N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı... N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı... N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı... Jurnalist dostum Həzi Həsənlinin yazdığı "İşıq əlifbası" kitabını oxuduqdan sonra Fikrətin ruh qardaşı Qivi Patsxataşvili haqqında ürək sözlərimi ağ kağız üzərinə köçürməyə başladım. Bu, asan deyildi. Mən bu yazını yazmaq üçün aylarla düşünmüşdüm. Lakin hələki yazının açarını tapa bilməmişdim. Düz 35 il sonra jurnalist dostum Həzi ilə Borçalıda görüşəndə və o, həyatdan vaxtsız köçən dostumuz, istedadlı şair-jurnalist Fikrət Mursaqulov haqqında qələmə aldığı kitabını mənə bağışlayanda başa düşdüm ki, illərlə axtardığım açarı tapmışam. Həmin gün Həzi ilə zəngləşdik və mən ona kitabını həvəslə və birnəfəsə oxuduğumu və kitab haqqında ürək sözlərimi yazacağımı bildirdim. Çox sevindi və mənə söz verdi ki, tələbə dostumuz Fikrətin 60 illik yubileyində həmin məqaləni kitaba daxil edəcək. Nə tez ötür, Həzi, bu illər? Mənən biz bunu hiss etmirik. Amma kimsə bizə yaxınlaşıb "əmi", "dayı", "baba" deyəndə fərqinə varırıq ki, artıq qocalıq qapının astanasını kəsib. Bu, belədirmi? Bunu özümdən soruşdum. Sonra səndən də soruşdum. Ömrün gəlib tez geçdiyini təsdiqlədin.Saçlarının ağardığını gördüm. Bu, məni yaman kövrəltdi, Həzi! Hələ nə iş görmüşük biz? Düşündüm ki, yəni doğrudan da dünya belə vəfasızdır? Burda yadıma hələ gənclik illərində yazdığım "Dünya " şeirim yadıma düşdü. Həmin şeiri olduğu kimi köçürürəm, imkanın olsa, oxu!

Dünya
Dünya mənlə bu meydanda
Küştü tutub, cəng eyləyir.
Mənə hərbə-zorba gəlib,
Baş-beynimi dəng eyləyir.

İnsafını Allah alıb,
Kasıblara gün ağlamır.
Dünya belə bir dünyadır,
Heç kimsəni soraqlamır.

Dünya gəldi-gedər olub,
O heç kimi bağışlamır.
Hər kəlməsi neştər olub,
Dodağından zəhər damır!

Hər qapıda, hər ocaqda,
Neçə-neçə şəhid qanı.
Dünya belə bir dünyadır,
Onda insaf, mürvət hanı?

Namərdlərə meydan verən,
Mərd adamdan qaçan dünya!
Qartal kimi öz ovunu,
Tez götürüb uçan dünya!

Dünya, dünya, zalım dünya!
Biz gedərik, qalan dünya!
Dediklərin heç düz çıxmır,
Ömrü boyu yalan dünya!...

Keçən il və bu il də Qivi ilə tez-tez görüşdük. Hər dəfə görüşəndə kövrəlirdi. Həm də ömür-gün yoldaşı Lamara xanımı itirdikdən sonra Givinin kövrək olan qəlbi daha da tüğyan edirdi. O, görüşümüzdə olub-keçənlərdən, tələbəlik illərindən və Fikrətlə görüşlərimizdən və Borçalıda Fikrətin anım gününü təşkil etməsindən və bizim anım günündə baş tutan söhbətlərimizdən danışırdı. O, danışanda mənim fikirim uzaqlara, çox uzaqlara uçurdu. Yenə gözümün qarşısına vəfasız illər və bu illərdə yaşayan insanlar gəlirdi. O gün səninlə görüşəndə o illəri sən də xatırladın, Həzi! Jurnalistikaya qəbul günlərində atamla tanış olduğunu və o günləri, həm də atamın xeyirxah işlərini eşidib sevindiyini dedin. Yazıçı dostumuz Əli Abbasın mənim "ATA" kitabıma ön söz olaraq yazdığı "Nəsillərə nümunə" məqaləsini də oxuduğunu və Əli Abbasa təşəkkürünü çatdırmağı xahiş etdin. Bir də onu qeyd edim ki, indi atamın Yuxarı Sarala çəkdirdiyi artezian quyusundan əsər-əlamət qalmayıb və hətta onun Bakıdan öz xərci ilə gətirdiyi mancanağın dəmirlərini də bədxahlar söküblər və hissə-hissə satıblar. Məəttəl qaldığını bildirdin. Su çəkən insanın cənnətlik olduğunu və bunun Qurani-Krimdə də yazıldığını vurğuladın. Mən isə köksümü ötürdüm. Givi isə atama həsr etdiyim "ATA" poemamı rus dilinə tərcümə etdi və həyat yoldaşına sürpriz etdi bu kitabı. Çox original tərcümə çıxmışdı. Givi mənə Qaxdan zəng etdi ki, Nizami, kitabı tez çap elətdir, Lamara ölüm ayağındadır. O, mənim tərcümə etdiyim "ATA" kitabını görmək istəyir. Həmin gün tələsik Tiflisə getdim. Mətbəənin rəhbəri dostum Otarı tapdım və biz birlikdə kitabı çap üçün hazırladıq. Bir həftədən sonra kitab nəşr olundu və Otar atama həsr etdiyim bu kitabın çapı üçün məndən pul almadı və bildirdi ki, kitab atandan bəhs etdiyi üçün mən onu sənə hədiyyə olaraq çap etmişəm. Yaman kövrəldim, Həzi! İnan ki, atam xeyirxah kişilərdən olduğu üçün Allah da onun haqqında yazılan kitabın tez və təmənnasız nəşr olunmasına imkan yaratdı. Həmin gün Giviyə zəng edib, kitabın nəşr olunduğunu xəbər verdim. O, Qaxdan sevinə-sevinə Tiflisə gəldi və mən "ATA" kitabımın nəşr olunan rus dilli variantını ona hədiyyə etdim. O, Lamaranın çox sevinəcəyini dedi. Amma mənə elə gəldi ki, Lamaradan çox elə Givinin özü sevindi. İnsan doğrudan da öz əməyinin müsbət nəticəsini görəndə çox sevinir. Həmin gün Givi sevinə-sevinə kitabı da götürüb Qaxa yola düşdü. Sonra Givinin həyat yoldaşı rəhmətə getdi. Keçən ilin avqust ayında Givi dosti Əkbər Xudulu ilə "Elat" bayramına gəldi və biz Marneulidə görüşdük. Çox sevindim, duz-çörək kəsdik. İllərin ötüb-keçdiyini onda da qeyd etdik....

Həyat qəribədir. Qəribə olduğu qədər də mürəkkəbdir. Kaş hər bir arzumuz çin olaydı. Görəsən, Fikrətin nə qədər arzusu vardı? Düşünürəm ki, Fikrətin ruh qardaşı kimi qəbul etdiyimiz Givinin də sonsuz arzuları var. Ona bu arzulara çatmağı arzulayıram. Givi xeyirxahlıq etməyə çalışan insandır. Amma bəzən ondan asılı olmayan səbəblərə görə xeyirxahlıq istəyini həyata keçirə bilmir. Onun problemləri çoxdur. O, bunu biruzə vermir. Həmişə nikbin gəzir Givi. Dünyanın mürəkkəbliyi ona adi gəlir sanki. Həmişə də zəng edəndə "Necə varsan, ey ağıllı insan?" deyə soruşur.

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı... İndi mən də ona zəng edib soruşuram:
"Necə varsan, ey dostum! Ey dünyanın qeylü-qalına sinə gərən, Fikrətin ruhunu özündə yaşadan, Givi dostum! Sabahın aydın olsun! Gözün nurlu olsun! Sözün dayağı səni ucalığa yüksəltsin! Ucalıqda yaşa, dostum! Onu bil ki, ruhlar həmişə ucalıqda uçurlar, sən uçan kimi! Bunu mən görürəm, duyuram və hiss edirəm ki, Fikrət də yenə həmişə olduğu kimi səninlə qoşa addımlayır! Sizin yolunuz ucalığa gedən yoldur, Givi! Ucal, qardaşım! Ucal ki, ucalıqda olanları görəsən, duyasan. Bu duyum həm bu dünyada var, həm də o dünyada! Bunu isə yaşayanlar bilir! Sən isə yaşamağı da, yaratmağı da, xeyirxah addımlarınla tarazlayaraq ruh kimi xeyirxahlığa tərəf uçursan! Hamı səni Fikrətdən ayrı görmür! Mən isə hər dəfə səni görəndə dostum Fikrətin ruh qardaşı Givini görürəm! Bu, əbədi olaraq rəsm əsəri kimi mənim göslərimə çəkilib. Bu təbii əsərin adi isə belədir:
"Fikrətin ruh qardaşı!..."

Nizami Məmmədzadə,
jurnalist


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mənim Lənkəranım nə cənnət olub!..

Mənim Lənkəranım nə cənnət olub!..

Regionlar
Aşıq FİKRƏT CƏFƏROĞLU (1968)

Aşıq FİKRƏT CƏFƏROĞLU (1968)

"SAZLI-SÖZLÜ BORÇALI", Tv, Folklor, Bolus, Təbriklər
İlyas - “İlahi qüvvə”, Münəvvər isə -

İlyas - “İlahi qüvvə”, Münəvvər isə - "İşıq, nur" deməkdir

BDU, "Şərqin səsi", Köşə yazılar
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
ŞAİR FİKRƏT MURSAQULOV ANILIB

ŞAİR FİKRƏT MURSAQULOV ANILIB

MEDİA, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
MƏDƏDİN NURU  (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə)

MƏDƏDİN NURU (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə)

Humanitar elmlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov
Dostumun dostu mənim də dostumdur

Dostumun dostu mənim də dostumdur

Bakı, Köşə yazılar
Azərbaycanda elektron ticarət şəbəkəsi yaradıldı

Azərbaycanda elektron ticarət şəbəkəsi yaradıldı

Elanlar, Köşə yazılar
ATA (YUSİF YUSİFOVun  əziz xatirəsinə)

ATA (YUSİF YUSİFOVun əziz xatirəsinə)

Borçalı
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Gənclik ehtirası onun qəlbinə hakim kəsilib - Fərman Bağırov 80

Gənclik ehtirası onun qəlbinə hakim kəsilib - Fərman Bağırov 80

"Şərqin səsi", Təbriklər
MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

"Varlıq", Tiflis
Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə

Hamının tanıdığı naməlum adam – Akif Əlinin doğum gününə

Təbriklər
GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏ ...

GÜRCÜSTANDAKI MƏKTƏBLİ SOYDAŞLARIMIZA YARDIM ETMƏYƏ QADAĞA QOYUBLAR... GÖRƏ ...

Borçalı, Darvaz, Müşfiq Borçalı
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HƏMİŞƏ HÖRMƏTLƏ ANIRAM!

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HƏMİŞƏ HÖRMƏTLƏ ANIRAM!

UNUTSAQ, UNUDULARIQ!....
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

Darvaz
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
TƏBRİK EDİRİK!.. Həmkarımızın

TƏBRİK EDİRİK!.. Həmkarımızın "Çələbilər" adlı yeni kitabı çıxıb

Borçalı, Təbriklər
Rəy yazın: