Cemal STEPNADZE: XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA SİYASİ ƏLAQƏLƏR

Cemal STEPNADZE:   XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN  ARASINDA SİYASİ ƏLAQƏLƏR Cemal Stepnadze - 1938-ci ildə Gürcüstanın Xaşuri rayonundakı Brili kəndində anadan olub.
1965-ci ildə Tbilisi Dövlət Universitetini bitirib.

1977-1982-ci illərdə Gürcüstan Elmlər Akademiyasının içtimai elmlər sahəsində Elmi İnformasiya Mərkəzinin Tarix və Sənətşünaslıq şöbəsinin müdiri, İvane Cavaxişvili adına Tarix və Etniqrafiya İnstitutunun aparıcı elmi işçisi olub.

Tarix elmlıri doktoru, professor Cemal Stepnadze 1988-ci ildə “XII əsrin əvvəllərindən XIII əsrin əvvəllərinə qədər Gürcüstanın sosial-iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya müdafiə edib.

Cümal Stepnadze 2004-cü ildə dünyasını dəyişib.


Cemal STEPNADZE

XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN
ARASINDA SİYASİ ƏLAQƏLƏR


(tərcümə ixtisarla verilir)

Şimal sərhədi Gürcüstan üçün nisbətən qorxulu və əhəmiyyətli idi, lakin Qurucu David, göründüyü kimi, bilərəkdən ondan yan ötərək şərq sərhədlərinin qayğısına qalmağa başladı.
Həmin vaxtlar Gürcüstanın şərqində güclü birliklər mövcud deyildi, lakin onlar (Şirvan, Arran, Adərbadakan) əsasən müsəlmanlar idi, cənubda və cənub-şərqdə mövcud güclü müsəlman birliklərinin ümumi düşərgəsinə çevrilmişdi. Bu ölkələrdə qərar tutan rəqib asanca cənuba tərəf uzanmış Davidə gözlənilmədən arxadan zərbə vura və işləri çətinləşdirə bilərdi. İqtisadi cəhətdən hələ də zəif olan Gürcüstan üçün isə iki cəbhədə mübarizə aparmaq çox çətin iş olardı və güman ki, pis nəticələr ilə də sona yetərdi.
Daha bir məsələ Davidə şərq problemini təcili həll etməyə vadar edirdi. Bu da, Kaxet-Heret çarlığı problemi idi. Adı çəkilən çarlıq ayrıca idi və ölkənin birləşdililməsinə maneçilik törədirdi. Bu ölkənin birləşdirilməsi iki səbəbə görə vacib idi. Birincisi, ölkənin şərq sərhədi daha da uzanar və normal şəklə düşərdi. İkincisi, Qax və Her qoşunlarının gücü də ümumi gürcü işinə cəlb olunardı.
Kaxet-Heret çarlığı iki gürcü siyasi vahid- Kaxet və Heretin birləşdirilməsi bazasında yaradıldı. Məlum olduğu kimi, bu vahidləri ilk dəfə Kaxetin korikozu Böyük Kvirike birləşdirdi və onun çarı da meydana çıxdı (1). Bu, XI əsrin 20-ci illərində baş verdi (2). Həmin vaxtdan bəri Kaxet-Heret çarlığının öz şəxsi mənafeləri, daxili və xarici siyasəti var idi (3).
Qurucu David Kaxetə əvvəlcə 1101-ci ildə hücum etdi. Fürsət tapan kimi çar Kvirikenin Zedazen qalasını «ələ keçirdi» (4).
1102-ci ildə Kaxetin taxt-tacına Kvirekenin qardaşı oğlu Ağsartan sahib oldu. Səlnaməçilərin sözlərinə görə, o, çarlıq üçün münasib olmayan şəxs idi (5). David bundan istifadə edərək Heretin əyanlarından Arişianini, Baramı və onlarının dayısı Kaftar Baramın oğlunu göndərərək onu ələ keçirtdi (6).
Qurucu David Heret-Kaxet çarlığını vahid Gürcüstan hüdudlarına daxil etdi və ölkənin parçalanmasına səbəb olan bu böyük faciəni aradan qaldırdı. Belə ki, Gürcüstan güclü siyasi və iqtisadi ölkə kimi formalaşırdı.
Kaxet-Heretin birləşdirilməsi ən çox Gəncə hakimini narahat etdi (7). Məlum olduğu kimi, Gəncə Atabəylərinin Gürcüstanın bəzi rayonlarına qarşı iddiaları var idi, IX əsrin 60-cı illərində onlar müvəqqəti Tiflis və Rustaviyə də malik idilər(8). Doğrudur, bu, onların müvəqqəti nailiyyəti idi, lakin onlar Gürcüstan ilə mübarizəni heç bir zaman dayandırmadılar (9).
Türk-səlcuq sultanı Məlikşah vəfat edəndən sonra sultan taxtına onun qardaşı, Gəncə hakimi Məhəmməd çıxdı. Gəncəni səlçuq məmurları-əmirlər idarə edirdilər (10). Odur ki, təxminən 1103-1104-cü illərdə Qurucu David tərəfindən Kaxet-Heretin özünə birləşdirilməsi Kaxet-Heretin onun atasının vaxtından türk-səlcuq sultanlarının vassalı hesab olunduğundan (11) təkcə səlcuqlar sultanı Məhəmməd ibn Məlikşahın deyil eləcə də bu sonuncu məmurun - Gəncə əmirinin də məğlubiyyəti idi.
Türk-səlcuqlar Daviddən qisas almağa cəhd göstərdilər. Bu məqsədlə 1104-cu ildə, ya da 1105-ci ildə onların sultan bayrağı altında birləşdirilmiş çoxsaylı qoşunu Gürcüstana girdi. Türk-səlcuqlar arasında döyüş Ertsux yaxınlığında baş verdi. Davidin tarixçisinin sözlərinə görə, « böyük və möhtəşəm bir döyüş» oldu və qarşı tərəfin qəti məğlubiyyəti ilə başa çatdı (12).
Yuxarıda qeyd olunan tədbirlər ilə Qurucu David şərq və cənub-şərq sərhədlərini möhkəmləndirdi. Bundan başqa o, dövlətinin hüdudlarını genişləndirərək şərq və cənub-şərq tərəfə uzatmaqla artıq öz düşmənlərinə təhlükə yaratdı. Yalnız məsələ ondan ibarətdir ki, öz planının əsas magistralına - düşmən əlindən Tiflisi qopartmaq və onu müsəlman aləmindən təcrid etmək işinə qayıtdı.
Heret-Kaxetinin birləşdirilməsinə baxmayaraq David yaxşı dərk edirdi ki, şərq sərhədi problemi hələlik yenə də sahmana salınmamışdı. Şirvan tərəfdən gələn düşmən cənuba getmiş Davidin arxasından asanca vura bilər və ona böyük ziyan yetirərdi. Nəyin bahasına olur-olsun, bu problemi həll etmək lazım idi. Qurucu David bu çətin işin də öhdəsindən gəldi.
O, göründüyü kimi, öz ölkəsinin hərbi potensialını yaxşı dərk etdi, eləcə də cənubda onun gələcəkdə güclü döyüşlər aparmalı olacağını da nəzərə aldı və Şirvan ilə əlaqələrinə sülh xarakteri verdi. Öz qızı Tamarı Şirvanşahlar ailəsinin üzvlərindən birinə ərə verdi. Bu, böyük əhəmiyyətə malik hadisə idi. İndən belə Davidin şərqdən düşmən tərəfindən qorxusu olmamalı idi. Şərq sərhədi probleminin müvəqqəti həll olunmasından sonra Qurucu David yenə də əsas diqqəti Tiflisin cənubunda yerləşən tərəflərə asanca yetirə bildi. Lakin David Əfridunla qohum olmaqla Şirvanda mövqeləri hər halda möhkəmləndirə bilmədi(13).
Qurucu David «Qriqolun oğlu Asad və Şota»nı işğal edib Qiş qalasını alandan sonra (14), bilavasitə Şirvana qoşun yeritdi. O «öz oğlu Demetrieni güclü qoşunla Şirvana göndərdi. Böyük rəşadət göstərən qoşununun vasitəsi ilə o, Qaladzor qalasını aldı və çoxlu qənimətlə, saysız-hesabsız əsirlərlə qayıdaraq atasının qarşısında dayandı» (15). Bu, təxminən 1117-ci ildə baş verdi. Bundan sonra Qurucu David Şirvana tez-tez hücum edirdi (16). Qurucu David gürcü qoşununun yenidən təşkilindən sonra, çox böyük uğurlarla mübarizə aparırdı. Məhz həmin dövrdə, 1120-ci il fevralın ortalarında Şirvanın Qəbələ şəhərini aldı və «çarlıq xəzinəsini qızıl və gümüşlə, çoxlu var-dövlətlə doldurdu» (17). Qəbələni alandan sonra Qurucu David artıq onun üç rayonuna qoşun yeritdi, David bu dəfə « Lajantadan (Lahıc- M.M.) Kurdəvana, Xiştalanta qədər ərazini işğal edərək çoxlu qənimətlə Kartliyə qayıtdı» (18). Qurucu Davidin tədbirlərinə Şirvanşah Əfridun və onun qonşuları da müqavimət göstərdi. Göründüyü kimi, yaranmış durumdan hər şeydən öncə Dərbəndin məliki istifadə etdi və o da Əfriduna qarşı çıxdı. İki tərəfdən eyni bir vaxtda sıxışdırılan Əfridunu 1120-ci ildə dərbəndlilər qətlə yetirdilər (19).
Türk-səlcuqlar yönümünü dəstəkləyən Əfridun Fəriburz oğlunun ölümündən sonra Şirvan taxtına onun olğu Mənuçöhr çıxmalı idi (20), lakin, göründüyü kimi, bu belə olmadı. Taxta bizim üçün naməlum olan şəxs çıxdı (21).
Qeyd etmək lazımdır ki, Əfridunun ölümündən sonra Gürcüstan Şirvana hücumunu dayandırdı. Göründüyü kimi. Qurucu David Şirvan taxtına qızı Tamarın ərini - öz kürəkənini çıxara bilməməsinə baxmayaraq (22), yeni Şirvanşah ilə hər halda ümumi bir dil tapa bildi. Onu özünün sədaqətli bir adamına çevirdi. Yeni Şirvanşahın sədaqətliliyi oradan da görünür ki, 1120-ci ildən və yaxud taxta çıxan vaxtdan ona qarşı hərbi yürüş etmək Davidə lazım gəlməmişdir. Bundan başqa, türk-səlcuq sultanı Mahmud (1118-1131-ci illər) onu məhz elə Gürcüstan çarına sədaqətli olduğuna görə cəzalandırdı (23). Məlum olduğu kimi, Qurucu David onu xilas etmək üçün böyük canəşanlıqla mübarizə aparırdı (24).
Odur ki, Şirvanşah taxtına özünün sədaqətli adamının çıxması ilə Qurucu David şərqin sərhəd problemini əla həll etməli idi. İndi ona əsas qüvvələrdən yenə də Tiflis əmirliyinin birləşdirilməsi üçün istifadə etməsinə imkanlar verilirdi.
Artıq deyildiyi kimi, Samşvilde, Rustavi, Loru və sair kimi güclü şəhərləri əlinə keçirdi.
Tiflisə cənub tərəfdən gələn yolların kəsilməsi üçün Davidin həyata keçirildiyi tədbirlər hər şeydən çox hər halda yerli tacirlərə ziyan vurdu. Cənub yollarının tədricən Davidin əlinə keçməsi şərqdən onlara təcridolunma təhlükəsini yaradırdı. Buna görə də gürcülər ilə müsəlmanların koalisiya qoşunları arasında Didqori yaxınlığında baş verən möhtəşəm müharibəni Davidin tarixçisi tacirlər (sıxışdırılmış türkmənlər) tərəfdən Davidə qarşı yönəldilmiş tədbir olaraq hesab edirdi (25).
Tiflis hakimliyində Daviddən narazılığa başqa hadisələr də səbəb olmuşdu. David şəhərin iqtisadiyyatı üçün təhlükə yaratmasından başqa o, bu şəhərin siyasi həyatına da təhlükə yaradırdı. Məlum olduğu kimi, həmin vaxtlar Tiflisin özünüidarəetməsi mövcud idi. Gürcüstanın tərkibinə onun daxil edilməsi isə özününidarəetmənin süqutuna bərabər idi. Buna görə də elə oldu ki, yalnız Tiflisdə gürcü çarının heç bir vəchlə hökmranlıq etməməsi üçün Tiflis hakimləri müxtəlif güclü müsəlman şəxsləri dəvət edir və şəhərin təhvil verilməsini onlara vəd edirdilər. Didqori müharibəsi müstəqil şəhərlər ittifaqının və onlar tərəfindən Gürcüstana qarşı qaldırılmış türk-səlcuqlarla Gürcüstan arasında baş verən müharibə idi (26).
Davidin dizə çökdürülməsinin tərəfdarları arasında Gürcüstanın daimi düşməni və əleyhdarı Gəncə də var idi. Qeyd etmək lazımdır ki, sultanın yanma şikayətə gedən tiflisli və dumanlı tacirlər arasında gəncəli tacirlər də var idi. Göründüyü kimi, Qurucu Davidin öz qılıncı cənub-qərbin bu ən qədim şəhərinə, Gəncəyə də çataraq onun üçün də kifayət qədər qorxu yaratmışdı. Doğrudur, bu barədə gürcü mənbələrində məlumat yoxdur, amma ərəb mənbələri məlumat verir ki, David hələ 1109-1110-cu illərdə bu sözügedən şəhərə hücum edir (27) və türk-səlcuq sultanı ona qarşı müəyyən tədbirlər görməyə məcbur olur (28).
Gəncə hakimləri Tiflis başçılarını, onların hakimini öz şəhərlərinə dəvət etdiyi vaxtda da Qurucu Davidin işlərinə qarışmağa çalışdılar (29). Lakin onda onlar tiflislilərə heç cür kömək edə bilmədilər. İndi «Türkmən ellərinə, istər Dəməşq olsun, istərsə də Hələb, hamıya, o cümlədən «Gəncə Atabiynə öz qüvvələri ilə» Gürcüstana qarşı hücum etməyi əmr edəndə, onlar da imtina etmədilər və digər iştirakçılar ilə birgə müharibə idi (30).
Tiflisi almaqla və Gürcüstanı siyasi baxımdan birləşdirməklə Qurucu Davidin həyatında onun möhtəşəm planının yeni mərhələsi başlayır. Bu mərhələ Gürcüstan sərhədlərinin mühafizəsini və onun genişləndirilməsini nəzərdə tuturdu. Başqa bir yerdə deyildiyi kimi, David bu işdə də böyük uğurlar qazandı. Halbuki, qeyd etmək lazımdır ki, əsas uğurları o, cənub cəbhəsində əldə etdi. Azərbaycana və əsasən onun şimal hissəsinə, Şirvan ilə əlaqələlərə gəldikdə isə 1123-cü ildə bu iş daha da mürəkkəbləşdi.
1120-ci ildən Şirvan taxtına Gürcüstan çarına sədaqətli olan şəxs çıxdı, lakin bu tamamilə onu göstərmirdi ki, Qurucu David Gürcüstanın şərq sərhədi problemini birdəfəlik olaraq həll etmişdir. Şirvan əsasən müsəlmanlarla məskunlaşmış bir ölkə kimi mədəni cəhətdən daha çox eyni dinə malik Şərq ilə əlaqədar idi. Belə ki, düşmənin onun hakimini asanca öz tərəfinə çəkməsi gözlənilirdi. Bundan başqa elə türk-səlcuq sultanlarının özləri də bu mühüm guşənin öhdəsindən gələ bilmirdilər. Həmişə bu diyarın onların təsir dairəsindən çıxmamasına
çalışırdılar. İndi Şirvanşahlar taxtına Qurucu Davidə sədaqətli olan şəxsin çıxdığı bir vaxtda düşmən, onu devirmək olmasa da, yenidən öz təsir dairəsinə salmağa çalışırdı. Bu belə də oldu. 1123-cüildə, Dərbənd ərazilərini darmadağın etdiyinə görə Şirvanşahdan və gürcülərdən narazı olan (31) türk-səlcuq sultanı Mahmud (1118-1131-ci illər) dərbəndlilərin dəvətindən istifadə edərək qoşun toplayaraq Şirvana daxil oldu. Mahmud Şirvan torpağını (32) zəbt etdi və şaha dedi: Şirvanşahları mən zəbt etmişəm. İndən belə ondan xəracını mən alacağam və sən isə istəsən mənə sövqat verə bilərsən (33).
Qurucu David öz dostuna köməyə getdi. Lakin göründüyü kimi, onu sultanın əsarətindən azad edə bilmədi (34). Şamaxıda olan gürcü qoşununda baş verən qarışıqlıq Qurucu Davidə düşməni məğlubiyyətə uğratmaq və Şirvanı azat etmək işində maneçilik törətdi (35). Halbuki, o özünü yetirərək Mahmuda köməyə gələn Gəncə Atabəyini qətiyyətlə darmadağın etdi (36). Özü isə mübarizə aparmadan geri qayıtdı. Göründüyü kimi, Şirvanın bir çox mühüm məntəqəsi bu faktdan sonra Mahmudun əlində qaldı.
Müvafiq zəmindən sonra David 1123-cü ilin iyununda yenə hücum edərək bu ölkənin ən qədim və mühüm qalası olan Gülüstanı əlinə keçirdi (37), lakin elə həmin il avqustun sonunda isə Buğurd qalasını və « tamamilə bütün Şirvanı» zəbt etdi. Qeyd etmək lazımdır ki, Qurucu David, öz salnaməçilərinin dediyinə görə, Şirvanı öz «torpağına qatdı» (39). Bu da onu göstərir ki, David indi Şirvanşahlar ilə tamamilə başqa cür əlaqələr yaratmışdır. Hər halda Şirvanın David tərəfindən «öz torpağına qatılması» bu ölkənin bir az sonra həyata keçirdiyi inkorporasiyasından sonra baş verir. Bu, həmin böyük siyasi faktın irəlicədən tədbiri kimi görünür. İndi Şirvanın işlərinin sahmana düşdüyü bir vaxtda Qurucu Davidə Gürcüstanın siyasi sərhədlərini müxtəlif istiqamətlərdə də genişləndirmək imkanı verildi. Keçmiş Şirak çarlığı paytaxtının - Anisin, eləcə də Somxiti qalalarının: Qaqni, Teronaqala, Kavazna və sair qalaların birləşdirilməsi bu dövrə təsadüf edir.
Qeyd etdiyimiz kimi, 1123-cü il Şamaxı münaqişəsində dərbəndlilərin də əli vardı. Məhz elə onların xahişi ilə Mahmud Gürcüstanı və onun vassalı Şirvanşahları cəzalandırmaq məqsədi ilə Şirvana gəldi. İndi Davidin türk-səlcuqları Şirvandan təqib etdiyi və onu «öz torpağına qatdığı» bir vaxtda diqqəti yenə də Dərbəndə yönəltdi.
1123-cü ildə Qurucu David Dərbəndə qarşı mübarizədə böyük qələbə qazandı. Gürcülər Dərbəndin Şabranına (40) hücum etdi, Dərbəndin kürdlərini, ləzgilərini və qıpçaqlarmı (41) qırdılar və Şirvanın Hasan qalasını aldılar» (42).
Gürcülərin Dərbəndə hücumunun böyük nəticələri oldu. Göründüyü kimi, məhz bundan sonra, bu «ölkə» Gürcüstanın siyasi sərhədlərinə daxil olmalı idi (43) və Davidə də yalnız bundan sonra dövlətin şimal sərhədinin Nikopsdan Dərbəndə qədər uzanmış əraziyə çıxmasını hesab etməyə imkan verildi.
O bu diyarının Gürcüstan ilə bilavasitə birləşdirilməsi ilə bu məsələni birdəfəlik və qəti olaraq həll etmək qərarına gəldi. İndi nə sultan, nə də başqa kimsə bu işdə ona mane ola bilərdi (44).
Anisin birləşdirilməsindən sonra çar David yaranmış vəziyyətin əlverişli olduğunu hesab edərək Şirvana hücum etdi. O, «Şamaxı şəhərini və Buqurd qalasını, tamamilə bütün Şirvanı aldı, qalalar və şəhərlər içində herlərin və qaxların böyük qoşunlarmı yerləşdirdi» (45). Qurucu David ölkənin «başçısı və nəzarətçisi olaraq» öz işinə sədaqətli olan «alim-ağsaqqal bediyalı-alaverdili baş yepiskop Simon Çkondidelini» (46) təyin etdi. Bu tədbir artıq Şirvanın bilavasitə birləşdirilməsi demək idi. İndən belə o, Anis ölkəsi kimi Gürcüstanın diyarı hesab olunurdu. Orada da yerli hakimiyyət ləğv olundu.
Onun qərb sərhədi Qara dənizə gedib çatırdısa, şərq sərhədi artıq Xəzər dənizinə kimi uzanmaqda idi. Eyni zamanda Davidin hakimiyyəti altında birləşdirilmiş ərazidə bir dənə də olsun, istər-istəməz, müstəqil siyasi dövlətçilik vahidi artıq mövcud deyildi.
Səlcuq türkləri sultanının böyük məmuru, Gəncə Atabəyi həmişə, siyasi cəhətdən yetkinləşmiş qonşusuna maneçilik törətməyə çalışırdı. O da çətinliklərlə uzləşmişdi. Heret- Kaxet və Tiflis-Bolnis-Dmanis-Loru zəbt olunandan sonra Gürcüstanın cənub-şərq sərhədi onun sərhədinə yaxınlaşırdı. 1123-cü ildə Şamaxı yaxınlığında Davidin məğlubiyyətə uğramasından sonra, Gəncə Atabəyi Gürcüstana soxuldu (47). Bu hücumun nəticələri bizim üçün məlum deyildir.
Gəncə Güney Qafqazda səlcuq hakimləri ekspansiyasının ən böyük dayağı idi. Buna görə də son dövrlərdəki Gürcüstan çarları kimi, Qurucu David də həmişə onu özünə tabe etməyə çalışırdı. Gəncə Güney Qafqazın ən qədim qala-şəhəri idi.
Məlikşah vəfat edəndən və onun oğlu Məhəmməd taxt uğrunda mübarizəyə qoşulandan sonra (48), o, Gəncəni də tərk etdi və şəhəri səlcuq əmirləri idarə edirdi (49). Bu əmirlər türk-səlcuqlar imperiyasının (50) Güney Qafqaz siyasətinin sədaqətli daşıyıcıları idilər. Belə ki, Qurucu David Gəncə üzərində qələbəni təmin etdiyi təqdirdə Güney Qafqazda düşmənin ən güclü dayağı olan rayonu zəiflədəcəkdi.
1123-cii ildə, David Ağsunqurini Şamaxıda məğlub edəndə və sonuncu isə Gürcüstana qoşun yeridəndə Gəncədə güclü zəlzələ baş verdi. Şəhərin bir hissəsi yerlə-yeksan oldu, istehkam divarları da zədələndi (51). Qurucu David Gəncəyə hücum etmək üçün bundan yaxşı fürsət tapa bilməzdi. O, Gəncəyə qoşun yeritdi. Əl-Farikin sözlərinə görə, David şəhəri aldı. Əvvəlcə onu talan etdi, sonra çoxlu gəncəli əsiri arabalara oturdub Tiflisə apardı(52). Bundan sonra Gürcüstan-Gəncə arasında hansı əlaqələrin bərqərar olmasını bilmirik. Sədrəddin əl-Hüseyninin məlumatlarından birinə uyğun olaraq müəyyən olur ki, III Georginin çarlığı dövrünün ilk illərində Gəncə də, Beyləqan da Gürcüstana xərac verirdi. «Gəncə və Beyləqandan biz bac alırdıq, hər il xərac gəlirdi və çar xəzinəsinə daxil olurdu. İndi isə artıq neçə illərdir ki, bu daha gəlmir və səndən xahiş edirəm ki, göndərəsiniz» - deyə III Georgi təxminən 1162-ci ildə atabəy Eldənizə yazır (53). III Georgi tərəfindən sözügedən vəziyyət çar Demetre tərəfindən 1138-1139-cu ildə Gəncənin xarabalığa çevrilməsindən sonra (54) və onun qızı Rusudanın sultana ərə verilməsindən sonra yaranmalı idi (55).
Qurucu David tərəfindən XII ərin başlanğıcından həyata keçirdiyi Gürcüstanın şərq sərhədinin möhkəmləndirilməsinə xidmət edən hücumların böyük silsiləsini başa çatdırdı. Bilavasitə bütün Şirvanın birləşdirilməsi, Gəncə atabəyliyinin xərac verməsi - Bu hücumların ən başlıca nəticələri məhz elə bunlardır. Bundan başqa, Gürcüstan Şərqi Zaqafqaziyanın iqtisadi mərkəzlərinin sahibinə də çevrildi. Bu. Qurucu David tərəfindən Şərq cəbhəsində əmələ gələn müharibələrin ikinci və ən böyük nəticəsi idi.
Gürcüstanın çarlıq taxtına Demetrenin çıxmasından sonra ölkənin xarici siyasətində dəyişikliklər baş verdi. Demetre indiyədək bilavasitə birləşdirilmiş bəzi ərazilərdə yerli hakimiyyətləri bərpa etməyə məcbur oldu.
Anisi yenə də öz köhnə sahibi Şəddadilərə verilməsinə razı oldu. Doğrudur, Gürcüstan ilə türk-səlcuqlar arasında Şirvana hökmranlıq etmək uğrunda mübarizənin Şirvanda da (Demetre dövründə Anisin bənzəri olaraq) yerli hakimiyyətin bərpasını göstərən nümunələr qalmamışdı.
N. Berzenişvili öz əsərlərinin birində Şirvanda taxtın bərpası ilə əlaqədar baş verən dəyişikliklər barəsində yazır. Onun sözlərinə görə, belə bir fakt Davidin vərəsəliyi dövründə olmuşdur (55-a).
N.Asatiani təsdiq etmişdir ki, Şirvanın yerli şahlıq hakimiyyəti 1130-cu ildə bərpa olunmuşdur (56). Belə ki, Demetre 1130-cu ildə Şirvanda yerli hakimiyyəti bərpa etmişdir. N.Berzenişvilinin göstərdiyi kimi, sözügedən tədbirlər nəticəsində Şirvan əhalisinin xristian olduğu qərb hissəsi yenə də Gürcüstanın tərkibində qaldı. Şərq hissəsi isə Şirvanşaha tabe edildi (57). Bu dəyişikliklərdən sonra Şirvan-Gürcüstan arasında əlaqələrdə siyasi münasibətin əsas xarakteri artıq qəti olaraq həkk olundu. Həmin andan başlamış Gürcüstanın siyasi zəiflənməsinə qədər bu ölkələr arasında münasibət hökm sürürdü.
Əgər Gürcüstan ilə Şimali Azərbaycan (Şirvan) arasında belə bir münasibət yaranmışdısa, Gürcüstan ilə Cənubi Azərbaycan arasında isə tamamilə başqa münasibət mövcud idi.
Çar Demetre özünün sülhməramlı xarici siyasətinə baxmayaraq, hər halda Gəncəyə böyük diqqət yetirirdi. 1138-1139-cu illər şəhəri güclü zəlzələ dağıdanda o, Gəncəyə hücum etdi, şəhəri xarabaya çevirdi, çoxlu əsir götürdü və vətənə qayıtdı (58). Zəfər əlaməti olaraq çar Gəncə qapısını söküb Gürcüstana gətirdi (59).
Demetre tərəfindən Gəncə uğrunda mübarizələrin aparılması barəsində ən yaxşı məlumatları Mxitar Qoş qələmə almışdır (60).
III Georgi taxta çıxan kimi Gürcüstan öz sərhədlərini genişləndirmək üçün yenidən mübarizəyə başladı. Doğrudur, onun siyasi rəhbərlərinin diqqəti indi əsasən cənubun mühüm şəhərlərinin birləşdirilməsinə yönəldilmişdi. Lakin III Georgi həmçinin cənuba - Azərbaycanın Gəncə Atabəyliyi məsələsinə də böyük diqqət yetirirdi. Başqa cür də ola bilməzdi. Onun bilavasitə işğal etmək üçün əzmkarlıqla mübarizə apardığı Anis, Dvin və sair kimi şəhərlər Gəncə Atabəyliyinin keçmişdə ixtiyarında olduğu diyarları təşkil edirdi. Sədrəddin Əbülhəsən Əli ben Naşir ben Əli əl-Hüseyni məlumat verir ki, gürcülər Anis və Dvini alandan sonra Azərbaycanın atabəyi Eldənizdən xərac tələb etdilər (61). Eldəniz rədd cavabı verdi və həm də sultan Arslan şah bin Toğrulu köməyə çağırdı. Sultan da gürcülərə qarşı güclü qoşunla hücum etdi (62).
Türk-müsəlman qoşunları ilə gürcülər arasında mübarizə uzun çəkdi. Əvvəllər qeyd etdiyimiz kimi, bu mübarizə gürcülərin məğlubiyyəti ilə başa çatdı. Bu döyüş Sədrəddin əl-Hüseyni tərəfindən tanı təfsilatı ilə qələmə alınmışdır (63). Elə bu müəllifin dediyinə görə, döyüş meydanında 10000 gürcü döyüşçüsü həlak oldu (64).
Qazanılmış nailiyyətlər müsəlman hakmilərinin əl-qolunu geniş açdı. Onlar cürətlənərək Gürcüstana qarşı hücum etməyə hazırlaşdılar. Lakin göründüyü kimi, III Georgi onları qabaqlamağa üstünlük verərək Azərbaycanın ərazisinə soxuldu. «561-ci ildə (Miladi tarix üzrə 1165-1166-cı illər) gürcülərin çoxsaylı qoşunu müsəlman dövlətinə soxuldu və Azərbaycanı Cəncəyə qədər işğal etdi (65).
Doğrudur, gürcülərin ərəb müəllifi tərəfindən təsvir olunmuş bu hücumu gürcü mənbələrində xatırlanmır, lakin B.Silaqadzenin haqlı olaraq göstərdiyi kimi, bu ölkəni tamamilə viran qoyduğu bir vaxtda yadellilərə qarşı hücumların bir hissəsi olmalıdır (66).
Bayaq deyildiyi kimi, Georginin Atabəyə qarşı hücumu bu sonuncunun sülhməramlı siyasətə keçməsinə səbəb oldu. O əvvəlcə özü Gürcüstanla saziş bağladı, sonra isə Anis uğrunda mübarizə aparan Arslan Mahmud oğlunu da onunla barışdırdı.
Gürcüstanın Cənubi Azərbaycan ilə belə kəskin siyasi əlaqələri olduğu bir vaxtda, Şirvan ilə onun əvvəllər olduğu kimi mehribanlıq münasibətləri var idi. Şirvanda bu zaman I Axsitan şahlıq edirdi. O, Qurucu Davidin qızı Tamarın və Şirvanşah III Manuçöhrün oğlu idi. Demetrenin vaxtında olduğu kimi, III Georginin vaxtında da Şirvan Gürcüstandan asılı olan ölkə idi. (67).
Təxminən 1173-cü ildə Şirvana Dərbənd tərəfindən düşmən hücum etdi. Dara düşən Şirvanşah yardım üçün III Georgiyə müraciət etdi. (68). III Georgi də yardım əli uzatdı və qoşunla onun hoyuna yetdi. Qeyd etmək lazımdır ki, Gürcüstan qoşununda həmin vaxtlar burada olan, sonralar Bizansın imperatoru (1183-1185-ci illər) Andronik Komnen iştirak edirdi (69). Gürcü süvariləri ilə III Georgi «Dərbəndin qapısına kimi gedib çatdı, Muskur və Şaraban ölkəsini işğal etdi, Şabran şəhərini aldı (70). Alman torpaqları Georgi Axsitana təhvil verdi (71), özü isə vətənə qayıtdı.
Çox keçmədi ki, Şirvanşaha yenə yardım lazım gəldi. Bu dəfə onlara ruslar təhlükə yaratdılar. Göründüyü kimi, Georgi öz həmkarına yardım əlini uzatdı və 1177-ci ildə Bakı yaxınlığında sözügedən düşmənin 72 gəmisindən təşkil edilmiş donanmasını məğlubiyyətə uğradı (72).
Lakin Şirvanşahdan fərqli olaraq 1178-ci ildə Gürcüstanda daxili müharibə baş verəndə Gəncənin Atabəyi Gürcüstanın zəiflənməsinin tərəfdarı olan üsyançılara yardımçı qüvvələr göndərmişdi» (73).
III Georginin vəfatından və Tamarın taxta çıxmasından sonra da Gürcüstan-Azərbaycan arasında vəziyyət əvvəlki kimi olaraq qalırdı. Cənubi Azərbaycan və Gürcüstan dövlətləri bir-birilə düşmənçilik edirdilər, Şimali Azərbaycan ilə ( və yaxud Şirvan) Gürcüstan isə bir-birilə dostluq edirdilər. Bu dostluq suveren-vassalıq xarakteri daşıyırdı. Cənubi Azərbaycan ilə Gürcüstan arasında tez-tez müharibələr baş verirdi. Hər iki tərəf bir-birini zəiflətməyə çalışırdı. Təxminən 1185-ci ildə Gürcüstanda Tamarın ərə getmək məsələsi həll olunanda, Arran qoşunu Palakasionu və Zağlisxevini viran qoydu (74), digər rayonlara da hücum etdi (75). Buna cavab olaraq gürcülər Atabəy Qızıl Arslanın qoşununu məğlubiyyətə uğratdı (76), sonra isə Gəncə və Beyləqana da hücum etdilər, Arazın yuxarı sahilini Masisə qədər viran qoydular (77).
Tamarın çarlığının ilk vaxtlarında yaranmış siyasi böhranın aradan qaldırılmasından sonra Gürcüstan əsgərlərinə David Soslan başçılıq edirdi. Həmin vaxtlar Gürcüstan yenə də Tamardan əvvəl Gürcüstan çarlarının maraqlandığı mühüm strateji məntəqələrin və yolların ələ keçirilməsinə çalışırdı. Onun xarici siyasətində lap elə əvvəllər qoyulmuş məsələ - ölkənin Avropa-Asiyanın birləşdirici yollarına çıxarılması məsələsi yenə də həll edilməmiş olaraq qalmaqda idi.
1192-1193-cü illər Gürcüstanda taxtın varisi Georginin-Laşanın anadan olmasını çarlıq hakimiyyəti Azərbaycanın ən qədim və güclü şəhərlərindən biri Bərdəyə hücumla qeyd etmişdir (78).

Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU

İstifadə olunan ədəbiyyat:


1. Vaxuşti, Gürcüstan həyatı, Z.Çiçinadzenin nəşri, Tbilisi, 1913,- səh.151-152.
2. N.Berzenişvili, Şərqi Gürcüstanın keçmişindən, «Mimoxilveli», 111 cild, səh.68; müqayisə edin: T. Papuaşvili, IX-XII əsrlərdə Heretinin siyasi həyatından, «Matsne», 1967.№ 4, səh.166.
3. T.Papuaşvili, xatırlanan əsəri, səh.166-167.
4. Qurucu Davidin tarixçisi, Gürcüstan həyatı, I cild, 1955,- səh.326.
5. İ.Cavaxişvili. Gürcü millətinin tarixi, II cild, səh. 195- 196.
6. T.Papuaşvili. xatırlanan əsəri, «Matsne», 1967, № 4, səh. 176.
7. İ.Cavaxişvili. Gürcü millətinin tarixi, II cild, səh.196.
8. Gürcüstan salnaməsi. I cild, səh. 310.
9. Məlum olduğu kimi, Şəddədilər əmirlərinin hakimiyyətini Məlikşah ləğv etmiş və orda öz oğlu Məhəmmədi hakim təyin etmişdir (В.В. Баргольд, Соч., II, часть I, М., 1963, стр.778)
10. Elə orada.
11. Qurucu Davidin tarixçisi, səh. 322.
12. Elə orada, səh. 328; müqayisə et: İ. Cavaxişvili. Gürcü millətinin tarixi, II cild, səh.196.
13. N.Asatiani, xatırlanan əsəri, səh. 30-31.
14. Qurucu Davidin tarixçisi, səh. 334.
15. Qurucu Davidin tarixçisi, elə orada.
16. Elə orada, səh. 337, 338; müqayisə et: İ.Cavaxişvili, Gürcü millətinin tarixi, II cild, səh. 201.
17. Elə orada, səh. 339, müqayisə et: T.Jordaniya, xronikalar, I cild, səh. 243; İ. Cavaxişvili, xatırlanan əsəri, səh. 201.
18. Qurucu Davidin tarixçisi, səh. 339.
19. Elə orada.
20. Y.Paxomov bu faktı belə xatırlayırdı. E.Paxomov, Краткий курс истории Азербайджана с прилож. экскурса по истории Ширваншахов XI-XIV вв. Баку, 1923, стр.32.45. Azərbaycan tarixinin müəllifləri bunu belə başa düşür. ç. I, Баку. 1958, стр. 141; M.Şərifli, Azərbaycan IX-XII əsrlərdə. Труды истории АН Аз. ССР, т. XII, Баку, 1957; Д. Алиева, Из истории Азербайджано-грузинских литературных связей, Баку. 1958, стр.10.
21. N.Asatiani, XII Gürcüstan-Şirvan siyasi əlaqələri, «XII əsr Gürcüstan tarixi məsələləri», məcmuə, Tbilisi, 1968, səh. 31.
22. Ola bilsin ki, əlverişsiz təmayülünə görə, onun Şirvanşah taxtına çıxarılmasını heç də istəmirdi.
23. Oчерки истории СССР, 1Х-Х1П вв., стр. 654.
24. Qurucu Davidin tarixçisi, səh. 343-344;
25. Qurucu Davidin tarixçisi, səh. 340.
26. Ş.Mesxiya, Didqori döyüşü. səh. 46.
27. İbn-al Qalanisi, «History of Damascus», ed. bu H. Amedroz, Beyrut-Leiden, səh. 1908, müqayisə et: Sədrəddin Əbülhəsən Əli ben Naşir ben Əli əl - Hüseyni. Səlcuq dövlətinin tarixi. 1943. Ankara. Türk dilindən tərcümə edəni N.Şengeliya, səh. 77.
28. Elə orada.
29. Из истории Майяфарикина Ибн ал-Азрака ал-Фарики. Перевод с арабского А.Дж. Мамедова. Тр. Инст-та историй АН Аз. ССР.
30. İ.Cavaxişvilinin adı çəkilən əsəri. II cild, səh.202.
31. В.В. Бартольд, Место прикаспийских областей в истории мусульманского мира, Соч., II ч. I, стр. 692;
32. Qurucu Davidin tarixçisi, səh. 343. müqayisə et: И.И. Петрушевский, Совместная борьба народов Закавказья против иноземных захватчиков в Х1-ХП вв. Изв. Азерб. ФАН СССР, 10. 1942, стр.30.
33. Qurucu Davidin tarixçisi, səh.343.
34. İmadəddin İsfahani «Tarix davlat al-səlcuq». Bax. Petruşevski. Xatırlanan əsəri, səh. 30.
35. Qeyd etmək lazımdır ki, Azərbaycan tarixçilərinə görə, Mahmud həbs olunmuş Şirvanşahı azad etmişdir. S. Canaşiya da belə düşünür (Bax. K. Qamsaxurdiyanın «Давид Строитель» romanına yazdığı ön sözünə, s. 304).
36. Qurucu Davidin tarixçisi, səh.344.
37. Gülüstan barəsində bax. E.Пaxoмов, Kpeпocть Гюлистан близ Шамахи. Изв. Азер. ФАН, СССР, № 5 1944. стр. 44-50.
38. Qurucu Davidin tarixçisi, səh.344.
39. Elə orada.
40. Şabran şəhərinə, Dərbəndə məxsus bir şəhər kimi bax: E.Пaxoмов О Дербендском княжестве, стр. 6.
41. Qurucu Davidin tarixçisi, səh.344. Dərbəndli qıpçaqlar barəsində, baxın: Y. Paxomov, xatırlanan əsəri, səh. 6-7.
42. Qurucu Davidin tarixçisi, səh.344. müqayisə et: İbn-əl-Əsiri, səh. 487; müqayisə et: V. Bartoldun adı çəkilən əsəri. III cild, səh. 425.
43. В.Минорский, История Ширвана и Дербента X-XI веков, М., 1963. стр 222-223.
44. В.Минорский, История Ширвана и Дербента X-XI веков, М., 1963. стр 222-223.
45. Qurucu Davidin tarixçisi, səh. 345.
46. Elə orada.
47. Ал-Бондари, Таварих ал-Сельджук. Перевод М. Садулаева, Баку, 1947, рукопись ИИФ, стр. 61. Mənə bunu N.Şengeliya göstərmişdir - tərcüməçidən.
48. Həmdullah Qəzvini, «Zeyl-i Tarix-i qozide», bax. Gürcüstan tarixin mənbələri, məcmuə, IV silsilə, iranlı müəlliflər. İstəxri, Hodud əl-Aləmi, Həmdullah Qəzvini, V. Puturidzenin tərcüməsi, 1937. Tbilisi, səh. 28.
49. Şəddadilərin yenə də öz torpaqlarını 1075-ci ildən sonra olduğu kimi geri qaytarmaları asanca mümkündür. 1075-ci ildə onların sülaləsi ləğv olundu, lakin bir neçə ildən sonra Gəncəni onlar yenə idarə edirlər.
50. 1103-cü ildə Barkiyaroğ ilə Məhəmməd arasında bağlanmış sazişdən sonra bütün imperiya iki hissəyə bölündüyündən onun adı vahid imperiya kimi heç də bir daha adlandırılmamalıdır. (bax. H. Qəzvini, xatırlanan nəşri, səh. 29).
51. Qeyd etmək lazımdır ki, Cəncəyə bir başa hücumu monqolların özləri də ərk edə bilməmişlər (В.Баргольд, Соч., III, стр.407).
52. В.Баргольд, Соч., III, стр.407. История Азербайджана, ç.I, səh. N. Asatiani, xatırlanan əsəri, səh.41.
53. Sədrəddin Əbülhəsən Əli ben Naşir ben Əli əl -Hüseyni. Səlcuq dövlətinin tarixi. 1943. Ankara. Türk dilindən tərcümə edəni N. Şengeliya, səh. 142.
54. М.Броссе, О железных воротах. Хранящихся в Гелатском монастыре в Имеретии, «Кавказ», 1847 г., № 16.
55. L. Davlianidze, Mxitar Qoşun «Albaniya xronikası», «Gürcü mənbə elmi» məcmuəsi, II, Tbilisi, 1968, səh. 43.
56. a. N.Berzenişvili. Şərqi Kaxetin keçmişindən, Gürcüstan tarixi məsələləri, III, 1966. səh. 257; müqayisə et: «По рассказу Несеви, при Хорезмшахе Джалал-ад-Дине, утверждали, что Ширваншах обязался платить Меликшаху 100000 динаров. Джалал-ад-Дин требовал такой же дани для себя от современного Ширваншаха Афридуна б. Ферибурза; тот ответил, что с того времени часть Ширвана завоевана грузинами».
57. N.Asatiani, xatırlanan əsəri, səh. 40-54.
58. N.Berzenişvili, xatırlanan əsəri, səh.2 57.
59. Kirakos Qanzakeli, Tarix, 1910. Tbilisi, səh.108 (erməni dilində); В. Баргольд, Краткий обзор истории Азербайджана. Соч. т.Н, ч I, стр.777. Qeyd etmək lazımdır ki, dosent N.Asatiani nədənsə David tərəfindən 1123-cü ildə zəlzələdən dağılmış Gəncəyə hücum barəsində əl-Farikin məlumatım düzgün hesab etmir və düşünür ki, o, gərək ki, Demetre Gəncəni doğrudan da zəlzələdən sonra viran etdiyi 1123-cü ilin hadisələrini yazmışdır, xatırlanan əsəri, səh. 41. 2-ci irad: Şəxsən biz bu iki hücumun eyniləşdirilməsinə elə bir əsas görə bilmirik. Onlar barəsində elə fərqli cizgilər verildiyindən mütləq başqa-başqa dövrlərdə baş verən hücumlar olmalıdır.
60. Bu qapı barəsində kifayət qədər geniş ədəbiyyat mövcuddur. Bax. Ениколопов, железные ворота XI в. Еелати. Известия АН Аз. ССР, № 5, 1948. стр. 109-116. Qapının ərəb yazıları barəsində bax. Френ X.М., Железные (Ганджинские) ворота. Пер. В.Д. Изв. Азерб. Археолог. Комитета. Выи. II, Баку, 1926. стр. 39, 48.
61. L.Davlianidze. Mxitar Qoşun «Albaniya xronikası», «Gürcü mənbə elmi» məcmuəsi, II, Tbilisi, 1968, səh. 40-45.
62. Sədrəddin Əbülhəsən Əli ben Naşir ben Əli əl -Hüseyni. Xatırlanan əsəri, səh. 142.
63. Elə orada.
64. Elə orada, səh. 142-148.
65. Elə orada.
66. İbn-əl-Əsiri. Bax. B.Silaqadze. İbn-əl-Əsirin məlumatları işığında XII-XIII əsrlər Gürcüstan tarixinin bəzi məsələsi. «Gürcüstan Rustaveli dövründə» məcmuəsi, səh. 111.
67. İstoriani da azmani..., (gürcücə) Gürcüstan həyatı. II, səh. 16.
68. İstoriani da azmani..., səh. 17; müqayisə et: İ.Cavaxişvili, Gürcü millətinin tarixi, II, səh. 238.
69. İstoriani da azmani..., səh. 17.
70. İ. Cavaxişvili, xatırlanan əsəri. Səh. 239; İstoriani da azmani..., səh. 16-17;
71. İstoriani da azmani..., səh. 17; müqayisə et: Очерки истории СССР, 1Х-ХП1 вв., стр. 655.
72. Elə orada, müqayisə et: İ.Cavaxişvili, xatırlanan əsəri, səh. 239: V. Kopaliani, Zaqafqaziya xalqları əlaqələrinin keçmişindən. Tbilisi, 1962, səh. 201.
73. В.Бартольд, Краткий обзор истории Азербай¬джана, Соч. II, стр. 779; История Азербайджана, ч. I, стр. 142.
74. İstoriani da azmani..., səh. 19; müqayisə et: L. Melikset-bek, Stepanes Sivnielinin Orbellər soyu tarixinin gürcü versiyası, tarixi xəbərlər, VI cild, 1952, səh. 4; G.Maysuradze, Şahzadə Demna üsyanı barəsində bir erməni mənbəsi («Gürcüstan Rustaveli dövründə» səh. 265); İ.Cavaxişvili, Gürcü millətinin tarixi, II, səh. 241- 242; N.Berzenişvili, Gürcüstan tarixi məsələləri. III, 1966, Tbilisi, səh. 76 və 19.
75. İstoriani da azmani..., səh. 138.
76. Elə orada.
77. Elə orada, səh. 39-40.
78. Elə orada, səh. 40.
79. Elə orada, səh. 58.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram ç ...

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram ç ...

Tarix
Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Ədəbi əlaqələr, Bədii Tərcümə
Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis, Tarix
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Bədii Tərcümə, Tiflis
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Bədii Tərcümə, Tiflis
AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

İctimai elmlər, Tarix
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi

Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi

Bolus, Tarix
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Elm, Təbriklər
İRAKLİ KENÇOŞVİLİ:

İRAKLİ KENÇOŞVİLİ: "Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə liri ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Türkoba

Türkoba

Gürcüstan, Tarix
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

"Borçalı" Cəmiyyəti
Rəy yazın: