MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!..

MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!..
MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. TƏBRİK EDİRİK!..

Bu gün - 2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclası olub.

İclası giriş sözü ilə Dissertasiya şurasının
sədr müa­vini, Nizami adına Ədəbiyyat İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, pro­fessor
Məm­məd Əli­yev
açaraq, əvvəl­lcə gündəlikdə duran cari məsə­lələr haqqında dissertasiya şurasının üzv­lərinə mə­lumat verib. Sonra "Ziya” qəzetinin və “Zim.Az” saytının baş redaktoru Müşfiq Bor­ça­lının (Müşviq Mədəd oğlu Ço­ba­novun) "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığı disser­tasiya işi müdafiə olu­nub.

Professor Məm­məd Əli­yev müdafiəyə təqdim olunan dis­sertasiyanın aktual­lığından və əhəmiy­yətindən söz açıb, bu mövzunun heç də təsadüfi ol­madığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Ni­za­mi adına Ədə­­­biyyat İns­titu­tu­nun "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin əsas elmi tədqi­qat is­ti­­­qa­mətlərinə uyğun bir şəkil­də hazırlanıb. Dis­ser­tan­tın elmi rəhbəri, AMEA-nın vitse-prezi­denti, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğ­lu HƏBİB­BƏYLİdir. Dis­­­ser­tasiyanın möv­zusu AM­EA Nizami adına Ədə­biy­­yat İnstitu­nun Elmi Şu­ra­­sın­da Azər­baycan Res­pub­likası Elmi Təd­qi­qatla­rın Əla­­qə­lən­dirilməsi Şu­ra­sı­nın Fi­lo­logi­ya Prob­lemləri üz­rə El­mi Şurasında təsdiq olunub, AMEA Niza­mi adı­­­­na Ədə­­biy­yat İnsti­tutunun "XX əsr (so­vet dövrü) Azər­baycan ədə­biy­yatı" şöbə­sin­­də və institutun elmi se­­mina­rın­da mü­zakirə olu­­na­raq açıq mü­dafiəyə bu­raxılıb. Tədqi­qatın əsas elmi nəti­cələri iddiaçının nəşr olun­muş kitabla­rında, müx­­təlif el­mi nəşr­lər­də dərc et­dirdiyi məqalə və te­zis­­­lərin­də, beynəlxalq kon­frans­lar­dakı mə­ruzələrində öz əksini tapıb.

Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi disser­tasiya haqqında məlumat verib, bildirib ki, bütün sənəd­lər qayda­sın­dadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı 8 kitabı10 məqaləsi çap olunub. Elmi rəhbərin - akademik İsa Həbib­bəylinin, apa­rıcı təşkilatın - ADPU-nun, rəsmi oppo­nent­lərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var.
O cümlədən, Jalә ƏLİ­YEVA (Milli Məclisin üz­vü, Bakı Dövlət Universitetinin Türk filo­lo­giyası ka­fedrasının professoru, filologiya üzrə elmlәr doktoru), Həmid VƏLİYEV (Bakı Dövlət Universi­te­ti­, Beynəlxalq jur­nalistika kafed­ra­sının mü­diri, professor, Gürcüstan Res­publika­­­sının Əməkdar jurnalisti), Vüqar ƏHMƏD (AMEA-nın Nizami adına Ədəbiyyat İns­ti­tutu­nun baş el­mi işçisi, filologiya üzrə elmlər doktoru, profes­sor), Adilxan BAY­RAMOV (Azərbaycan Respublikası Mədə­niy­yət və Tu­rizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktor müavini, filolo­giya üzrə elmlər doktoru), Rahilə QEYBULLAYEVA (Ba­kı Slavyan Univer­siteti, Azərbaycan ədəbiy­yatı kafedrası­nın müdiri, filolo­giya üzrə elmlər doktoru, professor), Nizami Tağı oğlu MƏMMƏDOV (TAĞISOY) (Bakı Slav­yan Universiteti, fi­lo­logiya üzrə elmlər doktoru, professor), Əjdər AĞAYEV (Qafqaz Universiteti, pedaqoji elmlər dok­to­ru, professor, Azərbaycan Təhsil Şurasının sədri, Azərbaycan Yazıçılar Birli­yinin üzvü), Elman QULİYEV (ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının pro­fessoru, filologiya üzrə elmlər doktoru), Yaqub BABAYEV (Azərbaycan Dövlət Pedaqoji Univer­siteti, filolo­giya üzrə elmlər doktoru), Məhərrəm HÜSEYNOV (Azərbaycan Dövlət Pedaqoji Univer­si­teti, filologiya fakültəsinin dekan müavini, filologiya üzrə elmlər doktoru, pro­fes­sor), Aslan Əhmədxan oğlu BAYRAMOV (Sumqayıt Dövlet Universitetinin Azərbaycan dili və dilçilik kafedrasının professoru, Folklorşünaslıq elmi tədqiqat lobaratoriyasının müdiri), Şikar QASIMOV (Azərbaycan Texniki Universiteti, “İcti­mai fənlər” kafedrasının müdiri, tarix elmləri dok­toru, professor), Həbib MİRZƏYEV (Azərbaycan Texniki Universiteti, “Azərbaycan dili və pe­da­­qo­gika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent), Seyfəddin Gülverdi oğlu RZASOY (AMEA-nın Folklor İnstitutunun şöbə mü­di­ri, filo­logiya üzrə elmlər doktoru), Şakir ALBALIYEV (AMEA-nın Folklor İnstitutunun aparıcı elmi iş­çi­­­si, filo­logiya üzrə fəlsəfə doktoru, dosent), Knyaz ASLAN (Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi ka­fedrasının müdiri, dosent), Kərəm MƏMMƏDOV (Bakı Dövlət Uni­versiteti, tarix üzrə fəlsəfə dok­toru, dosent, “Borçalı” İctimai Birliyinin sədri), Fidanə MUSAYEVA (Bakı Slavyan Universiteti, filologiya üzrə fəl­sə­fə dok­toru, dosent), eləcə də qonşu GÜRCÜSTANdan - Novruz BAYRAMOV (H.Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Univer­si­tetinin rektoru, Gürcüstan Ziyalılar Birliyinin sədri, doktor-professor, Gürcüstan Pedaqoji Elmlər Aka­­­­demiyasının üzvü), Mahmud HACIXƏLİLOV (Ukrayna-Gürcüstan Beynəlxalq İns­ti­tu­­tunun elmi işlər üzrə prorektoru, professor), Hüseyn YUSİFOV (Gürcüstan Azər­baycanlıları Konqresinin sədri), Nizami MƏMMƏD­ZADƏ (Gürcüstan Azərbaycanlı Jurnalistlər Birli­yi­nin səd­ri, Azər­baycanın Respublikasının Əməkdar jurnalisti) və başqa­ları­nın müsbət rəy yazıb göndərdikləri diqqətə çat­dı­rılıb.

O da bildirilib ki, qardaş Türkiyədən, eləcə də Gürcüstandan, İsrail­dən və Pol­şa­dan da dissertasiya şurasının iclasına in­ternet va­sitəsilə canlı olaraq qoşulmaq arzusunda olanlar da var. Onlardan - Türkiyənin Ardahan Universitetindən ­­Gürcüstan Milli Elmlər Akademiya­sının hə­qiqi üzvü, filologiya üzrə elmlər doktoru, pro­fes­sor Şurəddin Bahəddin oğlu MƏMMƏDLİ, Gürcüstan Parlamentinin deputatı Azər Mirzə oğlu SÜLEYMANOV, iddiaçının ali məktəb müəllimi olmuş və hazırda Təl-əviv şəhərində yaşayan filologiya üzrə elmlər doktoru, pro­fes­sor Adil Qardaş oğlu MİŞİYEV, Polşa Elmlər Akademiyasından - Polşadan Varşava Uni­ver­sitetinin əməkdaşı, Mə­leykə HÜSEYN və baş­qaları internet vasitəsiiə iddiaçıya öz təbriklərini və ürək sözlərini ünvanlamışlar.

Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iş­tirakçılarının mü­zakirəsinə verilib.

İddiaçı müdafiəyə təqdim olunan tədqiqat işinin qısa məzmunu haqqında çıxış edib.
Bildirib ki, dissertaya giriş, hər biri müx­tə­lif ya­rım­fəsilə bö­lün­mək­­­lə üç fəsil, nəticə və istifadə olunmuş ədə­biyyat siyahı­sın­­dan iba­rətdir.

"Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi ye­ni­liyi, məq­səd və vəzifə­lə­ri, təd­­­­qiq ta­­ri­xi, ob­­yekti, prak­tik əhə­miyyəti, nəzəri-me­todoloji əsasları, apro­ba­si­ya­sı və digər məsə­lələr yığcam şəkildə öz əksini tapmışdır.

Mövzu ilə bağlı məlumat verən Müşfiq Bor­çalı tədqiqat işinin elmi yeniliyini, ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb. Bildirib ki, Gür­cüstanda yaşa­yıb-yaradan şair və yazıçı­ların hə­yat və ya­ra­dıcılıq yollarını, ədəbi inkişaf meyil­lərini öyrən­mək, onların bədii ya­ra­­­dı­­cı­­lıq­larını ət­raflı şə­kil­də təhlil et­mək və araşdrı­maq, tədqiqat işinin əsas elmi ye­­­ni­liklə­rin­dən­dir. Azər­baycan ədə­­biyyat­şünaslığında epi­zo­dik şə­kil­də toxu­nu­lan bu prob­­­lem ilk də­­fə olaraq təd­qi­qat obyekti ki­mi götü­rülərək araş­­dırma ob­yek­tinə çev­ril­mişdir. Disser­­tasiyada Gürcüstanda yaşayıb-ya­ra­dan yazıçı­ların ümum­azər­bay­can ədəbi pro­­­se­sin­dəki yerləri və möv­qeləri müəy­yən­ləş­dirilir.

“Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poe­ziyasının inkişaf təma­yül­ləri” adlanan birinci fəsildə prob­lem - “Gürcüs­tanda ye­ni ədəbi-ictimai mü­hit və onun xarak­teri”, “Milli poetik ənə­nələr və aşıq şeiri”, “Gür­­cüstanda Azərbaycan poe­­­­ziyasının yeni yara­dıcılıq me­yil­ləri” başlıq­ları al­tında üç yarım­fəsildə təhlil olu­nur. Gürcüstandakı Azərbaycan ədəbi mühitinin tarixinə qısa bir nəzər salınır, Bor­ça­lı aşıq məktəbinin və elə­cə də bu mühütdən qay­naq­lanan çağdaş poeziyanın ta­nın­mış nü­mayəndələrinin yara­dıcılığı ilk dəfə ola­­raq el­­mi tədqi­qata cəlb olu­nur.

“Gürcüstanda yaranan Azərbaycan nəsr və drama­tur­gi­ya­sının inkişaf problem­ləri” adla­nan ikinci fə­sildə problem “Nəsrin mövzu, janr və forma müəyyənliyi” və “Drama­tur­giyada ob­raz, möv­­zu, süjet və kompozisiya problemləri” başlıqları altında iki ya­rım­fəsildə ümu­­miləşdirilir.

“Gürcüstanda Azərbaycan dilində yaranan ədəbiy­yat­şünaslıq, ədəbi əlaqələr və bədii tərcümə məsələləri” ad­la­­nan üçüncü fəslin birinci yarımfəslində “Ədəbiy­yat­şünasalıq və ədəbi tənqid” bir prob­­­lem kimi qoyulur və ilk dəfə ətraflı təhlilini tapır. Əlbəttə mövcud mühitdə mə­­­sələlər tək­cə bədii nümunələrin yaranması ilə bit­mirdi. Ayrı-ayrı qəzet, jur­nal sə­­­­hi­fə­lə­rində çıxan bədii nü­munələrə, eləcə də ki­tab­lara ədəbi tən­qi­din ob­yek­tiv mü­­na­si­bə­ti vardı. Da­ha sonra “Ədəbi əlaqələr və bədii tərcümə” məsələsi bir prob­lem ki­mi qo­yulur, eləcə də Azər­baycan-gürcü ədəbi əlaqə­ləri və bədii tər­cü­mə mə­sə­lələri də təd­qiqatın verdiyi imkanlar daxilində ilk dəfə araşdır­maya cəlb edilir.

Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elm­lər doktoru, professor İmamverdi Həmidov aparıcı təşkilatın rəyini diqqətə çatdırıb.

Sonra söz rəsmi opponentlərə verilib. Azərbaycan Respub­likasının Prezi­denti yanında Dövlət İda­rəçilik Aka­demiyası, Dillər kafedrasının müdiri, Əməkdar müəllim, filologiya üz­rə elmlər doktoru, professor Akif BAYRAMOV və Bakı Slav­yan Universitetinin sabiq rektoru, filologiya üzrə elmlər dok­toru, professor Asif HACIYEV çıxış edərək müdafiəyə təqdim olunan disserta­sıyanı yüksək qiy­mət­ləndiriblər.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mü­kafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Mə­hərrəm Qasımlı, "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin müdiri, filologiya üzrə elmlər doktoru, pro­fessor Şirindil Alışanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı - Millət vəkili, Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəri, Azərbaycan Mət­buat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək, xüsusi olaraq dissertasiyanın elmi əhəmiyyətini vur­ğulayıblar.

Müəllif tövsiyələri dinləyib, mövzu ilə bağlı sualları ca­vablandırıb.

Müdafiənin davamında professor Məm­məd Əli­yev yekun rəyi dissertasiya şurasının üzvlərinin diq­qətinə çatdırıb, səs­vermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.

Səsvermənin nəticələri elan olunub: Müşfiq Borçalının "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.

Sonda iddiaçı Dissertasiya Şurasının rəhbərliyinə, üzv­lərinə, elmi rəhbəri akademik İsa Həbibbəy­liyə, rəsmi op­ponentləri - professorlar Akif Bayramova və Asif Hacı­yevə, aparıcı müəs­sisəyə - şəxsən, Azərbaycan Dövlət Pe­daqoji Uni­versitetinin rek­­toru, pro­fessor Cəfər CƏ­FƏ­ROVa elmi işlər üzrə pro­rektor, professor Asəf ZAMA­NO­Va, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafed­rasının müdiri, pro­fessor Hi­ma­lay Qa­sı­mo­va, həmçinin mü­zakirədə fəal iştirak etmiş kafed­ranın bütün əmək­daşla­rına, xüsusilə də pro­fessorlar Təyyar Sa­lam­oğluna, Elman Quliyevə, Mahmud Al­lah­manlıya, Ya­qub Ba­bayevə və baş­qa­larına, istər müzakirə, istərsə də seminar zamanı əsəri diqqətlə oxuyub müsbər rəy yazan alimlərə - Seminarın rəhbəri: Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Paşa oğlu QASIMLIya, filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafa oğlu MUSTAFAYEVə, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu BAYRAMOVa, XX əsr (Sövet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şirindil ALIŞANLIya, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan ƏHMƏDOVa, Əlizadə ƏSGƏRLİyə, Filologiya üzrə fəlsəfə doktorları Şahbaz Şamı oğlu MUSAYEVə, İlham MƏMMƏDLİyə, Müdafiəyə buraxılmaq üçün EKSPERT RƏYİ yazmış filologiya üzrə elmlər doktorları, professorlar Gülər ABDULBƏYOVAya və Alxan Bayramoğluna (MƏMMƏDOV), eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nüma­yən­də­lərinə öz təşəkkürünü bil­dirib.

Qeyd edək ki, Müşfiq Borçalının dissertasiya müdafiə­sində Dissertasiya Şurasının üzvləri ilə yanaşı, bir çox tanınmış elm və ictimaiyyət nümayəndələri də, o cümlədən, Respublika Təhsil Şura­sının sədir, pro­fessor Əjdər Ağa­yev, Azər­baycan Respublikası Mə­də­niy­yət və Tu­rizm Nazir­liyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mər­kəzinin direktor müavini, filolo­giya üzrə elmlər dok­toru Adilxan Bayramov, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filolo­giya üzrə elmlər dok­toru, pro­­fessor Mədəd Çobanov, “Borçalı” İctimai Birliyinin həmtəsisçisi, professor, şair Hidayət Nuriyev, AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiy­yat­şünaslıq+bədii yaradı­cılıq" bir­liyinin rəhbəri, filolo­giya üz­rə elmlər dok­toru, pro­fessor, şair Vüqar Əhməd Azər­­baycan Aşıq­lar Bir­liyi­nin katibi, Əməkdar mədə­niyyət işçisi Musa Nəbioğ­lu, Gürcüstandan gəlmiş “Şərəf” ordenli yazıçı Əli Ab­bas, Beynəlxalq Poe­zuya mükafatları lau­reatı, “Şərəf” ordenli şair Nizami Saraçlı və digər elm adamları, icti­maiy­yət üzv­ləri iştirak edib.

Biz də “Ziya” qəzetinin və ZiM.Az saytının yaradıcı heyəti və oxucuları adından hörmətli Baş redaktorumuz Müşfiq Borçalını yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəa­liyyətində yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az


= = * = * = * = =

MÜŞFİQ BORÇALIYA ÜNVANLANAN TƏBRİKLƏRDƏN SƏTİRLƏR:

Əzizim Müşfiq!..
Mənim daimi qardaşım!..
Yaxşı ki, varsan, yaxşı ki, aramızda səmimiyyetimiz var, var olacaq!...
Ürəkdən, lap ürəkdən
təbrik edirəm!..
Səni mən zatən hər zaman KAMİL BİR ALİM kimi qəbul etmişəm.
UĞURLAR!...
Bir daha çox çooooox mübarək. Gözümüz aydın!..

Şurəddin MƏMMƏDLİ,
Türkiyə, Ərdahan Univeritetinin professoru,
Gürcüstan Milli Elmlər Akademiya­sının
hə­qiqi üzvü,
filologiya üzrə
elmlər doktoru.




Hamının çoxdan DOKTOR kimi tanıdığı adam

Deyirlər uşaq beyni ağ vərəqdi və o ağ vərəqə nə yazılarsa ömürlük pozulmaz.
Beş ya da altı yaşım olardı, evimizdə - “Müşfiq”, “şair”, “poeziya” sözlərini eşidəndə...
Sonra qonşuluğumuza bir ailə köçdü. Qapıbir qonşu olduğumuzdan idi, ya nədən idisə Müşfiqgil ilə bir evli kimi olduq, birgə böyüdük.
Artıq Müşfiq mənim üçün təkcə şair deyildi, həm də Müşfiq adlı qardaşım var idi...
Zaman ötdükcə Müşfiq adı mənim üçün bir az da doğmalaşırdı. Uşaqlıqdan diqqətimi özünə çəkən ad məktəb illərində də hansı kitabda qarşıma çıxırdısa dərhal onun kim olduğunu araşdırır və öz dünyamda qərar verirdim ki, bu adı daşıyan kəs həqiqətən də dahi Müşfiq adına layiqdi yoxsa, yox?
Amma o zamanlar hələ də atalarımızın "Dağ dağa rast gəlməsə də, insan insana rast gələr" - deyimini dərk etmirdim.
Və bax beləcə, ömrümün 30-cu baharında daha bir Müşfiq imzasına rast gəldim...
Doğurdan da insan bir zamanlar adını eşitdiyi adama rast gələ bilər və hətta o adam o qədər adına layiq olar ki, ona öz dünyanda çalışdığı sahənin doktorluq fəxri adını da verə bilərsən.
Yazımın bu yerində bizim dəyərli alimlərimizdən üzr istəyərəm.
Məhz ona görə ki, mən Müşfiq Borçalıya onlardan on il öncə doktorluq adını vermişəm.
Müşfiq Borçalı adını çox sevdiyim şairlərdən birinin kitabında redaktor olaraq tanımışdım.
Müşfiq Borçalı öz imzasında doğulub boya-başa çatdığı doğma el-obasının - qədim türk dünyasının bir parçası olan ağır elli oğuz yurdumuz Ulu Borçalının adını daşımaqla “MÜŞFİQliyə layiqəm!” - demişdi mənə hələ o zamandan...
Sonralar mətbuatda olmağıma baxmayaraq Müşfiq Borçalı ilə bir az gec tanış olduq.
Yaşımın azlığına baxıb mənə “Sən hələ uşaqsan” - deyənlərdən olmadı Müşfiq Borçalı.
Mənə "həqiqətən də on beş ilini mətbuatda boşa keçirməmisən" - dedi və beləcə Müşfiq Borçalı ilə həmkar olduq, dost olduq...

Bizim ətrafımızda olanlar bilir ki, mən dostumuz Müşfiq Borçalıya məhz müəllim adı layiq olduğuna görə, ona xüsusi intonasiya ilə MÜƏLLİM deyə müraciət edirəm...
Bir dəfə isə təəccüblü şəkildə “MÜƏLLİM, axı siz niyə hələ də doktorluq müdafiə etməmisiz?" - deyə sual verdim.
Müşfiq Borçalı söz ehtiyatı çox olan adamdı, amma deyəsən sualım onu yerindən tərpətdi...
Bir qədər susduqdan sonra o mənə müdaifə mövzusunda yazdığı əsərləri göstərdi.
Sən demə M.Borçalı həqiqətəndə üzərindəki daşığı iki adın ikisinə də tam layiq imiş.
Qədim türk yurdundan, Borçalıdan yazdığı tədqiqat əsəri illərdi ki, hazır olan MÜƏLLİMİZ nəhayət ki, bu günlərdə müdafiəsini də etdi və çox hörmətli alimlərimiz onun həqiqətən də doktor adına layiq olduğunu təsdiqlədi.
Söhbətimin bu məqamında onun yaxın dostlarından biri kimi bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Müşfiq Borçalı mənə bu günlərdə bir daha xalq adamı olduğunu nümayiş etdirdi. Onun doktor olduğunu eşidənlər təəccüblə "aaa Borçalı məgər doktor deyildi ki?..." - deyə bizə sual verdi.
Bəli, əzizlərimiz, Müşfiq Borçalı əvvəl xalqından, sonra isə dəyərli müəllimlərindən doktor elmi dərəcəsin alıb.
O, bu günlərdə atası professor Mədəd Çobanovun adına layiq oğul olduğunu bir daha sübut etdi...
Bir daha MÜŞFİQ MÜƏLLİMİ ürəkdən təbrik edir, “DOKTOR adın mübarək!” - deyir və ona özünün davamçılarını yetişdirməyi arzu edirəm.

Günay NOVRUZ,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyin üzvü,
Prezident təqaüdçüsü.



Əziz dostumuz, qardaşımız Müşfiq Borçalı!
Azərbaycan elminə verdiyiniz coxsaylı və samballı əsərlərinizlə xalqımızın gözündə-könlündə çoxdan "ELMLƏR DOKTORU"sunuz.
Bu gün bu boyük "ALİM" adı rəsmiləşdi. Sizinlə Fəxr edirik, "DOKTOR MÜŞFİQ"!!!

Hörmətlə: Sabir SADAXLI.


Çox sevindirdin məni, əzizim, Tanrı da səni sevindirsin.
İndi sən də alimlər məktəbi yarat və sən də insanlara öz elmi tövsiyələrini ver.
İnanıram ki, buna da nail olacaqsan!

Abay PAŞAYEV (Abai Pashaevi),
Gürcüstan, "Təhsil" qəzetinin baş redaktoru



Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı!
Təbrik edirəm! Həqiqətən də Siz bu ada çoxdan layiqsiz!

Ceyhun AĞABƏYOV.



Elimizin layiqli oğlu, gözəl insan, gözəl ailə başçısı, qayğıkeş və səmimi eioğlumuz Müşfiq müəllimi yüksək elmi ad almağı münasibəti ilə təbrik edirəm!
Müşfiq müəllim hamının nəzərində tutduğu vəzifədən asılı olmayaraq sadə və ürəyi açıq insan kimi öz hörmətini çoxdan qazanmışdır.
Müşfiq müəllimə yeni uğurlar, uzun ömür, can sağlığı və yeni elmi əsərlər, elmi nailiyətlər arzu edirəm.
Var olun Müşfiq müəllim! Həmişə yüksək tribunalardan gəlsin səsiniz!

Gülxanım RZAZADƏ (MƏMMƏDOVA)



MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!.. Gözəl dost, dəyərli qardaşım Müşfiq Borçalı!!
Sizi bu uğurunuz, Doktorluq müdafiəniz, qələbəniz üçün səmimi qəlbdən təbrik edir, cansağlığı, yeni yeni yaradıcılıq uğurları arzu edirəm!
Bu həyat yollarında, ömür yolunda daim yaşıl işıq yansın!Bir daha səni təbrik edir, doğma bir bacı kimi ürəyimə sıxıb öpürəm, əziz qardaşım, daim irəli, uca zirvələr sənin olsun!.. Qoy bu Quran səni qorusun!!

Sənin fərəhinlə fərəhlənən bacın Solmaz ŞİRVANLI.



"GÜRCÜSTAN" QƏZETİNİN KOLLEKTİVİ ADINDAN TƏBRİK EDİR VƏ ULU TANRIDAN SİZƏ DAHA BÖYÜK NAİLİYYƏTLƏR DİLƏYİRƏM.
Elman KƏLƏYEV


Ooo, ürəkdən təbrik edirəm. Sən layiqsən qardaş!
Əziz DƏLİVƏLOV (Aziz Dalivalov),
Rustavi, "Sözün işığı" qəzetinin baş redaktoru.



Təbrik edirəm, qardaş! Zirvələr səni gözləyir. Uğurların bol-bol olsun!
Əbdüləli İbrahimsoy,
Qarayazı.





Mənim qardaşım! Səni ürəkdən təbrik edirəm! Bu uğurun məni çox sevindirdi.
Sən olduqca qabiliyyətli, savadli, elmli, bacarıqlı insansan! Həqiqət naminə deyim ki, sənin bu müdafiə işin azından 20 il gecikdi.
Sən hal-hazirda professor olmalıydın. İllərlə çəkdiyin əziyyətlər, araşdirmalar, elmi məqalələrin, mövzu ətrafinda nəşr etdirdiyin ondan çox kitab sənin hansı səviyyədə olduğunu sübut edir. Gec də olsa, bu elmi adı almağin bütün dostların, yaxınların kimi, məni də sevindirdi. Özün sənə nə qədər dəyər verdiyimi gözəl bilirsən!
Gözəl dostum, canım qardaşım! Uğurların bununla bitməsin! Sənə daha böyük nailiyyətlər, uğurlar arzulayıram! Əsl insana vacib olan bütün xüsusiyyətlər səndə cəmləşib! Allah yolunu açıq, işini avand, canını sağlam eləsin! Sənə həyatın bütün gözəlliklərini arzulayıram! Yaşa, yarat!
Canım-qardaşım, səmimi qəlbdən səni təbrik edirəm! inan ki, bütün varlığımla, ruhumla yanındayam. Səninlə fəxr edir, qürur duyuram!
İnşallah, görüşərik! Öpürəm! Bir daha təbrik edirəm! Savadina, biliyinə, bacariğina bələd olduğum üçün, səni AKADEMİK görmək arzumdur!
TƏBRİKLƏR!

Murtuz FƏRHADOĞLU.



Tebrik edirəm! Uğurlar olsun! Gün o gün olsun, professor səviyəsinə yüksələsən! Öpürəm!..
Zakir İsmayilov


Müşfiq müəllim, sizi təbrik edirəm!
Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Arzu edirəmki, professor adını tezliklə qazanasınız
.

Fəridə İbrahimova.



Çox hörmətli insan, bacarıqlı jurnalist Müşfiq Mədəd oğlu Çobanov (Müşfiq Borçalı) Nizami adına Ədəbiyyat İnstitutunda(AMEA) elmi işini müdafiə etdi.
"Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)" mövzusu ətrafında möhkəm elmi dəlillərə söykənən müdafiədə hazırkı Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə toxunuldu...
Müşfiq müəllim! Sizin elmi fəaliyyətiniz ikiqat dəyərlidir.
Çünki burada iki ölkənin və iki xalqın ədəbiyyatı qarşılıqlı şəkildə öyrənilir.
Əlli il ərzində iki ölkə arasındakı bu ədəbi əlaqələr, gətirilən faktlarla əsaslı şəkildə tədqiq edilmiş və elmi nəticələr çıxarılmışdır.
Müşfiq müəllimi bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona elmi və publisistik yaradıcılığında və həyatında perspektivlər,
uğurlar və müvəffəqiyyətlər arzu edirəm!

Vüsal ŞABİZADƏ.



Dəyərli ziyalımız, gözəl xarakterə malik olan, hər kəs tərəfindən insanlıq meyarı kimi tanınan Müşfiq Borçalı!
Mən səhhətimlə bağlı sizin çox gözlədiyim elmi işinizin müdafiesində iştirak edə bilmədim.
Lakin fikrim sizin yanınızda idi...
Sizi ELMİ İŞİ MÜDAFİƏ ETDYİNİZ MÜNASİBETİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.
MÜŞFİQ MÜELLİM, AİLƏMİZ ADINDAN SİZƏ BOL-BOL UĞUR VƏ CAN SAĞLIĞI ARZULAYIRIQ....

Sona İSMAYILOVA.



Çox sevindim, istiyənləriniz sevinsin. Daha böyük uğurlar diləyirəm.
Valeh MİRZƏ



Səmimi qəlbdən təbrik edirəm!.. Çoxdan layiq olduğunuz təzə elmi dərəcəniz mübarək!
Uğurlarınızı gözləyirik...

Sədaqət Dilqəm (Abbasova)



Uğurların bol olsun qardaşım. Hər bir uğurunla bizə qürur duydurursan. Təbrik edirəm!!!
Rəna ƏLİYEVA.



Salam qardaşım! Sizin bu uğurnuzu görüb çox şad oldum! Sizi ürəkdən təbrik edib yeni-yeni uğurlar arzulayıram.
Mən bisəm mütləq sizin bu xoş gününüzdə yanınızda olardım. Həmişə var olasız!

Sədi YARADANQULU.


Təbriklər!.. Gürcüstan əsiılli ziyalılar adından Azərbaycan elminə daha böyük töhfələr vermək arzusu ilə
Mubariz Abdullayev.



Təbrik edirəm, əziz qardaşım... demək ki, hələ 1985-1986-cı illərdə Bolnisi rayonunda bir çox fənnlərdən (riyaziyyat, fizika, kimya, ədəbiyyat) keçirilən məktəblərarası turlarda və olimpiadalarda iştirakın öz bəhrəsini verdi. Hörmətli professorumuzun layiqli davamçısı, Borçalımızın gənc DOKTORU...
Əfqan ƏLİYEV.



Əziz qardaşım Müşfiq Borçalı!
Dissertasiya işini uğurla müdafiə etdiyinə görə fərəhləndim!
Mühüm işlə bağlı yanında ola bilmədiyimə görə təəssüfləndim...
Sən Borçalının şöhrətini həmişə şərəfləndirməyə çalışan bir oğulsan!
Bu tədqiqatınla onu bir daha təsdiqlədin!...
Sənə cansağlığı, bolluca nailiyyətlər arzulayıram!!!
Əziz qardaşım Müşfiq Borçalı!
Bir daha Təbriklər!!! Uğurlar!!! Sən öz fəaliyyətinlə bu ada çoxdan layiqsən!
Xeyirli olsun!!!

Knyaz ASLAN,
Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi
ka­fedrasının müdiri, dosent.



Əziz dostumuzu səmimi qəldbən təbrik edirəm. Dissertasiya işini uğurla müdafiə etməsi məni çox sevindirdi. Məncə illər öncə bu olmalı idi. Yenə də gec deyil, hətta deyərdim daha da dolğunlaşmış, millətimizə gərəkli bir işi görüb. Hətta ömür gün yoldaşım təəccübləndi ki, mən elə bilirdim Müşfiq Borçalı çoxdan müdafiə edib. Cavabım belə oldu: Həyatda elə insanlar var ki, rəsmi Alim adını deyil, həyatın, insanların, millətin verdiyi Alim adını daha öncədən qazanır. Dostum da belə insanlardandır. İnşaallah ki, bir gün atanız kimi Professor elmi adını da alarsınız. Daha uca zirvələr arzu edirəm.
Pərviz Əmiraslan,
Almaniya.



Əziz və hörmətli Müşfiq Mədədoğlu, gərgin zəhmətinizlə, elmi araşdirmalarınızla, məqalə və yazılarınızla bu gün əziyyətinizin bəhrəsini gördünüz.
"Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığınız disser­tasiyanı uğurla müdafiə etdiniz.
Sizin bu böyük müvəffəqiyyət digər ziyalı dostlar kimi məni də sevindirdi.
Sizin kimi istedadlı, bacarıqlı, savadlı və işgüzar ziyalı belə bir elmi ucalıqda parlamağa layiqsiniz. Sadəliyiniz, yüksək insani keyfiyyətləriniz, qayğıkeş və xeyirxahlığınızla həmişə "olduğu kimi görünür, göründüyünüz kimi olursunuz". Bu isə insana xas olan ən gözəl xüsusiyyətdir.
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağınız münasibətilə "Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin və "Ümid" qəzetinin əməkdaşları adından Sizi səmimi qəlbdən təbrik edir, Allahın bəxş etdiyi bütün gözəllikləri, uğur və nailiyyətləri Sizə arzulayırıq!
Sizinlə fəxr edir və qürur duyuruq!
Əziz və hörmətli Müşfiq Mədədoğlu, elmi yaradıcılıq və fəaliyyətlərinizdə yeni-yeni zirvələr kəşf etməyinizi səbirsizliklə gözləyirik.
Bir daha Sizi təbrik edirik!

Hörmətlə, Əlixan Yəhyaoğlu,
"Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin sədri, "Ümid" qəzetinin redaktoru.



Mən də öz növbəmdə bu təbriklərə qoşuluram, elmin çətin və keşməkeşli yollarında yeni-yeni uğurlar arzulayıram!
Mirzə Məmmədoğlu MAŞOV

.







.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Təbriklər, Müşfiq Borçalı
AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ... TƏBRİK EDİRİK!..

AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ... TƏBRİK EDİRİK!..

Humanitar elmlər, Təbriklər
Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Naxçıvan, Təbriklər
ZiM.Az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!. ...

ZiM.Az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!. ...

Naxçıvan, Təbriklər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
AD GÜNÜN MÜBARƏK, ƏZİZ QARDAŞIM PƏRVİZ CƏFƏR!..

AD GÜNÜN MÜBARƏK, ƏZİZ QARDAŞIM PƏRVİZ CƏFƏR!..

Təbriklər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
= TƏBRİK EDİRİK, = Hörmətli ALI MUSAYEV!..

= TƏBRİK EDİRİK, = Hörmətli ALI MUSAYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Başkeçid, Təbriklər
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
Rəy yazın: