Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!...

Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!...
* * *

Elimin-Obamın -
Ulu Borçalımızın,
qədim Başkeçidimizin
Böyük Türk Dünyasına
bəxş etdiyi
Dəyərli Ziyalımız,
sözün əsl mənasında
Xeyirxahlıq simvolu olan
Böyük İnsan -
Hüseyn Artıkoqlu!..

Sizi Ad gününüz münasibətilə
ZiM.Az-ın bütün
Yaradıcı Heyəti adından
ürəkdən təbrik edirik!...

Sizə uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, şəxsi həyatınızda, əmək fəaliyyətinizdə və
ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.

* * *

Var olun, HÜSEYN ARTIKOĞLU!...

Hüseyn Artıkoğlu (Xəlilov) - 1950-ci il oktyabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gürcüstanın Dmanisi) ra­yonundakı Qəmərli kəndində ana­­­dan olmuşdur.
O, Ulu Borçalının ən sərt iqlim qur­şaq­la­rın­dan bi­ri­nə malik olan məşhur “Əyriqar” dağ silsi­ləsinin ətə­yində yer­ləşmiş, qışda başı dümağ qarlı, yayda isə yamyaşıl cən­­nətlikləri ilə göz oxşayan, olduqca qədim və maraqlı bir ta­rixi ilə daim öyün­məyə haqqı olan doğma Qəmərli kəndin­dəki səkkizillik məktəbi bitir­dikdən sonra, təhsilini Mar­neuli şə­hə­rindəki 1 nöm­rəli orta məktəbdə davam etdirmişdir.

1967-ci il­də Bakıya gəlmiş, Azərbaycan Döv­lət Politexnik İnsti­tu­tunun İn­şaat fa­kültəsinin (indiki Azər­baycan Dövlət Memarliq və İnşaat Uni­versi­tetinin) Sənaye və mülki tikililər ix­tisasının ax­şam şöbə­sinə daxil olmuşdur.

1973-cü ildə ali məktəbi bitir­miş və əsgəri xidmətə getmişdir.
Əsgəri xidmətdən zabit kimi tərxis olunduqdan sonra Ba­kıya qayıtmış, Azərbaycan Dövlət Layihə İnstitutunda fəa­liyyətini davam etdirmişdir.
Texnik-konstruktor, mü­həndis-konstruktor və baş konstruktor vəzifələrində çalışmış­dır.

Bir neçə, o cüm­lə­dən, “Abşeron”, “Moskva” mehman­xanala­rının, Ali Sovetin bi­nasının, ADU-nun (indiki BDU-nun) 9 mərtəbəli, APİ-nin (in­diki ADPU-nun) 16 mərtəbəli korpus­larının, Dövlət Baş Poç­tamtının binasının, Bakı Uni­vermağı yerləşən 9 və 16 mər­təbəli yaşayış binala­rının, Gəncədə və Əlibayramlıda (indiki Şirvan şəhərindəki) “Tex­nik evi”nin binalarının, Lənkəranda “Mə­də­niyyət evi”nin və s. inşaa­sında əməyi olmuşdur.

Hüseyn Artıkoğlu 1977-1980-ci illərdə Moskvada V.A.Ku­­­­çerenko adına İnşaat Konstruksiyaları Mərkəzi Elmi-Tədqiqat İnstitutunda aspiranturada təhsilini davam etdirmış və buranı da müvəffəqiyyətlə bitirmişdir. O, “Büzməli struk­turlu silindirik qa­bıq­ların gərginlok-deformasiya halının tət­qi­qi” mövzusunda yaz­dığı dissertasiyasını vaxtından əvvəl ta­mamlayıb təhvil ver­miş, uğurla müdafiə etmiş və texnika elmləri namizədi alim­lik də­rəcəsi almışdır. 1984-cü ildən Azərbaycan Dövlət Memarlıq və İn­şaat Universitetinin do­sentidir. 1988-ci ildə “Koop­la­yi­hə”­ni yarat­mış və bu günə kimi də ona rəhbərlik edir. “AHB koop­layihə” firması ölkədə və xaricdə 200-ə yaxın çox­mər­təbəli bi­na­nın, 400-dən çox fərdi evin layihəsini işləmişdir.

Mühəndis-alim-pedaqoq-naşir Hüseyn Artıkoğlunun “Də­mir-beton konstruksiyaları” kitabı Azərbaycan Dövlət İnşaat və Memarlıq Universitetinin tələbələri üçün bu mövzuda yazılmış ilk anadilli dərslikdir.

Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!... Hüseyn Artıkoğlu ictimai işlərdə də böyük fəallıq gös­tər­miş­dir. 1988-ci ildə “Birlik” cəmiyyətini yaratmış və “Bir­lik” qə­ze­­tini təsis etmişdir.
1990-cı il Yanvarın 22-də cəmiy­yət özünü par­tiya elan etmişdir. Partiyanın təsis qurultayında Hü­seyn Ar­tı­k­­oğlu sədr seçilmişdir. Sonralar həmin partiya Azərbaycan De­­mokratik Qüvvələri Konqre­sinin təsisçilə­rindən biri ol­muş­dur.

Keçid dövründə siyasi fəaliyyətlə məşğul olmağı özünə borc bilən Hüseyn Artıqoğlu müstəqilliyimizin qazanılması və su­veren Azərbaycan Respublikasının yaradılması uğrunda mü­ba­rizədə fəal iştirak etmiş və öz dəyərli töhfəsini ver­miş­dir. Azər­baycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra isə o, öz mis­siyasının başa çatdığı qənaətinə gələrək aktiv siyasi fəa­liyyəti bu işi özünə peşə seçənlərin ixtiyarına bu­raxmışdır...

Hüseyn Artıkoğlu hazırda yuxarıda da qeyd etdiyimiz kimi, müəllimlik kimi şərəfli bir vəzifəni yerinə yetirməklə yanaşı, həm də əsasını 1988-ci ildə qoyduğu “AHB koop­layihə” fir­masına rəhbərlik edir, tikmək və qurub-yaratmaqla məş­ğuldur. (AHB - Artıq, Hüseyn, Babək.)

Bütün Borçalılılar kimi saz-söz vurğunu olan Hüseyn Ar­tık­oğlu Türk-Turan dünyasını, Bütöv Azərbaycanı, Ulu Borçalını, Qedim Başkeçidi və Doğ­ma Qəmərli kəndini çox sevir. “Bor­çalı” “Başkeçid” cəmiy­yətlərinin İdarə Heyə­tinin üzvü ol­maq­la yanaşı, sözün əsl mə­nasında həmin cə­miy­yətlərin fəal­la­rından və xeyir­xah­la­rın­dan­dır.

Şair Aftandil Qəmərli Hüseyn Artıkoğluna ithaf etdiyi “VAR SƏNİN” sərlövhəli şeirində yazmışdır:

Yurdun Azərbaycan, elin Qəmərli,
Həm aranın, həm də dağın var sənin.
Azərbaycandadır şanın-şöhrətin,
Qəmərlidə bağça-bağın var sənin.

Bil ki, Azərbaycan hər insanındır,
İki qardaş sənin mehribanındır,
Biri ürəyindir, biri canındır,
Şən Borçalın, Qarabağın var sənin.

Vətən çox şirindir, belədir məncə,
Bakı mehribandır, gözəldir Gəncə,
Belə deyim mən övlada gəlincə,
Babək kimi gur çırağın var sənin.

Dərdi-qəmi burda başdan atmısan,
Sevinci sevincə burda qatmısan,
Bu diyarda alimliyə çatmısan,
Bakı kimi elm ocağın var sənin.

Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!... Güllü bahar olsun, qarlı qış sənə,
Yolum-yoxsul edir hey alqış sənə,
Neçə qohum-qardaş sığınmış sənə,
İsti qoynun, gen qucağın var sənin.

Vəli sənin, Şahsüvar da sənindir,
Xan Artıx da, xan Əsgər də sənindir,
Gülşən, Ceyran, Qələmzər də sənindir,
Gör nə qədər qol-budağın var sənin.

Eldə hamı can-ciyərdi Hüseynə,
Ulu Tanrı daim yardı Hüseynə.
Aftandil də minnətdardı Hüseynə,
Hüseyn, necə gözəl çağın var sənin.

Hüseyn Artıkoğlunun anadan olmasının 60 illiyi müna­si­bə­tilə oğlu Babək Hüceynoğlunun qələmə alıb 2010-cu ildə “Üs­tün ev” nəşriyyatında nəfis şəkildə çap etdirdiyi “Mənim Atam” kitabını vərəqlədikcə, xüsusilə də Hüseynin 1963-cü il­də hələ 6-cı sinif şagirdi oluğu vaxt tərtib etdiyi və “Us­tad­namə” ad­landırdığı şeirlər kolleksiyasına nəzər yetir­dikdə onun - bu gün öz xeyirxahlığı ilə bütün el-oba arasında böyük nüfuz qazanmış Hüseyn Artıqoğlunun necə də böyük bir Ürək sahibi olduğu aydınca hiss olunur.

Bəli, biz də bu Böyük ürəyin sahibi, xeyirxah eloğlumuz Hüseyn Artıqoğluna uzun ömür, möhkəm can­sağ­lığı və yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
"Şərqin səsi" qəzeti, oktyabr, 2013;
"Elm və Təhsil" qəzeti, dekabr, 2013.



Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!... P.S.: Aşağıda
Ozan Arifin
Hüseyn Artıkoğlu
haqqqında yazdığı
ürək sözlərini
dərc edirik.


BİR DOST
BİR GARDAŞ
EN ÖNEMLİSİ BİR TÜRK!

«Hüseyin Artıkoğlu»

Yıl 2010… Yer Bakü…
Onu, Onun «ad günü»nde tanıdım.
Yani doğum gününde…

Hüseyin Bey’in ad gününe (Babasına sürpriz yapmaq için) Olğu «Babək Hüseyinoğlu» tarafından davet edil­miş­dim.
Allah her bir aileye öyle bir evlat versin… (Çünkü edebi, birikimi, milli şuuru ile tam bir Türk Deli­kanlısı)

Beni davet edərken telefonda aynen şunu dedi Babek;
-Arif Amca, benim babamın çalışma odasında, ta Sov­yet döneminden beri iki kişinin resmi var!
Biri Başbuğ Türkeş’in resmi, diğeri de Ozan Arif’in resmi…
Eğer devetime gelirsen Babama en güzel hediyeyi ver­­miş olacağım.

Hadi siz olunda gitmeyin…
Esasında ben yaş gününden falan pek anlamam.
Benim bu yaşıma kadar hiç yaş günüm de olmadı…
Çünki yaş günüm belli değil…
Nüfuz kağıdıma göre başka…
Rehmetli anam ve babama göre daha başkaydı…
Yılın 1949 olduğu, günün de Kurban Bayramının are­fesi olduğu kesin…
Arefe günü doğmam hesabiyle adımıza «Arif» de­miş­ler…
Her neyse anlamasam da kalktım daveti icabet etmək için Can Azerbaycan’a Bakü’ye gittim…

İyi ki gitmişim!

O davette kendimi güçlü hissettim!
O zaman aldadım ben «Gerçek dost insanı güçlü ya­par» sözünün doğruluğunu…
Dost hazineme sadece Hüseyin Artıkoğlu’nu veya Babek yeğenimi katmakla kalmadım!
«Dostlarımızın dostu, bizim de dostumuzdur, sözü ha­kikaten doğruysa, ben bini aşkın dost kazandım o gece…

Alışıla gelmiş «İyiki doğdun» teraneleriyle geçen bir do­ğum günü değildi o gece…
Gayat şuurlu yüreklerin cem olduğu, Türk’e has değer­Ler­le bezeli, bir kurultay yaşadık desem abartmış olmam ina­nın…
Hala unutmadım o güzel birlik ve beraberlik toyunu…
Hala unutmadım O Mühendis Babayı… Ve O Mimar Oğ­lunu…
Hala unutmadım Onlarla geçirdiğim 3-4 Bakü gü­nü­nü…
Unutmayı sevmem… Hele gönül bağım olan yürekleri as­la…
Zaten dostlar ve dostluklar vurulunca değil, unutu­lun­ca ölürmüş…
Bu da bir yana;
Hür Azerbaycan’ın temel harcını teri karışmış olan Hü­seyin Artikoğlu, unutulacak bir dost değil…
Babamsız Azerbaycanın nerde ise her şehrine bir sa­nat eseri olan 500’ü aşkın muhteşem bina ile adeta yeni­lik­çiliğinin imzasını atan Hüseyin Artikoğlu zaten ken­disini unutulmazlar arasına çoktaaan koymuş bile…

5 Ekim Onun ad günündü…
Uzun ömürler dilemek için telefonla defalarca aradım ula­şamadım…
Bu satırları yazmamın sebebi böyle bir Türk evladını siz de tanıyın istedim…
Ve size tanıttıktan sonra, sizin huzurunuzda bu Asil Türk evladına (gecikmeli de olsa) bir ad günü armağanı vermek muradındaydım…
Ben bu sunun satırlarıyla Onu size tam anlatamadığımı biliyorum…
Lakin adına «BİR ÖMÜR» dediğim bu armağanın için­de Hüseyin Artikoğlu’nu daha iyi tanıyacaq, Ozan Arif’i de daha iyi anlayacaksınız diye ümit ediyorum…
Ve sizi «BİR ÖMÜR»le baş başa bırakıyorum…


BİR ÖMÜR…

Azerbaycan’ın yiğit evladı,
«Hüseyin Artikoğlu»’nun
ad günü münasebeti ile…

Geldi geldi atmış beşe dayandı,
Seneleri bir bir uçan bir ömür…
O simsiyah saçlar aka boyandı,
Siyahtan beyaza göçen bir ömür…

Yurdu çırpınırken Sovyet ağında,
O en civan, en delişmen çağında,
Umutsuz anların karanlığında,
Umut ışıkları saçan bir ömür…

Hep yaşamış zorlukların fevkini,
Hiçbir zorluk kıramamış sevkini,
Vatana, millete hizmet zevkini,
Yudum yudum aşkla içen bir ömür…

Gördüğü şerleri hayıra yorup,
Türkçe düşler görüp, hayallar kurup,
Kötüden, çirkinden hep uzak durup,
Daima güzeli seçen bir ömür…

İlim, irfan potasında pişerek,
Ve bilginin arkasına düşerek,
Düşünüp, taşınıp fikirleşerek,
Yepyeni ufuklar açan bir ömür…

Hiç işi olmamış yalanlar ile,
türk’e düşman olan yılanlar ile!
Dost olmuş, Türk’e dost olanlar ile,
Dostluk ekip, dostluk biçen bir ömür…

Hüseyin Bey daha çoçuk yaşında,
Hep Kızılelma’yı görmüş düşünde,
Arif şahit «Türk Birliği» peşinde,
«Turan» sevdasıyla geçen bir ömür…

Ozan Arif.
Samsun, 5 Ekim 2014


Təbrik edirik, HÜSEYN ARTIKOĞLU!...


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.334-337).





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK, HÜSEYN ARTIQOĞLU!

TƏBRİK EDİRİK, HÜSEYN ARTIQOĞLU!

Başkeçid, Təbriklər
DƏLLƏK HÜSEYİN (1926-1988)

DƏLLƏK HÜSEYİN (1926-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus, Müşfiq Borçalı
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
Ad günün mübarək, Hüseyn!...

Ad günün mübarək, Hüseyn!...

Təbriklər
Hüseyn Faxralı: SAZLI-SÖZLÜ BORÇALININ!..

Hüseyn Faxralı: SAZLI-SÖZLÜ BORÇALININ!..

"SAZLI-SÖZLÜ BORÇALI"
SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

SOYDAŞIMIZ HÜSEYN YUSUBOV “TÜRK DÜNYASINA XİDMƏT” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Turan, Borçalı, Təbriklər
Həcər xanım, doğum gününüz mübarək!..

Həcər xanım, doğum gününüz mübarək!..

Təbriklər
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

RÜBAİLƏR
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Gülsüm GÜLMEZ:

Gülsüm GÜLMEZ: "AZERBAYCAN-TÜRKİYE"

Turan
ELDAR NƏBİYEV (1948-2009)

ELDAR NƏBİYEV (1948-2009)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV

MƏCLİSLƏRİMİZİN BƏZƏYİ - MEHMAN OVÇUYEV

Başkeçid
QURBAN MƏMMƏDOV (1933-1954)

QURBAN MƏMMƏDOV (1933-1954)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Səadət Buta:

Səadət Buta: "HÜSEYN DAĞLAR OĞLU" (poema)

Müsabiqə, Başkeçid
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
Xalaoğlu Zaur, doğum günün mübarək!..

Xalaoğlu Zaur, doğum günün mübarək!..

Başkeçid, Təbriklər
Rəy yazın: