AZƏRRBAYCANLILARIN DOSTU - Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili

AZƏRRBAYCANLILARIN DOSTU - Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili 1880-ci ildə Borçalı qəzasının (indiki Marneuli rayonunun) Serakvi kəndində anadan olmuşdur. Bu barədə yazıçının böyük qızı Ketevan Cavaxişvili «Atam barədə xatirələr» kitabında yazır: «Atamın doğulduğu və uşaqlıq illərini keçirdiyi Serakvi kəndi o vaxtlar Borçalı qəzasında yeganə gürcü kəndi idi. İkinci gürcü kəndini babam Saba sonralar Serakvi kəndi yaxınlığında salmış və adını da Sioni qoymuşdur».

Ketevan Cavaxişvili daha sonra babası Sabanın azərbaycanlı və yunanlarla dostluq etməsindən, Azərbaycan dilində sərbəst danışmasından söhbət açır. O, başqa bir yerdə isə Mixeil Cavaxişvili anadan olanda Sabanın bu xəbəri Sadaxlıda eşitməsindən, qulluqçusu Abdulla ilə atı dördnala çaparaq evə tələsməsindən, yolda Abdullanın Azərbaycan mahnıları oxumasından sevə-sevə söhbət açır. O, daha sonra Abdullanın balaca Mixeili çox sevməsini, ona çoxlu Azərbaycan mahnılarını öyrətməsini, məhəbbət və xoşbəxtlikdən, kədərdən və talesizlikdən söhbət açmasını və həmin söhbətlərin bu körpə uşağın qəlbində əbədi bir iz buraxdığını qeyd edir.
AZƏRRBAYCANLILARIN DOSTU - Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili Atasından, qulluqçuları Abdulladan, eləcə də onun ailəsi ilə sıx təmasda olan azərbaycanlılardan Azərbaycan dilini öyrənən Mixeil Cavaxişvili öz tərcümeyi-halında sağlığında ikən bir neçə hekayəsinin Azərbaycan dilinə tərcümə olunduğunu yazır. Onu da qeyd etmək lazımdır ki, bu tərcümeyi – halda M. Cavaxişvili tatar (Azərbaycanlı - M. M.) sözünün üstündən xətt çəkərək türk dili sözünü yazmışdır.
M.Cavaxişvili «Kvaçi Kvaçantiradze», «Cağoya sığınmışlar», «Qadın yükü», «Ağ yaxalıq», Marabdalı Arsen» romanlarının, «Günahsız Abdulla», «İki hökm», «Qivi Şaduri», «Ləmbəli və Qaşa», «Günah» və başqa hekayələrin müəllifidir. Təssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, tale ona yar olsa idi, ürəkdən sevdiyi Şamil haqqında romanını və azərbaycanlılara, Borçalıya aid neçə-neçə əsər yazıb tamamlayardı.
M. Cavaxişvili əsərlərinin əksəriyyətində doğma yurdu, Borçalı və onun mənzərələrini sevə-sevə qələmə almış, Azərbaycan və gürcü dostluğu onun yaradıcılığının əsas ana xəttini təşkil etmişdir.
M. Cavaxişvilinin bir realist yazıçı olduğunu sübut edən cib dəftərçəsindən qeydlərini bu gün də dövrünün ab-havası ilə səsləşdiyini, oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq sizə təqdim edirik.

P.S. Onu da qeyd etmək lazımdır ki, M. Cavaxişvili yaradıcılığına ilkin başladığı dövrlərdə jurnalistik fəaliyyəti zamanı onun təxəllüslərindən biri də «Əli» olmuşdur.

AZƏRRBAYCANLILARIN DOSTU - Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili 1924-cü il. 1 saylı cib dəftərçəsi

* Bir nəfər gürcünün başını vurmalı idilər. Ona son söz verdilər.Üzünü qırxmağı, hamam, alt paltar, qəlyan tələb etdi. Sözümü sonra deyərəm, - dedi.
Nəhayət, dedi: «Yaşasın Gürcüstan!» və başını cəllada tərəf üzatdı.
* Fransa (fransız) və İngiltərə adı XV əsrdə meydana çıxdı. Gürcüstan, gürcü (birləşmiş) XI əsrdə Və (...).
* Gürcüstanın ürəyi hardadır? Hansı guşədə, şəhərdə, məhəllədə.
* Şah Abbas Gürcüstanı carmıxa çəkdi və Ketevana işgəncə verdi. Gürcüləri isə İrana köçürürdü. Bu gürcülər Quşçu sıra dağları ətəklərində Urmiya gölü yaxınlığında iki kəndin: Tamar və Ketevan kəndlərinin əsasını qoydular.
* Cüyürü və kəpənəyi arabaya qoşmaq olmaz.
* Qəhbə öz keçmişini unuda bilmədiyi kimi unutmağı çətin olan belə bir cinayət vardır. Onu da ümidsizlik, inamsızlıq, təhqir, əfv, biganəlik əlavə olunur.
* Vəzifə elə bir panduridir ki, onu şeytan da tez- tez çalır.
* Daim öz içinə baxan kəs, daim də bir vəhşini görür və peşmançılıq çəkir, elə öz-özünü mühakimə edir, narahat olur, əzab çəkir.
*Nəyəsə dəlilsiz inana bilərsən, lakin inamsızlıq və şübhə dəlilsiz ola bilməz.
* Cinsi instinkt qar uçqunu kimi gəlir. Qanun, namus, qanacaq, qorxu- hər şeyi çürük çit parçası kimi cırır.
* Camaat ikonaya inanana qədər calalarda da saxlanılırdı. İndi calaları kəsib doğradılar.
* Yalnız səhlənkarlar üçün həyat qiymətlidir və yalnız onlar onun qiymətini bilir.
*Heç kimi aldatma: Nə dostunu, nə qadını, nə xalqı və ya bir kimsəni. Qapıları, xəzinələri açıq qoyma, dostun arvadını və başqalarını acıqlandırma. Belə ki, namuslu da aldanar və aldana bilər, əgər ki, qadının döşlərini görsə və ya açıq xəzinəyə rast gəlsə (təkmilləşdirilsin).

1924-cü il. 1/2 saylı cib dəftərçəsi

* Qadın kişiyə tabedir. Lakin eyni zamanda ona sərəncamlar verir.
Bizim şəhərimiz ona görə dağılır ki, nəhəng şeyləri təqib edirlər (Damba,körpü, Qocor yolu, Hamamlar məhəlləsinin dağıdılması) və xırda şeyləri isə unutmuşlar. (tranvay, küçə, tikinti). Nəhəng şeylərin və xırdavatların nəzəriyyəsi.
* Teymuraz Xevistavi deyir: Bizim həyatımızın məhvəri və sirri ondadır ki, hakimiyyət və camaat bir-birilərini aldadır. Buna görə də bu aldatmaq böyük bir elmə və şeytanlığa çevrilmişdir.
* Dərin düşünməkdən qaynar ürək artıqdır. Qriqor Orbeliani düz deyib.
* Kim ki, şəxsi mülkiyyəti inkar edir, o həqiqətdə ali qanuna qarşı mübarizə aparır. Belə ki, həmin qanunda deyilir: Mən canlıyam, istəyirəm canlı olum və yaşayım. Şəxsi mülkiyyət də bu «yaşam»dır, başqa heç nə. Sosializm isə bu həyatla mübarizə aparır və onu məhv edir. Ey insanlar, bunu dərk edin!
* Bir nəfər məğlub knyaz lohan dərddən öz evi ilə palıd ağacı arasında yüz addımlıq məsafəni o qədər gedib gəldi ki, yol tapdandı. O yolda bir dənə ot da belə daha çıxmırdı. Sonra bir zülmət gecədə o, ata minib yoxa çəkildi. Satqının üzərinə hücum etdi. Köklü-köməcli onu yandırdı, yaxdı. Əzişdirdi və Dağıstana keçdi. Bir neçə ildən sonra nayiblik qəbul etdi və oranın qoşunu ilə bura gəldi ( Buradan «Şamil» romanı başlansın).
* Bu günkü gürcü yazıçılığı, incəsənəti və elmi də, ən az müstəsna haldan başqa, Moskvanın bicidir. Öz gürcü mənəviyyatı çox nadir hallarda hardasa görünür. Yalnız tam azadlıq bu yad qanı rədd edə bilər. Yalnız polad gürcü romantikası bunu tamamilə müalicə edə bilər, lakin bunun üçün bizim ətrafımızda və bizim mənəvi-fiziki həyatımızda da həqiqi sağlamlaşdırıcı kataklizmin baş verməsi lazımdır. Biz isə özümüzə istinad etmirik və buna görə də intizar çəkməkdən başqa heç nəyimiz qalmamışdır.
* Gürcü xalqı həmişə bir-birini yeməklə harınlaşmışdır.
* Həddindən artıq düşünən adam tez-tez həqiqəti görmək əvəzinə düşündüyünü görür.
* Kim kişidirsə, bu mövzuda təhqiqat aparsın: Gürcü nəsrində və poeziyasında kişiliyə pərəstiş. Bu əsas məhvər bərpa olunmalıdır, yoxsa tamamilə məhv olarıq.
* Ailə küçəyə çıxdı və küçə ailəyə soxuldu.
* Kim oxuyursa, o yaxşı bilir ki, insan yalnız şüuru ilə de, bütün varlığı ilə oxuyur-yaradıcılıq barəsində də eyni şeyi demək olar.
* Öpüləsi əl daha görünmür. Bəzi qadın mürəkkəbə bələnmişdir. Bəzisi odda yanmışdır və bəzisinin də əlləri qabar-qabardır.

1924-cü il. 2 saylı cib dəftərçəsi

* Öz paytaxt şəhərimdə qəbiristanlıqdan qayıdan dul kişi kimi gəzirəm.
* Dövlət maşınının qəlpi yoxdur, o camaatı əzişdirir, parçalarını ora-bura atır.
* Filankəsə güllələnmə kəsmişlər. Arvadı ona baş çəkdi, sevinərək təbrik etdi. «Saburtaloya aparacaqlar, lakin orada azad olacaqsan, - dedi. O da inandı. Şən halda getdi. Güllələdilər.

1925-ci il. 3 saylı cib dəftərçəsi

* İt var öz qapısında başqa itə hürür. Gərib it, nə qədər güclü və xırçın olsa belə evin iti onu susduracaqdır.
* 1925-ci il 28/VIII. Bakurianidə Mariamoba və il mərasimi idi. Qohumlarının güllələndiyi yüz nəfər olardı. Lakin mərasimdə bir-iki qoca və beş-altı uşaq iştirak etdi. Bu hadisənin dərinliyi və mənası hədsizdir. Elə bu günlərdə adi bir mahnı. Düdük. Zurna.
* Elə sadə və gözlənilməz hadisə var ki, düşüncəyə, iradəyə, plana nisbətən onun həyatda min qat artıq gücü vardır. Bu ideya mənim yazılarımda həyata keçirilsin.
* Saysız-hesabsız portfel və avtomobil, on qat artıq ac və dilənçi, elektrik stansiyaları və çılpaq camaat, amerikaçılıq və araba-Bax, budur, bizim həyatın mənzərəsi.
* Ana Kür! Üç min ildir ki, qızarırsan. Bu gün nə qədər qırmızı parça tapılıbdırsa, sənin sahillərinə sərmişlər, lakin hər halda qızarmadın. Qanına görə isə qırmızısan.
* Bericaşvili-İlyanın qatili 1925-ci ilin oktyabrında Gürcüstan Mərkəzi Komitəsinin üzvü seçilmişdir!!!
* Cəsurluq enerjidən üstündür. Cəsur Qurucu David idi, Georgi Saakadze, II İrakli enerjili idi.

1925-ci il 4 saylı cib dəftərçəsi

* Gecə şəhərin saysız-hesabsız gözü vardır- Limon rəngində, sonra onun nəfəs alması azalanda, gözlərini də yumur.
* Filankəs deyəcəyi sözü tülkü kimi başlayır və uzunqulaq kimi bitirir.
* Bizdə namuslu insanı tapmaq, Berlində ( və ya əksinə) bit tapmaq kimi çətindir.
* Xoşbəxt insan üçün şaxtalı qış da yazdır.
* Bir nəfər qozbel başqası ilə görüşdü: «Donqarını necə rədd etdin». O da öyrətdi: « O səhrada dağıdılmış hamam vardır. Get, ora, şeytanlar çıxacaqlar. Nəyi desələr, sən də onu təkrar et». Getdi, şeytanlar çıxdılar. Deyib gülürdülər: « şənbədir, şənbə». Qozbel də oynadı: « Cümə axşamıdır, bu gün, cümə axşamı». Həqiqətən cümə axşamı idi. Şeytanların səbr kasası daşdı. Birincisinin donqarını çıxartdılar və onu da onun üstündən qoydular. Gəldi və düşünürdü: Nəyimə lazım idi, həqiqət üçün ikinci donqarı artırdım, deyərdim, şənbədir, vəssalam və donqardan da xilas olardım».
* Yaz sizin qanınız qaynayanda gəlir. O süstləşdisə, qaranquş, yarpaq və çiçək də yazı gətirə bilməz (təkmilləşdirilsin).

1926-cı il. 5 saylı cib dəftərçəsi

* Qadından məhəbbəti alsan, əlində bircə boş donu qalacaqdır.
* Şərqdə gülman meymunu bağları, əkin sahələrini məhv edir, lakin heç kim ona toxunmur- müqəddəsdir. Bizdə-mətbuat və nazikbaldır solçu yazıçılığı da gülman meymunudur.
* Abır, həya, utancaqlıq hissi olan kəs həmişə rahat danışmalıdır.Təm-təraqla yalnız qəhbələr, demoqoqlar və şairlər söyləyirlər.

1926-cı il. 6 saylı cib dəftərçəsi

* «Yaşasın Gürcüstan!» - Şah Abbas İranda başlar vuranda gürcülər bağırraraq belə demişlər. «Eşidirsənmi, Gürcüstan? Və onların səsi Gürcüstana gəlib çatdı.
* Bir nazir ölüm hökmünə imza atmalı idi. Ərk edə bilmirdi. Dostu onun biləyindən tutdu və dedi: «Mən sizin əlinizlə imza atıram. Günahın mənim boynuma, imza atın». İmza atdırdı.
* Hakimiyyət ilə gürcü xalqının barışmazı üçün bunlardan biri lazımdır: Ya gürcü xalqı ruslaşmalıdır, ya da iqtidar gürcüləşməlidir. Hələlik nə bu mümkündür, nə də o. Odur ki, yarğan yarğan olaraq qalır.
* Bir nəfər gürcü xırıldadı: Gürcü yazıçılığı heç nədir, rusun yazıçılığı hər şeydir. Kəsərli sözlə, gözəl təşbehlə ağlını itiribdir. Başqası bu yerləri öz dəftərindən (şəxsi) köçürdü və apardı-Bax, ruscasından köçürmüşəm, -dedi. Birinci oxuyur və heyranlığından dəli olur. Gürcü yazıçısı izah etdi, onu utandırdı.
* Səmərqənddə varlı gürcünün-mehmanxana sahibinin iti (Doq) var idi. O müflisləşdi. Sürgün etdilər. İt küçə itinə çevrildi. Gürcücə bir kəlmə eşidəndə evə kimi onun arxasınca gedirdi. Əgər qovmasa idilər, ordan uzaqlaşmırdı.

1927-ci il. 8 saylı cib dəftərçəsi

* Bəzi şair (Q. Tabidze, Juruli və başqaları) qırmızı şerlər yazır. Sonra xəlvətcə nəşriyyatda onu ağardır. Hay-küy qopur. Nəsə daxildən onları sıxır. Başqa nəsə demək istəyirlər. Əzab, əziyyət çəkirlər.
* Gürcü ziyalısı xaricə gedəndə, oranın dilini, ədəbiyyatını, ifadəsini canfəşanlıqla öyrənir, gürcü dilini isə öyrənmir. Anası nə öyrətmişdirsə, təkcə onu bilir.
* Dilin lüğət tərkibi kasıblaşır. Köhnə sözləri təqib edirlər. Onun əvəzini gətirə bilmirlər. Milli məktəb işlərinin və gürcücə işlərin görülməsində yeni çox şey gətirmişlər, lakin bədii lüğət tərkibini nəzərə alsaq, kasıblaşır.

1927-ci il. 9 saylı cib dəftərçəsi

* Məhəbbət dünya ədəbiyyatında ölməz mövzudur, lakin bu günkü gürcü ədəbiyyatının bir mövzusu da var, nisbətən daha yüksək, dərin və güclü – « Gürcüstanın taleyi». O, bizim yaradıcılığımızın məhvəri olmalıdır. Lakin məhz elə o ciddi təqib olunmuş və qadağan edilmişdir.
* İndi kim ki, qız sevir, daha ah-vay etmir. Tariyel kimi keçilməz meşələrə soxulmur və aya hürməklə özünü bezdirmir. Özünü göstərir, əlindən tutub həyatın burulğanına salır.
* Vətənoğlünun kabinetində, dövlət nəşriyyatında, sanki bir ildir ki, İlya Çavçavadzenin böyük portreti durur. Divardan onu asmağa cürət edə bilməmişdir. Vaxtı gözləyir. Bu da əsri xarakterizə edir.
* Havada milçəklər yığımı üzür, sanki görünməz saplarla asılmışdırlar.

1929-1930-cu illər. 1/1 saylı cib dəftərçəsi

* Qədim yurd, qala-qəsr, böyük həyət, min cür çiçək. Köhnə mamır və romantika. Onun yerini yenisi tutdu.Kəndli- səmərəsizdir deyə dağıtdı və köhnə materialdan yeni ev tikdi- rus üsulunda, çiçəklərin yerinə meyvə bağı saldı. Gəlir artdı. Köhnə gözəllik məhv oldu.
* Mənim ruhum tanrıya məxsuzdur, ürəyim Gürcüstana, bədənim isə sizindir( məhkəmədə Ambrosinin nitqi).
* Bir ölkədə əmr verildi ki, bütün sarı bülbüllərin dili kəsilsin. Kəsdilər. O ölkədə həmin gündən məhəbbət öldü.
* Mədəniyyət qadın ilə kişi arasında məsafəni azaldır: qadın kişilik edir, kişi qadınlıq.
* Biz qalib gələcəyik, siz isə məğlub olacaqsınız: -Tez-tez deyərək proletar yazıçılar öyünürdülər. Bütün şirləri məhv etsək, çaqqal da şir kimi işə sırınar.- Bax, budur bizim cavabımız.
* Q. Robakidze- tip. Birinə dedi: o qadına deyin ki, mənim xoşuma gəlir. Qadın cavab olaraq ona dedi: «Ona deyin ki, onun bəyənməyi tamamilə kifayət deyildir. Başlıcası odur ki, Qr-l mənim xoşuma gəlirmi? Yox, xoşuma gəlmir».
* Fransızlar deyirlər ki, qələbəyə inam yarım qələbəyə bərabərdir. Mən əlavə edərəm: məğlubiyyətə inam tamamilə məğlubiyyət hesab olunmalıdır.

1930-1931-ci illər. 1/3 saylı cib dəftərçəsi

* Bü günkü Sanço-Panço bu günkü Don Kixota deyir: Sən başdan ayağa doğru olduğundan yalançısan.
* Xatirələr: Anam tüfənglə çalağanları öldürüdü, canavarları isə qorxudurdu.
* Mədəni vətənoğlu: Hər şeyi əlindən aldılar, qaranlıq bir otağa saldılar. Hər halda kollektivi dağıdan başqa şəxslərdən çox onun vətənə ürəyi yandı. Və işləyir, həm də öz əli ilə yetişdirdiyi meyvə və tərəvəzi özü satın alır. Kollektivin üzvləri isə yalnız yığmağa gəlirlər.
* Bəzi bilik zəhərdir. Bizim üçün rus dilini dürüst öyrənmək gürcü dilini unutmağa bərabərdir. Unutqanlıq isə dilin və məntiqin ölümüdür.
* Bu günkü bizim mədəni səviyyəmizi bilmək istəyirsinizmi? İctimai ayaq yoluna nəzər yetirin və yazıları da gözdən keçirin. Elə götürək, böyük müəssisələri.
* Marko Pola yazır: Baqrationilərin elə doğulduğu gündən çiynində ikibaşlı qartal təsvir olunmuşdur.
* Balzak demişdir: İctimaiyyət mənə göstəriş verir, mən isə onun katibiyəm. Mənə isə Gürcüstan göstəriş verir, mən də onun nökəriyəm.
* Tavab-aznaurluq öldü. Bəlkə, ruhun kübarlığı hər halda yaşaya.
* Balzak yazır: « İradə istedada nisbətən daha şərəflidir. İradəsi olmayana təkcə böyük istedad kömək etmir». Lakin Verlen, Edqar Po, Akaki Sereteli?
* Ədəbiyyatçının beş əlavə hissi olmalıdır: Uydurmaq, üsul, düşüncə, bilik və duyğu.
* Hər gecə yatmamışdan öncə belə deməyi bacaran xoşbəxtdir: «Bu gün məni qohumum çölə atmaz»( təkmilləşdirilsin: Əyləncəlik, həsəd, xəyanət və sair).
* Mənə deyirlər ki, sırtıq adam daha yoxumuzdur. Bu doğrudur. Belə ki, səhrada sırtıq adam nə gəzir. Əvəzində tümənlik sırtıqcığazları on minlərlə tapmaq olar. Böyük sırtıqları isə başqa düşərgədə gəzməliyik (siyasi sırtıqlar).

1931-1933-cü illər. Aprelədək

* Qadını güllələnməyə aparıdılar. O, hər halda bəzənirdi.
* İqtidar xalqa sükutun ən ağır elmini və ən qədim sənətini öyrətdi. İqtidar kəndə gedir və başlayırdı cəfənciyat söyləməyə. Xalq isə susurdu.
- Məktəb istəyirsinizmi?
- Sükut.
- Sizə kooperativ yaratmalıyıq, şenlənəcəksiniz.
-Yenə sükut.
- Geyindirəcəyik, kecindirəcəyik (hər halda yenə sükut, daim sükut, yalnız sükut).
* Şahın köçdüyü yer saray adlanır. Onun qaçaqların məskunlaşdığı əvvəlki sarayı mal pəyəsinə çevriləcəkdir.
* Ağlamaq mənzərəsini yaxşı qələmə ala bilməmişəm. Çünki mən özüm demək olar ki, heç vaxt ağlamamışam. Lakin ağır qəm-qüssəni yaşdan daha kəskin hiss etmişəm.
* Elə ki, göydən daş yağır, başını altına tutma, hardasa gizlətməyə çalış və sonra yenə öz yoluna davam et.
* İveriyanın səması açıldı, rahat dan ulduzu bir daha parıldamır.
* Bizim tavad-aznaurluğumuz kəndlilərə başqa hardasa olduğuna nisbətən yaxın idi. Bunu min dəlil təstiq edir və onlardan biri də odur ki, gürcü kəndli və tavad-aznaurluğu, demək olar ki, eyni şey idi. Bu isə yalnız onun nəticəsidir ki, onların sıx qarşılıqlı əlaqəsi olub.
* Mənə deyirlər ki, rusun imkanları çox böyükdür. Mənə isə belə gəlir: Qudurmuş ayı uçmaq istəyir-Bax, budur, rusun imkanları da, əyilgənliyi də.
* Gürcülər üçün ikinci qızıl dövr yetişəcəkdir və kim buna inanacaqsa, o həmin vaxt üçün nəsə yaradacaq və hazırlayacaq.
* Hər bir gürcü həmişə yadında saxlamalıdır ki, yarı Gürcüstan Marabda döyüşü zamanı 10.000 nəfər qurban verdi. Vahid Gürcüstan isə 1921-ci ildə öz müstəqilliyi uğrunda mübarizədə 100 nəfər qurban verə bilmədi.
* Əgər qadın tez-tez donunu düzəldirsə, bu onu göstərir ki, o ya kasıb yaşayır və ya bədənində bir eybi var və ya da hələ həddi-buluğa çatmamışdır.
* Bu gün gürcü ailəsi həkimin lazım olduğu kiçik dəlixanadır. Lakin həkimlərin özünə də həkimlik lazımdır və artıq bilmirəm, bizim biçarə xalqımıza nə çarə bulum.
* Qabil və Habil problemi gürcü xalqının başında daim fırlanır. Habil daim milli tanrıya qurban verir, Qabil isə yadların təhkimçisidir və onu öldürür. Filipp əvvəlcə İlyanı, sonra Noyeni beləcə öldürdü. Bəzilərinin dovşan hesab etdiyi lənətə gəlmiş ölkəmizdə bu cür qardaş qətli min dəfə baş vermişdir. Yalnız üçüncü şəxs- Allah görünmür və Maxaradzelərdən soruşmur: Qabil, sənin qardaşın hardadır? Yox, Allaha qarşı Filippin qardaşının qanı fəryad etmir, nə də fəryad etməz, ona görə ki, onlar qardaş deyillər.
* Bəşəriyyət Habilin deyil, qardaş qatili Qabilin qanı ilədir.

1935-ci il. 10 saylı cib dəftərçəsi

* Tanrı Gürcüstana nəzər yetirsə, ağlayar.
* Dəlini hamı sevir. Sarsaq xətərsizdir. Ağıllıdan hamı ehtiyat edir, çəkinir.
* Gürcüstanın daxili azadlığı olmadığından dini axtarışı yoxdur.
* Mən yazıçı, bu gün qəbiristanlıqda yaşayıram. Ətrafım ah-vay və qəm-qüssədir. Mənə deyirlər, nəsə qəhrəmanlığa aid bir şey yaz. Əgər başqaları ilə birlikdə yas saxlasam, başıma qaxarlar, əgər ağzımı açsam-xəcalətdən yerə girərəm. Dinməz və dərdliyəm.
* Rusiya böyük müharibədə və bolşevizm ilə toqquşmada ona görə məğlub oldu ki, öz milli burjuaziyası yox idi. Bizi də belə bir tale gözləyir, əgər...
* Mənim Tiflisim, sənin sifətin olsa idi, hələ tüpürərdim, sillə vurardım. Sonra ayaqlarına döşənərdim, dizlərindən öpərdim və uşaq kimi ağlayardım.
* Gürcülərin üç şeyi əksikdir: Milli özünü dərketmə, həqiqət intuisiyası və əmək qabiliyyəti.
* Tiflis milyon gürcünün saf sümükləri üzərində tikilmiş çox gözəl, ağ bir məbəddir. Lakin bu müqəddəs kilsədə iki yüz min hiyləgər yaşayır. Ağ Georgi gəlməli və bu murdarlaşmış yeri təmizləməlidir. Yalnız onda tam ruhumla içəri daxil ola və səmimi qəlbdən gürcü Tanrısına dua edə bilərəm.
* Gürcü heç vaxt qadını döyməz. Və orda-burda şəhərlilər öyrənibsə, bu da rusların gətirməsidir.
* Problem. Amazonkalar niyə məhz Gürcüstana-Kolxidaya gəlib çıxdılar? Ona görə ki, qadınlar kişilərdən güclü idilər. Yoxsa-kişilər çox zəiflədi? Sözsüz ki, ikinci səbəb daha doğrudur (yəhudiləri müqayisə edək).
* Qadın-kişinin mütənasibliyi üçün kişinin qadınlaşmağı, qadının kişiləşməsi lazımdır. Bu da uduzacaq, o biri də.

Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu


** *

Mirzə Məmmədoğlu

VAR OLACAQSAN


Mixail Cavaxişvilinin doğulduğu Serakvi kəndində ( Gürcüstanın Marneuli rayonu)
qanın əks olunduğu qəbir daşında bu sözlər yazılmışdır: «Burda böyük
gürcü yazıçısı Mixeil Cavaxişvili uyumur, burda onun ruhu dolanır».


O, torpağa gömülmədi,
O, torpağa sınılmadı,
Amma sevgisi boyda torpaqdan,
Serakvidən, Borçalıdan
Ruhu əsla danılmadı.
Qələmi Xramda isladardı.
«Günahsız Abdulla»nın bayatılarında,
Borçalının füsunkar gözəlliyindən,
Söz-sənət tamı dadardı.
Qələmi ilə, ruhu ilə yazar oldu,
El-obasının dərdini yazan yazar.
Qəlbi,mürəkkəbi, hey dolu oldu,
Gürcüstanın taleyini yozan yazar.
Sənə min rəhməd, ay Mixeil,
Abdullanın təbirincə, ay Mikeil,
Bizdə belə bir deyim var:
«Desəm,öldürərlər, deməsəm, ölləm».
Sən dedin həqiqəti,öldürdülər,
Ölümlə ölməzliyi böldürdülər.
Ölməzlik oldu qismətin.
Həmişəyaşar, ölməz oldu
Doğma yurda məhəbbətin.
Sən ölmədin, ölməz idin,
«Otuz yeddi»nin iç üzünü,
Duymaz idin, bilməz idin.
Eh, Mixeil, eh, Mikeil!
Qəbir sənə yar olmadı
Doğma vətən torpağında.
Bu da sənə ar olmadı
Həyatın sət sınağında.
Eh, Mixeil, eh, Mikeil!
Sənin qəbrin el-obanın özündədir,
Sevgi dolu, məhəbbət dolu sözündədir.
El obamız qaldıqca,
Çağlayan sənətimiz durulduqca,
Özümüz, sözümüz olduqca,
Dünya seyrə daodıqca,
Sən varsan, var olacaqsan,
Daim bizimlə qalacaqsan.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ATİ-nin növbəti seminarı “Gürcü ədəbiyyatında azərbaycanlı obrazlar”

ATİ-nin növbəti seminarı “Gürcü ədəbiyyatında azərbaycanlı obrazlar”

Ədəbiyyatşunaslıq, Tiflis
Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Ədəbi əlaqələr, Gürcüstan, Rustavi
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Yakob Qoqebaşvili:

Yakob Qoqebaşvili: "Çar İrakli və inqilo qadın"

Ədəbi əlaqələr, Bədii Tərcümə
İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən  bir parça

İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən bir parça

Bədii Tərcümə
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
GÜRCÜSTANLI SOYDAŞLARIMIZA və GÜRCÜ XALQINA MÜRACİƏT

GÜRCÜSTANLI SOYDAŞLARIMIZA və GÜRCÜ XALQINA MÜRACİƏT

Qaraçöp

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI”   (Tarixi hekayə)

Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI” (Tarixi hekayə)

Bədii Tərcümə, Müsabiqə
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
MUXRAN ÇÖKƏYİ

MUXRAN ÇÖKƏYİ

"Varlıq", Msxeta
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
Rəy yazın: