Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib 2017-ci il Dekabrın 8-də
AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
Elmi Şuranın növbəti
iclası keçirilib.

İclasda Dilçilik İnstitutunun
illik hesabatı dinlənilib.

Dilçilik İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü
ZiM.Az
-a bildirib ki,
Elmi şuranın hesabatında AMEA-nın Humanitar Elmlər Bölməsinin büro üzvü akademik Nizami Cəfərov iştirak edib.

İclası giriş sözü ilə açan Akademik Möhsün Nağısoylu bildirib ki, institutun elmi-tədqiqat fəaliyyəti daim diqqət mərkəzindədir, institutda aparılan işlər “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında həyata keçirilir.

İclasda institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli 2017-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, 2017-ci il ərzində institutda, 4 kitab, 32 monoqrafiya (1 xaricdə) , 35 dərs vəsaiti, 142 məqalə: 103 - sı ölkə daxilində və 39-i xaricdə (ABŞ, Rusiya, Türkiyə, Almaniya, Avstriya, Özbəkistan, Rumıniya) çap olunmuşdur.

İclasda qeyd olunub ki, hesabat dövründə Monitorinq şöbəsinin əsas işi dilin düzgün tətbiqi, işlənməsi və dilçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş “Dövlət Proqramı”nın (aprel 2013) müddəalarının yerinə yetirilməsi və bu sahədə monitorinqlərin aparılması olub.

Daha sonra “Beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat” diqqətə çatdırılıb. 2017-ci il aprelin 19-21-də Türkiyənin İstanbul şəhərində III Türk dili və ədəbiyyatı qurultayı keçirilib. Qeyd edək ki, qurultay 2 ildən bir olaraq İstanbul şəhərində keçirilib. Qurultayda AMEA Nəsimi adına Dilçilik İnstitutunun üç nəfər alimi iştirak edib. AMEA-nın Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu “Orta əsr türk lüğətçiliyi tarixinə bir baxış” mövzusunda məruzə edib. Həmçinin M.Nağısoylu Qurultayın Birinci bölməsinin sədri kimi iclasa rəhbərlik edib.

25-28 sentyabr 2017-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərindəki Bukreş Universitetində XII Beynəlxalq Böyük Türk Dil Qurultayı keçirilmişdir.

Türkiyənin Bilkent Universiteti, Yunis Əmrə İnstitutu, Türk Dünyası Araşdırmalar Vəqfi, Azərbaycan Türkiyə Dostluq Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Qurultay əski türkcənin tarixi qaynaqlarının öyrənilməsinə həsr olunmuşdur.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dos. Baba Məhərrəmli, elmi katib fil.ü.f.d., dos. Aynel Məşədiyeva, Sosiolinqvistika şöbəsinin aparıcı elmi işçisi, professor Roza Eyvazova, Türk dilləri şöbəsinin müdiri fil.ü.f.d., dos. Aygül Hacıyeva iştirak etmişdir.

İclasda institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar da nəzərə çatdırılıb.

B.Məhərrəmli vurğulayıb ki, 3 fevral 2017-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi çərçivəsində növbəti monitorinqlərin aparılması məqsədilə İsmayıllı rayonuna ezamiyyətə yollanmışlar. “Regionlarda dil situasiyası: İsmayıllı” silsiləsindən keçirilən növbəti monitorinq İsmayıllı rayonu ərazisində küçə adları, reklam, afişa və elanlarda ədəbi dilin düzgün istifadəsi, dilin tətbiqi ilə bağlı meydana çıxan problemlərin həlli istiqamətində tövsiyə və tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.

20 fevral 2017-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu ana dilini sevən, ona qayğı göstərən hər bir kəsi bugünkü gün münasibətilə təbrik edib. Tədbirdə bir sıra fəxri qonaqlar da iştirak edib. Tədbirdə fəxri qonaqlar:

professorlar Buludxan Xəlilov, Əzizxan Tanrıverdi və Sənubər Abdullayeva iştirak edib. Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli və institutun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sevinc Məmmədova həmçinin tədbirdə çıxış ediblər.

3 mart 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış dilçi alim, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr edilən konfrans keçirilib.

17 aprel 2017-ci ildə AMEA-nın əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış şərqşünas alim və şairə, filologiya elmləri

doktoru, professor Roza Eyvazovanın anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli alimin Azərbaycanda humanitar elmlərin inkişafında müstəsna xidmətləri olduğunu və R.Eyvazovanın 200-ə yaxın əsərinin dilimizin tarixi və onomastikasının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.

24 aprel 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Akademiya rəhbəri Ağamusa Axundovun dilçilik elminin klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedoqoji fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu yetişdirdiyini diqqətə çatdırıb.

11 may 2017-ci il tarixində Mərkəzi Elmi Kitabxanada AMEA-nın Alimlər Evi və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli sovet tarixçi-etnoloqu, şərqşünas, yazıçı, şair və tərcüməçi Lev Qumilyovun anadan olmasının 105 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxış edərək görkəmli alimin həyat və elmi fəaliyyətindən söz açıb. O, L.Qumilyovun SSRİ ərazisinin yarıdan çoxunu əhatə edən türk xalqları barədə əsl həqiqətləri, həmçinin türklərin dünya sivilizasiyasına verdikləri əvəzsiz töhfələri qorxmadan qələmə aldığını bildirib.

30 may 2017-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda “Telekanalların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib. Mətbuat konfransını giriş sözü ilə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açmışdır.

2017-ci il oktyabr ayının 10-da AMEA-nın əsas binasında “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbiri N.Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Nəsimi adına Dilçilik İnstitutu birgə təşkil etmişdir.

23 oktyabrda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib. AMEA-nın prezidenti akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunmuşdur. Müsabiqənin təşkili üçün komissiya yaradılmış, akademik T.Kərimli - sədr, akademik M.Nağısoylu - sədr müavini, akademik N.Cəfərov, akademik R.Hüseynov, prof. S.Abdullayeva komissiyanın üzvləri seçilmişdir. Müsabiqənin koordinatoru Dilçilik İnstitutunun Tədris şöbəsidir.

2017-ci il noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya təşkil edilmişdir.

Tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu söz sənətimizin inkişafında misilsiz xidmətləri olan M.P.Vaqifin doğma dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışmışdır.

2017-ci il noyabrın 30-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nın təqdimatı keçirilmişdir.

Akademiyanın əsas binasında baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək atlasın Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına

dair Dövlət Proqramı" çərçivəsində hazırlandığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində ana dilinin saflığının qorunması, öz daxili imkanları hesabına zənginləşdirilməsini dilçilər qarşısında bir vəzifə olaraq qoyub. İ.Həbibbəyli Prezidentin çağırışlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimlinin Rəyasət Heyətinin cari ilin may ayında keçirilən iclasında "Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış etdiyini xatırladıb.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb.

İllik hesabatı institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aynel Məşədiyeva hazırlayıb.

Şöbə müdirləri professorlar S.Mehdiyeva, S.Sadıqova, İ.Məmmədov hesabatla bağlı fikirlərini bildiriblər.

İ.Məmmədli qeyd edib ki, bu il Dilçilik İnstitutundan 3 nəfər alim Dövlət Dil Komissiyasının üzvü seçilib. Ölkə başçısının dilimizə hər zaman qayğısını hiss edirik.

“Türkologiya” jurnalının hesabatı barədə jurnalın məsul katibi Elçin İbrahimov məlumat verib. Qeyd edək ki, jurnalın 4 nömrəsi, 48 məqalə çap olunub. Onlardan 17-i Azərbaycan, 8 rus 16-ı türk, 7-i ingilis dilindədir. 23 qurum və ayrı-ayrı şəxslər jurnalı abunədir.
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib
İclasda çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını çox yüksək qiymətləndirib.

Akademik vurğulayıb ki, Dilçilik İnstitutunun hər bir əməkdaşı daima mətbuatda, televiziyada çıxış edir. Bunlar da institutun hesabatıdır.

Sonda N.Cəfərov təkliflərini səsləndirib:
1. Türk dillərin müqayisəli qrammatikası yazılmalı.
2. Türk mənşəli sözlərin yazılış qaydaları müəyyənləşdirilməli.
3. Rəsmi sənədlərdə şəxs adları soyaddan əvvəl yazılmalıdır. Bu model Dilçilik İnstitutu tərəfindən müəyyənləşdirilməlidir.

Sonda Elmi Şura cari məsələlərə baxıb.

Hüsniyyə ÇOBANOVA,
ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
“Regionlarda dil situasiyası: İsmayıllı”

“Regionlarda dil situasiyası: İsmayıllı”

Regionlar, Humanitar elmlər
Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Humanitar elmlər, MEDİA
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Humanitar elmlər, Turan

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib

Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib

Humanitar elmlər
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Humanitar elmlər
Akademik Möhsün Nağısoyluya BAŞSAĞLIĞI

Akademik Möhsün Nağısoyluya BAŞSAĞLIĞI

Nekroloqlar
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
Türk Dil Qurumunun sədri Gürer Gürsevin Dilçilik İnstitutunda görüşdə olub

Türk Dil Qurumunun sədri Gürer Gürsevin Dilçilik İnstitutunda görüşdə olub

Humanitar elmlər, Turan
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Humanitar elmlər, Avropa
Rəy yazın: