gözəl söz-söhbətini Murad bəy eşitmişdi və beyninə dolmuşdu ki, onu yalnız Leyla doktor sağalda bilər.

Beləliklə, Zaqatala rayon xəstəxanasının baş həkimi türk vətəndaşının israrından sonra Leyla doktorla telefon əlaqəsi yaratmalı olur.
LEYLA  DOKTOR
Bundan sonra Leyla doktor xəstəni öz üzərinə götürür və həmin xəstəni müalicə etmətə başlayır, müvəffəqiyyətlə işi sona çatdırır, xəstə tam sağalır.

Belə misalları çoxlu sayda gətirmək olar.
Pandemiya dövrünün birinci və ikinci dalğasında Leyla xanım özünün zəhmətsevərliyi, biliyi, savadı, insanlarla xoş ünsiyyəti sayəsində yüzlərlə xəstənin rəğbətini qazanır.

Bu gün Leyla xanım öz ixtisası üzrə işləsə də, tez-tez korona xəstələri yenə də ona müraciət edirlər və gərgin iş qrafikinə baxmayaraq hər bir xəstəyə fərdi yanaşır, onların müalicə olunub tam şəkildə sağalması üçün əlindən gələni edir.

Nə yaxşı ki, Leyla xanım kimi belə savadlı, bilikli,
peşəsini sevən, gözəl həkimlərimiz vardır.

LEYLA  DOKTOR Onlara bu çətin yolda uğurlar və cansağlığı arzulayırıq.

Arzu edək ki, Vətənimizin üzərindən bu qara buludlar tezliklə çəkilsin, insanlarımız xəstələnməsin, sağlam həyatımız öz axarıyla davam etsin.


Səadət Şabanqızı,
Azərbaycan Jurnalistlər Birliynin üzvü,
ZiM.Az-ın, "Şərqin səsi"
və "Elm və təhsil" qəzetlərinin
bölgə müxbiri,
"Abdulla Şaiq", "Zirvə"
və "Qızıl qələm" mükafatları laureatı,
"Xarıbülbül" medallı şair-pedaqoq


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
Leyla Əsədova

Leyla Əsədova "Fəxri Diplom"a layiq görülüb

"Elm və Təhsil", Gənc istedadlar
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Vətən sənə, sən Tanrıya əmanət!.."

Müsabiqə, Başkeçid
LEYLA VƏKİLQIZInın YUNİS QARAXANOVla DEYİŞMƏSİ

LEYLA VƏKİLQIZInın YUNİS QARAXANOVla DEYİŞMƏSİ

Müsabiqə
ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

Səhiyyə, "Elm və Təhsil"
Leyla VƏKİLQIZI (ABDULLAYEVA):

Leyla VƏKİLQIZI (ABDULLAYEVA): "NAXÇIVAN"

"SAZLI-SÖZLÜ BORÇALI", Naxçıvan
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

QHT
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Can, ay Xocalı..."

"SAZLI-SÖZLÜ BORÇALI", Qarabağ, Başkeçid
BDU magistrantları müsabiqə qalibi olublar

BDU magistrantları müsabiqə qalibi olublar

BDU, "Elm və Təhsil", Hüquq
Leyla Mətin (1986)

Leyla Mətin (1986)

Müsabiqə, Turan
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Ağlama, şəhid anası...

Ağlama, şəhid anası...

Başkeçid
ELNUR MƏMMƏDOV  (1986)

ELNUR MƏMMƏDOV (1986)

Səhiyyə, Sağlamlıq, Rusiya, Başkeçid
Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

M.F.Axundzadə adına Muzey
Gəncliyin səsi Leyla xanım

Gəncliyin səsi Leyla xanım

Azərbaycan
Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

YAP, AzTU
LEYLA İSRAFIL QIZI MANSUROVA

LEYLA İSRAFIL QIZI MANSUROVA

Başkeçid, Darvaz
ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ

Sağlamlıq, Səhiyyə
Rəy yazın: