Sona Abbasəliqızı: "Günah" (hekayə) Ədəbiyyat » Nəsr 10 января 2020 Adına şeirlər, nəğmələr qoşulan mavi gözlü Xəzər bu gecə çox vahiməli,çox qorxunc idi. Acıqla bir-birini qovan şahə qalxmış dalğalar sanki savaşırmış kimi bir-birinin üstünə atılır,biri digərini boğmağa çalışırdı.Saçları çiyninə dağılmış Ayna dənizə yaxınlaşdıqca onun bu qorxunc uğultusundan ürpənir,ürəyinin guppultusunu sanki sinəsində deyil, qulaqlarında eşidirdi. Ayaqqabısını harda çıxardığını unutmuş qız çoşmuş ləpələrin yalın ayaqlarına çırpıldığı, onu yaladığı bir vaxtda ayıldı. Tükürpədici bu zülmət bir gecədə kimsəsiz sahilə nə vaxt gəlib çıxdığını anlamağa çalışdı. Sanki bir anlığa beyni heç nəyi dərk etmədi. Bu soyuq dekabr gecəsində qu desən qulaq tutulan bu kimsəsiz bir sahilə nə üçün gəldiyini,niyə burada olduğunu kəsdirə bilmədi.Birdən hər şeyin qorxunc olduğunu hiss etdiyəndənmi və ya vaxtı,vədəsi yetişdiyindənmi Aynanın bətnində gəzirdiyi günahsız, hər şeydən xəbərsiz olan körpə ilk dəfə səyridi,sanki tərpənmək istədi.Ayna ona tanış olmayan bu hissin təsirindən gözlərni yumdu.Ürəyi tükdən asılmış kimi titrədi.Qəlbində baş qaldıran analıq hisləri tufan qopardı.O.ağlı ilə hissləri arasında çaşbaş qalmış Aynanı lənətlədi.Qollarını qarnına dolayıb diz üstə yaş qumun üstünə çökdü.Zülmət gecənin sükutunu parçalayan bir səslə hönkürdü.Səsi dalğaların səsinə qarışıb eşidlməz oldu.O,üzünü göylərə tutub yalvardı:”İlahi,əgər mümkünsə məni bağışla”.Ayna yumruqları ilə yaş qumu döyəcləyə-döyəcləyə bağırdı: «Mən ölümə layiqəm.Ac qarnına ölmüş atamın ruhu,gənc ikən qocalmış anamın ağ saçları,15 yaşlı qardaşımın ələrinin qabarı,13 yaşlı bacımın istidən,soyuqdan qarsımış sifətinin yorğunluğu məni bağışlamaz.Mən onların etimadını doğrultmadım,ümidlərini qırdım.Mən onları kənd içində rüsvay etdim.Mən,mən,mən....».O,yumruqlarını gah başına,gah sifətinə,gah da yerə döyəcləyirdi.Qana susamış dəniz dalğaları ilə tez-tez sahilə hücum çəkib onun üstünə atılır,bu məhv olmuş misilsiz gözəli ağuşuna alıb bağırına basmaq üçün var gücü ilə əlləşirdi.Birdən Ayna dikəlib oturdu.O,daha nə zülmət gecənin vahiməsindən diksinib ürpənir,nə də şahə qalxan dalğaların gəl-gəl deyən uğultusundan qorxurdu.Çünki gözləri dənizə zillənsə də xəyalı öz evlərində,doğmalarının yanında idi.Təndirdən bişmiş çörəkləri çıxaran Əsli küçədən gələn qarışıq qışqırtı səslərini dinləməyə çalışırdı.Səs getdikcə yaxınlaşırdı.İsti çörəyin təndirdən çıxmasını gözləyən 7 yaşlı Ayna,5 yaşlı Əziz,3 yaşlı Zümrüd qışqırtı səslərindən qorxub analarına qısılmışdılar.Əsli tələsik çörəkləri təndirdən çıxarıb çuğun göycəyə yığdı.Təndirin başındakı çörəyin üzünə vurmaq üçün apardığı ayran qabını,çörək taxtasını,süfrəni uşaqların əlinə verib isti çörəklə dolu göycəni göturüb dedi: «Uşaqlar tez olun,bunları aparaq evə.Çıxım küçəyə görüm bu nə səsdir.»Uşaqlar hərəsi gücü çatandan götürüb həyətə sarı getdilər.Əziz anasının təndirdəki közün odunu azaltmaq üçün apardığı su vedrəsini zorla sürüyürdü.Ayna qardaşının əlindəki vedrəni alıb suyu yerə boşaltdı:”Allah sən özün xeyr elə”-dedi.Əsli əlindəki göycəni evə qoyub tələsik həyətə düşdü.Tükürpədici qışqırtı ,ağlaşma səsləri daha da yaxınlaşırdı.Əslinin ürəyi şiddətlə döyünməyə başladı:”Allah ,sən özün xeyr elə”-dedi.Elə bu vaxt qonşuluqda yaşayan baldızı Şükufə al qanın içində həyətə girdi.Üzündə sağ yer qoymamış gəlin başından çəngə-çəngə tük qoparırdı.Qadınlar onun əllərini tutmağa çalışsalar da Şükufə buna imkan vermirdi.Əsli özünü baldızının üstünə atdı:-Başına dönüm,ay Şükufə,nə olub axı?-Başımıza daş düşüb,ay Əsli,İdrisin traktoru şor kanala aşıb.Bədbəxt qardaşım traktordan çıxa bilməyib,boğulub ölüb.O,təzədən nalə çəkdi.Əllərini üzünə atıb sifətini şaqqaladı.Əsli qiyya vurub yerə sərildi.Göynəyə-göynəyə ağlayan uşaqlar özlərini analarının üstünə atdılar.-Balalarından doymamış hara getdin ay,qardaş?Tayada bəlim yandı,Əl atdım əlim yandı.Qardaş,qardaş deməkdən,Ağzımda dilim yandı.Qardaş mənim gülümdü,Gülümdü,bülbülümdü.Ölsə bacılar ölsün,Qardaş ölmək zülümdü.Şükufənin ürək parçalayan nalə dolu fəryadı ən daşürəkli adamları belə leysan kimi yaş tökməyə məcbur edirdi.İdrisin faciəli ölümündən sonra Əslinin zülmlü günləri başlandı. Ayna ilə Əziz balaca olsalar da anaları ilə əl-ələ verib çörək pulu qazanmaq üçün gecə-gündüz torpaqda əlləşirdilər. Pomidor, badımcan, göy-göyərti əkib bazarda satır, bir qarnı ac, bir qarnı tox böyüyürdülər.30 yaşında dul qalmış Əslinin saçları bir ilin içində ağappaq ağardı. O, balalarını yedirib-geyindirmək, oxutmaq üçün gecəsini gündüzünə qatdı. Hər gecə süfrədə oturanda uşaqlarına deyirdi:“Bilirəm, işiniz ağırdır, ancaq birtəhər dözün, çalışın yaxşı oxuyun. Bir tərəfə çıxın. Əlinizdə bir parça çörək qazanmaq üçün bir sənədiniz olsun. Yoxsa, həyat çox çətindir. Atanız da sizi həkim, müəllim görmək istəyirdi”Uşaqlar üçü də məktəbdə həm ağlı, tərbiyəsi, həm də oxumaqları ilə fərqlənirdilər. Ayna müəllim olmaq yolunu seçdi. Qəbul imtahanlarını uğurla verib riyaziyyat fakültəsinə qəbul olundu. Əsli bir yandan sevinir, bir yandan da uşaqlara hiss etdirmədən xiffət edirdi. Aynanın kirayə və dolanışıq xərclərini necə düzəldəcəyini düşünürdü. 15 yaşı olsa da yetimlik Əzizi vaxtından əvvəl böyütmüşdü. O, anasının gizlində çətdiklərini çoxdan hiss etmişdi. Odur ki, axşam evə yığışanda üzünü anasına tutdu:-Ana, Səlimlə danışmışam. Sabah Bakıya gedirik. Ayna üçün ev kirayələmək lazımdır. Artıq dərslərin başlanmasına bir həftə qalıb.Əsli fərəhlə oğlunu süzdü:-Boyuna qurban olum, ay oğul, Allah səni bizə çox görməsin.-Sən də heç nəyə görə darıxma, ana. Lazım gəlsə həyətlərdə ot biçəcəyəm, yer qazacağam, nə iş lazım olsa gedəcəyəm, bacımı korluq çəkməyə qoymayacağam.Sonra üzünü bacısında tutdu, ötkən səslə dilləndi:-Sən də demə ki, qardaşım məndən kiçikdir... Özün bilirsən də nə deyirəm. Sən ora oxumağa gedirsən. Necə burada davranmısan, eləcə də orada. Sənə söz demək artıqdır. Anamız bizi zülümlə böyüdüb. Biz çətinliklə böyümüşük.Əziz susdu. Sonra durub evdən çölə çıxdı. Ayna başını aşağa salıb lal-dinməz oturmuşdu. Zümrüd adəti üzrə yenə də anasına qısılmışdı. Əsli çaşıb qalmışdı. O, ilk dəfə idi ki, oğlunu belə ötkən görürdü. Ona elə gəlirdi ki, danışan İdrisdir. Ötkən, təmkinlə, asta-asta. Ananın qəlbini qürur hissi bürüdü. Öz-özünə danışırmış kimi dilləndi:-Şükür sənə, ilahi, daha balaların böyüyüb əlimə çatıblar. Allah, onları mənə çox görmə.O, yaşarmış gözlərini yaylığının ucu ilə sildi. Sonra üzünü Aynaya tutdu:-Dur, qardaşının paltarını ütülə. Sabah bibin oğlu ilə Bakıya gedəcək.Əsli ona söykənmiş Zümrüdü dümsüklədi:-Sən də qalx, qardaşının ayaqqablarını yaxşı-yaxşı təmizlə. Sonra da kremlə. Şəhər yeridir, qoy səliqəli olsun. Mən də qalxım yataqlarımızı hazırmayım. Sabah erkən qalxmalıyıq.Artıq birinci semestr imtahanlarına az qalmışdı. Ayna imtahanları uğurla vermək üçün bütün gününü kitabxanalarda keçirirdi. O, artıq həm gözəlliyi, həm ağlı və tərbiyəsi, həm də savadı ilə Universitetdə çoxlarının diqqətini cəlb etmişdi. Qruplarındakı qızların içərisində də ən gözəli Ayna idi. Tərbiyəli olması bu gözəlliyi birə on qat artırırdı. Ona görə də bütün mühazirə və seminarlarda həm müəllimlərin, həm də qrup yoldaşlarının diqqətini öz üzərində hiss edirdi. Xüsusilə,subay olan Akif müəllim ona daha çox diqqət yetirirdi.Ayna imtahanları əla qiymətlərlə başa vurdu. O, təqaüd alan tələbələrin siyahısına düşdü. Onun sevincindən ayağı yerə dəymirdi. Axı bu pulla o, ailələrinə xeyli kömək etmiş olacaqdı. 15 yaşlı qardaşının əllərinin qabarı gözlərinin qarşısından çəkilmirdi. Ona görə də Ayna daha yaxşı oxuyub əlaçılıq təqaüdü almaq üçün dəridən-qabıqdan çıxırdı. İkinci kursda təhsil alan Ayna artıq istədiyinə nail olmuşdu. O, Universitetdə əlaçı tələbələrinin sırasında idi. Qrup rəhbəri Südabə müəllimə Aynanın xətrini çox istəyirdi. Ayna hədsiz gözəl olduğuna görə ona xüsusi nəzarət edirdi.Bir gün Südabə müəllimə onunla təkbətək söhbət etdi. Başqaları eşitməsin deyə qızı kənara çəkdi. Müəllimə xısın-xısın sözə başladı:Bilirsən nə var, qızım, sən həm ağıllı, tərbiyəli, həm də gözəl qızsan. Görünür ki, çox normal bir ailədə böyüyüb tərbiyə almısan. Sənin barəndə müəllimlər dekanatlıqda çox gözəl sözlər deyirlər. Hətta Akif müəllim səninlə çox maraqlanır. Bu günlərdə anası səni görməyə gələcək. O, xeyli vaxtdır sənə göz qoyur. Ancaq atası vəfat etdiyinə görə iş bir qədər yubandı. Məsləhətli ailə olduqlarına görə onun haqqında düşünməyə dəyər. Bilirəm ki, səninlə maraqlananlar çoxdur. Rayona baxma, bura şəhər yeridir. Hər yerdən gəlmə insanlar yaşayır. Bu sözləri sənə deməkdə məqsədim odur ki, adamların hamısı xoşniyyətli adamlar deyil. Bunların içərisində pisniyyətlilər daha çoxdur. Sən ən yaxşı ailələrə layiq qızlardansan. Mən istəmirəm ki , sənin kimi qız səhvə yol versin. Düzdür, heç bir səhv hərəkətini eşitməmişəm. Məni narahat edən sənin gözəlliyiyndir. O, başını aşağı salıb sakitcə dayanmış Aynanın özü kimi gözəl olan uzun, şabalıdı saçlarını sığalladı. Sonra baş barmağı ilə qızın çənəsinin altından qaldırdı. Gülə-gülə dedi:-Üzümə bax görüm, sözlərim xətrinə toxunmadı ki?Ayna müəllimənin gözlərinin içinə baxıb gülümsündü:-Xeyr, müəllimə.Südabə müəllimə əlavə etdi:-Heç bilmirəm səni niyə belə çox istəyirəm. Çalış həmişə olduğun kimi qal. Yaxşı, get dərsinə. O, Aynadan ayrılıb kafedraya tərəf getdi. Kənardan müşahidə edən tələbə yoldaşları Aynanı dövrəyə aldılar:-Südabə müəllimə sənə nə deyirdi?-Çox mehriban görünürdü.Qrupda baməzəliyi ilə seçilən Qadir xüsusi bir görkəm alıb dedi:-Yəni o da xoş danışa bilir? Auditoriyaya elə bir görkəmlə girir ki, Allah göstərməsin deyirsən, ilahi, bir siçan deşiyi göstər girim ora, məni görməsin. Özüm ölüm bu böyüklükdə Universiteddə hamıdan çox ondan qorxuram. Özünü nə qədər öldürüb dərs izah edirsən, zalımın qızı heç bir reaksiya verib mimika göstərmir ki, görəsən düz deyirsən, yoxsa səhv. Az qalır qorxudan ürəyin getsin ki, indicə kəsəcək. Nə baxırsız, qorxuram də, neyləyim. Mən arvadlardan qorxuram. Onlar qorxulu məxluqlardır.Rəhim onun qolundan yapışdı:-Boş-boş danışma. Gedək bufetə. Acından ölürəm, ağzımıza bir şey qoyaq.Qadir üzünü uşaqlara tutub dedi:-Uşaqlar gedirik bufetə. Rəhim bizi qonaq edir. Etik qaydalara görə təklif kimdən gəlirsə şotu o verməlidir. Ölmürəm müftə yeməkdən ötrü. Canım üçün müftə qonaqlıqda mənə bir iştah gəlir ki, bir qoyunu tək yeyərəm.Onsuz da batabatdır. Cibimdə siçanlar oynaşır.Uşaqlar gülə-gülə bufetə düşdülər.Artıq üçüncü kursun ortaları idi. Ayna yenə əvvəlki yerində kirayədə qalırdı. Bu həyətdə müxtəlif ali məktəblərdə təhsil alan 8 nəfər qız yaşayırdı. Otaq yoldaşı Zəminə də ağıllı, tərbiyəli qız idi. Xüsusiyyətləri bir-birinə bənzədiyindən, fikirləri üst-üstə düşdüyündən münasibətləri yaxşı alınırdı. Bu qızların 5 nəfəri köhnə, 3 nəfəri isə təzə kirayənişin idi. Köhnə kirayənişinlərdən biri də dördüncü kursda oxuyan Xəyalə idi. O, qızların hamısından fərqli həyat tərzi yaşayırdı. O, tələbəliyin “dadının” hərtərəfli çıxarırdı. Dəblə geyindiyi paltarlar sağa-sola xərclədiyi pullar, sürdüyü bahalı markalı maşın, çürbəcür telefonlar, Universitetə qəbul olunandan sonra əldə etdiyi dırnaqarası “uğurları” idi. Yaraşıqlı olmasından istifadə edərək axşamlarını pullu kişilərlə barlarda, restoranlarda, keçirir, gündüzlər isə Universitetdə girələnirdi. Heç vaxt kitabxana qapısı tanımayan, kitab üzü açmayan Xəyalənin imtahanları necə verməsi, kursdan-kursa necə keçməsi müəmmalı idi. Deyilənə görə yaxşı “daydayı” var idi. Özünün də rayona qayıtmaq fikri yox idi. Universiteti bitirəndən sonra bir iş tapıb şəhərdə qalmaq istəyirdi. O, artıq öz gələcək həyatı üçün planlarda cızmışdı. Yaşından asılı olmayaraq varlı-hallı, evli-eşikli bir şəxs tapmalı, ailə qurmalı, ana olmalı idi. Əgər lazım gəlsə, bu ailə həyatını sürdürməli, yox əgər bu həyat tərzi onun kriteriyalarına uyğun gəlməsə özünün dediyi kimi bir dəfə gəldiyi dünyaya ürəyi istəyən kimi yaşaya bilməsə son qərarını verməli idi. Xəyalə dərsdən sonra evdə tapılmadığına görə həyətdəki qızlarla da az-az rastlaşırdı. Bəzən axşamlarda evə gəlmirdi. Bu səbəbdən otaq yoldaşı Nərgiz də onu çox az görürdü. Bu həyat tərzinə görə ev sahibi ilə də elə aralarında tez-tez mübahisələr düşürdü. Ancaq çox şən və mehriban olan Xəyalə bu məsələləri asanlıqla həll edirdi. Sonra da gülə-gülə deyirdi: “Bütün bağlı qapıların açarı puldur, pul. Pulun varsa hamı sənin dostundur. Pulun yoxdursa ən yaxın qohumun da yolda səni görməməzliyə vuracaq”.Həyətdəki qızlar bacardıqca Xəyalədən uzaq gəzməyə çalışırdılar. Onların Xəyaləyə qoşulmağa heç vaxtları da yox idi. Ancaq Xəyalə ürəyində öz qərarını vermişdi. Gözəllər gözəli Aynanı toruna salmalı idi. Bu onun yaxın “dostlarından” biri olan Fedikin arzusu idi. Bir dəfə kitabxanadan gələn Aynanı Fedikə maşınla keçən Xəyalə göstərmişdi. O gündən Fedik Aynanı qarmağa keçirməkdən ötrü “bacılığına” çoxlu pul vəd etmişdi. Buna görə də Xəyalə son günlər evdə çox olurdu. Qızlara daha yaxın münasibət qurub Aynaya yaxınlaşmağa çalışırdı.Ancaq hansı tərəfdən yaxınlaşırdısa qız qızıl balıq kimi sürüşüb onun əlindən çıxırdı. Ona boyun olunmuş böyük məbləğdə pulu belə asanlıqla əldən çıxarmaq, həm də özü nə Allahın, nə də bəndənin bağışlaya bilməyəcəyi oyunun əsas iştirakçısına çevrilib bir ailənin bədbəxtliyinə səbəb olan pullara sahib olmaq üçün insan cildli şeytandan xəbərsiz olan tərtəmiz bir qızı məhvə doğru sürükləməyə çalışırdı. Bu məqsədlə o, telefonla hazırlıqlı gəlsin deyə Fediki xəbərdar edir. Kitabxanaya gedən Aynanın ardınca heç vaxt açmadığı qapını açmağa kitabxanaya getdi. Guya Ayna ilə təsadüfən rastlaşırmış kimi yüngülcə salamlaşıb kitabxanaçı qıza yaxınlaşdı. Bir kitab alıb Aynanın yaxınlığındakı boş stuldan birinə oturdu.Çox keçmədi ki, Fedik gəlib çıxdı. O da bir kitab alıb Xəyalənin yanında oturdu. Xəyalə başını Aynaya tərəf uzadıb yavaşca pıçıldadı: “Tanış ol, qrup yoldaşımdır.” Başı dərs oxumağa qarışmış Ayna nəzərlərini kitabdan ayırıb Fediklə könülsüz salamlaşdı. Sonra yenə də dərs oxumağa davam etdi. Fediklə Xəyalə də güya nə isə oxuyurmuş kimi kitabı o tərəf-bu tərəfə vərəqləyirdilər. Beləcə yarım saata qədər lal-dinməzcə gözlərini kitaba zillədilər. Səbri tükənmiş Fedik stolun altından əlini uzadıb ehmalca Xəyalənin baldırına döyəclədi. Xəyalə o yan-bu yana nəzər salıb Aynaya tərəf əyildi: -Su içmək istəyirsən ? Ayna başının işarəsi ilə yox dedi. Fedik canfəşanlıqla söhbətə qarışdı. Başını qızlara tərəf uzadıb pıçıldadı :-Mən indi sizə su alıb gətirərəm. Hansından içmək istəyirsiniz? Qazlı ya qazsız ?Xəyalə yavaşca pıçıldadı:-Mənə qazlı su al. Sonra üzünü Aynaya çevirdi:-Bəs sənə ? Ayna çiyinlərini çəkib yavaşca dilləndi :-Mən heç nə istəmirəm. Xəyalə özünü incimiş kimi göstərdi:-Yaxşı də , olmadı ki . Üzünü Fedikə çevirib dedi :-Ona da qazlı su al. Fedik qalxıb kitabxanadan çölə çıxdı. Çox keçmədi ki, əlində üç ədəd tək adamlıq su şüşəsi ilə içəri girdi. Keçib qızların yanında oturdu. Suların qapağını bir-bir açıb qızlara uzatdı. Xəyalə şüşəni alıb susuzluqdan yanırmış kimi başına çəkdi. Fedikin Aynaya uzanmış əli havada qalmışdı. Xəyalə şüşəni ağzından ayırıb pıçıldadı:-Niyə suyu almırsan? Çox qiymətli hədiyyə deyil ki, sudur də.Ayna könülsüz əlini uzadıb şüşəni və qapağı Fedikdən aldı. Bir-iki qurtum içib qapağı bağladı. Şüşəni stolun üstünə qoyub kitab oxumağa başladı. Fediklə Xəyalə bir-birilərinə baxıb gülümsündülər. Çox keçmədi ki, Aynanın halı pisləşdi. Gözləri yaşla dolmuş qız üzünü Xəyaləyə tutub dedi:-Özümü çox pis hiss edirəm, məni evə çatdır.Xəyalə əl-ayağa düşdü. Tez kitabları kitabxanaçı qıza qaytardı. Aynanın qeydiyyat dəftərini və qələmi çantasına qoydu. Fedikə işarə ilə dedi:-Suları götür. Özü isə müvazinətini itirməkdə olan Aynanın qoluna girib kitabxanadan çıxdı. Köməkləşib qızı Fedikin maşınının arxa oturacağında əyləşdirdilər. Fedik sıçrayıb sükanın arxasına keçdi.Sol əli ilə Xəyaləyə əl edib qazı basdı. Yuxu dərmanı qatılmış bir-iki qurtum suyun qurbanı olan Ayna çoxdan dərin yuxuya getmişdi. Fedikin maşını isə əldən-ayaqdan uzaq olan kimsəsiz sahilə doğru şütüyürdü...Payızın ilk günləri olsa da, axşama yaxın hava birdən-birə dəyişib sərtləşdi. Göyün üzünü qara bulud aldı. Çox keçmədi ki, ildırım şaqqıltısı gecənin bağrını yardı. Ələkdən süzülürmüş kimi narın yağış yağmağa başladı. Başına gətirilənlərdən xəbərsiz olan kimsəsiz sahilə yenicə atılmış yarıçılpaq qız üzünə səpilən yağışın təmasından yanına qoyulmuş əl çantasında dayanmadan zəng çalan telefonun səsinə gözlərini açdı. Əvvəlcə özünü yatağında hiss edib yerində dikəldi. Çantasına əl atıb əl telefonunu götürmək istədi. Bir-birini qovan ləpələrin şappıltısına diksindi. Ürkmüş kimi ətrafa boylandı. Sanki təpəsindən tökülən yağışın onu islatdığını indi hiss etdi. Yerindən dik atıldı. “Mən niyə burdayam?”-sualı beynindən ildırım kimi keçdi. Qızın gözləri yarıçılpaq bədəninə, yalın ayaqlarına sataşdı. Onu soyuq tər basdı. Başındakı şiddətli ağrıya baxmayaraq başına nə gəldiyini yavaş-yavaş dərk etməyə başladı. Əllərini üzünə atıb hönkürdü. “Məni niyə məhv etdiniz? Sizi görüm Allahın qəzəbinə gələsiniz. Lənətə gəlmişlər.” Ayna nə edəcəyini, hara gedəcəyini, doğmalarının üzünə necə baxacağını təsəvvür etdikcə dəhşət onu bürüyürdü. Son ay ərzində bir neçə dəfə onu görməyə gəlmiş Münəvvər xalanın, sevgisini hamıdan gizlin qəlbində saxladığı Akif müəllimin onun haqqında nə düşünəcəyini fikirləşdikcə havalanmaq dərəcəsinə çatırdı. Göynəyə-göynəyə ağlayan qız qumun üstünə çöküb çılpaq dizlərini qucaqladı. İçində qovrulub yanan qızcığazın gözlərindən sanki sel axırdı. O gah öz özünə danışır, gah da hönkürüb ağlayırdı: “ Axı mən anamın ağarmış saçlarına, qardaşımın əllərinin qabarına, körpə bacımın çiyinlərinə düşən ağır yükə xəyanət etməmişəm. Axı mən günahsız olduğumu insanlara necə sübut edəcəyəm”. Dan yeri sökülənə qədər yazıq qız yerindən tərpənə bilmədi. Səhərə yaxın ağlamaqdan yorulub əldən düşmüş Ayna ayağa qalxdı. Paltarını düzəldib yağışdan islanmış ayaqqabılarını ayağına geyindi. Çantasını götürüb sahildən uzaqlaşdı. Ayna evə çatanda həyətdə heç kəs yox idi. Ev sahibi isə, qızların hamısı isə dərsə getmişdilər. O yuyunub paltarını dəyişdi. Ac olmasına baxmayaraq yatağına uzandı. Ağlamaqdan şişib ağırlaşmış göz qapaqları öz-özünə yumuldu. Ayna dərin yuxuya getdi. Nə qədər yatdığını hiss etməsə də, oyananda qızdırmadan od tutub yandığınıhiss etdi. Həyətdəki qızların bir neçəsi onu dövrəyə alıb oturmuşdu. Hərarətdən od tutub yanan Aynanın yanaqları pörtmüş, dodaqları qurumuşdu. O gözlərini açıb qızları yanında görəndə özünü itirdi. Onsuz da halsız olan bədəni bir az da taqətdən düşdü. Xəcalətindən qızların üzünə baxa bilmirdi. Ona elə gəlirdi ki, başına gələnlərdən qızların hamısı xəbərdardır. Ayna hönkürüb ağlamaq, yanındakı qızlara sarılmaq istəyirdi. O,çətinliklə özünü toplayıb günahkar baxışlarla qızları süzdü. Sual dolu baxışlarını ona zilləmiş qızlar kirimişcə oturmuşdular. Əlindəki yaş dəsmalı Aynanın alnına qoyan Zəminə narahatlıqla dilləndi:-Harda qalmışdın, ay qız? Bütün gecəni sənə zəng etmişəm.Ayna tutuldu. Nə cavab verəcəyini bilmədi. Qızlara nə desin. Xəyalənin namərdcəsinə başına gətirdiyi oyunu, xəyanət qurbanı olduğunu qızlara desinmi?Bəs hər şeyi açıb qızlara danışsa onların məzəmmət dolu baxışlarının altında hər gün milyon dəfə ölüb-dirilməyəcəkdimi? Ayna bu əzabı, bu xəcaləti tək yaşamaq üçün bu dərdi gizli saxlayıb ağrını tək çəkmək, çözümünü tək tapmaq qərarına gəldi. Heç vaxt yalan danışmayan Ayna kitabxanada halının pisləşdiyini, qrup yoldaşı olan qızlardan birinin evinə getdiyini bildirdi. Ondan heç vaxt pis hərəkət gözləməyən qızlar həqiqətən də xətə olan Aynanın dediklərinə inandılar. Bu yatmaqla Ayna düz bir həftə yataqdan qalxa bilmədi. Ancaq xəstələnməsi barədə rayondan tez-tez zəng edən anasına və qardaşına heç nə demədi. Buna baxmayaraq onun gözləri elə hey Xəyaləni axtarırdı. Elə o gündən də Xəyalə yoxa çıxmışdı. Heç kəslə əlaqə saxlamayan Xəyaləni “gördüm” deyən yox idi. Bir gün axşamçağı işdən evə qayıdan ev sahibi qızlara Xəyalənin bir oğlanla avtomobil qəzasına düşüb öldüyü xəbərini gətirdi. Aynadan xəbəri olmayan qızlar bu xəbərə çox məyus olmuşdular. Öz içinə çəkilmiş Ayna isə onun yanındakı oğlanın Fedik olduğunu dəqiq bilirdi. Artıq 4 aya yaxın idi ki, Ayna başına gələnlərin əzabını bətnində gəzdirdiyi, dünyaya gəlib gəlməyəcəyi sual altında olan, heç nədən xəbəri olmayan günahsız bir varlıqla birgə yaşayırdı. Bir anın qurbanı olub qadınlıq halını yaşayan yazıq qızcığaz əhvalı və vücudundakı dəyişikliyi ətrafındakılardan gizlətmək üçün gündə min dəfə ölüb dirilirdi. Artıq görkəmindəki dəyişikliyin gizlədilməsinin mümkün olmadığı bir vaxta gəlib çatmışdı. Aynanın səbri tamamilə tükənmişdi. Çıxılmaz vəziyyətdə qalan köməksiz qızcığaz heç bir çıxış yolu tapa bilmirdi. Qış tətilinə az qalırdı. Həmişə tətilin gəlməsini həsrətlə gözləyən Ayna bu dəfə tətilin gəlməsindən yaman qorxurdu. Tətildə kəndə, anasının yanına elçi gedəcəyini planlaşdıran Münəvvər xalanın onlara gedəcəyini düşündükcə sanki qızın damarlarında axan qanı donurdu. Qızı qorxunc bir vahimə bürümüşdü. Axı o kəndə necə gedəcəkdi? Anasının, qardaşının gözlərinə necə baxacaqdı? Son ay ərzində arıqlayıb bənizi solmuş Ayna birdən özündən ixtiyarsız ayağa qalxdı. Yatağında çoxdan yuxuya getmiş Zəminəni süzdü. Aşağı sürüşmüş yorğanını kürəyinə çəkib üstünü örtdü. Dərin yuxuya getmiş Zəminənin heç nədən xəbəri olmadı. Sonra sakitcə qapıını açıb çölə çıxdı.Birdən şappıltı ilə sahilə çırpılan iri bir dalğanın buz kimi damcıları bayaqdan fikirə getmiş Aynanı təpədən dırnağa qədər isladıb xəyaldan ayırdı. Ayna donmuş əlləri ilə zorla üzünü silməyə çalışdı. Hönkürüb ağlamağa halı olmayan qızın gözündən süzülən isti damcılar donmuş yanaqlarını köz kimi yandırdı. Şişib keyləşmiş yalın ayaqlarını çətinliklə yerdən tərpədib dənizə sarı getdi. Vahimədən guppultu ilə döyünüb ağzında çıxmaq istəyən ürəyinin və bətnində çabalayıb anasından kömək uman günahsız körpənin qatili olacağını dərk etdiyindən hikkəsindən bir-birinə çırpılan dalğalara baxıb taqətdən düşmüş halda pıçıldadı: “Nə durmusan, gəl! Gəl bu günahsız qatili götürüb öz qoynuna apar. Dalğaların arasında insanlardan gizlət” – deyib hıçqırdı. Sonra titrəyən əlləri ilə qarnını sığallayıb bətnindəki körpəyə ilk və son dəfə ana nəvazişi göstərdi. Zorla eşidiləcək bir səslə dilləndi: “Əgər eşidirsənsə məni bağışla.” – deyib özünü şahə qalxıb köpüklənən dalğaların arasına tulladı. Öz qurbanını bayaqdan gözləyən dəniz günahsız Aynanı bətnində üsyan qoparmış körpəsi ilə birlikdə odun parçası kimi atıb tutmağa başladı.Zim. Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.