Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıbAzərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıbAzərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıbAzərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb Dekabrın 8-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik
İsa Həbibbəyli
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim vurğulayıb ki, müasir dövrdə ikitərəfli əlaqələrimizin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır.

Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəsh edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini diqqətə çatdırıb.

Akademik İ.Həbibbəyli qeyd edib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, Azərbaycanda yaşayıb yaratmış özbək ədəbiyyatının tanınmış nümayəndələrinin irsi araşdırılıb.

AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli bugünkü tədbiri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır və Türk dünyasının böyük mədəniyyətə sahib xalqlarıdır.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmaların aparılması, layihələrin reallaşdırılması, elm, ədəbiyyat sahəsində mübadilənin həyata keçirilməsi və s. məsələlər nəzərdə tutulur.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətovanın “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 2 ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” mövzusunda məruzələri dinlənilib.

Konfrans çərçivəsində, həmçinin “Əzəli dostluq riştələri” adlı filmin nümayişi olub.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Amaz  Ülvi Binnnətova Özbəkistanda keçirilən Beynəlxalq konfransda məruzə e ...

Amaz Ülvi Binnnətova Özbəkistanda keçirilən Beynəlxalq konfransda məruzə e ...

Humanitar elmlər, Orta Asiya
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

Azərbaycan ilə Çin arasında ədəbi əlaqələr genişlənir

"Zirvə"
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının ...

Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının ...

Humanitar elmlər
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

Elm, "Zirvə", Turan
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
Azərbaycan nümayəndə heyəti “Əlişir Nəvai – 577” konfransında iştirak etdil ...

Azərbaycan nümayəndə heyəti “Əlişir Nəvai – 577” konfransında iştirak etdil ...

Humanitar elmlər, Turan, Orta Asiya
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

Humanitar elmlər
Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Elm, Humanitar elmlər, "Zirvə"
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Vüqar Mustafayev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya, Orta Asiya
Rəy yazın: