QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR

QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR ROLAND TOPÇİŞVİLİ
1949-cu ildə Tbilisi yaxınlığındakı Diğom kəndində anadan olmuşdur.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Tarix və Etnoqrafiya İnstitutunun Qafqaz etnologiyası şöbəsinin müdiridir.
TDU-də pedaqoji fəaliyyət göstərir. Etnoloqdur, 180-dən artıq elmi əsərin müəllifidir.
Tarix elmləri doktoru, professordur. «Gürcüstanın dağlıq yerlərində etnotarixi proseslər» dissertasiya mövzusunu 1993-cü il aprelin 27-də müdafiə edib.
Gelati Elmlər Akademiyasının üzvüdür.


QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR

Böyük millətlərdən birinin varisi olaraq udinlərin azsaylı etnosu qorunub saxlanılıb


Udinlər (utinlər) Cənubi Qafqazın ən qədim, yerli sakini olan etnikdir. Azərbaycanda (Vartaşen, indiki Oğuz və Nic kəndlərində) və Gürcüstanda (Kvareli rayonunun Zinobian kəndində) yaşayırlar.
Udinlər Gürcüstana 1920-1922-ci illərdə Vartaşendən köçüblər.
Kəndin ağsaqqalı Zinob Salikaşvili yurddaşlarını qarşıdurmadan çəkindirib.

Onlar dinc sığınacağı Gürcüstanda tapıblar: Azərbaycanla həmsərhəd olan Gürcüstanın Kvapeli rayonunda məskunlaşıblar.
Udinlər burada palıd meşəliyini qıraraq yeni kəndin – Zinobian kəndinin əsasını qoyublar.
Udinlər bu gün, eləcə də Rusiya Federasiyasının Rostov diyarında və Krasnodar vilayətində yaşayırlar.
Udinlərin buraya mühacirəti əsasən 1980-ci illərdə başlayıb.

Bu gün udinlərin miqdarı 7-dən 8 minə qədərdir.
Udinlərin təxminən 80 faizi Azərbaycanda, Nic kəndində yaşayır. (5 400 nəfər Nicdə və 700 nəfər Vartaşendə yaşayır. Son məlumatlara görə, Vartaşendə və yaxud Oğuzda yalnız 100-ə qədər udin qalıb). Gürcüstanda Zinobian kəndində isə udinlərin sayı təxminən 300 nəfəri təşkil edir.1989-cu ildə Rusiya Federasiyasında 1,1 min udin qeydə alınmışdı.

1886-cı ilin ailə siyahısına görə, Azərbaycanda (Nuxa qəzasında) udinlər 7201 nəfəri təşkil edirdi. XIX əsrdə udinlər Nicdən başqa, eləcə də Məlik kəndində (198), Qazax qəzasınının Girzan kəndində (160) yaşayırdılar. Girzanın sakinləri olan udinlər sonralar erməliləşiblər. Girzanın əhalisi 1886-cı ildə udinlər olaraq qeydə alınmışdı. 1910-cu ilin «Kavkazski kalendar»ı isə onları ermənilər kimi xatırlayır. Qərbi Azərbaycanda heç də çox da qədim olmayan dövrdə müxtəlif kəndlərdə udin dilini bilən qocalar olub.
Udin dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qrupuna daxil olan dillərdən biridir. Udinlər Qafqaz albanlarının nəslidirlər.
Belə hesab edirlər ki, bu günkü azərbaycanlılar arasında olanlar türk mənşəli olanlara nisbətən qədim albanldarın daha artıq fiziki varisləridir.
Udinlər xristianlardır. Vartaşen kəndinin və Gürcüstanın sakini olan udinlər pravoslavlığa, niclilər isə monofizitliyə qulluq edirlər.
Nicli udinlər də vaxtilə pravoslav olublar və sonralar erməni-qriqoryan etiqatını qəbul ediblər ki, bu da onların fərdiliyinin qorunub saxlanılmasını şərtləndirib. XIX əsrdə udinlərdə XV əsrin gürcü moizəçisi İoanenin fəaliyyəti barəsində məlumat qorunub saxlanılmışdı. Vartaşen kəndində 1822-ci ildə udinlər Müqəddəs Elisenin pravoslav kilsəsini inşa ediblər (Müqəddəs Elise II əsrdə Albaniyada, Utik ərazisində xristianlığı təbliğ edirdi).
V əsrin sonunda Albaniya kilsəsinin öz arxiyepiskopu var idi ki, onun da rezidensiyası Bərdədə ( Bardavda) idi. VIII əsrin başlanğıcında Albaniya kilsəsi öz avtokefaliyasını itirdi; o erməni kilsəsinə tabe oldu. Udinlərin bəzi qrupları pravoslaılığa qulluq edirdi ki, bu da onlara erməniləşməkdən özünü xilas etmək imkan verdi. Udinlər arasında son vaxtlara qədər ənənəvi inam- təsəvvürlər də qorunub saxlanılmışdı. Vartaşen yaxınlığında Müqəddəs Georgi ibadətgahında pravoslavlar, eləcə də qriqoryanlar ibadət edirdilər. Peritsvaleba ( Xristian dini bayramlarından birdir. Təbiətin dəyişməsi deməkdir-M.M.) bayramında vartaşenli qızcığazlar meyvə toplayır və çəmən otlarından xaçlar hörürdülər. Səhər o başdan üzərinə gül-çiçəkdən ibarət xaçın qoyulduğu meyvəni qohum-əqrəbaya və tanışlara aparardılar.
Albanlar arasında dörd etnoqrafik vahid (udinlər, girdmanlılar, qarqarlar, silvlər) aparıcı idi. XIX-XX əsrlərdə qədim albanların yeganə varis udinlərin( utinlərin) olması barədə söylənilən fikir, son illərdə akademik Zaza Aleksidze tərəfindən Sina dağında aşkar olunan qədim alban yazılı abidələr və onların udin dili vasitəsi ilə şifrlənməsi, bu gümanı nəhayət, doğrultdu və heç də az olmayan spektiklər tərəfindən söylənilən zidd baxışların mövcudluğunun hər cür imkanını aradan götürdü. Odur ki, Qafqaz Albaniyasının tarixi udinlərin (utinlərin) azsaylı etnosuna məxsusdur.

MİLLİYƏTİN İTMƏSİ

VII əsrin ikinci yarsında Albaniyaya ərəblər soxuldular.
VIII əsrin 30-cu illərində ərəblər Albaniyanı qəti olaraq və tamamilə işğal etdilər.
866-cı ildə alban hakimi Hamam az bir müddətə alban çarlığını bərpa edib. Alban etnosunun etniksizləşdirilməsi prosesi başlayıb ki, bu da XI əsrdə demək olar ki, tamamilə sona yetib. Albaniya çarlığı əhalisinin bir hissəsinin etniksizləşdirilməsi prosesi əvvəl də gedirdi. IV-V əsrlərdə Arsax (Qarabağ) erməniləşib. VI-VII əsrlərdə eləcə də erməniləşdirilmiş Utik də əhəmiyyətli idi. Türkləşdirməyə gəldikdə isə o, XI əsrdən instensiv xarakter almışdı və əsasən Albaniya ərazisinə türk-oğuzların məskunlaşmasından irəli gəlirdi.
Xristianlığı qəbul edənə qədər albanlar ay və günəşə sitayiş edirdilər. Albanlar arasında xeyli müddət xristianlığa qədər olan təbiət qüvvələrinin dirçəlişi ilə əlaqədar inam-təsəvvürlər qorunub saxlanılmışdı.
Albanlar xristianlığı IV əsrin əvvəllərində qəbul ediblər. Albaniyanın cənub-qərb hissəsi (Arsax, Utik) çox hallarda Ermənistanın siyasi təsiri altında olduğundan alban klisəsi də çox hallarda onların təsir altına düşürdü. Erməni monofizit kilsəsi Albaniyanın böyük hissəsində kalkedoniyaçılığa qarşı mübarizədə qəti olaraq müəyyən uğurlar qazanıb, halbuki, İberiyanının (Kartlinin) sərhədyanı Qərbi Albaniyanın ərazisində, ələlxüsus bu gün qədim albanların (udinlərin ) iki kəndinin qorunub saxlanıldığı Şəki çarlığında diofizitlik qalib gəlib.
Udinlərin əcdadları olan albanların V əsrdən öz əlifbası, yazısı olub. Xristianlığın qəbulu albanlarda təkcə camaatın sosial deyil, eləcə də mədəni irəliləyişindən xəbər verir. V-VIII əsrlərdə orjinal dini ədəbiyyat mövcud idi. Alban yazısı təxmiən dörd əsrlik mövcudluğunu və etnik proseslər nəticəsində VIII əsrdə dayandırıb.
Odur ki, qədim albanların yeganə bilavasitə varisləri bu günə qədər əcdadlarının dilini qoruyub saxlayan udinlərdir. Albanların etnoqrafik vahidlərii- qarqarlar, girdmanlılar,
silvlər, arsaxlılar, eləcə də gürcü mənbələri ilə adlanan movakanlar, ranlar bizə qədər gəlib çata bilməyib. Onların böyük hissəsi fiziki cəhətdən yox olublar; zaman keçdikcə onlar başqa etnosların( ermənilərin, azərbaycanlıların, gürcülərin) bir hissəsinə çevriliblər.
Albaniya inkişaf etmiş təsərrüfata malik ölkə olub. Burada maldarlıq və əkinçiliklə məşğul idilər. Albaniyanın qışlaq otaracaqlarında şimali qafqazlı dağlılar da sürülərini otarırdılar. Albanların törəmələri olan udinlərin ənənəvi təsərrüfat faliyyəti suvarma əkinçilik olub. Buğda, arpa, darı səpirdilər, üzümçülük inkişaf etdirilmişdi( udinlər yüksək keyfiyyətli şərab hazırlayırdılar) . İpəkçilik də çox inkişaf etdirilmişdi. Udinlərdə maldarlıq geniş miqyas almayıb. Gürcüstana köçən udinlər təsərrüfatın ənənəvi sahələrini, ələlxüsus də ipəkçilik və üzümçülüyü inkişaf etdiriblər.
Azərbaycanda yaşayan udinlər kirəmitin hazırlanmasında mahir peşəkarlar idilər. Qədim albanların törəmələrində eləcə də tənəkəçilik yayılmışdı.
Azərbaycanda udinlərin kəndləri dağ ətəyi zolağda yerləşib. Udinlərin qapı-bacası, həyətyanı sahəsi təkcə yaşayış kompleksini deyil, eləcə də təsərrüfat tikililərini, meyvə bağını əhatə edirdi. Qapı-baca, həyətyanı sahə adi olaraq hörmə hasar ilə və daş barısı ilə çəkilmişdi. Bağlarda çoxlu qoz, fındıq, şabalıd ağacları var idi. Udinlərin bir hissəsi alverlə məşğul olurdu. Satışa ipək, barama, maxorka, qoz, fındıq, düyü, şabalıd, meyvə qaxı çıxardırdılar...
Udinlərin daş və yaxud kərpicdən bir mərtəbəli yaşayış evləri var i idi. Evlər kirəmitlə örtülürdü. Lap əvvəllər küləşlə örtülən evlər ara-sıra olmayıb. XIX əsrdə udinlər evlərinə işıq adi olaraq bacadan düşürdü. Yaşayış evinin ortasında ocaq qalanırdı. Ocaq heç zaman sönmürdü. Burada yemək hazırlayırdılar. Evin divarlarında ustalıqla taxçalar düzəldilmişdi ki, buraya da yorğan-döşək, qab-qacaq, turşu küpələri qoyulurdu. Unu gildən hazırlanmış qutularda saxlayırdılar. Gürcüstana köç etmiş udinlər lap başdan taxta evlər tikirdilər. Ümumiyyətlə, udinlər ağac emalı sahəsində yaxşı ustalar idilər.
XIX əsrin sonunda udinlərin ənənəvi geyimi məişətdən yoxa çəkildi. 1800-ci illərdə udinlərin və Qarabağ ermənilərinin geyimləri eyni cür idi. İki xalq arasında mədəniyyətin bənzərliyi ümumi mənşəlik ilə izah olunmalıdır.
Udinlərin ənənəvi yeməkləri bitki məhsulları idi: lobya, düyü, qoz, tərəvəz, meyvə, giləmeyvə.
Çörək adi olaraq buğda unundan təndirdə bişiri. Plovun müxtəlif növləri, udinlərin tbilisili və bakılı alıcılarına satdıqları qovrulmuş və bişirilmiş şabalıd xüsusi olaraq geniş yayılmışdı. Ləpədən yağ çəkirdilər.
XIX əsrdə demək olar ki, hər bir udin ailəsinin yüzə qədər toyuğu hər halda var idi. Bişirilmiş darı ilə kökəldilmiş toyuğun içinə düyü təpirdilər və buxarada qızardırdılar.
Udinlərin yeməklərinin mühüm hissəsini süd məhsulları (qadıq, qaymaq, yağ, kərə yağı) təşkil edirdi.
Bayram günlərində və qonaqların gəldiyi vaxtlar ətli çörəklər (çığırtma, dolma) vacib idi.
Balıq xörəkləri geniş yayılmışdı. Qida rasionunda bal və halva vacib idi.
Müxtəlif meyvələrdən:üzüm, armud, alma, tut, zoğal) araq çəkməyi bilirdilər, turşuların qoyulmasında ustalaşmışdılar.

YAD SONLUQLU SOYADLARI

Qafqazın digər xalqları kimi udinlər də həddindən artıq qonaqpərvərdirlər. Yaşca böyük olanlara, qocalara hörmət bəsləmək və ehtiram etmək ənənəvi bir haldır. Udinlərin əcdadları olan albanlarda bu adət-ənənələr barəsində yunan coğrafiyaşünası Strabon da yazırdı: «Albanlar qocalığa hədldindən artıq hörmət edirlər, təkcə öz valideynlərinin deyil, eləcə də başqalarının da qocalığına». Oğul qonaq yanında oturmazdu. O, süfrənin yanında fırlanar və qulluq edərdi. Qadınlar kişilər ilə birlikdə nahar etmirdilər. Qonşulara və qonaqlığa gedərkən qadın ərindən mütləq icazə almallı idi.
Udinlər qohumluğa böyük əhəmiyyət verirdilər. Soyadı bir qohumluq dairəsini təşkil edirdi. O, eqzoqamikdir( Eqzoqamiya-Bir müəyyən qrup üzvləri arasında nigahı qadağan edən ictimai- nəsillik qaydası-M. M.). Yeddi nəsil boyu nigah qəti şəkildə qadağan idi. Erməni-qriqoryan kilsəsi nigah qadağasını dörd nəsil ilə müəyyən edirdi. Yeddi nəslə qədər nigah ictivaclarının qadağan olunması isə onu göstərir ki, nicli udinlər pravoslavlar idilər və sonralar monofizitlər oldular. Udinlərdə ana tərəfdən qohumlarla nigah qəti şəkildə qadağan idi.

Azərbaycanda yaşayan udinlərin soyadları və adları iki suffiks ilə bitirdi. Niclilərin soyadları erməni suffiksi ilə (yan) ilə sonlaşırdı. Son vaxtlar bir çox udin soyadlarının əmələ gətiricisi erməni sufiksi ənənəvi udin və ya azərbaycan formantı ilə əvəz olundu.
Məsələn: Koçaryan-Köçərli və sair. Gürcüstanda yaşayan udinlərə gəldikdə isə, onların soyadları əsasən gürcü şvili sufiksi ilə qurtarır. Sözügedən suffikslər ilə əmələ gələn udinlərin soyadları rəsmi hüquqi sənədlərə daxil edilmişdir. Udinlər ana dilində danışarkən, bu və ya digər soyadlarını xatırlayarkən udin soyadlarını erməni, gürcü və rus suffiksləri ilə sonlandırmırlar. Adi olaraq hər bir udin soyadının udin forması vardır. Nicli dalakiyanların soyadının udin forması Dalaxo, Xaimiyanların- Xamarxo, Vaziryanların Vazirxodur. Vartaşenli Kanaxçov soyadını Kanarçi, Pacikov soyadını Pacik kimi və sair ifadə edirdilər. Vartaşendən köçürülənlərin soyadları da buradan götürülmüşdür, lakin soyadlarını şvili suffiksi ilə qanuniləşdiriblər: Pacik-Pacikişvili, Nemuş- Nemuşaşvili...

Udinlərin bütün soylarının öz ibadətgahı («Cilisa») olub. Niclilərin ümumi kənd ibadətgahı olmayıb. Onlar üçün belə ibadəd yeri Vartaşenin «Yeğiş Arakel» olub. Vartaşendən Gürcüstana köçürülən udinlər özləri ilə Vartaşenin «Tsimer» ibadətgahından daş, torpaq və xaçdan ibarət ibadətgah qalığını( «Evel») gətiriblər.

Qafqazın digər xalqları kimi udinlər də süni qohumlaşmanı bilirdilər. Övladı seçmək məqsədi ilə uşağın «alqı-satqısını» bilirdilər. Kirvəyə («Xaşbaba» ) çox böyük əhəmiyyət verirdilər. Udinlərdə kirvəlik irsən olub. Buna görə də nigah təkcə kirvəyə deyil, eləcə də suya çəkilmişin ailə üzvlərinə deyil, eləcə onların nəsilləri arasında da qadağan olunurdu. Kirvə ən hörmətli qonaq hesab olunurdu. O, nigah mərasimində də ən mühüm rollardan birini oynayırdı.
«Xaş» udin dilində ay, nur deməkdir, müvafiq olaraq Xaşbaba» - kirvə, kirvə ata, ay-ata deməkdir. Belə ki, «Xaşbaba» ayın ilahiyyatı ilə əlaqədardır.
Qədim albanlar üçün isə ay əsas ilahilərdən biri olub.
Gəlin mütləq bakirə olmalı idi. Əks təqdirdə udinlərin bakirəsiz gəlinə kürkünün tərsinə geyindirilməsi və atasının evinə qaytarılması ənənəsi var idi.
Qafqazın digər xalqarı kimi udinlər üçün də pəsinmək, yemşək almaq adət-ənənəsi xarakterik idi. Bu gün bu ənənə unudulmağa məruz qalıb.
Dünyasını dəyişən kimi mərhumu yuyur, kəfənə bükürdülər. Sonra adətin icra olunması üçün keşişi çağırırdılar.
Adətin icrasından sonra mərhumu yorğan ilə həyətə çıxarır və fövqəladə şəkildə hazırlanmış pilləkana uzadırdılar. Buradan meyid kilsəyə aparılırdı, gecə orada qoyurdular.
O birisi gün liturqiya və matəmdən sonra mərhumu dəfn edirdilər.
Ehsanda yalnız kişilər iştirak edirdilər.
Süfrə pendir, çörək, soyutma ət, qovurma və şiləplovdan («Şiləxua») ibarət idi.

Gürcü dilində nəşr olunan «İstoriani» tarixi-idrak jurnalından tərcümə edəni:
Mirzə MƏMMƏDOĞLU


ZiM.Az


.



Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix

"Müqəddəs torpaqlarda dini abidələrimiz: Sinay Alban perqamenti" mövzusun ...

Humanitar elmlər
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
QARABAĞLI ALLAHVERDİ KİM OLUB? –  Ələddin Qarabağlı ata babasının davamçısı ...

QARABAĞLI ALLAHVERDİ KİM OLUB? – Ələddin Qarabağlı ata babasının davamçısı ...

Qarayazı
VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Türkoba

Türkoba

Gürcüstan, Tarix
AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

İctimai elmlər, Tarix
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
DUMANİS BƏLƏDİYYƏSİ

DUMANİS BƏLƏDİYYƏSİ

Başkeçid, Tarix, "Borçalı" Cəmiyyəti
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU:

«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU:

Ağbulaq
Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstan, Siyasət
İpəkçilik  Azərbaycanın milli və mədəni sənətidir

İpəkçilik Azərbaycanın milli və mədəni sənətidir

Regionlar, İqtisadiyyat
Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqında

Bolus
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
Borçalı azərbaycanlıları

Borçalı azərbaycanlıları

"Şərqin səsi", Borçalı
Rəy yazın: