AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək 2018-ci il iyunun 8-də
AMEA Rəyasət Heyətinin
Ümumi yığıncağı keçirildi.
Yığıncaqda alternativsiz
namizəd olan akademik
Akif Əlizadə
gizli səsvermə yolu ilə
yekdilliklə növbəti
beş il müddətinə yenidən
AMEA-nın prezidenti seçildi.


Görkəmli geoloq alim,
Əməkdar elm xadimi,
Dövlət Mükafatı laureatı,
“Şöhrət”, “Şərəf”“İstiqlal” ordenli, akademik Akif Əlizadə
Azərbaycan elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş, məhsuldar elmi fəaliyyəti ilə böyük bir məktəb yaratmışdır.
O, ölkə elminin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən tədbirlərin fəal iştirakçısı olmuş, elmimiz üçün taleyüklü məsələlərin həllində intellektual potensialını səfərbər etmişdir.

1957-ci ildə AMEA-nın Geologiya İnstitutunda işə başlayan akademik A.Əlizadənin bu elm ocağı həmişəlik fəaliyyət məkanına çevrilmişdir. Onun Geologiya İnstitutuna rəhbərlik etdiyi 60-70-ci illərdə Azərbaycanda geologiya elmi özünün inkişaf zirvəsinə yüksəlmiş, böyük bir geoloq nəsli yetişmişdir. Bu qurum həmin dövrdə Azərbaycan Elmlər Akademiyası sistemində aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.

Təsadüfi deyildir ki, 2013-cü ildə görkəmli alim-geoloq və böyük elm təşkilatçılarından olan akademik Akif Əlizadə ilk dəfə AMEA-nın prezidenti seçildikdən sonra bu böyük elm ocağının həyatında tamamilə yeni bir səhifə açılmış, qurumun innovativ inkişafı yönündə məqsədyönlü tədbirlər həyata keçirilmiş, ciddi islahatlar aparılmışdır.

Akademiyaya rəhbərlik etməyə başladığı gündən etibarən elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq akademik Akif Əlizadənin əsas hədəflərindən olmuşdur. Bu istiqamətdə 2015-ci ildə AMEA-da yaradılmış magistratura pilləsi xüsusi əhəmiyyət kəsb edir. Akademiyada ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistraturanın yaradılması bu qurumun tarixində ən mühüm addımlardandır.

19 dekabr 2014-cü il tarixində ölkəmizdə ilk dəfə olaraq AMEA-da Azərbaycan Alimlərinin I Qurultayı keçirilmişdir. Tədbirdə respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, eləcə də ABŞ, Rusiya Federasiyası, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər iştirak etmiş, Azərbaycan elmində gedən proseslər, mövcud problemlər və perspektivlər, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına dair geniş fikir mübadiləsi aparmışlar.

2013-2018-ci illərdə AMEA-da elmtutumlu istehsalın gücləndirilməsi, sənayedə elmin rolunun artırılması və bir sıra strateji əhəmiyyətli məhsulların respublikaya idxalının qarşısını alaraq onların elmi əsaslarla yerli istehsalı təşkil edilmişdir. Prezident İlham Əliyevin imzaladığı 8 noyabr 2016-cı il tarixli Sərəncama əsasən, AMEA Təcrübə Sənaye Zavodunun (TSZ) bazasında Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün çox vacib bir hadisə olmuşdur.

5 il ərzində AMEA-da bir neçə yeni institut yaradılmış, prioritet elmi istiqamətlər müəyyənləşdirilmiş, ölkə elminin beynəlxalq aləmə inteqrasiyası güclənmiş, akademiya fundamental elmi tədqiqatların aparıldığı mərkəzə çevrilmişdir.

Akademik Akif Əlizadə fəaliyyəti dövründə xarici ölkələrin akademik qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın təşkili, innovativ elmi layihələrdə iştirak, eləcə də beynəlxalq tədbirlərin, elmi konfransların, sərgilərin, seminarların təşkili və həyata keçirilməsinə xüsusi önəm vermişdir. Son beş ildə akademiyanın 4 minə yaxın əməkdaşı ABŞ, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Türkiyə, Norveç, Belçika, İtaliya, İran, Hindistan, Səudiyyə Ərəbistanı və s. ölkələrdə ezamiyyətdə olmuşlar.

Bütün sadalanan faktlar AMEA prezidentinin uğurlu elm siyasətinin nəticəsidir. Bu gün akademiyada elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, multidissiplinar biliklərin tədrisi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində tədbirlər davam etdirilir.

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək
AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə
bu şərəfli və çətin yolda möhkəm can sağlığı, tükənməz enerji və Azərbaycan elminin rifahı, akademiyanın inkişafı naminə yeni nailiyyətlər arzu edirik!

Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin
Elektron informasiya şöbəsinin rəis müavini, dissertant


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

Elm
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Pa ...

Elm
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr
Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

"Zirvə"
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
Rəy yazın: