Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim LÜTFİ-ZADƏ ilə müsahibə Elm, Dünya, Amerika, Diaspora 27 июня 2016 Müsahibimiz ABŞ-ın Kaliforniya Ştatındakı Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim Lütfi-Zadədir. - 1. Hörmətli Professor, bu gün sizi görməkdən və bu müsahibəni götürməkdən çox məmnunuq. İlk olaraq sizin səhhətiniz barədə və yeni elmi tədqiqatlarınız barədə soruşmaq istərdik.- İlk olaraq demək istərdim ki, Azərbaycan xalqı ilə təması yaratdığınız imkanı mən çox giymətlənddirirəm. Mən Bakıda anadan olmuşam, Azərbaycan və Azərbaycanlılar mənim qəlbimdə çox böyük bir yer tutur. Bu imkanı verdiyiniz uçun Sizə minətdaram. Siz mənim səhətimlə bağlı maraqlandınız, belə ki, demək istərdim ki, bir il il öncə mən təkrar infakrt keçirtdim və o vaxtdan mənim görmə və eşitmə qabliyyətimdə zəiflik yaranıb. Hal-hazırda mən eşitmə qulaqcığından və oxumaq üçün xüsusi şüşədən istifadə etməyə məəcburam. Bundan əlavə fiziki olaraq mən özümü yaxşı hiss edirəm, bu gün üçün, sabahı isə bilmirəm. Lakin məni sevindirən budur ki, mənim əqlim cəhətdən, mənim düşünməm, analiz etməm, ideyanın yaradılması və inkişafı kimi qabliyyətlərim çox dəyişilməyib. Mən Universitetdə aktiv olmaqda davam edirəm, həftəlik görüşlərim, dəyirmi masalarım, mənim elmi tədqiqatşılarım, siz də həmçinin bir zamanlar Fulbright tədqiqatçım olmusuz, lakin mən hal-hazırda dərs demirəm ona görə yox ki, daha dərs deyə bilmirəm, ona gorə ki, mənim üçün dərs demək çətindir bir az, həmçinin çox vaxt tələb edir. Belə ki, mən yazmağa davam edirəm və bir neçə məqalələrimi təzəlikcə yekunlaşdırmışam. Həmçinin geyd etmək istərdim ki, bunlar bir az qeyri adidir. 50 il əvvəl Parisdə keçirilən bir konfransda mən sistemlərin optimal kontrolu adlı mühazirəni təqdim etdim. Lakim mənim mühazirəm çap olunmadı. Bu yaxınlarda mən həmin məqaləni “İnformasiya elmləri” jurnalında çap olunması üçün təqdim etdim, və qəbul olundu. Əlli il keçəndən sonra mənim məqaləm cap olundu. Mən çox sevinirəm çünki bu həmişə olan hadisə deyil. Belə ki, mən Allaha çox minnətdaram ki, bu gün özümü müəyyən dərəcədə yaxşı hiss edirəm. Mən qaça bilmirəm, mən dağa qalxa bilmirəm, çox şeylər var ki, mən edə bilmirəm, lakin mən şikayətlənmirəm. Bunu deməkdə məqsədim budur ki, mən öz dostlarıma baxanda hansı ki, mənim yaşımda daha da zəif sağlamlıga malikdirlər və daha ciddi problem yaşayırlar. Öz sağlamlıqım barədə bugün üçün bu gədər demək istərdim. - 2. Azərbaycannın iqtisadiyyatını digər ölkələrlə müqayisədə necə qiymətləndirirsiniz? Sizin hisslərinizi bilmək istərdik.- Mən Azərbaycanı 10 yaşında tərk etmişəm. Lakin Azərbaycan öncə qeyid etdiyim kimi, mənim fikrimdə olub. Qəlbimdə ən isti yeri tutub, mən həmişə Azərbaycan barədə maraqlanmışam. Mən Azərbaycanı ilk olaraq 1965-ci ildə 1 günluk, və sonra bir neçə günlük 2008 ziyarət etdim. Mənim nə zaman olduğunda Azərbaycanda baş verən hadisələrdən məlumatlı olmaqa çalışıram və əlbəttə ki, mənim Azərbaycanda yaşayan çox dostlarım var və hər zaman bura gələn Azərbaycanlılarla görüşürəm və müəyyən dərəcədə bir fikrim var. Mən deyərdim ki, Azərbaycanın gələcəyi barədə çox optimistəm, başqa ölkələrin gələcəyindən fərqli olaraq. Azərbaycanın bəxtı gətitirb ki, onun çox uzaq görən lideri var. Mən Bakıda olan zaman çox qürür verici hadisələrdən biri o oldu ki, mən prezident İlham Əliyevlə görüşdüm, onun biliyi, onun dünya hadisələrdən anlayışı, onun Azərbaycanın gələcəyi barədə anlayışı mənə çox xoş təsuratlar verdi. Və mən elə hiss edirəm ki, o, Azərbaycanın işıqlı gələcəyi üçün öz məsuliyyətindən də artıq işlər görür. Əlbəttə ki, təbii sərvətlərin, yəni neft və qazin olması çox kömək edir. Mən elə başa düşürəm ki, Azərbaycanın neft və qazdan olan gəliri 20-30 miliyard dollardır ki, bu da ki, 9 milyonlıq xalqa bölüşdürülüb. Başqa ölkərdən fərqli olaraq Azərbaycan rəhbərliyi infrastrukturun yaxşılaşdırılması üçün resurslara malikdir, hansı ki, hər kəsin yaşayışının inkişafinda böyük köməkdir. Mən elə fikirləşirəm ki, bəzi ölkələr məsələn Skandinaviya ölkələri, Finlandiya, İsveç və s. ölkərdə real demokratiya formalaşib və digər tərəfdən isə demokratiyadan uzaq olan olkələr, məsəl üçün Afrika olkələri və orta Şərq, Afqanistan kimi ölkələr demokratiyaya hazır deyillər. Bir ölkədə ki, savadlılıq 9 % -dirsə orada demokratiyanə necə gözləmək olar. Real olaraq inanmaq lazımdır ki, İsveçdə, Fillandiyada olan demokratiya sizin olkədə ola bilməz. Və orada tədrici inkişaf olmalıdır. Beləliklə onlar xaos yaradirlar. Məsələn, Siriya, Misir kimi ölkələr digər ölkələr tərəfindən dəstəklənir. Misal üçün Saudiya Ərabiyə, Ərab Əmiratları və Kuveyt, 12 milliyard onlara vermişdir ki, bu müəyyn dərəcədə Misiri dağıtmışdı. Bu 12 milliyard olmasaydı Misir müflis olmuşdır. İnsanlarda pul yoxdur və bu 12 milliyard pulda insanlara yalançı ümid vermişdir və bu da hərbi rejimin dəstəyi deməkdir. Mən çox mənfi fikirdəyəm ki, bəzi Gərbi ölkələr hərbi rejimə göz yumurlar. Çox zaman belə olkələrin ikili standart yanşmaları var, əgər dostdursa , onlar bir cür, əgər düşməndirlərsə tamam başqa cür yanaşırlar. Belə ki, əvvəl söylədiyim kimi, mən Azərbaycanın gələcəyi barədə çox optimistəm əsasən iki səbəbə görə: 1. idarəçiliyin səviyyəsi, 2. resursların olması. Əgər təkcə resurs varsa idarəçilik yoxdursa orada uğur yoxdur, əgər idarəçilik varsa resurs yoxdursa orada da uğur yoxdur, ikisi olan halda şanslar yaxşıdır. - 3. Mənim növbəti sualım ondan ibarətdir ki Azərbaycanda təhsil sistemində böyük inkişaflar vardır. Elmi nəticələr bir çox sahələrə tətbiq olunur və iqtisadi nəticələrə gətirib çıxardır. Hansı sahələrdə Sizin elmi nəticələrinizin tətbiqini istərdiniz?- Demək istərdim ki, Azərbaycanda bir çox alimlər qeyri səlis nəzərriyəsini tətbiqi üzərində işləyirlər. Universitetlərdə qruplar vardır, ki dünya səviyyəsində böyük əməkləri vardır. Digər tərəfdən isə, Azərbaycanda xüsusən iqtisadiyyatın inkişafı yollarının aşkarlanması və planlaşdırılması sahəsində olan elmi nəticələrin tətbiqidir. Mən deyərdim ki riyaziyyatçılar, Azərbaycanda çox güclü riyaziyyatçılar var, hansılar ki, qeyri səlis nəzəriyyəsinin tətbiqində maraqlıdırlar. Belə ki, mən görürəm ki Azərbaycanda insanlar dünya səviyyəli işlər görməkdə maraqlıdırlar. Bu işlərə görə onlar dünyada tanına bilərlər və bu da Azərbaycanın dünyada tanınmasıdır. Mən qürur duyuram ki, mənim bəzi işlərimi dəvam edənlər var, bəzilərində isə birgə çalışmalarda çox boyük məmnuniyyətlə əməkdaşlıq edərdim. Mənim elmi işlərim İnformasiya Texnologiyaları nazirliyi tərəfindən dəstəklənir, və bu dəstəyin davam olmasında çox xoşbəxtəm. Bu nazirlik mənim işlərimi böyük həvəslə dəstəkləyir, müxtəlif beynəlxalq konfraslarda əsas təşkilatçı kimi iştirak edir. Mən həmçinin Sizə, Şahnaz Şahbazovaya bu konfransların keçirilməsində mühüm rol oynadiğınıza görə, və onları çox uğurla yerinə yetirdiyinizə görə minnətdaram. Bu işlər təkcə Azərbaycan çərçivəsində yox, beynəlxalq dərəcəli işlərdir. - 5.Biz sizin Azərbaycan elmi cəmiyyətinə arzularınızı eşıtmək istərdik.- Mən dünya elm adamlarına, Azərbaycan alimlərinə böyük hörmətimi çatdırıram və onların böyük işlərə sahib olmalarını, dünya səviyyəli əlaqələrin yaradılmasını, Bakıda konfransların keçirilməsini çox qiymətləndirirəm və bununla da Azərbaycanı, Bakını dünya şəhərinə çevirilməsinə və orada savadlı insanların olmasına sevinirəm. Azərbaycanın adətlərindən biri də elmə boyük hörmətidir. Mən buna Bakıda olarkən şahid oldum, sizin kitabxanalarınız, muzeyləriniz və təhsiliniz çox böyük dəstəklənmişdir. Siz bunları Afqanistanda və digər ölkələrdə görə bilməzsiniz. Bu da onunla baglıdır ki, sizing uzaqgörən dövlət başçınız vardır. Mənim burda ordenim var, Dostluq Ordeni, mən Azərbaycanda olarkən Prezident İlham Əliyev tərəfindən verilmişdir. Amerikada hər kəs bu ordeni məndən sorüşür və çoxu Azərbaycan haqqında ilk dəfə eşitdiyini bildirir. Onlara Azərbaycan haqqında məlumat verirəm və onlarda bir təsəvvur yaranır. Avroviziya musabiqəsi, Avropa oyunlarının və s. beynəlxalq forumların Azərbaycanda keçirilməsi Azərbaycanın dünyada tanınmasında böyük rolu olmuşdur. Onun tanınması çox vacibdir. Bu gün Azərbaycan Təhlükəsizlik Şuranın üzvüdür və bu da tanınması yolunda bir uğurdur. Mən fikirləşirəm ki, Azərbaycan doğru yoldadır ki, orta bir mövqeyi tutur, nə bir tərəfə çox məlumat verir, nə də digər tərəfə, bununla da yaxşı münasibətlər saxlayır. Bu da ki, Azərbaycan Presidentinin ağ siyasətidir. Yenə də, Azərbaycan və Azərbaycan xalqı mənim qəlbimin ən gözəl yerindədirlər. Mən bizim kolleqalarla davamlı münasibətə ümid edirəm və inaniram ki, Azərbaycan bundan sonar da tanınacaq.- Musahibə üçün çox sag olun. Sizə can sağlığı və gələcəkdə elmi ugurlar arzu edirik.- Siz də bu imkanı yaratdığınız üçün çox sag olun. Mən Sizin qeyri-səlis məntiqin dünya əhəmiyyətinə çatması istiqamətində gördüyünüz bu işinizi çox dəyərləndirirəm. Çox sağ olun!!!Musahibəni apardı:Şahnaz N.ŞAHBAZOVA,Azərbaycan Texniki Universitetinin dosenti, texnita elmləri doktoru,Lütfi Zadə adına Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti,Berkli, Kaliforniya 28 may 2016-cı il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.