Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib

Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilibVarşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilibVarşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilibVarşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib 2014-cü il 18-26 noyabr tarixində Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Polşada keçirilən III Beynəlxalq Azərbaycan-Polşa konfransında iştirak etmişlər.

Konfransda İnstitutun elmi katibi, professor Bədirxan Əhmədov “Azərbaycan siyasi mühacirətinin formalaşmasında Polşa amili”, Dünya ədəbiyyatı və müqayisəli ədəbiyyatşünaslıq şöbəsinin müdiri, professor Gülər Abdullabəyova “M.F.Axundovun "Vanda" qəsidəsi”, Slavyan və Baltik ölkələri ilə əməkdaşlıq üzrə koordinator Samir Səttarov “Vladislav Stşelnitskinin Qafqaz oçerklərində Azərbaycan”, professor Mahirə Quliyeva “M.Füzulinin yaradıcılığında Qurani Kərim motivləri”, fəlsəfə doktoru Nəzakət Qafqazlı “İlk qadın dərgisi “İşıq”, fəlsəfə doktoru Mahmizər Mehdibəyova “Z.Marağalının “İbrahim bəyin səyahətnaməsi” romanında ictimai fikir”, doktorant Müşfiq Çobanov “Borçalı yazıçılarının yaradıcılığında Vətən yurd obrazı” adlı məruzələrlə çıxış etmişlər.

İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.

Konfrans zamanı professor Bədirxan Əhmədov Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutunda Nizami adına Ədəbiyyat İnstitutunun tarixi keçmişi, elmi nailiyyətləri, görkəmli alimləri, bu gün üçün qarşıda duran məqsəd və vəzifələrini özündə əks etdirən əhatəli təqdimatla çıxış etdi. Çıxış İnstitutun fəaliyyətini əks etdirən slayd-şou ilə müşaiyət olundu.

Təqdimat PEA-nın Ədəbi Tədqiqatlar İnstitutunun əməkdaşları tərəfindən böyük maraqla qarşılandı.
Səfərin digər əhəmiyyətli tərəfi isə AMEA-nın vitse prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin göstərişi əsasında PEA-nın Ədəbi Tədqiqatlar İnstitutu ilə Nizami adına Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində danışıqların aparılması və lazımi sazişlər imzalamaq idi. Bununla əlaqədar olaraq, Nizami adına Ədəbiyyat İnstitutu və PEA-nın Ədəbi Tədqiqatlar İnstitutu arasında beynəlxalq birgə laboratoriyasının yaradılmasına dair saziş və birgə elmi tədqiqat layihəsi imzalanmışdır.

PEA-nın Ədəbi Tədqiqatlar İnstitutunun direktoru Mikolaj Sokolovski ilə keçirilən görüşlər əsnasında əməkdaşlığımız, təşkilati məsələlər, birgə layihələrimizin maliyyələşdirilməsi, konfransların, videokonfransların və görüşlərin təşkili məsələləri müzakirə edilmişdir.

Slavyan və Baltik ölkələri ilə əməkdaşlıq üzrə koordinator Samir Səttarov
Byalıstok Universitetinin Filologiya fakultəsinin “Şərq - Qərb” tədqiqatları kafedrasının müdiri professor Yaroslav Lavski, Varşava Universitetinin Şərqşünaslıq İnstitutunun Türkologiya şöbəsinin müdiri Agata Bayera və PEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə üzrə direktoru Danilo Facca ilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlıq perspektivlərini müzakirə etmiş və gələcək birgə layihələr haqqında fikir mübadiləsi aparılmışdır.

Nizami adına
Ədəbiyyat İnstitutunun
Mətbuat xidməti
.


===============

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Varşavada təqdimatı

Noyabrın 20-də Azərbaycanın Polşadakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutuPolşa Elmlər Akademiyasının (PEA) Ədəbi Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına İnstitutunun təqdimatı” adlı tədbir keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildirilib ki, tədbiri Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar İnstitutunun direktoru, professor Mikolaj Sokolovski açaraq qonaqları səmimi salamlayıb, rəhbərlik etdiyi institut haqqında tədbir iştirakçılarına geniş məlumat verib, belə təqdimatların ölkələrimiz arasında elmi əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb və tədbiri yüksək qiymətləndirib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışında bu ölkədə xalqımızın ədəbiyyatı, tarixi və mədəniyyətinə dair tədbirlərin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini və bu tədbirlərin getdikcə daha geniş auditoriyanı əhatə etdiyini bildirib. Diplomat 2012-ci ildən etibarən səfirliyin təşəbbüsü ilə keçirilən elmi konfranslar haqqında məlumat verib. Səfir hər iki ölkənin elmlər akademiyaları arasında imzalanmış ikitərəfli əməkdaşlığa dair memorandumun əhəmiyyətini xüsusi olaraq qeyd edib. İmzalanmış memorandumun uğurlu davamı olaraq əməkdaşlıq davam etdirilib və qeyd olunan tədbir təşkil olunub.
Tədbirdə səfirlik tərəfindən polyak dilində nəşr olunmuş 27 adda Azərbaycanın tarix, ədəbiyyat, mədəniyyət, incəsənət, memarlıq və mətbəxinə dair kitabların təqdimatı olub.

AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi professor Bədirxan Əhmədov
akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu haqqında geniş təqdimat məruzəsi ilə çıxış edib.

Sonra hər iki ölkənin elmlər akademiyalarının ədəbiyyat institutları arasında “Azərbaycan-Polşa ədəbi əlaqələri” adlı birgə beynəlxalq elmi laboratoriyanın yaradılmasına dair Saziş imzalanıb.

Tədbirdə dinlənilən Azərbaycan alimlərinin məruzələri yüksək marağa səbəb olub və geniş müzakirələr doğurub.

Sonda PEA-nın Ədəbi Araşdırmalar İnstitutunun vitse-direktoru xanım Dorota Sovitska çıxış edərək tədbirdən böyük məmnunluq duyduğunu, məruzələri çox maraqla dinlədiyini, Azərbaycan ilə Polşanın ədəbiyyat və mədəniyyətində bənzərliklərin çox olduğunu bildirib.

O, tədbirin təşkilində əməyi olan hər kəsə xüsusi təşəkkürünü çatdırıb və PEA-nın Ədəbi Araşdırmalar İnstitutunun Azərbaycanla bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.
AzərTAc.

***

Dekabrın 17-də Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin şərqşünaslıq fakültəsinin türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə bu ali təhsil ocağında III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransının 2-ci hissəsi keçirilib.


Səfirlikdən AzərTAc-a bildiriblər ki, konfrans ulu öndər Heydər Əliyevə həsr olunub.
Varşava Universitetinin türkologiya fakültəsinin dekan müavini professor Piotr Taraça Azərbaycan-Polşa elmi əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bu konfransın hər il təşkil olunmasından məmnunluq duyduğunu bildirib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu, Azərbaycan-Polşa elmi, tarixi və mədəni əlaqələri haqqında məlumat verib. Səfir Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və inkişafı, ölkənin beynəlxalq aləmdə tanınması istiqamətində Heydər Əliyevin mühüm xidmətlərinin, həmçinin Azərbaycan-Polşa əlaqələrinin inkişafında böyük rolunun olduğunu qeyd edib. Səfir Roma Papası II İohan Pavelin 2002-ci ildə Azərbaycana məhz Heydər Əliyevin dəvəti ilə səfər etdiyini və Azərbaycan Prezidentinin dəstəyi ilə Bakıda katolik kilsəsinin inşa olunduğunu deyib. Diplomat Polşanın Qnezno şəhərində ucaldılmış, Azərbaycan-Polşa dostluğunu əks etdirən abidənin üzərində Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma Papası II İohan Pavelin isə Azərbaycan haqqında sözlərinin yer aldığını vurğulayıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan tarixində, elm və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin xatirəsinin Polşada yad edilməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edilib ki, məhz Ulu Öndərin Azərbaycan elminə və mədəniyyətinə göstərdiyi dəstəyin və onun davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu gün Azərbaycanın nailiyyətləri daha da artır.
Daha sonra ümummilli lider Heydər Əliyevin xatirəsini anma gününə həsr edilən sərginin açılışı olub, Ulu Öndərin həyatı haqqında film nümayiş etdirilib. Üzərində Heydər Əliyevin tərcümeyi-halı olan rəngli açıqcalar qonaqlara təqdim edilib.
Konfransda Azərbaycan və Polşa alimləri məruzələrlə çıxış ediblər.
AzərTAc.


Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib XÜSUSİ MİNNƏTDARLIQ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları
Polşa Elmlər Akademiyasında keçirilən
III Beynəlxalq Azərbaycan-Polşa konfransında
iştirak etdikdən sonra
Polşada yaşayan soydaşlarımızla da
görüşmüşlər.

Soydaşlarımız arasında
əslən qədim Borçalı mahalının
Bolnisi rayonundakı Dəmirli kəndindən olan
Hafis Şabanov
yad bir diyarda öz əməksevərliyi,
bacarıq və qabiliyyətiilə yanaşı,
öz səmimiliyi, yurdsevərliyi,
vətənpərvərliyi və qonaqpərvərliyi ilə
xüsusi olaraq diqqət çəkmiş və
bizlərdə böyük maraq doğurmuşdur.

Biz də Hafis qardaşımıza ürəkdən təşəkkür edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də əmək və ictimai fəaliyyətində,
bir sözlə, bütün işlərində yeni-yeni uğurlar,
yeni-yeni nailiyyətlər arzulayırıq!..
Müşfiq BORÇALI.


Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib
Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib
Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib
Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib







































AZƏRBAYCAN - POLŞA ƏLAQƏLƏRİ GENİŞLƏNİR


Polşada Əlimərdan bəy Topçubaşovun
barelyefi açılıb


Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 22-də Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında 1918-1920-ci illərdə bu ölkənin Baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb.
Azərbaycanın Polşadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, mərasimdə Akademiyanın müəllim və tələbə heyəti, Poznan ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Musiqi Akademiyasının rektoru xanım Halina Lorkovskaya İqnaçı Paderevskinin və Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətləri haqqında məlumat verib. O, barelyefin İ.Paderevskinin adını daşıyan Musiqi Akademiyasında açılmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Ölkəmiz haqqında məlumat verən səfir Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinin tarixindən danışıb. Diplomat bildirib ki, barelyefin açılışı Azərbaycan xalqının öz dostlarını unutmadığını göstərir.
Sonra Həsən Həsənov və Halina Lorkovskaya barelyefin rəmzi açılışını bildirən lenti kəsiblər. Tədbir Akademiya tələbələrinin konsert proqramı ilə davam edib.
AzərTAc.


Polşada “Oğuzxan” eposu nəşr edilmişdir

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. Polyakları Azərbaycan haqqında ətraflı məlumatlandırmaq məqsədilə səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, arxitekturası, mətbəxi ilə bağlı Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitabların nəşri reallaşır.
Bununla əlaqədar, Azərbaycan eposları seriyasından “Oğuzxan” eposu səfirlik, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Miçkieviç İnstitutunun birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunmuş, ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilmişdir.
AzərTAc.


Lodz şəhərində “Azərbaycanda Polşa izləri” sərgisi açılıb

Dekabrın 3-də Polşanın Lodz şəhərində “Azərbaycan günü” adlı tədbir keçirilib. Tədbir çərçivəsində “Azərbaycanda Polşa izləri” adlı sərginin açılışı olub.
Tədbirdə Lodz Universitetinin beynəlxalq və siyasi təlimlər fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.
Fakültənin dekanı professor Tomaş Domansk iştirakçılara Azərbaycan-Polşa əlaqələrindən danışıb. O, Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu vurğulayıb.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov “Azərbaycanın dünəni və bu günü” mövzusunda çıxış edərək ölkəmizin dövlətçilik tarixi, ədəbiyyatı, mədəniyyəti və əldə etdiyi uğurlar barədə danışıb. Bildirilib ki, Azərbaycan və Polşa arasında 540 illik tarixə malik olan diplomatik əlaqələr hazırda ölkələrimizin prezidentləri İlham Əliyev və Bronislav Komorovskinin səyləri nəticəsində daha da inkişaf edir. Sonra səfir tələbələrin və müəllimlərin suallarını cavablandırıb.
Tədbirdə Azərbaycan haqqında tanıdıcı film nümayiş etdirilib və “Polşada Azərbaycan izləri” adlı təqdimat olub.
Sərginin açılışında səfir H.Həsənov Azərbaycanda bir çox sahələrin inkişafında vaxtilə polyakların mühüm rol oynadıqlarını qeyd edib. Bildirilib ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində polyak memarlarının Şərq və Qərb memarlığını əsas götürərək Bakıda layihələşdirib inşa etdikləri binalar hazırda şəhərimizin memarlıq inciləri siyahısındadır.
Azərbaycanda polyaklar tərəfindən inşa edilmiş binaların fotolarından ibarət sərgi iştirakçıların marağına səbəb olub.
Tədbirin sonunda Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.
AzərTAc.




Polşada ilk dəfə “Azərbaycan dili” kitabı nəşr olunub

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 540 və bərpasının 20 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəniyyəti, incəsənəti, musiqisi, ədəbiyyatı, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyaları altında 50 adda kitabın nəşri reallaşmaqdadır.
Səfirlikdən AzərTAc-a bildirilib ki, Polşanın ali məktəblərində Azərbaycan dilinin tədris olunması məqsədilə ölkəmizin səfirliyinin Varşava Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində Fəridə Səfiyevanın “Azərbaycan dili” kitabı Olşınka nəşriyyat evində İSBN kodu ilə nəşr olunub.
Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilən bu kitabdan artıq Varşava Universitetində Azərbaycan dilinin tədrisində istifadə edilir.
5 dekabr, AzərTAc.


Polyak dilində Azərbaycanla bağlı
kitabların təqdimatı olub


Azərbaycanın Polşadakı səfirliyinin polyak dilində ölkəmizlə bağlı nəşr etdirdiyi kitabların təqdimatı keçirilib.
Təqdimatda Varşava Universitetinin, Polşa Elmlər Akademiyasının Ədəbi-Tədqiqat və İncəsənət institutlarının və paytaxtda fəaliyyət göstərən ali məktəblərin nümayəndələri iştirak ediblər.
Səfir Həsən Həsənov çıxış edərək səfirlik tərəfindən polyak dilində “Azərbaycanın Dağlıq Qarabağ regionu”, “Azərbaycan eposları”, “Azərbaycan-Polşa əlaqələri”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan mətbəxi”, “Azərbaycan memarlığı və Azərbaycan folkloru” başlıqlı seriyalarda nəşr etdirilmiş 27 adda kitab və 8 açıqca haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının qədim tarixinin, zəngin mədəniyyətinin polyaklara çatdırılması baxımından qeyd olunan layihə uğurla həyata keçirilir.
Tədbirin sonunda Varşavada yerləşən ali məktəblərin kitabxanalarında Azərbaycan guşələrinin yaradılması məqsədilə hər bir nümayəndəyə kitablar təqdim olunub.
AzərTAc.




Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənova
B A Ş S A Ğ L I Q L A R I


ALLAH RƏHMƏT ELƏSİN!


Azərbaycan Texiniki Universitetinin rektoru, professor Havar Məmmədov
Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənova, qardaşı
ƏLƏKBƏR HƏSƏNOVun vəfatından kədərləndiyini bildirir və onun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin Baş direktoru, professor Mədəd Çobanov
Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənova, qardaşı
ƏLƏKBƏR HƏSƏNOVun vəfatından kədərləndiyini bildirir və onun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Texiniki Universiteti “Ziya” qəzetinin Baş redaktoru Müşfiq Borçalı
Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənova, qardaşı
ƏLƏKBƏR HƏSƏNOVun vəfatından kədərləndiyini bildirir və onun ailəsinə dərin hüznlə başsağlığı verir.

“Azərbaycan”, “Respublika” və "Şərqin səsi" qəzetləri,
12 dekabr, 2014-cü il.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

"Zirvə", Avropa, Diaspora
Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Diaspora, Dünya
Həsən Həsənov Poznan Universitetində məruzə edib

Həsən Həsənov Poznan Universitetində məruzə edib

Diaspora, Dünya
Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ başlayır

Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ başlayır

Ədəbi əlaqələr
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Humanitar elmlər, Avropa
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Diaspora, Dünya
GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

"Zirvə", Avropa
Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Humanitar elmlər
AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb

AzTU-nun əməkdaşı Polşadan ezamiyyətdən qayıdıb

Azərbaycan, Humanitar elmlər, MEDİA, AzTU, "Zirvə", Borçalı, Avropa, Diaspora
Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Mədəniyyət
Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın  ...

Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın ...

Müşfiq Borçalı, Avropa, Diaspora
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

AzTU
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
Rəy yazın: