Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldüProfessor Bədirxan Əhmədovun
«XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər,
istiqamətlər, problemlər» monoqrafiyası
«Qızıl Kəlmə» ədəbi mükafatına
layiq görüldü


Mayın 7-də Azərbaycan Milli Kitabxanasında
Mədəniyyət və Turizm Nazirliyinin
«Qızıl Kəlmə» ədəbi mükafatının
təqdimat mərasimi keçirildi.

Əvvəlcə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla
iş şöbəsinin müdiri Vaqif Bəhmənli
çıxış edərək
mükafatın tarixi haqqında məlumat verdi. Bildirildi ki, mükafat 2008-ci ildə təsis olunub, 2009-cu ildə ilk qaliblər müəyyən edilib.
Əsasnaməyə uyğun olaraq iki ildən bir keçirilən müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsi olaraq, yaradıcı insanların əməyini stumullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərləri yaratmağa
təşviq etmək məqsədi daşıyır.

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü Sayca dördüncü olan mükafata 5 nominasiya, nəsr, poeziya, ədəbi tənqid və publisistik, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı üzrə 61 əsər təqdim edilib.
Əsərlər nazirliyin rəhbərliyi ilə nüfuzlu qələm sahibləri
Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu,
Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli,
Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimova
dan
ibarət 11 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bu il beş əsas mükafatla yanaşı daha iki əsəri fərqləndirən "Şans" mükafatının verilməsi də məqsədəuyğun sayılıb. Ümumilikdə 11 əsər mükafata layiq görülüb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, «Qızıl Kəlmə» mükafatının nominasiyaları o sahələri daha çox əhatə etməlidir ki, ədəbiyyatın həmin sahələrində daha geniş tədqiqata ehtiyac var. Oxucu tələbatı, seçilən əsərlərin sonradan Azərbaycan ədəbiyyatında təsiri nəzərə alınmalıdır. Burada bizim üçün önəmli olan odur ki, ədəbiyyatın bütün istiqamətləri təmsil olunsun və yazarlar arasında maraq yaransın.

Əbülfəs Qarayev qeyd edib ki. son dövrdə ədəbi tənqid, araşdırma, mədəni irs nümunələrinin tədqiqi və dramaturgiya sahəsində yazılar azdır. Bu gün ədəbiyyat sahəsində böyük bir proses yaşanır. Prezidentin sərəncamı ilə latın qrafikasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri çap olunur. Eyni zamanda Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında öz yerini tutmalıdır: «Ona görə bu məsələlər haqqında ciddi düşünməliyik. Kitaba maraq azalır desələr də, məncə, bu, yanlış fikirdir. Sözsüz ki, gerçəklik odur ki, kitabxanaya gedib kitab oxuyanların sayı azdır. Amma rəqəmsal variantda dünya ədəbiyyatı nümunələrini, bədii əsərləri gün ərzində yüz minlərlə insan oxuyur. Böyük ədəbiyyatsız dünyanı təsəvvür etmək olmaz».

Tədbirdə həmçinin bildirildi ki, bu gün Azərbaycan kitabı ən nüfuzlu kitab sərgilərində nümayiş olunur: «Müasir Azərbaycan ədəbiyyatı ilə yanaşı keçmişimizi, dəyərli filosofların əsərlərini də təqdim edərək, sübut etməliyik ki, Azərbaycan xalqının tarixi, fəlsəfəsi var və bəşəriyyət olduqca var olacaq. Biz qədim və nadir kitablarımızı, əsərləri rəqəmsal daşıyıcılara köçürüb gələcək nəsillərə çatdırmalıyıq. Bu mürəkkəb iş olsa da, çox gərəkli addımdır. Bu gün mükafata təqdim edilən əsərlər də gələcək nəsil üçün gərəkli əsərlərdir». Sonra Əbülfəs Qarayev mükafata layiq görülən bütün müəllifləri təbrik etdi.

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldüSonra «Qızıl Kəlmə» ədəbi mükafatının qalib müəllifləri və əsərləri elan edildi.
Mükafat aşağıdakı nominasiyalar üzrə təqdim edildi: Nəsr; poeziya; ədəbi tənqid və publisistika; bədii tərcümə; uşaqlar üçün yazılmış bədii əsərlər.

Nəsr nominasiyası: Natiq Məmmədli (“Körpüdə ümid” romanı) və Şəmil Sadıq (“Odərlər” romanı).

Poeziya: Əhməd Qəşəmoğlu (“Sonsuzluğun ahəngi” şeirlər kitabı) və Ramiz Məmmədzadə (“Ümid” şeirlər kitabı).

Ədəbi tənqid və publisistika üzrə: Azər Turan (“Əli bəy Hüseynzadə”) və Bədirxan Əhmədov (“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri”).

Bədii tərcümə: Şıxəli Əliyev (Nəcib Məhfuzun “Fivin mübarizəsi” romanı) və Kazım Səlimov (Stiven Kinqin “Yazı sənəti” kitabı).

Uşaqlar üçün yazılan bədii əsərlər nominasiyası: Qəşəm İsabəyli (“Leyləyin intiqamı”) və Sevinc Nuruqızı (“Qədim Bakıya səyahət” kitabı).

“Şans” mükafatı: Fuad Babanlı (“Qırovdan sonra”) və Rəşid Faxralı (“Ömrümün üç nöqtəsi”).

BÜTÜN QALİBLƏRİ ÜRƏKDƏN TƏBRİK EDİRİK!...

* * *

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü Ədəbi tənqid və publisistika nominasiyası üzrə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun yenicə çapdan çıxmış «XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər» monoqrafiyası «Qızıl Kəlmə» ədəbi mükafatına layiq görüldü. Monoqrafiyada dövrün ictimai-siyasi, tarixi, ədəbi şəraiti obyektiv olaraq araşdırılır, ayrı-ayrı mərhələlərin xüsusiyyətləri aydınlaşdırılır və bu dövrün ədəbi məhsullarına yeni baxış ifadə edilir. Bir tərəfdən ədəbi prosesdə baş verən hadisələr müqayisəli faktlar müstəvisində təhlil edilərək Azərbaycan ədəbiyyatının XX əsrə aid zəngin irsini tədqiq edir, tədqiqatçı münasibəti bildirlir.

Yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxış ifadə edən monaqrafiya dövlətimiz tərəfindən qiymətləndirilərək öz layiqli yerini tutdu.
«Qızıl Kəlmə» ədəbi mükafatına layiq görülən «XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər» monoqrafiyasının elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, elmi rəyçiləri AMEA-nın müxbir üzvü Muxtar İmanov və filologiya elmləri doktoru, professor Tehran Mustafayevdir.

Professor Bədirxan Əhmədovu 60 illik Yubileyi, uzun illərin böyük zəhməti ilə başa gəlmiş monoqrafiyasının işıq üzü görməsi və "Qızıl Kəlmə" mükafatı ilə təltif olunması münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycanın ədəbiyyatşünaslıq elminə xidmətdə yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

"Zirvə", Təbriklər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
= TƏBRİK  EDİRİK !.. =  Professor  Nizaməddin  Şəmsizadənin     60 illik Yu ...

= TƏBRİK EDİRİK !.. = Professor Nizaməddin Şəmsizadənin 60 illik Yu ...

Mədəniyyət, Təbriklər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

Humanitar elmlər, Tiflis, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Təbriklər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Yeni nəşrlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
BİR ÖMRÜN MİSSİYASI

BİR ÖMRÜN MİSSİYASI

"Zirvə", Başkeçid
Rəy yazın: